ANA SƏHİFƏ / YAZARLAR

LAÇINA GEDİRİK...

50744    |   2016-05-14 09:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünyanın yaxşı vaxtıdı. Yaz gəlib. Güllər-çiçəklər gəl-gəl deyir. Hər yanda quşların səsi eşidilir. Üfüqdən boylanan günəşin hərarətini, istisini duymamaq mümkün deyil. Mayın 9-dan sonra havalar bir qədər də istiləşir. Sanki dünyanın ən gözəl günləri yenidən gəlir...
Ancaq biz tikan üstündə oturmuşuq. Mayın 8-də Şuşa işğal olunur. Qanımız qapqaradı. Qapqara qanımızı yenidən durultmaq istəyirik. Bu vaxt Rəşad Məcid otağa daxil olur. Deyir ki, sabah Laçına getmək istəyirəm! Kim getmək istəyirsə mənə qoşula bilər...
Bu elə-belə gün deyildi. Həm çətin, həm də ağır gün idi. O vaxt "Ədalət"də işləyənlər daha çoxuydu. Azı 40 nəfər yaradıcı jurnalist vardı. Bu 40 nəfərin içərisində Rəşadın çağırışına 2 nəfər qoşuldu: biri bu sətirlərin müəllifi, biri də Elşad Hacıyev (sonradan o, prokurorluq orqanlarında işə düzəldi). Səhər açılanda biz işə gəldik. Rəşad Məcid gördü ki, sözümüzün üstündə möhkəm durmuşuq. Sonra da özünəməxsus bir ağayanalıqla dedi:
- Mən sizi sınayırdım, zarafat eləyirdim. Sizin getməyinizə bir o qədər ehtiyac yoxdur, onsuz da özüm tək maşınımla sabah səhər Laçına çıxıram.
Gördü ki, onun sözlərindən hər ikimiz tutulduq. Elşad da, mən də birdən dilləndik:
- Söz vermişik, sözümüzü geri götürən deyilik. Səninlə Laçına gedirik, vəssalam!
Rəşad Məcid gördü ki, biz hər ikimiz iki ayağımızı bir başmağa dirəmişik və fikrimizdən də daşınan deyilik. Ona görə də şərtləşdik ki, sabah səhər Bakıdan çıxaq. Və sabah səhər dan yeri söküləndə Bakıdan çıxdıq və birbaşa Ağcabədiyə getdik. Ağcabədidə Rəşadgilin evində olduq. Onda Qarabağın ağsaqqalı rəhmətlik Müseyib dayı ilə tanış olduq və bir tikə çörək kəsdik. Müseyib dayı da bizim fikrimizlə razılaşdı və dedi ki, "yaxşı yol!".
Rəşadgildən Beyləqana, ordan Füzuliyə, sonra da Cəbrayıla, Qubadlıya üz tutduq. Biz maşınla üzü Laçın istiqamətində irəliləyirdik. Qarşıdansa sayı hesabı bilinməyən köç maşınları, piyada insanlar qabaqlarında qoyun-quzu Füzuli istiqamətində hərəkət edirdilər. Yolun kənarında isə saymaqla bitməyən çoxlu sayda ağır texnika gözə dəyirdi. Biz o texnikaları, tankları, BMP-ləri görəndə sevindik. Çünki söhbət elədiyimiz zabitlər, əsgərlər deyirdilər ki, burdan Laçına çıxıb Şuşanı azad edəcəyik.
Laçının Qayğı qəsəbəsinə çatanda hava dəyişdi. Bir yağış başladı ki, tut ucundan göyə çıx. Və orda postda olan əsgərlərimizlə söhbət elədik. Onların bir neçəsindən müsahibə aldıq. Əsgərlərin biri deyirdi ki, on-on beş dəqiqə bundan əvvəl ermənilərin bir vertalyotu bizi atəşə tutdu. Bizdə də uşaqlardan biri sərrast atəşlə həmin vertalyotu vurdu. Amma bunlar elə quduzdu ki, bir də görəcəksən ki, qisas almaq üçün yenə hücuma keçdilər. Küçük qulağını kəsəndən qorxar. Hələ ki, səslərini içlərinə çəkiblər. Sakitlikdi. Postda olan digər əsgərlər də bizi görəndə təəccübləndilər. Dedilər ki, camaat tankla gəlib bura çıxa bilmir. Siz "Jiquli" ilə bura necə gəlib çatıbsınız? Bir az ehtiyatlı olun və burda da çox ləngiməyin. Çünki hər an dığalar postu atəşə tuta bilər...
... Laçının bir neçə kəndini arxada qoyuruq. Dağların qoynuyla qıvrılıb gedən yolla üzü Laçın şəhəri istiqamətində irəliləyirik. Meşənin bir addımlığındayıq. Rəşad maşını saxlayır və dərindən nəfəs alır. Gözləri də dolur. Deyir ki, düşün bir az dincələk. Bu bulaqdan da su içək. Yenidən günəşin isti şəfəqləri meşənin ağaclarında bərq vurur. Biz hər üçümüz maşından düşüb ağaclara yaxınlaşırıq. Mineral bulaqdan doyunca su içirik. Hələ indiyə qədər bu tamda təbii su içməmişəm. Əvvəllər qorxurdum ki, səhhətimdə problem olduğuna görə bu suyu içəndə xəstələnərəm. Ancaq bir stəkan içdim, içimə, qəlbimə bir rahatlıq, sakitlik doldu. Elə Rəşadın da, Elşadın da bu suyu içəndən sonra ovqatı düzəldi. Yenidən maşina əyləşib üzü Laçına tərəf gedirik.
Qərargaha çatanda çoxlarının başı qarışıq olduğunu görürük. Arif Paşayev və digərləri bizim gəlişimizdən sevinirlər. Rəşadı yaxşı tanıdıqlarından bir qədər də aramızda şirinlik və səmimiyyət yaranır. Bu vaxt ermənilər şəhəri yenidən top atəşinə tutur. Mərmilərdən biri qərargahın yaxınlığına düşür. Xoşbəxtlikdən ölüm-itim olmur. Bizim artilleriyanın cavab atəşindən sonra ermənilər sakitləşirlər. Qərargahda söhbətləşirik. Müxtəlif hərbçilərlə və Arif Paşayevin özüylə Laçının müdafiəsindən danışılır. Onlar da deyirlər ki, əlavə qüvvə gəlməlidir, biz Laçından Şuşaya doğru irəliləməliyik.
Əsgərlərin, zabitlərin ovqatı pis deyildi. Amma bizə çox qəribə baxırlar. Deyirlər ki, vallah, qurd ürəyi yemisiniz. "Jiquli"ylə bura gəlib çıxmısınızsa, ananızın südü sizə halal olsun! Bir qədər keçir, Laçında "raypo"nun müdiri işləmiş orta yaşlı bir oğlan bizə yaxınlaşır. Deyir ki, qonaq gəlmisiniz, gedək qulluğunuzda durum, yeyək, içək, kabab qonaqlığı verim. Hələ samovar çayını demirəm. İki daşın arasında ürəyi böyük olan insanlar biz jurnalistlərə gözlərinin yağını yedirtmək istəyirlər. Göydən güllə yağanda, ölümlə üz-üzə olanda adamın boğazından nə kabab keçər, nə də samovar çayı...
... Yenidən ermənilər şəhəri topa tutur. Arif Paşayev deyir ki, siz şəhərdən çıxın! Çünki hər an təhlükəli ola bilər. Bizə baxmayın, biz belə döyüşlərə öyrəşmişik. Komandirin və digər zabitlərin təkidiylə axşama yaxın şəhərdən çıxmaq istəyirik. Arif Paşayev bir daha Rəşada və bizə özümüzdən muğayat olmağı tövsiyə edir və deyir ki, sizin kimi jurnalistlər bizə çox lazımdı. Biz avtomatla, tankla, topla müharibə aparırıq, siz də qələmlə...
Rəşad Məcidin dayısı Elbrus müəllim də özünü bizə çatdırır. Həyəcanlı halda bildirir:
- Ay rəhmətliyin uşaqları, dünyanın dağılan vaxtı canınızdan bezmisiniz?! Təcili geri dönün!
Rəşad özünəməxsus bir təbəssümlə inad eləyir, amma dayısının sözündən və komandirlərin təkidindən çıxa bilmir. Biz geriyə dönürük. Yenə gözlərimiz dolur və baxışlarımız şəhərin girəcəyində Laçın sözü yazılmış lövhədə ilişib qalır. Rəşad Məcid yenə həmin yüksəkliyə baxır. Qartal baxışıyla sanki sonunca dəfə bu yerləri seyr edir və ürəyini burda qoyub gedir...
Biz Laçına gedəndə mayın 11-i idi. Gözəl bir yaz günüydü. Əvvəl gün çıxdı, sonra yağış yağdı və yenidən gün çıxdı... Ordan geriyə qayıdırıq. Hər üçümüz dilxoruq. Sanki dəryada gəmimiz batıb. Qayğı qəsəbəsinə qayıdanda posta dönürük. Postdakı uşaqlardan üçünü yerində görmürük. O dəqiqə Rəşadın ürəyinə nə isə damır. Əsgərlərdən biri deyir ki, müsahibə aldığınız əsgərlərin üçü ağır yaralanıb. Onları Bakıya apardılar...
Yenidən Rəşadın gözləri dolur. Sükan arxasında özünü çox pis hiss eləyir. Yerə düşür, diqqətlə ətrafa baxır, əsgərlərimizə təsəlli verir: "Qorxub eləməyin, bu ürək ki, sizdə var, Allah sizi hifz eləyəcək!". Əsgərlərlə öpüşüb-görüşüb ayrılırıq. Şər qarışan vaxtıdı. Şər qarışanda insan bir az ehtiyatlı olmalıdır. Yavaş-yavaş yola qaranlıq çökür. Bu qaranlığın içində maşının işığı zülməti yararaq üzü Qubadlı, Cəbrayıl, Füzuli istiqamətində geriyə qayıdırıq.
... İndi anam da narahatdı. Rəşada deyirəm ki, bu axşam Bəhmənlidə qalacağıq. Gedək bizə, bir qədər dincələk, axşamı gecələyək, səhər də Bakıya çıxarıq. Bəhmənliyə çatırıq, kəndə giririk, Rəşadın hələ də ovqatı düzəlməyib. Birdən necə olursa lövhədə "Bəhmənli" yazılmış sözləri görür. O dəqiqə ovqatı dəyişir və çöhrəsinə təbəssüm qonur:
- Axır ki, Vaqif Bəhmənlinin ətrini hiss eliyirik. Nə böyük və gözəl kəndiniz var. Elə Vaqif kimi oğlan da məhz belə kənddə yetişər...
Bizim həyətə girəndə qardaşım Elxan Rəşadı qucaqlayır və "xoş gəldin" deyir. Sonra da Elşadla tanış olur. Rəhmətlik anam da belini əyə-əyə bizə yaxınlaşır. Elə birinci Rəşadı bağrına basıb öpür. Sonra Elşadı və sonra da məni bağrına basır. Deyir ki, ay bala, gecənin bu vaxtı hardan gəlirsiniz? "Laçından! - deyəndə anam həyəcanlanır. "Bıy, başınıza dönüm, a bala, bəs qorxmursunuz ki, ermənilər sizi öldürər?!"
Rəşad isə anamı qucaqlayır və deyir: "Ana, nədən qorxuruq. Bəs siz bizim kimi oğulu böyütmüsünüz ki, biz də düşmənin qabağına çıxaq və sözümüzü deyək".
Anam onunla razılaşır və sakitləşir. Bir göz qırpımında stolun üstünə ləziz yeməklər düzülür. Qardaşım Elxan çalışır ki, bizim ovqatımız yaxşılaşsın. Ancaq hiss eləyirəm ki, Rəşadın qəlbindən qara qanlar axır. Tut arağını qardaşım qədəhlərə süzür və deyir:
- Bəhmənliyə xoş gəlmisiniz! Allah böyükdu. İnşallah nə vaxtsa biz də sevinərik...
... Səhərə qədər gözümüzə yuxu gəlmir. Bilmirəm yarım saat, bir saat Rəşad yata bildi, ya yox. Amma bir onu bilirəm ki, Bəhmənlinin havası, torpağı, suyu Rəşadın bu kədərli ovqatını bir qədər yüngülləşdirdi. Səhər açılanda Rəşad anamla elə görüşdü ki, sanki çoxdandır onu tanıyırmış. Anam da Rəşad Məcidlə öz oğlu kimi davranırdı. Hər halda, keçirdiyimiz həyəcanlar, ağrılar, acılar, stresslər arxada qalmışdı. Bir qədər toxdamışdıq, sakitləşmişdik və ürəyimiz dincəlmişdi...
Açılan səhərin nurunu, işığını, şehini dərindən duyuruq. Bir Qarabağ havası, bir Qarabağ səhəri yenidən arxada qalır. Yenidən içimizdə, qəlbimizdə vətən sevgisi, Laçın məhəbbəti baş qaldırır. Amma nə biləydik ki, cəmi üç gündən sonra 1992-ci ilin mayın 17-də Laçın işğal olunacaq...
Füzuliyə gedəndə Horadiz şəhərindəki bayraq meydanına qalxıram. Ordan Qubadlının, Laçının dağları görsənir. Oranın havasını, ətrini hiss edirəm. Qəlbimdə yenidən kövrək hisslər baş qaldırır. Rəşadın səsi qulağıma gəlir:
- Gəlin gedək Laçına!
Rəşad Məcid, biz Laçına da gedəcəyik, Şuşaya da, Kəlbəcərə də! Necə ki, mən indi Horadizə, Lələtəpəyə gedə bilirəm. Rəşad Məcid, Allah sənə hər cür istedad bəxş edib: ağayana oğlansan, yaxşı bir kişinin övladısan, istedadlı şairsən, yazıçısan. Və Allah-Təala sənə mənimlə bir yerdə Laçına getməyi də tezliklə qismət eləyəcək. Çünki Laçına biz Ali Baş Komandanın əmriylə gedəcəyik. Biz əlimizdəki qələmi süngüyə çevirib səninlə birlikdə Laçına gedəcəyik!!!



YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK