Adalet.az | ƏBƏDİ ÖMÜR QAZANAN Adalet.az | ƏBƏDİ ÖMÜR QAZANAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏBƏDİ ÖMÜR QAZANAN

39939    |   2016-04-30 01:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O, sevdiyi torpağa öz qəhrəmanlığı ilə qovuşdu

Mənimlə üz-üzə əyləşib. Öncə onu diqqətlə başdan ayağa süzürəm. Necə deyərlər, iç dünyasını görmək istəyirəm. Bu da səbəbsiz deyil. Çünki qarşımda əyləşən polis nəfəridi və bu orqanda çalışanlar adətən bir az qapalı olurlar. Düşüncələrini, içlərini arxa plana keçirirlər. Ona görə də hərdən onlarla söhbət etmək çətin olur. Mən də məhz bu düşüncə ilə yanaşdım ona. Amma..
O, şəhid atası barəsində topladığı bilgiləri özü ilə birlikdə gətiribdi "Ədalət"ə. Elə ilk kəlməsindən də "ata" sözünü onu necə kövrəltdiyini gizlədə bilmədi. Nə qədər özünü toparlasa da, bir yazı adamı olaraq mən onun kövrəldiyini artıq rahatca duydum. Ona görə də çalışdım ki, söhbət zamanı onun kövrəlməsinə, hisslərə daha çox qapılmasına imkan verməyim. Necə deyərlər, o mənə bir şəhid övladından daha çox Azərbaycan gənci kimi, Azərbaycan gəncliyinin nümayəndəsi kimi düşündüklərini, xatirəsini danışsın. Təbii ki, bu işdə onunla birlikdə gəlmiş əmisi də mənə yardımçı oldu. Vəg
Stolumun üstündə iki məktub var. Birini şəhidin atası İsfəndiyar Qocayev yazıb, o birini şəhidin anası yazıbdı. Mən bu məktubları həyəcansız oxuya bilmirəm. Çünki valideynlər itirdikləri şəhidlik zirvəsinə yüksəlmiş və bu yüksəkliklə də onların yaralı ürəyinə məlhəm olmuş övladlarının nisgilini, yoxluğunu o qədər həyəcanlı ifadə ediblər ki, həmin auradan çıxmaq mümkün deyil. Və bu məkitubları oxuduqca gözlərimin qarşısında şəhid İsgəndər İsrafil oğlu gəlib dayanırdı. Doğrusunu deyim ki, məhz bu məktubları oxuyandan sonra gözümün önündə canlanan həmin o cavan oğlanın şəklinə baxdım. İnanın ki, düşündüklərimlə, xəyalımdan canlandırdıqlarımla bu şəkillərin üst-üstə düşməsi məni çox mütəəssir etdi. Öncə ananın məktubuna üz tuturam:
- O, hər şeyə can yandıran, hər bir işin qulpundan tutmağa can atan bir övlad idi. Hansı işin dalınca buyursan od parçası kimi yüyürüb o saat düzüb qoşardı. Elə bil Allah onu mənə bir köməkçi, bir şqayğıkeş kimi göndərmişdi. Digər övladlarından fərqli olaraq onda daha çox canıyananlıq, mehribanlıq var idi. İsgəndər elə bil ki, ailənin işığıydı, gücüydü, dirəyiydi. Ona görə də torpaq onu daha tez aldı məndəng
Bu biri məktubu ata yazıbdı:
- 1988-ci ildə Qarabağ hadisələri başlayanda o mənə xəbər vermədən Qarabağın müdafiəsinə getdi. Mən xəbər tutan kimi onun dalınca getdim. İstədim ki, dilə tutum. Ailəsini başsız qoyub, işini atıb Qarabağa getməsin. Açıq deyirəm, elə bil ürəyimə dammışdı. Ona görə istəmirdim getsin. Çalışırdım onu geri qaytarım. Çünki yenicə ailə qurmuşdu. Amma nə qədər dil töksəm də yolundan döndərə bilmədim. Hətta təhsil aldığı ali məktəbdən dərslərdə iştirak etmədiyinə görə onu xaric etsələr də, yenə fikrindən dönmədi. İstəyi, amalı Vətən idi, Qarabağ idig
Atanın məktubunda daha sonra yazılır:
- Sonra İsgəndərin xəbəri Murovdan gəldi. Artıq 1993-cü il idi. Elə həmin ilin dekabr ayının 14-də görüşə bildim oğlumla. Görüşümüz burda, yaşadığı ünvanda oldu. Oğlu Yaşarın ad gününə icazə alıb gəlmişdi. Döyüş yoldaşları Həsən və Rəcəb də onunla birlikdə idi. Məni onlarla tanış etdi. Mən də bir ata kimi onlara ehtiyatlı olmağı məsləhət gördüm. Belə deyəndə üçü də eyni vaxtda gülümsəyərək bildirdilər ki, biz döyüşə getmişik, istirahətə yox. Özü də torpaq üçün döyüşməyə, torpağı azad etmək üçün vuruşmağa getmişik. Bizim məqsədimiz torpağı azad etməkdi. Ayrı heç nə istəmirikg
Bu ata ilə oğulun və onun döyüş dostlarının ad günündə etdikləri söhbətin bir fraqmentidi. Ertəsi gün İsgəndər səngərə qayıdır. Ata-ana narahatçılıqla onun yolunu gözləyir, ondan xəbər tutmağa çalışır. Xəbərlər isə o qədər də ürəkaçan deyildi. Ağır döyüşlər gedirdi. İsgəndərin də döyüşdüyü hərbi hissə Kəlbəcərin 12 kəndinin müdafiəsində əsl qəhrəmanlıq göstərdi. Bu informasiyaları valideynlər ancaq gələn xəbərlərdən, bir də televiziyadan alırdılar. Ona görə də ata oğlunu görmək, ona baş çəkmək qərarına gəldi və İsgəndərin orta məktəb müəllimi Həsənbala ilə birlikdə cəbhəyə yollandı. Hərbi hisənin qərargahı Hacıkənddə yerləşirdi. Burada onları qarşılayan hərbçi oğlu ilə görüşməyə şərait yaratdı. Oğlu səngərdən doğmaları ilə görüşə gələnə qədər həmsöhbət olduqları hərbçilər İsgəndər barəsində ağızdolusu danışdılar. Onun qəhrəmanlığından, onun döyüş yoldaşlarına göstərdiyi qayğıdan, Çaykənd uğurundakı döyüşlərdə göstərdiyi şücaətdən söz açdılar. Ata bir qürur hissi yaşadıg müəllim bir fəxarət duydu. Nəhayət, İsgəndər Çaykənddə onun görüşünə gələnlərlə üz-üzə oturub hal-əhval tutmaq imkanı tapdı. Ata oğlunun silahına, geyiminə, gözlərindəki yorğunluğa həm heyrət, həm sevinc, həm də qürurla baxırdı. O, qarşısında əsl döyüşçünü, əsl kişini görürdü.
Atanın məktubundan:
- 1994-cü ilin yanvarın ayının 10-da üç günlük məzuniyyətə gəlmişdi. Bakıda ailəsinə, dostlarına baş çəkəndən sonra Saatlı rayonun Azadkənd kəndinə valideynlərinin görüşünə gəldi. O bu kənddə 1965-ci ilin iyun ayının 1-də doğulmuşdu. Burda orta məktəbdə oxumuşdu. Sonra Bakıda peşə məktəbində təhsil almışdı. Sovet ordusunda xidmətdən qayıdandan sonra Ə.C.Əmirov adına Neytçıxarma idarəsində operator kimi fəaliyyət göstərmişdi. Sonra elə həmin müəssisəsində usta vəzifəsinə irəli çəkilmişdi. Buradan da müharibəyə könüllü döyüşə yollanmışdı. N saylı hərbi hissənin tərkibində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəxsi şücaətləri ilə döyüş dostlarının, komandirlərinin sevgisini, təşəkkürlərini qazanmışdı. Və 1994-cü ilin yanvar ayının 18-də Murovda gedən döyüşlər zamanı hələ 30 yaşı tamam olmamış İsgəndər İsfəndiyar oğlu Qocayev şəhid oldu. Onda yanvar ayının 20-si idig
İsgəndər iki oğul atası idi. Yaşar Qocalı onun böyük övladı 1989-cu ildə doğulmuşdu. Azər İsgəndər oğlu 1991-ci ildə dünyaya gəlmişdi. Atası şəhid olanda Azərin 3 yaşı hələ tamam olmamışdı. Ona görə də o, atası barəsində ancaq eşitdiklərini, oxuduqlarını yaddaşına yazır, onun şəkilləri ilə söhbət edir. Və bir də onları, yəni bu iki qardaşı Lökbatan qəsəbəsində həyatın bütün sınaqlarına əyilmədən dözən anası Şəhla xanımın söhbətlərindən, xatirələrindən sevmiş, yuxularında görmüş, ürəyinə köçürmüşdü. Yəni ata-övlad görüşü həmişə xəyali olmuşdu.
Təbii ki, bu gün şəhid İsgəndər Qocayevin iki övladı - Yaşar və Azər daxili işlər orqanlarında xidmət etsələr də, onlar özlərini daha çox bu torpağı çiyinlərinə qaldıran bir atanın adını, şərəfini, amalını uca tutur, bir an da olsun kimliklərini unutmurlar. Həmçinin bu iki qardaş ataları ilə bağlı nənələrinin onlara söylədiyi həqiqət olan nağılları da yaddaşlarına yazıblar. Nənəsi onlara söyləyirdi ki, hələ kiçik yaşlarında İsgəndərdən soruşanda böyüəndə hansı işin sahibi olacaqsan? Cavab verirdi ki, ədaləti, düzgünlüyü qoruyan hakim. Elə o əqidə ilə də ədalət naminə, halal torpaqlarımız uğrunda döyüşə getdig
g Azərlə yanaşı, iş otağında üzbəüz oturmuş Qadir İsfəndiyar oğlu da söhbətə qoşulur. Bildirir ki, İsgəndər ailəyə, doğmalarına çox bağlı idi.
- Hələ orta məktəbdən onu hamı çox istəyirdi. Müəllimlər də, sinif yoldaşları da, qohum-qonşular da. 22 ildir ki, şəhid olub, amma unudulmayıb. Adını hər yerdəfəxrlə çəkirlər, qürurla onu xatırlayırlar. Mən onu sonuncu dəfə 1994-cü ilin yanvar ayının 11-də məzuniyyətə gələndə gördüm. Həmin görüşümüzdən 9 gün sonra isə qardaşım şəhid oldu. Bir xatirə danışmaq istəyirəm. Qardaşımı hamı Fariz kimi tanıyırdı. Rəsmi sənəddə adı İsgəndər olsa da, kənddə, dost-tanış arasında ona Fariz deyə müraciət edirdilər. Vəmənim qardaşım hansı adı daşımasından asılı olmayaraq öz şəhid adı ilə sübut etdi ki, o, bu torpağa nə qədər bağlıdır, bu torpağı canından nə qədər çox istəyir. Bugünkü kimi yadımdadı. Qardaşım şəhid olanda dəfn mərasiminə gələnlərin sayı-hesabı yox idi. Bütün kənd, onu tanıyanlar, döyüş dostları, iş yoldaşları, məktəb, tələbə, bir sözlə, harda olmuşdusa orada ünsiyyət qurduğu hər kəs onunla vidalaşmağa gəlmişdi. Fariz belə bir sevgi, belə bir hörmət qazanmışdı. Dostu Əziz İmaməliyev xatırlayır ki:
- İsgəndərlə arasmızda bircə yaş fərq olmasına bacxmayaraq, biz o qədər mehriban idik ki, sanki bir ailənin övladlarıydıq. İyirmi yanvar hadisələrindən söz düşəndə İsgəndər həmişə şəhid olmadığı üçün təəsüflənirdi. O, döyüşə könüllü getdi. Şəhid oldu. Bu torpaq üçün bir övlad kimi istədiyini etdi. Şəhidlik zirvəsinə yüksəldi. Biz onun ad günlərini onsuz keçirsək də, onun üçün kövrəlmirik, əksinə qürur hissi duyuruq. Çünki dostumuz, qardaşımız şəhid oldu.
İsgəndər Qocayev haqqında danışan Qəmbər Tağıyev vurğulayır ki:
- Biz ailəvi dost idik. Ona görə də onun istəklərindən, arzularından xəbərdar idim. O, müharibəyə getməyə bilməzdi. Çünki torpağa bağlı idi, çünki düşmənin törətdikləri vəhşilikləri eşitdikcə qisas almaq üçün məqam axtarırdı və bu məqam da onu səngərdə gözləyirdi. Getdi, bir oğul kimi qisas aldı və bu torpağın əsl vətəndaşı kimi özünü təsdiq etdi.
Bəli, bu gün İsgəndər Qocayevin Lökbatan qəsəbəsində adını daşıyan küçə var. Bir vaxtlar işlədiyi idarənin qarşısındakı xatirə lövhəsində onun şəkili asılıb. Oxuduğu məktəbdə hər gün onu anırlar, xatırlayırlar. Hər kəs bilir ki, bu müharibədə torpaq uğrunda canından keçən igidlərimizdən biri də İsgəndər İsfəndiyar oğlu Qocayevdir. Amma təəssüf doğuran bir məqam da var. O da İsgəndərin yarımçıq qalan arzuları, övladları üçün görmək istədiyi işlər, onlara yaradacağı şərait, tikəcəyi ev, əkib-becərəcəyi bağ-bağça və bir də əllərindən tutub gəzdirəcəyi nəvələrg Buna bir alın yazısıdı demək də olar. Amma həyatın bütün dönəmlərində haqqı və yeri olan ilk sırada dayanan şəhidlərdi. Bax, İsgəndər Qocayev də o zirvədə, o yerdə əbədi bir məkan sahibi olub. Ruhu şad olsun!



YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK