Azərbaycan lideri: Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun

“Mən bu gün həm Təzəbinə kəndində, həm də Xanyurduda şəraitlə tanış oldum. Biz iki gözəl kəndi demək olar ki, yenidən bərpa etdik və sizin sərəncamınıza verdik”.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Xocalının Xanyurdu kəndində kəndə köçən bir qrup sakinlə görüşü zamanı bildirib.
“Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”, - dövlət başçısı vurğulayıb.
Digər Xəbərlər

Medianın inkişafı dayanıqlı inkişafa aparan islahatların nəticəsidir

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Ersin Tatar: “Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb”
