Ərdoğan təlim keçən azərbaycanlı zabitlərin məzun gününə qatıldı

"Azərbaycan bura təlim keçmək üçün gəlmiş qonaq zabitlərimizi ürəkdən təbrik edirəm".
Adalet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti Qərargah Zabitlərinin Məzuniyyət Mərasimində çıxışı zamanı deyib.
Türkiyə lideri kadr hazırlığını uğurla başa vurmuş zabitlərin buraxılış mərasimində olmaqdan məmnunluğunu bildirib: "Sizin vasitənizlə Türkiyə Silahlı Qüvvələrinin hər bir üzvünə salamlarımı və sevgimi çatdırıram. Bu gün 80-i dost və qardaş ölkələrdən gələn hərbi qonaq olmaqla ümumilikdə 241 zabitin məzuniyyət həyəcanının şahidi oluruq. Birgə komanda-qərargah hazırlığının 14-cü dövrünü və Qüvvələr Müharibə İnstitutunun komanda-qərargah hazırlığının 7-ci dövrünü müvəffəqiyyətlə başa vuran hər bir zabitimizi ürəkdən təbrik edirəm. Onlara ordumuzun müxtəlif səviyyələrində qərargah zabiti kimi yeni vəzifələrində uğurlar arzulayıram.
Silahlı Qüvvələrimizin hər bir üzvü millətimizin göz bəbəyi, ümid yeri, iftixar mənbəyidir. Allah sizi bütün təhlükələrdən, bəlalardan qorusun. Yolunuzu və bəxtinizi açıq etsin. Azərbaycan, Bosniya və Herseqovina, İndoneziya, Qambiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Şimali Makedoniya, Mali, Monqolustan, Pakistan, Somali, Səudiyyə Ərəbistanı və Özbəkistandan buraya təlim keçmək üçün gəlmiş qonaq zabitlərimizi də ürəkdən təbrik edirəm.
Zabitlərimizi yetişdirən, yüksək vəzifə hissi ilə peşəkar bacarıqlarını möhkəmləndirən komandir və təlimatçılarımıza xalqım adından təşəkkür edir, onların zəhmət və fədakarlığına görə minnətdarlığımı bildirirəm. 2016-cı ildə yaradılmış Milli Müdafiə Universitetimiz öz sahəsi üzrə dünyanın qabaqcıl təhsil ocaqlarından biri olmaqda davam edir".
Digər Xəbərlər

Türkiyə müharibə planını nəzərdən keçirir

"Ukrayna hücuma keçməlidir" - Tramp

Qlobal istilər təhlükəli həddə çatıb

Suriyadakı toqquşmalarda 600-ə yaxın insan ölüb

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb

Suriyada nazirə sui-qəsd cəhdi olub - Əl Şaraa Dəməşqi tərk etdi

"Cənubi Qafqazda baş verənləri izləyirik" - Bryus
