adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 00:06
39
ŞOU-BİZNES
A- A+

Afra Saraçoğlu sərbəst buraxıldı - YENİLƏNİB

Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılan türkiyəli aktrisa Afra Saraçoğlu sərbəst buraxılıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Bakırköy Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində saxlanılmışdı.

Saraçoğlu əvvəlcə Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasında tibbi müayinədən keçirilib. Daha sonra Məhkəmə Tibb Qurumunda və prokurorluqda müvafiq prosedurlar tamamlandıqdan sonra sərbəst buraxılıb.

Aktrisanın menecer şirkəti məsələ ilə bağlı açıqlama yayıb:

“Afra Saraçoğlu xarici səfərini başa vuraraq hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə Tibb Qurumunda və prokurorluqda müvafiq prosedurların tamamlanmasının ardından sərbəst buraxılıb”.

XXX

17:09

Türkiyəli aktrisa Afra Saraçoğlu barəsində aparılan narkotik istintaqı çərçivəsində hava limanında saxlanılıb.

Adalet.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Saraçoğlu barəsində saxlanılma qərarı verilib.

Qərarın verildiyi vaxt əvvəlcədən planlaşdırılan iş səfəri ilə xaricdə olan aktrisa məsələ barədə mətbuatdan xəbər tutduğunu bildirmişdi.

Saraçoğlu Türkiyəyə qayıtdıqdan sonra hava limanında polis tərəfindən saxlanılıb. Onun istintaq çərçivəsində ifadəsinin alınacağı gözlənilir.

Aktrisa daha əvvəl Türkiyəyə qayıdaraq istintaq çərçivəsində açıqlama verəcəyini bildirmişdi.