Həmkarlar təşkilatı adını dəyişdi
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı fəaliyyətini artıq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) adı ilə davam etdirəcək.
Adalet.az xəbər verir ki, bu dəyişiklik elm sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, laboratoriyaların və elm yönümlü ali təhsil qurumlarının əməkdaşlarının təşkilatımızın fəal üzvləri olması faktını rəsmi və təşkilati baxımdan daha dəqiq ifadə etmək məqsədi daşıyır.
Yeni ad elm və təhsil sahəsində çalışan əməkdaşların maraqlarını bir araya gətirən, onları daha geniş şəkildə əhatə edən yanaşmanı əks etdirir.
Elm və təhsil bir-birindən ayrılmaz sahələrdir. Bu iki sahənin ortaq dəyərləri üzərində möhkəm həmrəylik platforması quraraq, əməkdaşların hüquq və maraqlarının qorunmasına yönəlmiş fəaliyyəti daha da gücləndirir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı üzvlərin yanında olmağa, onların əmək hüquqlarını, sosial təminatlarını və peşəkar maraqlarını qorumağa, birgə təşəbbüslərlə yeni və uğurlu addımlar atmağa davam edəcək.
Digər Xəbərlər
10 Iyul 2026 14:56
Xaricdə təhsil adı ilə dələduzluq edənlərlə bağlı MÜRACİƏT
09 Iyul 2026 11:06
Dövlət İmtahan Mərkəzinin şəffaf sistemini qurmaq bu qədər çətindir?
09 Iyul 2026 10:47
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı
08 Iyul 2026 11:59


Bakı -°C

