adalet.az header logo
  • Bakı 7°C
31 Iyul 2021 11:24
98281
MARAQLI
A- A+

Zəncəfil koronavirusun dərmanıdırmı?: 7 faydasını alimlər təsdiqlədi...

 
Zəncəfilin  möcüzəli bitki olduğunu bilməyən yoxdu. Dünyada və Azərbaycanda koronavirusun (COVID -19) yayılmasından sonra bu pandemiyadan qorunmaq üçün Azərbaycanda sarımsaqdan sonra zəncəfildən geniş şəkildə istifadə edir.

Yəni hər iki bitkiyə  kəskin tələbat artıb. 1 kq satış qiyməti 10 manata olan zəncəfilin xüsusiyyətlərini araşdıran alimlər hər dəfə olun yeni və yeni faydalarını aşkar edir. Əvvəlcə bu xüsusiyyətləri nəzərinizə çatdıraq, sonra isə koronavirusla bağlı olan məlumatı araşdıraq:
 

Adalet.az  sizi zəncəfilin bilmədiyiniz faydaları ilə tanış edir:

 

1. Miqreni müalicə edir

Miqren ən güclü və müalicəyə tabe olunmayan baş ağrısıdır. Journal of Phytotherapy Research jurnalında dərc olunmuş yeni araşdırmanın nəticələrinə görə, zəncəfil miqren ağrılarını və bu xəstəliklə bağlı olan digər xoşagəlməz simptomları (ürəkbulanması, qusma) xeyli azaldır.

2. Sellülitlə mübarizə edir

Bu məqsədlə zəncəfili blenderdə xırdalayıb, dəniz duzu ilə qarışdırın. Bu skrabı problemli yerlərə çəkin, yüngül massaj edin.

3. Oynaq və əzələ ağrılarını azaldır

Zəncəfil tanınmış təbii iltihabəleyhinə və agrıkəsici vasitədir.

Zəncəfili sürtgəcdən keçirin, alınmış kütləni pambıq əskiyə çəkin və ağrıyan yerə kompress çəkilində qoyun.

4. Beyini cavanlaşdırır

Yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır, Alsheymer və Parkinson xəstəliklərinin riskini azaldır.

5. Depressiya ilə mübarizə edir

Zəncəfil serotonin hormonunun ifrazını artırır. Məhz serotoninin ifrazının azalması depressiyanın inkişafının əsas səbəblərindən biridir.

6. Cavanlaşdırır

Antioksidantlarla zəngin olan zəncəfil orqanizmi hüceyrə səviyyəsində cavanlaşdırırr, dərinin vəziyyətini yaxşılaşdırır.

7. Saçların uzanmasını stimullaşdırır, saçları gözəl və sağlam edir

Bu məqsədlə zəncəfili sürtgəcdən keçirib gənəgərçək yağı ilə qarışdırın, saçların köklərinə çəkin, 1 saat saxlayın, sonra yuyun. Bu maskadan həftədə 1-2 dəfə istifadə edə bilərsiniz.

İstifadə etdikdən əvvəl allergiya testini edin - zəncəfili dərinin kiçik hissəsinə sürtün və 10 dəqiqə saxlayın. Dəri qızarıbsa, sizdə zəncəfilə qarşı allergiya var.

 

Zəncəfil koronavirusun dərmanıdırmı?

 

 

 Doğrudanmı  zəncəfil koronavirus pandemiyasına qarşı  ən effektli bitkidir? İnfeksionisti həkim Cəlal İsayev isə zəncəfilin koronavirusa qarşı müsbət təsirinin olması məsələsinə aydınlıq gətirib.

O mətbuata açıqlamasında bildirib ki, nə sarımsağın, nə soğanın, nə də zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur.

C.İsayev qeyd edib ki, adlarını sadaladığı məhsullar sadəcə insan orqanizminin immun sisteminin güclənməsinə kömək edir: “Zəncəfilin, sarımsağın, soğanın tərkibində çoxlu mikroelementlər, müxtəlif bioloji aktiv maddələr var. Bu kimi məhsulların koronavirusa qarşı təsirinin olması ancaq tədqiqat işinin nəticəsidir. Bu gün də həmin təsir barədə heç bir məlumat yoxdur”.

Mütəxəssis immun sisteminin güclü olması üçün zəncəfilli çay içməyi tövsiyə edir: “Mən özüm də zəncəfilli çay içirəm. Keçi buynuzunun, kəklikotunun dəmləməsi də xeyirlidir. Gün ərzində 2-3 dəfə bu dəmləmələrdən içmək məqsədəuyğundur”

 Siz immunitetinizi möhkəmlətməkdə davam edin! Zəncəfil dəmləyib için!

 Əntiqə Rəşid