adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"Qarabağ" İtaliyadan xalsız qayıdır

İNTİQAM VALEHOĞLU
16889 | 2014-10-04 01:35
Avroliqadakı yeganə təmsilçimiz, Ağdamn "Qarabağ" klubu növbəti oyununu keçirdi. Oyun ətrafında yetərincə ajiotajn olduğunu desək, yəqin ki, yanılmarıq. Elə İtaliya mətbuatı da bu matç və ümumilikdə Ağdam barədə xeyli yazlar dərc etmişdi.
Konkret matça gəlincə, italyanlar oyuna Karrizo, Xuan, Andreolli,Ranokkya (k), Naqatamo, Hernanes, Mvila, Kuzmanoviç,Dambrosio, Quarin, İkardi əsas heyəti ilə başlamşdılar. Qurban Qurbanov isə Çumbinyo, Rəşad Sadıqov və Maksim Medvedevin yoxluğunda start heyətində dəyişiklik etməyə məcbur idi. Belə olan halda təmsilçimizin əsas heyətində İbrahim Şehiç, Admir Teli, Ansi Aqolli, Bədavi Hüseynov, Namiq Yusifov (k), Riçard Almeyda, İlqar Qurbanov, Qara Qarayev, Leroy Corc, Muarem Muarem, Reynaldo yer almışdılar.
Şübhəsiz ki, mütləq əksəriyyət, hətta "Qarabağ"ın ən nikbin azarkeşi belə, təmsilçimizin səfərdən qələbə ilə qayıtmağına ümid etmirdi. Heç-heçə etmək isə komandamız üçün növbəti xal demək idi. Üstəgəl, daha bir tarix yazmaq. Hətta Qurban Qurbanov bu barədə mətbuata verdiyi açıqlamasında da fikrini bildirmişdi. "İnter" rəhbərliyi isə "Sent Etyen"lə Bakııda keçirilən oyundan sonra "Qarabağ" haqda xoş sözlər səsləndirirdilər.
İlk dəqiqələrdən nə qədər qəribə görünsə də, topa nəzarət "Qarabağ"da idi. Hətta bir epizodda İlqar Qurbanovun ötürməsi Reynaldoya çatsaydı, italyanlar ciddi təhlükə yaşaya bilərdilər. Qapıya ilk zərbə 9-cu dəqiqədə küncə zərbəsindən sonra vuruldu. İlqar Qurbanovun çətin vəziyyətdən vurduğu zərbə az fərqlə yandan keçdi. 14-cü dəqiqədə Reynaldo "İnter" müdafiəsinin səhvindən sonra hesab aça bilərdi. 18-ci dəqiqədə Danilo D:::Ambrossio, uzaqdan əla zərbə ilə hesabı açdı. Bundan sonra Reynaldo bir neçə epizodda fərqlənmək imkanı qazansa da, bundan istifadə edə bilmədi. Ümumilikdə ilk hissə "Qarabağ"ın ərazi üstünlüyü ilə keçdi. Qol epizodunu nəzərə almasaq, "İnter" ağdamlların qapısı önündə heç bir ciddi təhlükə yarada bilmədi. Birinci hissə "İnter"in 1:0 hesablı qələbəsiylə başa çatdı.
İkinci hissədə də təxminən eyni ssenari davam etdi. Amma bu dəfə "İnter bir qədər ərazi üstünlüyünə yiyələndi. Qruban Qurbanovun Vüqar Nadirov, Cavid Tağıyev və Rəşad Sadıqovu meydana buraxmağı heç nəyi dəyişmədi. Oyunun 85-ci dəqiqəsində isə Mauro İkardi Rəşad Sadıqovu aldadaraq oyund a son nöqtəni qoydu-2:0.
Oyundan sonar verilən ən maraqlı açıqlamaları diqqətinizə çatdırırıq.
"İnter" klubunun hücumçusu İkardi:
"Kalyari"yə məğlubiyyətdən sonra bu, bizim üçün çox önəmli qələbə idi. Həmin oyundan sonra növbəti görüşdə qələbə qazanacağımızı söyləmişdik və bunu bacardıq. Yaxşı oyun sərgilədik. "Qarabağ" yaxşı komandadır, ancaq biz daha güclü idik".
"İnter"in qapıçısı Xuan Pablo Karrizo:
"Gecə bizim üçün yaxşı bitdi. Oyun istədiyimiz kimi yaxşı alınmasa da, vacib olan 3 xalı qazandıq. Bu qələbə "Fiorentina" ilə oyuna daha inamlı getməyimizə imkan verəcək".
Qeyd edək ki, "Sent-etyen"-"Dnepr" matçında hesab açılmayıb.
"İnter"in baş məşqçisi Valter Matsari:
"Bir neçə zədəli futbolçumuz oynamadı. Bununla belə, qələbə qazanmağı bacardıq. Qrup mərhələsində qarşıya qoyulan vəzifəni erkən yerinə yetirməliyik. Bu mənada "Qarabağ"la oyunda qazanılan qələbə çox önəmlidir. Lakin artıq biz bu oyunu unudub, bazar günü A Seriyada qarşılaşacağımız "Fiorentina" ilə matç haqda düşünməliyik".
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov: "Açığı, məğlubiyyətə təəssüflənmədim. Futbolda belə hallar olur. Bəzi epizodlarda çoxlu səhvlərə yol verdik. Məğlubiyyətə yox, futbolçuların etdiyi səhvlərə görə təəssüflənirəm. Əvvəllər hansısa nəticə üçün oynayırdıqsa, bu gün öz oyunumuzu sərgiləməyə çalışırıq. Nəticə barədə düşünsəydik, ancaq müdafiədə oturardıq. Bir neçə şansımız oldu. Təəssüf ki, bundan yararlana bilmədik. Bu gün Avropanın adlı-sanlı klubuna qarşı oynadıq. Amma səhvlər imkan vermədi. Futbolçular verilən tapşırığı yerinə yetirsələr, nəticə özü gələcək. İndi rəqibin 6 xalı var. Bu gün zirvədə olmağa layiqdir. Qarşıdakı oyunlarda bu gün buraxdığımız səhvlərə yol verməməliyik. Ümumi götürsək, "İnter" çox yaxşı müdafiə xəttinə malikdir. Onları biz səhv etməyə məcbur etdik. Hardasa məğlubiyyəti qəbul edirik. Amma məni narahat edən bəzi səhvlərdir. Mənim də hücumçu kimi, 1 metrdən qapıya dəqiq zərbə vura bilmədiyim vaxtlar olub. Dünən də qeyd etdim ki, "İnter" kimi komandaya qarşı oynamaq bizim üçün təcrübədir. Gələcəkdə yenə bu arenada oynamaq istərdim. Bu hələ son deyil, qarşıda bizi "İnter"lə cavab oyunu gözləyir. Bu oyunda Avropa nəhənginə qarşı etdiyimiz səhvləri analiz edib, Bakıdakı oyunda daha fərqli oyun sərgiləyəcəyik".

TƏQVİM / ARXİV