Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisi ilə tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.
Bu barədə Adalet.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq–Qərb istiqamətində 20,2 %, Şimal–Cənub istiqaməti üzrə isə 19 % artıb.
Məlumata əsasən, müsbət dinamika liman əməliyyatlarında da müşahidə olunub. Cari ilin 9 ayında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 % artaraq 1,73 milyon tona çatıb.
Qeyd edilib ki, ölkədə tranzit daşımalarının səmərəliliyinin artırılması məqsədilə sərhəd-keçid infrastrukturu modernləşdirilir, gömrük prosedurları sadələşdirilir və dövlət qurumları arasında məlumat mübadiləsi təkmilləşdirilir.
Azərbaycanda avtomobil nəqliyyatı vasitələrinin keçidi mümkün olan 12 aktiv sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir ki, onların bir istiqamət üzrə ümumi sutkalıq buraxılış qabiliyyəti 4 350 nəqliyyat vasitəsi təşkil edir. Son illərdə Azərbaycan–Rusiya sərhədində "Xanoba", Azərbaycan–İran sərhədində isə "Astara" modul tipli sərhəd-buraxılış məntəqələri istifadəyə verilib.
Digər Xəbərlər
20 Oktyabr 2026 12:07
"Tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımından vacibdir" - Deputat
20 Oktyabr 2026 11:14
Elektron ticarətlə məşğul olanların nəzərinə!
20 Oktyabr 2026 10:53
“İllər ərzində doğmalaşdığım kollektivdən ayrılmaq asan olmasa da...”
20 Oktyabr 2026 09:01
"Brent" bahalaşdı
19 Oktyabr 2026 19:56
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb
19 Oktyabr 2026 09:57
Azərbaycanda bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq
16 Oktyabr 2026 19:18
2026 və 2027-ci illər üzrə inflyasiya proqnozları AÇIQLANDI
16 Oktyabr 2026 17:36


Bakı -°C

