ANA SƏHİFƏ / YAZARLAR

TƏQDİMATDAN SONRAKI TƏQDİMAT

«Arazbarı» musiqi poeması

35086    |   2016-06-03 13:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Tədbirdən çıxandan sonra qəribə bir əhval-ruhiyyənin içərisində redaksiyaya gəldim. Tam səmimiyyətimlə etiraf edim ki, tədbirin havası məni tutmamışdı, köklənə bilməmişdim o havaya. Çünki iştirakçılar tamam fərqli bir ovqatda idilər. Amma mən başqa bir mənzərə, başqa bir ovqat gözləyirdim. Təəssüf ki, istəyimcə alınmadı. Söhbət tədbirdən getmir. Tədbir bütün parametrləri ilə yerli-yerində idi. Necə deyərlər, təqdimat da, çıxışlar da, tədbirin idarə olunması da. Buna mən etiraz, irad əlaməti olaraq heç nə deyə bilmərəm. Sadəcə, hava o hava deyildi. Və mən də məhz o havanın sorağına getmişdim. Amma…

Hə, redaksiyaya gəldim. İş otağımın qapısını beş-on dəqiqəlik bağlı saxladım. Oturdum və hər iki əlimlə öncə başımı bərk-bərk sıxdım. Qulaqlarımdakı səsi çıxartmaq istəyirdim elə bil başımın içindən. Deyəsən alındı. Yavaş-yavaş həmin səsin yerini musiqi tutmağa başladı. Özü də elə bir musiqi ki, adamın bütün vücuduna hakim kəsilirdi. Bəli, bu gücün sahibi tək bir bəndədi. O da Üzeyir Hacıbəyov. Bax, həmin o musiqi mənə sarılandan sonra elə bil ki, o havanın mehini duymağa başladım və…

Bəli, həmin gün yalnız o səslə, o musiqiylə yaşadım. Elə içimdə gəzdirdim onu. Sonra Bəxtiyar Qaracanı aradım. Çünki tədbirin gedişində ondan, təqdim edilən filmin diskini istəmişdim. Ona görə aramışdım. Və nəhayət günlərin birində diski əldə etdim. Filmlə üz-üzə dayandım. Göydə Allah, yerə dörd divarın arasında mən və film… Dan yeri yenicə sökülmüşdü. Bu sökülən dan yerinin qızartısı pəncərəmdən güclə göründü. Amma filmin mənim içimdə çatdığı ocağın istisi artıq məni bürümüşdü. Ona görə də bu neçə gün içimdə gəzdirdiyim həmin o musiqinin bu odu necə rahatlıqla yandırdığını etiraf etməliyəm. Və indi də etiraf edirəm ki, məhz həmin o musiqidən bu oda, ocağa qədər mən özümdən xəbərsiz bu filmin içində olmuşam, onun arzusunda olduğum havasına köklənmişəm. Və bir də onda ayılıb görmüşəm ki, mən elə bu filmin qəhrəmanlarından, personajlarından biriyəm. Çünki filmdə söhbət məndən, səndən, elə hamımızdan gedir… Tariximizdən, Vətənimizdən gedir... Özü də paralanmış, öldürülmüş, əlimizdən alınmış hissələriylə birlikdə…




Film çox dərin mənaları özündə gizlədən və hətta alt  qatını belə gün işığı kimi göstərən titr yazıları ilə başlayır. Orda məşhur Hemenqueyin sözləri ssenari müəllifinin dilində səslənir. Və mən həmin o səslənən fikrin içindəki nöqtəyə diqqət yetirirəm. «…Kilsə zəngi səslənəndə soruşma, ölən kimdi? O mənəm, o sənsən…»

Bəli, bu günə qədər izlədiyim filmlərin, eləcə də kliplərin heç birində rast gəlmədiyim bir məqam, tikanlı məftillər narı ortadan paralayır… Nar dənələri səpələnir… Və yavaş-yavaş o nar ləkələri qırmızı ləkələrə, yəni qana çevrilir… Bu, paralanan Vətəndi… Bax, o qanın içərisindən bir tarix başlayır, Azərbaycan tarixi… Filmi yaradanlar arxivə üz tutur… Müxtəlif zamanları öz yaddaşında, öz lentində yaşadan əsərlərdən fraqmentlər gəlib keçir göz önündən… döyüş səhnələri… Azərbaycanın işıqlı simaları, aydınları… eləcə də Mirzə Cəlilin, Əbdürrəhim bəyin, Mirzə Ələkbər Sabirin və daha kimlərin əsərlərinin personajları... Nəhayət Şəhriyarı, Bəxtiyarı, Üzeyiri və …

Hə, Türkmənçaydan bu günə qədər günahkar kimi tarixə düşən və tariximizin, xüsusilə ədəbiyyat tariximizin, folklorumuzun dərd yeri olan, ağrı yeri olan bir ünvan. O da Araz çayı. Söz yazmağı, söz deməyi bacaran hər kəs öz üslubunda, öz imkanı daxilində qınayıb bu çayı. Ağzının odunu, gözünün yaşını töküb o çayın üstünə. Və o çay iki qardaşın arasında sərhəd kimi yaşamağa məhkum olub. Amma öz axarıyla, öz mövcudluğuyla suların durulacağına ümidi qırmayıb. Çünki Azərbaycan müstəqillik qazananda Arazın o tayından da, bu tayından da sərhəd məftillərini yalın əlləriylə çəkib qoparan millət var, yaşayır. Deməli ümid də var, ümid də yaşayır!..

Filmdə söhbət «Arazbarı»dan gedir. Əslində bu söhbət deyil. Bu, Sona Vəliyevanın «Arazbarı» şeirinə söykənən, ondan qidalanan və elə o şeirin gövdəsi üzərində ərsəyə gələn bir əsərdi. Və çox maraqlıdır ki, bu bir şeirdə bütöv bir tarix ifadə olunduğu kimi, filmin yaradıcı heyəti də o bütöv tarixin səhifələrini çox ustalıqla ipə-sapa düzüb. Çünki söhbət tarixdən gedir, özü də millətin, dövlətin, Vətənin tarixindən. Tamaşaçı yol ayrıcında dayanıb yol nişanları ilə ekrandan həyata boylanan xanımın əlindən axan qana baxır. O, Şuşa lövhəsini sıxıb. Həmin o lövhə onun barmaqlarını kəsir. Amma xanımın çöhrəsindən əzab yox, ağrı yox, bir həsrət tökülür, bir nisgil boylanır. Çünki o yol nişanları hərəkətdən xəbər vermir. Həyat o nişanların dibində bitib qutarıbdı. Ordan çağırış başlayır. Bu çağırışı da böyük Üzeyir Hacıbəyovun musiqisi, «Arazbarı»sı edir. Bəstəkar Tahir Əkbər Üzeyir bəyin musiqisinin qanadı altında bir musiqi almanaxı yaratmağa cəhd edib və deyim ki, bu cəhd də alınıb. Xüsusilə tarda və kamanda ifa edən Mansurov qardaşlarının, həmçinin Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynovun duetində istək çin olub. Bu musiqinin təkcə özünü ayrıca bir səhifə kimi izləmək də mümkündü. Çünki «Arazbarı»nın təsiri o qədər güclü və mükəmməldi ki, sanki gözünü yumub musiqili anlarla baş-başa qalırsan. Bax, bu yerdə rejissor və ssenaristin, yəni Bəxtiyar Qaraca ilə Kəmalə Mirzəyevanın tamaşaçıya təqdim etdiyi əsl məqam ortaya çıxır. O da mənə görə iki nöqtədə xüsusilə özünü büruzə verir. Birinci, Arazın müxtəlif taylarında yaşayan gənclər... Onların həsrətli sevgisi… Araz qovuşmağa imkan vermir… Tarixin savaş anları… Ortada Vətən, qana bulanan Vətən… paralanan Vətən… Yenə Araz gəlir ortaya… Tale gəmiləri… Tale qayıqları… Oğlan və qız ayrı-ayrılıqda talenin ixtiyarında… Talenin gəmisində.. Qovuşmaq yox… Hər kəs Arazda ayrı-ayrı səmtə üzür… Yenə ortada Vətən, amma öldürülümüş, paralanmış Vətən… Onu tabutda aparırlar… Aparanlar qadınlardı, analarımız, bacılarımız… Çünki Vətənlə ana eynidi… Öldürülən Şuşadı, Təbrizdi, Dərbənddi, İrəvandı… Bax, ana vətəni çiyninə qaldırıb… Bax, bu rejissorun, ssenaristin tapıntısıdı, tamaşaçıya göstərdiyidi…

Mən film boyu həmin bu iki məqamı yanaşı gördüm. Çiyin-çiyinə yol gedən gördüm. Və anladım ki, müəlliflər ortaya düşən Arazı yalnız məcazi mənala qınayırlar, günahlandırırlar. Böyük mənada bizim özümüzün yetərincə günahımız var. Bu günahdan çıxmağın yolu da həmin o sərhəd məftilinin ortadan kəsdiyi narın dənələrinin göyərməsi, bar verməsi, bir nar bağına çevrilməsi ilə mümkündü. Elə ona görə də filmin sonunda Şəhidlər Xiyabanını ziyarət edən «Arazbarı» şeirinin müəllifi Sona Vəliyevanın çevrəsində uşaqlar görünür. Bu körpələr mənim düşüncəmə görə həmin o nar dənələridi. Onlar tarixi öyrənir, tarixə ehtiram edir və həm də o məşəllə birlikdə intiqam üçün, bütövlük üçün alovlanırlar.

Filmdə musiqiylə qiraətin harmoniyası da uğurlu alınıb. Mərhum xalq artistimiz İlham Əsgərovun səsləndirdiyi «Arazbarı» şeiri bir çağırışa bənzəyir. Çünki rejissor onun ifasını təbiət hadisəsinin fonunda elə tamamlayıb ki, qarışan göy üzü, qapqara buludlar, çaxan şimşək və nəhayət, döyüş səhnəsi… Bütün bunlar gəlib Şuşanın, Kəlbəcərin, Qarabağın işğalı anlarıyla qarışır bir-birinə və misralardakı:

 

Araz boyu bu köçdü?

Məndən, səndən, ondan keçdi.

Göz yaşını güllər biçdi,

Yarı bülbül, yarı xarı -

«Arazbarı».

 

Bəli, bizim əksəriyyətimiz ən azından telekanallarda erməni işğalı zamanı didərgin düşənlərin, qaçqınların o faciəli köç səhnələrini izləmişik. Bax, filmin rejissor işinin qabarıq tərəflərindən biri də budur. Şairin harayı, şairin düşüncələri bu nöqtədə xalq artistinin səsində və rejissorun, operatorun ortaya qoyduğu səhnədə tamamlanır. Məhz bu yerdə mən tamaşaçı kimi filmin bir daha alındığını görürəm.

Bəli, son vaxtlar müharibə, şəhid, vətən və sair mövzularda filmlər də, kliplər də çəkilməkdədi. Ancaq müəlliflərin «Arazbarı» musiqi poeması adlandırdıqları bu film mənə görə (elə Bəxtiyar Qaraca da bu fikirdədi – Ə.M.) film-kompazisiyadı. Çünki burda konkret bir məqam yoxdu, burda hər şey var. Musiqi fraqmentləri də, filmə aid ola biləcək personajlar da, şeir də, duet də, tanıdığımız qəhrəmanın inanc yerimiz olan Şəhdilər Xiyabanını ziyarət etməsi də. Üstəlik, burda Suqovuşan adlı məkan da var. Düşünürəm ki, yaradıcı kollektivin həmin məkanı seçməsi də əlavə bir işarədi, qələbəyə əlavə bir qığılcımdı. Axı, orda Araz qovuşur. Deməli, biz elə filmin sonunda göstərildiyi kimi mütləq paralanmış məmləkətin bütövlüyünü görəcəyik. Biz öldürülmüş torpaqlarımızı çiynimizdə tabut kimi yox, əllərimizin üstündə millətimizə, bütövlüyümzə qaytarıb qovuşduracağıq!..

Hə, nə vaxtdan bəri yaza bilmədiyim və təqdimatından istədiyim havayla ayrılmadığım filmlə bağlı düşüncələrimi bacardığım tərzdə bilgisayara diktə etdim. Elə burdaca vurğulayım ki, söylədiyim bilgisayara yazan xanımın çöhrəsindən və yazmaq həvəsindən hiss etdim ki, deyəsən bu yazı alınıb. Ona görə də burda nöqtə qoyuram. Amma bu filmə mütləq qayıdacağıq.



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK