adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Prezidentin nişan üzüyünü idmançılarımıza bağışladılar

İNTİQAM VALEHOĞLU
40817 | 2013-12-13 00:42
"Qalatasaray"-"Yuventus" qarşılaşması sözün bütün mənalarında OYUN oldu. Əvvəlcə təbiətin şıltaqlığı, sonra stadionun bərbad vəziyyətə düşməsi, sonra dünyaca məşhur ulduzların həmin palçığın içində ölüm-dirim mübarizəsi...
Amma bu köşəni mənə yazdıran başqa səbəblər var. Çünki hər kəs "Qalatasaray"ın növbəti mərhələyə keçdiyindən də xəbərdardır, Uesli Sneyderin canlı əfsanə Buffona vurduğu qoldan da.
Deməli, keçirilən ilk oyuna AZTV-dən baxmağa məhkum idim. Çünki hansı türk kanalından yayımlanacağını bilmirdim. İş elə gətirdi ki, 33 dəqiqədən sonra məlum səbəbdən bu əzabdan canım qurtardı.
İkinci gün isə təsadüfən Star telekanalına baxanda anonsu gördüm və bildim ki, burdan yayımlayacaqlar. Matça baxa-baxa öz şərhçilərimizlə türklər arasında müqayisə aparmağa başladım. İndi oyundan bir epizodu sizə danışacam. Deməli, futbolçu uzaqdan qapıya zərbə vurur və qapıçı zərbəni çooox çətinliklə dəf edir.
Birinci oyun, AZTV-nin şərhi: -Bir neçə il öncə İstanbulda keçirilən güləş üzrə Avropa birinciliyində millimiz 3 qızıl medal qazanmışdır. İdmançılarımızın çıxışı təşkilat komitəsinin o qədər xoşuna gəlmişdir ki, Abdullah Gülün nişan üzüyünü əridib, dədə malı kimi idmançılarımızın medalına qaynaq ediblər. Gülün nişan üzüyündən hər idmançımızın medalına orta hesabla1,002 qram pay düşmüşdür. Qapıya vurulan həmin möhtəşəm zərbədən təxminən iki dəqiqə sonra:
- 49 nömrəli futbolçunun zərbəsini qapıçı asanlıqla dəf elədi. Halbuki qapıçı o topu də eləmək üçün az qala bu dirəkdən o biri dirəyə qədər uçub e.
Söhbətin bu yerində yaxın zamanlarda oxuduğum lətifə məncə yerinə düşər. Deməli oğlan qıza mesaj yazır.
-Salam necəsən? (12:00)
ol yaxşıyam (13:15)
-Nartahat eləmirəm ki? (13:16)
-Yox, yox, nə danışırsan?(17:00)
Buna bənzər epizod. Star tv.
-Kaleyə şuttt... Aman Allahım, top kaleciyi nasıl da geçmedi. Ard-arda iki muhteşem hareket.
Adam bu şərhi radiodan da dinləsə başa düşür ki, qapıya zərbə vurulub.
Oyunun 70-ci dəqiqələridir, 0:0 hesabına qane olan italyanlar oyunun tempini aşağı salmağa çalışırlar.
Türk şərhçi:
-Bu italyan futbolunun tüm dünyaya belli olan taktiyi. Hesap onları qane edirse, zamanı uzatmaya çalışırlar, deansdı düşünürler.
Hansısa komandamızın beynəlxalq görüşü. Hakim utbolçumuzun rəqibə qarşı etdiyi qayda pozuntusunu görməib. Bizim şərhçi
-Futbolçumuz rəqibini sanki bedro fəndinə salırmış kimi davranır. Hakim də elə bil kordur. Epizodun düz yanında ikən oyunçumuza qırmızı vərəqə göstərməyə cürəti çatmadı. Yəqin ki, bu epizod oyundan sonra rəqib komandanın nümayəndələri tərəfindən ciddi narazılıq doğuracaq.
Oyunu izləyənlər yəqin ki, fərqindədirlər. Qol vurulan anlarda mənə elə gəldi ki, bu saat şərhçinin ürəyi dayanacaq. Ard-arda dediyi sözlərlə, emosional ifadələrlə görmədiyin birinin jestlərini təsəvvür etməyə vadar edir insanı. Hər halda eni vaxtda yerli telekanalda da yaımlanan oyuna Türkiyə telekanallarından baxmağı tərcih edən minlərlə, bəlkə də yüz minlərlə azarkeşin olmağı artıq şərhə yer qoymur. İmkan olanda baxıb nəsə öyrənməyə dəyər.

İntiqam Valehoğlu

TƏQVİM / ARXİV