ANA SƏHİFƏ / YAZARLAR

ŞEYTAN AĞACI

33220    |   2016-04-23 20:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bizim kənddə çox qəribə ağaclar vardı. Bu ağacların hər birinin öz görünüşü, öz qol-budağı, öz gözəlliyi olurdu. Belə baxanda dünyanın hər yerində ağaclar var və bu ağacların budaqları, yarpaqları mövcuddur. Bir balaca külək əsən kimi o yaşıl ağacların yaşıl yarpaqları da naz edib budaqdan qopur və yerə düşür. Biz yerə düşən bu yaşıl yarpaqları götürüb qurudardıq, sonra da dəcəl uşaqlar onu kağızın arasına büküb papiros kimi fısıldadardı...
Tubunun oğlu Dilavər quru yarpaqların "dilini" hamıdan yaxşı bilirdi. Hətta bir-iki dəfə "Selmax"ın yanında dəmir yolunun iki addımlığında, Əliş kişigilin çəpərinin yanında əyləşən bir neçə qocanı da aldatmışdı. Tubunun oğlu Dilavər qurumuş yarpaqları tənbəki adı ilə satmışdı o qocalara. O qocalar da bu qurumuş yarpağı doldurmuşdular qəlyanın içərisinə...
Bir neçə qullab vurandan sonra görmüşdülər ki, balam, bu heç də əvvəlki tənbəkilərin dadını vermir. Bir-iki dəfə qullab vurub sonra da qəlyandan qurumuş yarpaqları yerə atmışdılar. Və Tubunun oğlu Dilavərin də kələyinin üstü açılmışdı. O gündən Tubunun oğlu Dilavər bir daha "Selmax"ın yanına ürzükmədi. Sərxan kişi demişdi ki, o əlimə keçsə, dəli inək balasını ayaqlayan kimi Tubunun oğlu Dilavəri tapdalayacam...
Ən qəribə ağac isə rəhmətlik Nübar mamamgilin həyətində bitən şeytan ağacıydı. Bu şeytan ağacı digər şeytan ağaclarından həm hündürlüyünə, həm də eninə görə çox seçilirdi. Başqa həyətlərdə də şeytan ağacı vardı. Amma Nübar mamamgilin həyətindəki qədər yekə və gövdəli deyildi. Yaşlı insanlar da bizə deyirdilər ki, ay uşaq, bu şeytan ağacına yaxın durmayın. Çünki şeytan ağacı da şeytan kimi bir şey idi. O ağaca kim çıxırdı, ya yıxılıb qolu sınırdı, ya da qılçı sıradan çıxırdı.
Ancaq biz dəcəl uşaqların dünya vecinə deyildi. Nə dünya Tubunun oğlanları Dilavərin, Yavərin vecinə gəlmirdi. Araz aşığından, Kür də topuqlarından idi. Hələ mamam uşaqları Tehranın, Təbrizin, Əhmədin, əmiuşaqları Zülfüqarın, Əsgərin, Rəfaelin heç nədən gözləri qorxmazdı. Düşünməzdilər ki, Nübar mamamgilin həyətindəki şeytan ağacına çıxacaqlar və ordan da yıxılıb qol-qıçları qırılacaq.
Bizi şeytan ağacına çıxaran o ağaca dolaşıb sarmaşan və on metr yüksəkliyə qalxan üzüm tənəyi idi. Elə ki, yay gəlirdi, gözümüz ilişib qalırdı şeytan ağacından sarmaşan üzümün salxımlarında. Rəhmətlik Nübar mamam həyətdəki o biri üzümləri qoruyurdu. Və hətta iri köpəklərini həmin üzüm ağacının yaxınlığındakı yerə bağlamışdılar. O köpək də bizi görəndə bərkdən hürər, zəncirdən dartınar və az qala dünyaya car çəkmək istəyirdi ki, yenə uşaqlar gəliblər. Köpəyin də səsini eşidəndə rəhmətlik Nübar mamam evin artırmasına çıxar və ordan dişinin dibindən gələni bizə yağdırardı. Bizə də söz kar eləməzdi. Əksinə, arvada acıq verib iti bir az da hövsələdən çıxardardıq. Və o köpək it də ayağını qabağa uzadıb, quyruğunu bulayıb yenidən hürərdi. Onsuz da bilirdik ki, o köpək itin qorxusundan üzüm ağacına yaxınlaşa bilməyəcəyik. Elə ordan suyu süzülə-süzülə uzaqlaşar və gəlib gözümüzü zilləyərdik on metr hündürlüyündə şeytan ağacına dırmaşan üzümə...
Aşağıdan yüxarı baxanda ağ və sarı şanılar görürdük. Tubunun oğlu Dilavərin ağzının suyu axardı. Elə bizim də ağzımızın suyu axardı. Aşağıdan yuxarı yazıq-yazıq elə baxırdıq ki, ağacdakı quşların da bizə rəhmi gəlirdi. O quşlardan bir neçəsinin dimdiyi ilə vurub saldığı qara və ağ şanıların tozunu silmədən basıb yeyərdik...
... Bu dəfə Tubunun oğlu Dilavəri saxlamaq mümkün olmadı. Dedi ki, Gülüş əmimgildən nərdivanı götürüb gətirəcəm, bir balaca qalxa bilsəm ürəyinizi buz kimi saxlayın, şeytan ağacının təpəsinə çıxacam. Əslində o, şeytan ağacının təpəsinə çıxmırdı. Şeytan ağacına sarmaşıb onun təpəsinə qalxan üzümün təpəsinə çıxırdı.
Nərdivanı şeytan ağacına söykədi və kəndirbaz kimi hoppanıb çıxdı ağacın təpəsinə. Elə oldu ki, nərdivan da sürüşüb şeytan ağacından yerə düşdü. On metrlikdən aşağı baxanda canına vəlvələ düşdü. Dedi ki, ay Təbriz, ay Tehran, gözüm axır e, qorxuram yıxılam?! Onlar da dilləndilər ki, bizi zibilə salma. Yıxılarsan, belin qırılar, sonra Tubu xalaya nə cavab verərik?! Vaxt itirmədən neçə-neçə qara və sarı üzüm salxımlarını qırıb yerə atdı. Üzüm salxımlarını bəzilərimiz yerə düşməsin deyə göydə qapırdıq. Amma eləsi də vardı ki, tuta bilmirdik, yerə düşürdü və salxım dağılırdı...
Uşaqlar yerə düşən salxımları tozlu-torpaqlı yenidən gözlərinə təpirdilər. Tubunun oğlu Dilavərin yenidən səsi eşidildi:
- Ə, bəs doymadınız? Axı mənim burda canım çıxdı. Nərdivanı ağaca yaxınlaşdırın, görüm düşə bilirəm?
... Üzüm tənəyinin salxımının çoxu dərilmişdi. O, yavaş-yavaş şeytan ağacından arxası üstə geri düşürdü. Birdən elə oldu ki, ayağını qoyduğu şeytan ağacının budağı qırıldı. Tubunun oğlu Dilavər özünü saxlaya bilməyib əvvəl bir budağa, sonra başqa budağa, axırda da tənək ağacına dəyərək yerə çırpıldı. Necə yerə çırpıldısa, çığırtısı aləmi başına götürdü. Hətta onun çığırtısına qapıdakı köpək də hay verərək bir neçə dəfə bərkdən hürdü. Qorxumuzdan səsimizi çıxarmırdıq. Uşaqların əksəriyyəti şeytan ağacının yanından qaçıb getdi. Orda bir qardaşı Yavər qaldı, bir Zülfüqar, bir də Təbriz.
Hamısı da durub gözlərini zilləmişdi Tubunun oğlu Dilavərə. O da zarıdıqca zarıyırdı. Səsə Nübar mamam gəldi. Gördü ki, Tubunun oğlu Dilavər yerindən tərpənə bilmir. Arvad tay bu dəfə dişinin dibindən çıxanı demədi. Bircə onu dedi ki, ay bala, sizə demədimmi bu şeytan ağacından xeyir tapan olmayıb?
Kənddə cəmi bir-iki maşın var idi. O bir-iki maşının da biri bizim qapımızdaydı. Böyük qardaşım Tubunun oğlu Dilavəri çox çətinliklə maşının arxa salonuna uzatdı. Və bir başa ordan götürüb apardı sınıqçı Mirvari arvadın yanına. O da Tubunun oğlu Dilavərə diqqətlə baxdı və dedi:
- Bu, mənlik deyil. Götürün aparın Merdinliyə, Cümşüd kişinin yanına. Çünki bunun qılçı və səkkiz qabırğası sınıb.
Qardaşım təzədən inildiyən və zarıyan Tubunun oğlu Dilavəri Merdinliyə apardı və orda Cümşüd kişi onun yeddi qabırğasını və sınıq ayağına gips qoydu. Dedi ki, aparın on gün yerindən tərpətməyin. On gündən sonra özüm Bəhmənliyə gələcəm və sınığa baxacam. On gündən sonra Cümşüd kişi Bəhmənliyə gəldi və dedi ki, hələ bir ay da yerindən tərpənməli deyil...
Həmin gündən sonra bir daha biz şeytan ağacının yanına ürzükmədik. Çünki bu şeytan ağacından heç kim xeyir görməmişdi. Tubunun oğlu Dilavər də üç aydan sonra sağaldı və ayayğa qalxdı. Günlərin bir günü də eşitdik ki, həmin şeytan ağacını rəhmətlik Nəsib əmim kəsdirib. Deyib ki, belə getsə, bu şeytan ağacı çox uşağı şil-küt edəcək...



YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK