ANA SƏHİFƏ / Layihə

SƏNİ QORXUTMAYIB ÖZ SƏSİN HƏLƏ...

24163    |   2016-05-28 09:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarşımdakı çapa hazırlanan kitabda qələmə alınan hadisələr bir-bir gözlərim önündə canlandıqca bu isti yay günündə canıma üşütmə düşür. Bunlar nə nağıl, uydurma, nə də yazıçı təfəkkürünün məhsulu deyil - bu real həyat hekayəsinin bir anıdır - tarixən başımıza gətirilən faciələrin, müsibətlərin bir anı... və bu hadisələri yazar "boyayaraq" yazmayıb, o işgəncələri çəkən, görən insanların dili ilə danışır...
Lap yaxın keçmişdə - azğın, quduz, başqasının olan hər şeyə tamah salan, həris düşmənin yurdumuzu, torpaqlarımızı yağmalaması və sakinlərin başlarına gətirdikləri insanlığa sığmayan işgəncələr səhnəsinin acı təsviri gözlərim önündə canlandıqca, o müsibətləri yaşayan çarəsiz, əlacsız - dövlətdən, ordudan əli üzülüb, ümidini bir Allaha bağlayan və Allahın da səbr etdiyi, ilahi ədaləti bu insanların üzərindən çəkdiyi günləri düşündükcə adamın başından "tüstü çıxır".
Kitabın xüsusilə "Əsirlikdən gələn səslər" bölümündə insanlığa qara ləkə olan erməninin nə qədər vəhşi təbiətə malik olduğu və ətəyində yallandığı havadarlarının sayəsində necə qəddar əməllər törətdikləri qələmə alınıb. Bu, bölümü oxuyandan bəri səbrimin gərildiyinin, daha da əsəbi olduğumun fərqində oldum. O qorxunu, vəhşəti, ölümdən betər müsibətlərin acısını yaşayan insanların hər birinin ağrısından bizə də pay düşməlidi. İnsanlıq xatirinə, Allah xatirinə bircə anlıq da olsa o ağrıları öz köksümüzdə hiss edə bilmiriksə, biz də o vəhşilərdən heç fərqlənmirik demək. O vəhşət dolu günlərdə verilən işgəncələrin ağıl aparan ağrı-acısından bağıran, bu vəhşi bağırtısı özünə də yad görünən, dəhşətdən havalanan insanların müsibətlərinə biganə qalırıqsa, bizim də ermənidən fərimiz yoxdu demək.
Bunları hiss etməniz üçün kitabdan bəzi ürək ağrıdan nümunələri nəzərinizə çatdırıram.
"...Niyaz kişinin başına gətirilən müsibətlərdən: "Kumaret kon... Ağzını aç, tupurax. Axı, Novruz bayramınızdır. Sana pay verax. Sani yumurta kimi qanına boyuyub sonra tonqalda yandıracağıq. Ara, a mart kılğın txe! Bu turkun eyzan başına vurun, ayılıb biz armaniləri yaxşı tanısın. Niyaz, səni gülləylə öldürtmərəm, qorxma. Ağaca sarıyıb, hər gün bir tikə ətini kəsib sənə yedizdirəcəm. Bəlkə onda ürəyim soyuya".
Başqa bir misal: "...Vilayət həmin məsum günü göynəyə-göynəyə, əriyə-əriyə xatırlayır: "Yetmiş nəfərə yaxın quldur idarə etdiyim traktoru yandırıb, məni avtomat atəşinə tutdu. Qolumdan, qıçımdan ağır yaralanıb, qan içində yerə yıxıldım. Həyat yoldaşım Zərəfşan dörd uşaqla xeyli aralıda idilər. Qaçıb aradan çıxa bilərdilər, lakin onlar mənə doğru, bu günkü müsibətlərinə doğru qaçdılar. Qadınımın sonsuz fəryadı, yalvarışı, körpə uşaqlarımın görünməmiş cəsarəti, sədaqəti düz ürəyimə tuşlanan avtomatın sahibinin və onun vəhşi ehtiraslıg Balaca Fidayənin, Həqiqətin qorxudan gözləri böyümüşdü...".
Telman: "...Məni maşının arxasına bağlayıb sürüdülər, itlərə yedizdirdilər, huşumu itirənə qədər döydülər.."..
Raya xalanın söylədiklərindən: "...Ərim Təhməz kişini həyətımızın yaxınlığında, üzümlüyün başında, gözümün qabağında, ulağın belindəcə güllələdilər... Bizi isə Xankəndiyə apardılar. Biz insan deyil, vəhşidən də vəhsilər qarşısında qalmışdıq. Vaqifi soyuducuda dondurdular. Marksa quduz itlə birlikdə yemək verdilər. Xatınbulaqdan İlham adlı gəncin bütün bədənini siqaretlə dağlamışdılar. Burada bizi döymək üçün güclü, qəddar idmançılar saxlayırdılar. Əsir düşənləri aparıb Şuşa qəbiristanlığında başını kəsib, "qurban kəsirik" - deyirdilər.
Valya adlı erməni qadını isə... ona qadın deməkmi olar, İlahi? Valya soyuq, quzğun gözlərini bərəldərək üstümüzə cumar, ən nalayiq söyüşlər söyərdi. "Əlimi salıb dilinizi boğazınızdan qopartsam da, ürəyim soyumaz. Mən Yerəvandan bura ona görə gəlmişəm. And içmişəm ki, bu əllərimlə 5-10 türk boğum..." - deyirdi. Valyanın qan qardaşı, daşnaq "qəhrəmanlarından" biri Vaarama hələ 1920-i ildə öz "igidliyi" haqda nə yazırdı: "Mən heç nəyə məhəl qoymadan Basarkeçərin türk əhalisini məhv etdim. Güllələrə heyifim gəlirdi. Ona görədə kişi, qadın və uşaqları quyulara yığıb üstlərini daşlarla doldurdum".
... Onlarca belə, ürəyi qanadan həyat hekayələri var bu kitabda. O biçarələri, laqeydliyin, başsız başçıların səriştəsizliyinin qurbanlarını necə dinləyə bildiniz, Mahmud müəllim?!. Onların gözlərindən oxunan əzabı, utancı, xəcaləti, çarəsizliyi, qəzəbi... necə həzm etdiniz?..
Kitabın çap olunmasını gözləyə bilmədim, Mahmud (istedadlı yazıçı-publisist, şair Mahmud Qacar - F.R) müəllim, üzürlü sayın! Bu müsibətlərə laqeyd, biganə qalan, unudanların tezliklə oxumasını, faciəmizlə bir daha tanış olmalarını istədim. Tarixən hey unudaraq yenidən yaşamağa məhkum olduğumuz müsibətlərimizə, laqeydliyimizə, "aşırı tolerantlığımıza" yenidən nəzər salmağı, düşməndən heç vaxt dost, qardaş olmayacağını anlamalarını istədim.
Və sizin nədən bir neçə dəfə ürək əməliyyatı keçirdiyinizi indi daha dərindən anladım.
"Əsirlikdən gələn səslər"qulaqlarımızdan heç getməsin, bəlkə o bağırtılar yatmış vicdanları oyada, var-dövlət hərisliyini, bu fani dünyada xoş həyat sürməyi torpaqdan, namusdan, heysiyyatdan üstün tutanları silkələyə...



SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK