adalet.az header logo
  • Bakı 18°C

Diniyevin Tərlan Əhmədovu xilas etdi, Zaqatalada dramatizm, "Bakı"dan ilk qələbə...

İNTİQAM VALEHOĞLU
19063 | 2014-09-30 01:34
Futbol üzrə Azərbaycan çempionatının 7-ci turunuun oyunları keçirilib. "Ədalət" qəzeti oyunların təhlilini və nəticələri, həmçinin mütəxəssis rəylərini diqqətinizə çatdırır.
İlk oyun günündə AZAL öz meydanında çempionatın vahid lideri "İnter"i qəbul edirdi. "Təyyarəçilər" bu oyunda xal qazanmayacağı halda Şüvəlan təmsilçisinin baş məşqçisi Tərlan Əhmədovun postu da laxlayacaqdı. "İnter" isə qələbə qazanıb liderlik mövqeyini daha da möhkəmləndirə bilərdi. Gənc hakim Elvin Əsgərova həvalə olunmuş matçda hesab dördüncü dəqiqədə açıldı. Futbol üzrə milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin böyük oğlu Kərim Diniyec AZAL-ı hesabda irəli çıxardı-1:0. Bundan sonra meydan sahibləri üstünlüyü ələ aldılar. Bir neçə epizodda hesab arta da bilərdi. İkinci hissə başlar-başlamaz Kaxaber Tsxadadzenin komandası oyunu bərabərləşdirdi. 75-ci dəqiqədə isə oyun üstünlüyü özünü tabloda da göstərdi. Mikel Alvaronun vurduğu qol "bankirlər"i məğlubiyyətdən xilas etdi-1:1.
Turun mərkəzi qarşılaşması İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilirdi. Arif Əsədovun "Neftçi"si Qurban Qurbanovun "Qarabağ"ından zəif olmadığını nümayiş etdirmək niyyətində idi. Bunu həm də Azərbaycanın iki gənc futbol mütəxəssisisin qarşıdurması kimi də dəyərləndirmək olardı. Oyunda ilk qol 35-ci dəqiqəyə təsadüf elədi. Reynaldoya qarşı kobudluğa görə gənc hakim Orxan Məmmədov Stamenkoviçin qapısına penalti təyin etdi. Riçard Almeyda ağ nöqtədən dəqiq oynadı-0:1. İlk hissə bu hesabla başa çatdı. Matçın digər qolları isə son 13 dəqiqəyə təsadüf etdi. Muarem Muarem 77-ci dəqiqədə hesabı "Qarabağ"ın xeyrinə dəyişdi-1:2. 85-ci dəqiqədə isə son vaxtlar "ayağı açılan" Vüqar Nadirov üçüncü topu Stamenkoviçin qoruduğu qapıdan keçirməyi bacardı. Ernest Nforun 87-ci dəqiqədə vurduğu qol isə flaqman üçün təsəllidən başqa bir şey olmadı.
Çempionatın autsayderi "Bakı" "Araz Naxçıvan"ı qəbul edirdi. Paytaxt təmsilçisi Əsgər Abdullayevin yetirmələriylə görüşə üç xal ümidi ilə çıxmışdılar. Çünki ağır günlərini yaşayan komanda üçün "Araz Naxçıvan"dan münasib rəqib ola bilməzdi. İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada hesab 28-ci dəqiqədə açıldı. Gənc futbolçu Tural Qürbətov bakılaları hesabda irəli çıxardı-1:0. İlk hissə bu hesabla başa çatsa da, ikinci hissənin başlanmağından beş dəqiqə sonra Elmin Çobanov tablodakı rəqəmləri belə dəyişdi-1:1. 74-cü dəqiqədə Nuran Qurbanov "Bakı"ya ü xalı qazandıran qolu vurdu-2:1.
"Qəbələ" isə öz meydanında "Xəzər Lənkəran"ı qəbul edirdi. İlk hücumu qonaqlar ikinci dəqiqədə təşkil etdilər. Rauf Əliyevin baş zərbəsi üstdən keçdi.12-ci dəqiqədə Skarduellinin zərbəsi təhlükəli alınır. 19-cu dəqiqədə Qalin İvanov künc zərbəsindən sonra zərbəni dəqiq yerinə yetirmir. Bu dəqiqələrdə "Xəzər Lənkəran" daha yaxşı təsir bağışlayır. 41-ci dəqiqədə Cavid Hüseynov etiraz görə sarı vərəqəylə cəzalandırılır. İkinci hissə başlar-başlamaz "Qəbələ" hesabda irəli çıxdı. İlk zərbədən sonra Cahangir Həsənzadə topu qaytarsa da, Cavid Hüseynov hesabı açmağı bacardı-1:0. Ömər Paşayevin idarə etdiyi qarşılaşmada hesab 83-cü dəqiqədə bəraəbərləşdi. Oğuz Çətinin yenicə meydana buraxdığı Deyan Blajevski "Xəzər Lənkəran"ı məğlubiyyətdən xilas etdi-1:1.
Turun bəlkə də ən dramatik qarşılaşması Zaqatalada keçirilirdi. Burda "Simurq" yeni mövsümə iddialı başlayan "Sumqayıt"la qarşılaşırdı. Bu oyunun nəticəsi Zaqatala təmsilçisinin baş məşqçisi Georgi Çixradzenin də son şansı idi. Qələbədən başqa istənilən nəticə gürcü mütəxəssisin kreslosunu laxladacaqdı Ramil Diniyein idarə etdiyi qarşılaşmada hesab 34-cü dəqiqədə açıldı. Məhəmməd Qurbanov təyin olunmuş penaltini dəqiq yerinə yetirdi. 57-ci dəqiqədə Orxan Əliyev "Sumqayıt"ın ikinci qolunu vurdu-0:2. Cəmi üç dəqiqə sonra Adam Banaş hesab arasındakı fərqi azaltdı. İlkin Qırtımovun 73-cü dəqiqədə vurduğu qol hesabda tarazlığı bərpa etdi-2:2. Bir dəqiqə sonra isə Marko Stanteviç "Simurq"a qələbə qazandran, Çixradzeni postunda saaxlayan qolu vurdu-3:2.
Oyunlardan sonra verilən ən maraqlı açıqlamaları şərhsiz diqqətinizə çatdırırıq. "Qəbələ"nin baş məşqçisi Dorinello Muntyanu:
"Biz oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Oyuna yaxşı köklənmişdik. Hər şey yaxşı gedirdi, qol vurduq. Lakin qol vurduqdan sonra köklənmə ilə bağlı problem oldu. Daha sonra rəqib səhvimizdən yararlanıb, qapımıza yol tapdı. ki xal itirdiyimizə görə çox pərt olmuşam".
"Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov:
"İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik. Əvəzetmədən meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".
"Neftçi"nin baş məşqçisi Arif Əsədov :
"Bilirdik ki, "Qarabağ" bu matça yaxşı hazırlaşıb. Bu görüşə fərqli taktika ilə çıxmışdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma oyunda verilən penalti hər şeyi dəyişdi. Qoldan sonra "Qarabağ" bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü. Çatışmazlıqları aradan qaldırmalıyıq. Fasilə yaranır. Təəssüf ki, tam heyətlə hazırlığımızı davam etdirə bilməyəcəyik. Məncə, "Qarabağ"a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə idi".
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov :
"Yaxşı oyun alındı. Azarkeşlər 4 qol izlədilər. Sona kimi oyun intizamını qoruyan futbolçularımdan razı qaldım. "Neftçi"nin yaxşı oyunçuları çoxdur. Onlar imkanlardan istifadə edə bilirlər. "Neftçi" bu gün məğlub olsa da, yaxşı oyun göstərdi. Almeydanın zədəsi ciddi deyil. Ağrıları çox olsaydı, davam edə bilməzdi".

TƏQVİM / ARXİV