Adalet.az | Qırılan ömrün xatirəsi Adalet.az | Qırılan ömrün xatirəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qırılan ömrün xatirəsi

68403    |   2016-05-06 16:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstirahət günü olmasına baxmayaraq səhər tezdən oyanmışdı. Elə yatağındaca bu gün görəcəyi işləri özü üçün planlaşdırırdı. Fikri var idi ki, Gədəbəyə getsin, özü də ailəvi. Ona görə də əlini uzadıb mobil telefonunu götürdü. Sadiqə zəng vurdu. Nömrəni əzbər bilirdi. Gədəbəyə getmək barədə iki dost, həm də yeznə-qayın razılaşdılar. Sadəcə, onun təklifinə rəğmən Sadiq bildirdi ki, kiçik bir problem var. Onu həll edim, hardasa bir saat çəkər, sonra gələrəm, gedərik – dedi. Razılaşdılar. Necə deyərlər, artıq günün planı məlum idi. Ona görə də yuxudan oyanıb onun üstünə qaçaq balaca Xatirəni sinəsinin üstünə qaldırdı. Boyunu sevməyə, tellərini sığallamağa, danışdırıb güldürməyə başladı. Həyatlarının, yəni xanımı Validə ilə Fərmanın ciyərparəsi olan Xatirə onlar üçün bir mələk idi, bir sevinc, bir əyləncə, bir də qayğıları qovan, uzaqlaşdıran bir möcüzə idi. Ona görə də gənc ata da, ana da Xatirəni bir an da olsa gözdən uzuğa qoymurdular…

Haşiyə: Mənə elə gəlir ki, hər bir ad insan taleyinin müəyyənləşməsində mütləq mənada rol oynayır. Bax, bu mənada Fərmanla Validənin qızlarına verdikləri ad da onların talelərinin bir ifadəsi, bir təqdimatı oldu. Bunu mən sözgəlişi yazmıram, demirəm. Çünki baş verən hadisələr və onların məntiqi nəticəsi artıq sübut etdi ki, bu balaca qızcığazın adı da Xatirə oldu, özü də bir sevginin, bir gənc ailənin xatirəsinə çevrildi…

Bəli, deyilən vaxtda Sadiq artıq həyət qapısının önündə onu gözləyirdi. Qızının üzündən öpüb Validə xanıma, bir azdan qayıdıram, - deyib evdən çıxdı. Əvvəl-əvvəl doğma şəhəri, yəni Gəncəni gəzmək, ötən gecədən sonra nələr baş verdiyini öyrənmək istədilər. Elə hər şey də bundan sonra başladı. Kiminlə qarşılaşdılarsa, hamı müharibədən danışdı. Əvvəl-əvvəl inanmadılar. Axı aprelin 1-i idi. Sonra mövzunun hamı tərəifndən danışıldığını, maşındakı radiodan tutmuş televizora qədər hər kəsin cəbhə bölgəsində düşmən təxribatının qarşısını almaq üçün Azərbaycan ordusunun qəti tədbirlər görməsini söyləməsi dostları çaşqın bir duruma saldı. Öncə nə edəcəklərini bilmədilər – oturub gözələmək, yoxsa Gədəbəyə, öz işlərinin ardınca getmək?!

Bu iki fitkrin arasında götür-qoy etdikləri zaman kəsiyində Fərman qəflətən qərar verdi:

- Gedirik Tərtərə!

Sadiq dönüb ona baxdı. Baxışları ilə sanki demək istəyirdi:

- Doğrudan? Nə üçün?

- Gedək, bəlkə bir köməyimiz dəydi. Həm də real vəziyyətdən yerində xəbər tutarıq – dedi Fərman.

Bəli, artıq qərar qəbul olunmuşdu. Onlar fikirləşmədən üzü Tərtərə istiqamət götürdülər. Özü də heç kimə bir kəlmə söz də demədən…

Haşiyə: Fərman Elçin oğlu Əsədli 1990-cı ilin sentyabr ayının 10-da Gəncə şəhərində doğulmuşdu. Samux rayonundakı Sərkar kənd orta məktəbini bitirmişdi. Sonra Gəncə Dövlət Universitetində təhsil almışdı. Ali təhsilini başa vurub əsgəri borcunu da yerinə yetirmişdi. 2012-ci ilin sentyabrında ailə qurmuşdu. Özü də sevdiyi, könül verdiyi Validə xanımla. Ona görə bu fikri xüsusi vurğulayıram ki, Fərman hələ uşaqlıq illərindən son dərəcə həssas, qayğıkeş, həm də qərarlı bir vətəndaş kimi böyümüşdü. Qarşısına qoyduğu məqsəddən heç vaxt geri çəkilməzdi. Sevgisində də belə olmuşdu. Müəyyən problemləri aşaraq istəyinə çatmışdı. Və onların yadda qalan toy mərasimləri həmin sevginin şirin anlarını, həyatlarına Xatirə adı ilə daxil olan bir gül parçasının dünyaya gəlişi ilə daha da təravətli, daha da səmimi etmişdi. Hər kəs görmüşdü ki, bu sevgi Tanrıdan gəlib və Tanrı bu sevgini Xatirə ilə mükafatlandırıb.

Fərman Elçin oğlu işlədiyi kollektivdə də bacarığıyla, adamlara olan münasibətiylə, istiqanlılığı ilə də seçilirdi. Elə bil Allah onu dost, yoldaş olmaq üçün bu dünyaya göndərmişdi… elə bil Allah onu imkansızlara, ehtiyacı olanlara, kömək, yardım istəyənlərə əl tutmaq, dayaq olmaq üçün göndərmişdi… elə bil Allah onu ailəsinə, Validəsinə, Xatirəsinə pərvanə olmaq üçün göndərmişdi… elə bil Allah onu içindəki qeyrəti, təpəri, canındakı odu-alovu Vətəninə, torpağına fəda etmək üçün göndərmişdi…

Bəli, artıq Tərtərə yaxınlaşırdılar. Yol boyu qarşılaşdıqları mənzərələr, adamların üz-gözündəki təlaş ön xəttə doğru hərəkət edən hərbi maşınlar, əsgərlər, bir sözlə gördükləri hər şey müharibənin bir addımlıqda olduğunu aşkarca hiss etdirirdi. Yəni, bu görünənlər hardasa onlara dur, dayan demək üçün yetərli idi. Amma onlar dayanmadılar, durmadılar. Tərtər şəhərinin içərisindən keçib atəş səslərinin ara vermədən guruldadığı istiqamətə üz tutdular. İrəlilədikcə güllə səsləri, mərmi gurultuları daha aydınca eşidilirdi. Sanki o mərmilər üzü səngərə doğru irəliləyən «Niva» markalı maşının sağına-soluna düşürdü. Bunun özü də durmağa, dayanmağa bir səbəb ola bilərdi. Amma Fərman da, Sadiq də geri dönmək niyətində deyildilər. Onlar səngərin beş addımına çatanda gördülər ki, yolda hərbi post qurulub. Gənc əsgərlər heç kimi döyüş zonasına buraxmır. Maşını bir kənarda saxlayıb əsgərlərə yaxınlaşdılar. Fərman da, Sadiq də əsgərləri dilə tutub həmin əraziyə getmək istəyən adamların səs-küyündən, bəzən də yersiz, hətta əxlaqa uyğun gəlməyən hərəkətlərindən narahat oldular. Ona görə də əsgərlərin doğru hərəkət etdiklərini izah etməyə, əsgərlərlə birlikdə mülki adamların güllə altına getməsinin doğru olmadığını söyləməyə, izahat işləri aparmağa başladılar. Bu iki cavan oğlanın hərəkətləri əsgərlərdə onlara bir inam, bir həmrəylik yaratdı. Çünki həyəcanlanmış adamları inandırmaq, geri qaytarmaq əsgərlər üçün çox çətin idi. Belə bir vaxtda Fərmanın diqqətini döyüş bölgəsindən çıxaraq posta tərəf hərəkət edən «QAZ-3308» markalı bir maşının yarı yolda qalması çəkdi. Hiss olundu ki, hərbi maşın xarab olub. Bunu görən Fərman postun yaxınlığındakı mülki vətəndaşalara aid bir avtomobilin akkumlyatorunu götürüb dərhal əsgərlərin icazəsi ilə maşina tərəf şütüdülər. Hərbi maşının sürücüsü çıxılmaz vəziyətdə maşının güllədən qorunan tərəfində durub qalmışdı. Onlar gətirdikləri akkumlyatoru elə güllə altındaca hərbi maşina yerləşdirdilər. Fərman sükanın arxasına keçdi və sürətlə güllə altından uzaqlaşmağa başladılar. Onlara məlum oldu ki, bu maşında döyüşdə şəhid olmuş bir neçə əsgərimizin cənazəsi qoyulub. Birlikdə cənazələri Tərtərdəki N saylı hərbi hissəyə gətirdilər. Sürücü əsgər Şirinov onlara göstərdikləri köməyə görə necə təşəkkür edəcəyini bilmirdi. Əvəzində Fərman əlini onun çiyninə qoyub:

- Bu, hamımızın borcudu, qardaş, – dedi.

Yenidən geriyə, posta tərəf döndülər. Amma bu dəfə Fərman Sadiqə bircə kəlmə dedi:

- Cibində nə qədər pulun var?

Təbii ki, sualın cavabı məlum idi. Hər ikisi ciblərindəki pulları çıxardılar. Onun üstündən on manat götürüb bir kənara qoydular:

- Bu, benzin pulu – dedi, Sadiq. Ardınca da əlavə etdi ki, indi qalan pula alış-veriş edərik. Marketlərin birinin qarşısında dayandılar. Həmin ayırdıqları pula siqaret, kolbasa, su, çörək və digər ərzaq məhsulları aldılar. Maşının baqajını açıb aldıqları məhsulları oraya yerləşdirdilər. Fərman dedi:

- İndi sür, gedək!

Və maşında onu da vurğuladı ki, əsgərlərimizin kifayət qədər ərzağı var. Amma indi döyüş gedir. postda dayananlara, səngərə gedənlərə nə isə lazım ola bilər. Qoy bu da bizim köməyimiz olsun…

Haşiyə: Dostları Fərman barəsində yana-yana, necə deyərlər, ürəklərinin acısını gizlədə bilmədən danışırlar. Kamran deyir ki, Fərman çox vətənpərvər, qeyrətli, həm də inadkar oğlan idi. Sözündən, mövqeyindən bir addım da olsa geri çəkilməzdi. Cibinin son qəpiyini də dost üçün, imkansız üçün, ehtiyacı olan üçün xərcləyərdi, özünü heç kimdən üstün tutmazdı. Özünə görə, ailəsinə görə orta səviyyəli bir şəraiti var idi. Ona görə də o, adamların ehtiyacını sanki üz-gözlərindən oxuyurdu və çalışırdı ki, heç kimə özünün maddi üstünlüyünü, mənəvi üstünlüyünü göstərməsin. Əksinə, hamıya qaynayıb-qarışır, hamı ilə bir səviyyədə olurdu. Evdə də belə idi, xeyridə-şərdə də, işdə də. Zarafatından da qalmazdı, deyib-gülməyindən də. Amma ciddiliyinə, qətiyyətinə hamımız həsəd aparırdıq. Onun şəhid olması xəbərini eşidəndə sanki yer ayaqlarımızın altından qaçdı. İnana bilmədik. Amma eşitdiyimiz gerçək oldu. Bir onunla təsəlli tapıram ki, Fərman Elçin oğlu şəhidlik zirvəsinə yüksəlməklə özünün adını ürəklərə, tarixə yazdı.

Bəli, hardasa 10 saata qədər vaxt keçmişdi. Bu müddət ərzində onlar gücü çatan köməkliyi göstərir, postda dayanan əsgərlərin köməyinə çatır, yaralıların və yaxud da hansısa bir hərbçinin müəyyən məntəqələrə vaxtında çatmasına köməklik göstərirdilər. Artıq hava qaralmışdı və onların burada bir mülki vətəndaş kimi görə biləcəkləri elə bir iş qalmamışdı. Ona görə də yorulub əldən düşmüş dostlar geri qayıtmaq, onlardan nigaran olan ailələrinin başının üstündə olmaq qərarına gəldilər. Fərman maşının açarını Sadiqə uzatdı:

- Yorulmuşam, indi də sən sür!

Öncə Sadiq etiraz etdi. Amma keçərli olmadı. Çünki Fərman artıq sərnişin yerində əyləşmişdi. Sadiq məcbur olub «Niva»nı işə saldı. Postdan xeyli aralanmışdılar. Bu vaxt onlara qarşı, yəni üzü posta tərəf yolun kənarı ilə hərəkət edən bir zabiti gördülər. Kapitan rütbəli bu zabit Mübariz Vaqif oğlu Rəhimov idi. "Fərman maşını saxla” - dedi. Sadiq əyləci basdı. Zabitlər salamlaşdılar. Hara gedəcəyini soruşdular. Kapitan Mübariz Rəhimov onlara diqqətlərinə görə təşəkkür etdi. Amma Fərman əl çəkmədi. Sizi yolda qoyub gedə bilmərik. Aparıb posta düşürüb qayıdaq. Cavanların israrını görən Mübariz Rəhimov "Niva”ya əyləşdi. Maşın yenidən posta tərəf istiqamət götürdü. Şıxarx istiqamətində hərəkət edərkən qəflətən "D-30” top mərmisi maşının yaxınlığında partladı. Düşmənin atdığı bu mərmi bir anda ətrafı toz-dumana bürüdü. Qəlpələr maşını dəlib deşmişdi. Fərman hərəkətsiz vəziyyətdə idi. Mübariz Rəhimov yerində donub qalmışdı. Sadiqin gicgahından qan axırdı. Bir anlıq sükutdan sonra Sadiq Fərmanı silkələdi:

- Fərman, Fərman!

Güclə cavab verdi. Hiss olunurdu ki, danışa bilmir.

Maşın Tərtər Mərkəzi xəstəxanasına doğru sürətlə irəliləyirdi. Sadiq onu ölümün pəncəsindən almaq istəyirdi. Amma Fərmana həkim yardımı kömək edə bilmədi…

Həmin axşam bütün telekanallarda gedən ağır döyüşlərlə bağlı məlumatların içərisindən bir xəbər də gəlib keçdi:

- Düşmənin atdığı mərminin partlaması nəticəsində Fərman Elçin oğlu Əsədli şəhid olmuş, Sadiq Əliyev ağır yaralanmışdır…

Bəli, xəbər ildırım sürəti ilə yayıldı. Gəncədən Tərtərə dostlar, qohumlar axışıb gəldi. Heç kim bu xəbəri Validə xanıma, nə də Xatirəyə deməyə ürək eləmirdi. Çünki onlar hər ikisi Fərmanı gözləyirdilər. Gəlib onları Gədəbəyə aparacaqdı. Təəssüf… Bir ömür yarımçıq qaldı… bir ailənin sevinci mərmi partlayışına tuş gəldi… və bir Xatirə adlı körpə xatirəyə çevrildi… Fərmanın xatirəsinə… həm də Fərman özü Xatirə üçün xatirəyə çevrildi...

…Bütün bunlar hərbiçi olmuş, hərbi qanunları yaxşı bilən Elçin müəllim üçün, onun digər övladları üçün, elə xanımı üçün də ağır zərbə olmaqla yanaşı, həm də Vətən üçün, torpaq üçün böyütdükləri oğulun şəhidlik zirvəsinə yüksəlməsi deməkdir. Onların qəddi bükülsə də, ürəklərin sızıltısı ara verməsə də, başlarını dik tutmağa haqları var. Bu haqqı onlara Fərman verib – öz Şəhidliyiylə. Yəqin ki, bütün şəhidlərimiz kimi Fərmanın da haqqı və xatirəsi öz qiymətini alacaq.

Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK