Türkiyə müharibə planını nəzərdən keçirir
Suriyanın şimalındakı kürd qüvvələri tərksilah olmaqdan imtina edərsə, Türkiyə hərbi plan da daxil olmaqla müxtəlif fəaliyyət planları hazırlayıb.
Adalet.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
“Terrorçu Kürdüstan Fəhlə Partiyası və “xalq mühafizə birliklərinin” birləşmələri əsasında qurulan “Suriya Demokratik Qüvvələrinin” (SDQ) lideri Mazlum Abdi Suriyanın Prezidenti Əhməd əş-Şara ilə mart ayında imzalanmış müqavilənin şərtlərini yerinə yetirmir. Plana görə, kürd döyüşçüləri keçid hökumətinin silahlı qüvvələrinə daxil edilməlidir. Suriyada qeyri-sabitlik şəraitində SDQ, PKK və YPG silahlarını təhvil verməyəcək. Türkiyənin müxtəlif risklərlə bağlı fəaliyyət planları var. Suriyanın bölünməsinə və bölgənin (şimalda) SDQ/PKK/YPG-nin nəzarətinə keçməsinə imkan verilməyəcək. Türkiyə Suriyada ərazi birliyi və sabitliyin təmin olunmasının tərəfdarıdır. Bu nəticə verməsə və SDQ/PKK/YPG tərksilah yolu ilə getməsə, hərbi variantdan istifadə olunacaq”, - məlumatda deyilib.
Digər Xəbərlər
01 May 2026 20:23
Tramp bu tarifləri 25% qaldırdı
01 May 2026 20:16
Sibiqa: Ukrayna Rusiyadan 9 may üçün atəşkəs barədə təkliflər almayıb
01 May 2026 19:57
Zelenski hərbçilərin maaşlarını 400 minə qaldıracaq
01 May 2026 17:05
"Pentaqon yalan danışır" - Əraqçi
01 May 2026 13:05
İran bu gün sülh təklifini təqdim edə bilər
01 May 2026 11:28
Pezeşkian ABŞ-yə güvənmir: "Danışıqlar prosesində İrana hücum edə bilərlər"
01 May 2026 10:37
İran XİN sözçüsü: Pakistan ABŞ-la danışıqlarda rəsmi vasitəçi kimi qalır
01 May 2026 10:14


Bakı -°C

