adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"Qarabağ" tarix yazdı, "Neftçi"dən biabırçılıq

İNTİQAM VALEHOĞLU
18396 | 2014-08-30 06:13
Ötən gün Avroliqada mübarizə aparan iki komandamız - "Neftçi" və "Qarabağ" pley-off mərhələsinin cavab oyunlarına çıxıblar.
"Neftçi"-Partizan" oyunu avstriyalı fit sahibi Robert Şörgenhoferə həvalə edilmişdi. Böyükağa Hacıyev bu əsas heyətə güvənmişdi-Saşa Stamenkoviç, Karlos Kardoso, Denis Silva, Elvin Yunuszadə, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Sesilyo Kaue, Mirhüseyn Seyidov, Ernest Nfor.
"Partizan"ın baş məşqçisi isə Lukaç, Vuliçeviç, Petroviç, Stankoviç (k), B. İliç, Brasanaç, A.Zivkoviç, Qrbiç, Drinçiç, Lazoviç, Şkuletiçdən ibarət start heyəti meydana buraxmışdı.
İlk dəqiqələr "Neftçi"nin üstünlüyü ilə başladı.
Oyunda ilk təhlükəli vəziyyət 10-cu dəqiqədə yarandı. Araz Abdullayevin cinah keçidi baxımlı alındı. Bir dəqiqə sonra isə Nforun təhlükəli zərbəsi yadda qaldı. Ardınca "Partizan"ın hücumu təhlükəli alındı. Bu dəqiqələrdə matçın avstriyalı baş hakiminin şübhəli qərarları da diqqətdən yayınmır. 13-cü dəqiqədə rəqibin 18 nömrəsi Nikola Drinçiç cərimə zərbəsini baxımlı yerinə yetirdi. Julios Vobayın qapıçıyla təkbətək qaldığı epizodda vurduğu akrobatik zərbədən sonra isə baş hakim futbolçumuzun qaydanı pozduğuna işarə etdi. 18-ci dəqiqədə "Neftçi"nin yerinə yetirdiyi cərimə zərbəsindən sonra serblərin 30 nömrəsi İliç zədələnir. Müdafiədə kobud səhvdən sonra Peter Skuletiç hesabı açır. Daha dəqiq desək, Andres Jivkoviçin ötürməsindən sonra Elvin Yunuszadə səhvə yol verdi-0:1. Qoldan sonra "Neftçi"də oyunçuların fərdi fəallığı var. Araz Abdullayev və Vobayın ötürmələrini son məqamda qapayan olmur. 33-cü dəqiqədə Vobayın vurduğu zərbədən sonra qapıçı "Partizan"ı yüzfaizli qoldan xilas edir. 38-ci dəqiqədə Nforun ötürməsindən sonra Flavinyo sürüşməsəydi, bəlkə də hesab bərabərləşəcəkdi. İlk hissə qonaqların minimal hesablı qələbəsiylə başa çatdı. İkinci hissədə gözlənilirdi ki, "Neftçi" fəallığı bir qədər artıracaq. 48-ci dəqiqədə Erik Ramosa rəqib oyunçuya qarşı kobudluğa görə sarı vərəqə göstərilir. 49-cu dəqiqədə Nfor rəqib qapıya yol tapsa da. Oyundankənar vəziyyət qeydə alınır. 53-cü-cü dəqiqədə Böyükağa Hacıyev Kanales və Bertuççini Flavinyo və Mirhüseyn Seyidovun əvəzinə meydana buraxdı. 57-ci dəqiqədə Vobay Silva Kruzun ötürməsindən sonra hesabı bərabərləşdirdi. Qoldan bir dəqiqə sonra Qrbiçi təcrübəli Saşa İliç əvəzləyir. O Saşa İliç ki, uzun müddət "Qalatasaray"ın şərəfini qoruyub. 66-cı dəqiqəcə Kanales az qala qol vuracaqdı. Amma qapıçı möhtəşəm reaksiya nümayiş etdirdi.
75-ci dəqiqədə Skuletiç oyunda dubl edə bilərdi. Stamenkoviç həmyerlisinin zərbəsini möhtəşəm reaksiya ilə küncə çıxardı. Ardınca müdafiəçilərimiz daha bir shvə yol verilir. Amma xoşbəxtlikdən Lazoviçin zərbəsi dəqiq alınmadı. 83-cü dəqiqədə Samir Məsimov qolun müəllifi Vobayı əvəzləyir. 85-ci dəqiqədə Nfor qırmızı vərəqə alır. Bundan sonra rəqib daha bir qol vurur və meydanda hadisələr axardan çıxır-1:2. Mübahisədən sonra "Neftçi"dən Erik Ramos və Kaue, "Partizan"dan isə Skuletiç qırmızı vərəqə alır. Serbiya təmsilçisi Avropa Liqasının qrup mərhələsindədir.
"Tvente"-"Qarabağ" oyunu italiyalı hakimlər briqadasına tapşırılmışdı. Hollandlar oyuna Nik Marsman, Kuko Martina , Byelland (k), Darrl Laxman, Robert Şilder, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kuskdan ibarət "11"liklə başlamışdı. Qurbanov isə əsas heyətdə bir qədər dəyişiklik etmişdi-İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Muarem Muarem Riçard Almeyda, Çumbinyo, Vüqar Nadirov.
Matç əvvəli kəşfiyyat xarakterli keçdi. Ardınca tərəflər bir neçə təhlükəli epizod yarada bildilər. Hətta Reynaldo azacıq dəqiq oynasaydı "Qarabağ" hesabı aça da bilərdi. 31-ci dəqiqədə künc zərbəsindən sonra Şehiç Lahmanın zərbəsini dəf edə bildi. "Qarabağ"ın əks hücumu zamanı isə Ansi Aqolli az qala hesabı açacaqdı. 36-cı dəqiqdə Çumbinyoya qarşı kobudluğa görə cərimə zərbəsi təyin olundu. Riçard Almeydanın zərbəsini rəqib qolkiper zərərsizləşdirdi. Əks hücumdan sonra isə Kastaniyos hesabı açdı-1:0. 40-cı dəqiqədə Enshede təmsilçisi hesabı ikiqat artıra bilərdi. Amma Bədavi Hüseynov özünü topun qaşısına ataraq Şehiçi sığortaladı. 44-cü dəqiqədə Medvedevin sağ cinahdan ötürməsi təhlükəli alındı. İlk hissə hollandların minimal hesablı qələbəsi ilə başa çatdı. 51-ci dəqiqədə Muarrem Muarrem hesabı bərabərləşdirir. Bundan sonra ağdamlılar üstünlüyü ələ alırlar. Ardınca Çumbinyo az qala hesabı artıracaqdı. 55-ci dəqiqədə Ziyeşin güclü zərbəsi dirəkdən qayıdır. Ardınca Rəşad Sadıqov topu boş qapıdan çıxardı. Reynaldo 67-ci dəqiqədə "Tvente"nin mərkəz müdafiəçisi Lahmanın səhvindən sonra fərqlənə bilərdi. Amma zərbəsində azacıq dəqiqlik çatışmadı.
71-ci dəqiqədə Danilo Dias Muarrem Muarremin əvəzinə meydana çıxır. 73-cü dəqiqədə Reynaldo daha bir real qol imkanını boşa verir. 78-ci dəqiqədə Qurban Qurbanov Çumbinyonun əvəzinə Namiq Yusifovu meydana buraxır. 85-ci dəqiqədə isə Admir Teli Vüqar Nadirovun əvəzinə meydana çıxır. Beləliklə "Qarabağ" Avroliqanın qrup mərhələsindədir.

TƏQVİM / ARXİV