adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"Neftçi"dən səfərdə 4 qol, "Qarabağ"dan evdə heç-heçə

İNTİQAM VALEHOĞLU
17861 | 2014-08-23 09:30

"Neftçi"dən səfərdə 4 qol, "Qarabağ"dan evdə heç-heçə

Ötən gün iki komandamız-"Qarabağ" və "Neftçi" Avroliqanın pley-off mərhələsi çrçivəsində ilk oyununa çıxırdı. Ağdamın "Qarabağ" komandası Bakıda Hollandiya "Tvente"sini qəbul etdiyi halda, "Neftçi" səfərdə Serbiya "Partizan"ları ilə münasibətlrə aydınlıq gətirməli idi.
Əvvəlcə "Qarabağ"ın oyunu haqda. Matç ətrafındakı ajiotaj haqda qısaca onu demək olar ki, Tofiq Bəhramov adına Respublika Stadionunda 30 min azarkeş var idi. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Çünki bu arena nadir hallarda bu qədər tamaşaçı görür.
Oyuna gəlinc, Çumbinyo məşq zamanı əzələsini dartdığından oyunda iştirak edə bilmirdi. Əvəzində Qurbanov bu start heyətə güvənmişdi-İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, Riçard Almeyda, Muarem Muarem, Leroy Corc. "Tvente"də isə əsas heyətd Nik Marsman, Kuko Martina (k), Darrl Laxman, Robert Şilder, Rasmus Benqtsson, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kusk mübarizə aparırdılar.
Oyun başlar-başlamaz "Qarabağ"ın aramsız hücumları başladı. Yetərincə maraqlı keçən ilk hissədə ağdamlılar bir neçə qol epizodu yaratdılar. Vüqar Nadirovun cərimə zərbəsini isə Marsman dəf etməyi bacardı. Hissənin sonlarında Rreynaldonun ötürməsindən sonra Vüqar qapıçıyla təkbətək çıxdı, topu yandan vurdu. İkinci hissədə "Qarabağ" yenidən təşəbbüsü ələ aldı. 49-cu dəqiqədə Ansi Aqollinin cinah ötürməsi yadda qalır. Rəqib müdafiəçinin müdaxiləsindən sonra top küncə çıxır. 51-ci dəqiqdə Reynaldo qapıçıyla təkbətək qalsa da oyundankənar vəziyyət qeydə alınır. 55-ci dəqiqədə Danilo Dias əvəzlənir. Qurban Qurbanov onun əvəzinə gənc Cavid Tağıyevi mübarizəyə qoşur. Qeyd edək ki, bu AZAL-ın keçmiş üzvünün avrokuboklarda debüt matçı idi. 58-ci dəqiqədə Rəşad Sadıqovun səhvindən sonra az qala hesab açılacaqdı. Amma bosniyalı qolkiper Şehiç rəqib futbolçunun zərbəsini dəf etməyi bacardı. 60-cı dəqiqədə rəqibin daha bir hücumu yadda qaldı. Bu dəfə də Şehiç vaxtında topa çıxa bildi. 61-ci dəqiqədə komandamız ard-arda iki qol fürsəti yaxalayır. Aqollinin ötürməsindən sonra Reynaldo, Reynaldonun ötürməsindən sonra isə Cavid Tağıyev topu qapıya göndərə bilmir. 63-cü dəqiqə rəqibin qapımıza vurduğu cərimə zərbəsiylə yadda qalır. Əks hücumumuz isə alınmır. 64-cü dəqiqədə alman baş hakim qapımıza doğru daha bir cərimə zərbəsi təyin edir. Amma bu dəfə müəmmalı cərimə zərbəsi. Məhz bu epizoddan sonra top az qala qapımızdan keçəcəkdi. Lakin Şehiç və Qarayevinzədələnməsi bahasına hesab dəyişmir.
67-ci dəqiqədə Qurban Qurbanov Çumbinyonun əvəzinə start heyətdə oynatdığı Muarrem Muarremi "Bakı"dan transfer edilmiş gənc Namiq Ələsgərovla əvəzləyir. 72-ci dəqiqə Hakim Ziyaxın qapımıza qüvvətli zərbəsiylə yadda qalır. 75-ci dəqiqədə Aqollinin daha bir cinah ötürməsi təhlükə yaradır. Son dəqiqələr də təmsilçimizin hücumları ilə keçir. Amma 90 dəqiqənin tamamında heesab dəyişmir-0:0.
Oyundan sonra hər iki baş məşqçinin verdiyi açıqlamaları şərhsiz dinləyək. "Tvente"nin baş məşqçisi Alfred Şroyder:
"Oyunun bu cür keçəcəyini gözlədiyimizdən buna hazır idik. Qol vurmaq üçün şanslarımız oldu. Birinci hissədə Kastaynyos fərqlənə bilərdu. Biz "Zalsburq"la görüşə görə taktikanı qurduq və istəyimizə nail olduq. Səfərdə bu hesab bizim üçün çox yaxşı nəticədir. Hollandiyadakı oyun haqqında heç nə deməyəcəm. "Qarabağ" da kobud oynadı. Amma bizim onlara qarşı kobud oynamağımız xüsusi tapşırıq deyildi. "Qarabağ"ın oyununa ot örtüyü mane olurdu. Amma bundan biz də əziyyət çəkirdik. Hiss olunur ki, indi klubun büdcəsi böyüyüb. Yaxşı oyunçulara sahibdirlər. İndi "Qarabağ" daha çox təcrübə toplayıb. Bu fərq hiss olunur. Amma "Qarabağ"dan hər hansısa bir futbolçu almaq haqda hələ düşünmürük".
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov:
"Qələbə qazanmaq istəyirdik, ancaq alınmadı. Qarşıda cavab oyunu var. Çumbinyonun oynamaması planlarımızı dəyişdi. O, zədəli olduğu üçün oynamadı. Əvəzində Maksim Medvedyev qayıtdı. "Mütləq dəyişikliklər ediləcək. İstədiyimiz kimi oynaya bilmədik. "Oyunun gedişini dəyişmək üçün erkən dəyişiklik etdim. Ancaq əvəzetmələr etimadımı doğrultmadılar. "Tvente"nin daha açıq futbol sərgiləyəcəyini gözləyirdik. Ancaq belə olmadı. Rəqib yaxşı müdafiə olundu. Bəzən 10 nəfərlə müdafiəyə çəkildilər. Bununla belə, təhlükəli qol epizodlarımız oldu. Məncə, Riçard Almeydanın oyunun alınmaması Çumbinyonun olmaması ilə bağlı idi. Bununla belə, futbolçular çox çalışdılar, ancaq istəyimizə nail ola bilmədik. Cavab matçında müəyyən dəyişiklik edəcəyik və səfərdə daha asan olacağını düşünürəm. Ümid edirəm ki, Hollandiyada qələbə qazanacağıq. Oyuna sonradan buraxdığım Namiq Ələsgərovda bir qədər həyəcan var idi. Amma Cavid Tağıyevdə problem yox idi. Onları meydana buraxmaqla oyunda canlanma yaratmağı düşündüm. Fikrimcə, vaxtında edilən əvəzetmələr idi".
"Neftçi" isə səfərdə "Partizan"ın qonağı idi. Matç bakılılar üçün gözlənildiyindən də yaxşı başladı. Düzdür, 5-ci dəqiqədə rəqibin təhlükəli hücumundan sonra Elvin Yunuszadə topun qapıdan keçməyinə imkan vermədi. Amma bundan sonra "Neftçi" təşəbbüsü ələ aldı.
6-cı dəqiqədə Arazın cinah keçidi yadda qalan olur. Künc zərbəsindən sonra isə rəqib müdafiəçilər topu uzaqlaşdıra bilirlər. 10-cu dəqiqədə Flavinyo sarı vərəqə ilə cəzalandırılır. Bir dəqiqə onra Araz Abdullayev uzaqdan qapını nişan alır. Qapıçı topu çətinliklə küncə çıxara bilir. 11-ci dəqiqədə hesab açılır. Denis Silva Kruz Vobayın ideal cinah keçidindən sonra hesbaıı açır. 17-ci dəqiqədə ucaboy müdafiəçi dublunu rəsmiləşdirir. 22-ci dəqiqədə Mirhüseyn Seyidov uzaqdan daha bir zərbə ilə yadda qalır. 25-ci dəqiqədə müdafiəmizin mərkəzində yaranan boşluq qolla nəticələnə bilərdi. Amma rəqib oyunçu boş qalmış qapını dəqiq nişan ala bilmədi. 28-ci dəqiqədə Flavinyonun ötürməsindn sonra Vobay hesab arasındakı fərqi artıra bilərdi. Amma rəqib qapıçı sayıq oynadı. 29-cu dəqiqədə Silva Kruz het-trik edir. Amma bu dəf o avtoqol müəllifi olur-1:2. 31-ci dəqiqədə Ramosa qarşı kobudluğa görə rəqibin 11 nömrəsi Ninkoviç sarı vərəqə alır. Cəmi bir dəqiqə sonra "Partizan" Grbiçlə hesabı bərabərləşdirir. Serb futbolçu topu həmyerlisi Stamenkoviçin başı üzərindən qapıya göndərir.
Oyunun ikinci hissəsi isə meydan sahiblərini üstünlüyü ilə keçir. 69-cu dəqiqədə Lazoviçin ötürməsindən sonra Elvin Yunuszad Silva Kruzun etdiyini təkrarlaryır. Avtoqol və 3:2. Oyunda başqa qol olmur və flaqman Bakıya sərfəli hesab olunacaq nəticəylə dönür.



TƏQVİM / ARXİV