Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib
İyulun 18-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərəm Məmmədov 1990-cı il martın 7-də Ermənistanda girov saxlanıldığını bildirib.
Adalet.az xəbər verir ki, o, Zəngilan rayonu və Qafan rayonu arasındakı rabitə xəttini bərpa etmək üçün “UAZ” markalı avtomobillə həmin əraziyə getdiyini qeyd edib. Onunla birlikdə işçiləri Bağırov Şakir Əvəz oğlu və Zəngilan rayonu rabitə qovşağının sürücüsü Emin və komendantın köməkçisi Emin adlı şəxs olub.
Kabel xəttlərini yoxlaya-yoxlaya Qafan rayon rabitə qovşağına daxil olduqda qovşağın həyətinə toplaşmış ermənilər tərəfindən zərərçəkmiş şəxs özü və digər azərbaycanlılar təpik-yumruqla döyülərək girov götürülüblər. Bundan sonra ora gəlmiş Ermənistanın Qafan rayon daxili işlər şöbəsinin əməkdaşları və hərbçilər onları Qafan rayon daxili işlər şöbəsinə aparıblar. Orada 4 nəfər mülki geyimdə olan erməni onlara işgəncə verib, yumruq-təpiklə döyərək müxtəlif növ bədən xəsarətləri yetiriblər. Nəticədə K.Məmmədovun sağ tərəfində qabırğaları sınıb, bədəninin bütün hissələri göyərib və baş-beyin tramvası alıb. Ş.Bağırovun beyninə qan sızıb.
Zəngilan rayonundan gəlmiş sovet hərbçiləri onları ermənilərdən təhvil alaraq “BTR” hərbi maşınına qoyub Zəngilan rayonuna gətirməklə girovluqdan azad edib. Zərərçəkmişlərə məxsus “UAZ” markalı avtomobil Ermənistanda onları girov götürmüş şəxslər tərəfindən mənimsənilib.
K.Məmmədov məhkəmədə prokurorun sualına cavabında bildirib ki, Ermənistanda aldığı xəsarətlərə görə iki ay xəstəxanada müalicə olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər
06 Noyabr 2025 14:46
Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib - MƏHKƏMƏ
06 Noyabr 2025 13:48
General-mayor Bəkir Orucovla bağlı qərar verildi
03 Noyabr 2025 14:57
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı
03 Noyabr 2025 11:52
Qaradağ icra hakimiyyətinin əməkdaşları bu maddələrlə ittiham olunur - Rəsmi
31 Oktyabr 2025 21:07
MƏHKƏMƏ: Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatdı - FOTOLAR
31 Oktyabr 2025 19:27
DTX tərəfindən saxlanılan Vüqar Məmmədovla bağlı qərar verildi
31 Oktyabr 2025 19:17
İslam Rzayev bu cinayətlərdə ittiham olunur - QƏRAR VERİLDİ
31 Oktyabr 2025 17:53


Bakı -°C

