Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun müəmmalı ölümü ilə bağlı saxlanılan 3 nəfərdən biri - keçmiş jurnalist Osman Arslan həbs olunub, digər iki şəxs isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Adalet.az xəbər verir ki, "Ergenekon işi" çərçivəsində həbsdə olduğu zaman 2011-ci ildə Silivri həbsxanasında vəfat edən sabiq MİT üzvü Kaşif Kozinoğlunun ölümü ilə bağlı cinayət işi üzrə istintaq genişlənməkdə davam edir.
Soruşdurma çərçivəsində son olaraq İstanbul və Tekirdağda 4 şübhəliyə qarşı eyni vaxtda əməliyyat keçirilmişdi. Əməliyyat zamanı keçmiş jurnalist Osman Arslan, təcili yardım sürücüsü Süleyman Kaba, o dövrün həbsxana müdiri Ömer Vatan və həmin zaman növbətçi rəis olan Kazım Beyke saxlanılmışdı.
Təcili yardım sürücüsü mövcud sübut vəziyyəti nəzərə alınaraq jandarmdakı ifadəsindən dərhal sonra sərbəst buraxılıb. İfadələri tamamlanan digər şübhəlilər isə bu gün məhkəməyə göndəriliblər.
Məhkəmənin qərarı ilə hakim qarşısına çıxarılan Osman Arslan barəsində həbs qətimkan tədbiri seçilib. Digərləri haqqında isə ölkədən çıxış qadağası qoyulmaqla məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılma qərarı verilib.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:54
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
21 Sentyabr 2026 13:35


Bakı -°C

