hacklink Adalet.az | TURAN DÜŞÜNCƏSİ Adalet.az | TURAN DÜŞÜNCƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TURAN DÜŞÜNCƏSİ

37684    |   2016-04-23 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bundan əvvəlki yazımı əslində mərhum ədəbi şəxsiyyətimiz Cəfər Cabbarlıya həsr edəcəkdim, ancaq tarix boyu onun-bunun maşası olan ermənilərin səbəb olduğu hadisə və yedikləri kötək üzündən təxirə saldım. Deməli qismət bu günə imiş.
1995-96-cı illərdi. Bakıya gəlmişdim və dostum əli Şamil ilə görüşdükdə "Sabah günortadan sonra bir işin olsa da təxirə sal Cəfər Cabbarlı ilə bağlı bir tədbir keçiriləcək səni ora aparacağam" dedi. Düzünü deyim bu xəbərə çox sevinmişdim.
Burdaca bir haşiyə çıxıb bəzi həqiqətləri oxucularımla bölüşmək istəyirəm. Bizlər Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı məlumatları "Azərbaycan" dərgisindən və Azərbaycan Kültür Dərnəyinin nəşr etdirdiyi kitablardan öyrənirdik. Dərginin müxtəlif nömrələrində digər ədəbi və siyasi şəxsiyyətlərimizin əsərləri kimi mərhum şairimiz Cəfər Cabbarlının əsərləri də dönə-dönə çap olunur, biz də oxuyurduq.
1970-ci illərdə Ankaradan çox uzaqlarda, İgdir və Aralıq qəzasındakı məktəblərdə müəllim işləyərkən əldə etdiyim həmin dərgiləri, əsərləri oxuyur, Azərbaycanın milli müstəqilliyi və azadlığı uğrunda əziz canından kəçən şair və yazıçıları, onların mübarizə yolunu şagirdlərimə lazımi dillə tanıdır onları millətçi və Turançı ruhda yetişdirirdim. Bir müəllim kimi izlədiyim millətçi yol "solçu" dediyimiz və burnunun ucundan o yanı görə bilməyən, kor-koranə sosializm fikrini doqmatik anlayışla qəbul edənləri hədsiz narahat edirdi. Turançı fikirlərimə görə o gün olmazdı ki bu insanların tənqid oxları mənə tuşlanmasın. Dəfələrlə şikayət edildim, müfəttişlər tərəfindən hədə-qorxulara məruz qaldım, məhkəməyə verilib hakim qarşısında dindirildim, ancaq yolumdan nəinki bir misqal geri qayıtmaq daha da kəskin addımlar atdım. Tarixin gedişatı, Turan ideyasını mənimsəyənlərin haqq yolunda olduğunu sübut elədi, çünki bizlər düz yolda idik.
əli Şamilin təklifinə sadəcə olaraq sevinmədim. Bir vaxtlar nəinki Turanın adını çəkmək, millətçilik qoxuyan sözləri dilə gətirən, Azərbaycan xalqının maddi və mənəvi dəyərləri ilə bağlı araşdırmalar aparan ziyalıların belə sudan bəhanələrlə zindanlara salındığı, tarın, Dədə Qorqudun yasaqlandığı bu ölkənin paytaxdında artıq milli şəxsiyyətlərimizin yuxularının çin olduğunun fərqinə vararaq onların ruhlarının sakitlik tapacağını, nahaq yerə tökülən qanlarının, ailə-uşaqlarının çəkdiyi izdirabların nəticəsiz qalmadığını hiss edib müqəddəs qəbirlərində rahat uyuyacaqlarını düşünüb Tanrıya şükr etdim.
Ertəsi gün əli bəy ilə görüşüb tədbirin keçiriləcəyi məktəbə getdik. Tədbirin təşkilatçısı olan Asif Rüstəmli bəylə ilk dəfə orda tanış oldum. Bu tədbirə görə üzünə bir şey deyə bilməsəm, gördüyü bu xeyirxah işə görə mədhiyyə düzməsəm də (bu mənim xarakterimə yaddır) könlümdə ona xüsusi bir guşə ayırdım. Tədbir başladı, məni də çıxışçılar sırasına aldılar. Zal, müəllimlərlə birlikdə şagirdlərlə dolu idi. Tədbir açıq elan olundu, Asif bəy Cəfər Cabbarlının həyat yolu ilə bağlı həddən artıq gözəl məlumat təqdim etdi. Sonra təhsil nazirliyindən gələn nümayəndə söz aldı. O danışdıqca Asif bəyin çıxışının məzmunu ilə bu qardaşımızın söylədikləri arasında düşüncə yönündən yerlə göy qədər fərqin olduğu hər bir sözdə hiss olunurdu. Bu qardaşımız tamamilə Sovet psixologiyası ilə Cəfər Cabbarlı haqda danışdı. Sanki başıma bir qaynar qazan su tökülmüşdü. Növbə mənə çatanda nələri hiss etmişdimsə hamısını dilə gətirdim. O qardaşımızın məsələyə toxunuş şəklini kəskin şəkildə tənqid etdim. Çox güman ki, məni çıxışçı kimi qəbul etdiklərinə görə bəlkə də peşiman olmuşdular, ancaq əminəm ki sonralar özlərinin səhv yolda olduqlarını başa düşüblər. Tədbirdən sonra Asif bəy də, əli bəy də tənqidlərimə görə mənə, "Qardaş bizim demək istədiyimiz məsələlərə sən toxundun çox sağol" dedilər.
Asif bəy, ömrünü Cəfər Cabbarlı irsi yolunda xərcləmiş bir ziyalımızdı. Mart ayının 22-ində Uluslararası Muğam Mərkəzində Cəfər Cabbarlıya həsr olunmuş bir tədbir həyata keçirildi. Bunun da zəhmətini Asif bəy çəkmişdi, aparıcısı da özü idi, ancaq o vaxtkından daha təkmil, daha görkəmli, daha mənalı şəkildə. Asif bəyə ancaq, ürəyinə-əqidənə-əməyinə eşq olsun qardaşım, sonsuz təşəkkürlər deməkdən savayı heç nə edə bilmədim, kaş edə biləydim.
Cəfər Cabbarlı, Türklük göylərində parıldayan bir ulduzdur. Cismani bədəni Azərbaycan torpaqlarında yatsa da, ruhu əbədiyyən gələcək nəsillərə bələdcilik edəcəkdir, çünki yeridiyi yol müqəddəs Turan yolu idi. O yol, Tanrının özənə-bəzənə yaratdığı ordusunun, Türk millətinin yoludur. O yolun mənasını dərk edib, bütün varlığı ilə ona xidmət edənlərə eşq olsun.

"Amal quşu Şərqə doğru uçarkən,
Gündoğuşda murad suyu içərkən,
Səbah yəli Altun dağdan kəçərkən,
Turan əllərinə salam söyləyin.

Cəfər Cabbarlı

Turan, milli mənsubiyyətini dərk etmiş Türklərin əbədi vətənidir. "Qızıl Alma"mız olan əbədi vətənin hara olduğunu isə Türklüyün görkəmli milli sosioloqu mərhum Ziya Gökalp nişan verib:

"Vatan nə Türkiyədir Türklərə nə Türkistan
Vatan büyük və müəbbət bir ülkədir, Turan"

Turan yolunun nə olduğunu, onun nə mənaya gəldiyini düşmənlərimiz çox yaxşı başa düşüb, düşür.
Bolşevizm idarəsi zamanında, nəinki öz milli mənsubiyyətini dərk edən, hətta öz vətənində belə Bolşevizm idarəsinin yaranması yolunda işləyən ziyalıları, ruslar işləri qurtardıqdan, istəklərini əldə etdikdən sonra "Türkçü, Turançı" deyə ittiham edib güllələmədilərə
Qızıl Alma, Oğuz Xaqanın bayrağı altında cəmləşərək tarixin "Oğuz boyları" deyə andığı Türklərin, düşündükçə ilğım kimi özlərindən uzaqlaşan və uzaqlaşdıqca da daha cazibədar olan bir ideyanın simvoludur. Bu simvol, Türk dövlətləri və xalqları üçün bir hədəfin işarəsidir, onun açarıdır. O hədəf də, çatılması məqsəd götürülən bir mənzilin, varılmaq istənən bir coğrafiyanın timsalıdır. Turan ideyasına ən gözəl anlamı qazandıran görkəmli ziyalımız Ziya Gökalpdır, Tanrı məkanını cənnət eləsin.
Qızıl Alma düşüncəsi, ilk öncə Türküstanda yaşayan Türklər arasında yaranıb. Onun ilkin addımı da, dörd yüz il ərgənəqon deyilən məkanda qaldıqdan sonra oradan çıxışdır. Tarixçilər, Qızıl Almanın o vaxtlar Türklərin ərgənəqondan çıxaraq düşmən caynağındakı ata yurdlarını təkrar ələ keçirərək möhtəşəm yeni Türk dövlətini yaratma ideyalarının simvolu olduğunu irəli sürür.
Azərbaycanı sevən hə bir şəxsin, onların cərgəsində bir sırvi əsgər kimi mənim də Qızıl Almam, işğal altındakı torpaqlarımızın, Qərbi Azərbaycan da daxil olmaqla itirilən yerlərin azadlığı, Güney Azərbaycanın milli müstəqilliyi və Birləşik Azərbaycanın yaranmasıdır.
Daha böyük mənada bu günün Qızıl Alması Türk xalqları və Türk cümhuriyyətləri arasında çox yönlü körpülər salaraq mənəvi birliyin, mədəniyyət birliyinin yaradılması, Türkcənin, Türk mədəniyyətinin layiq olduğu mənzilə çatdırılmasıdır, Türk millətinin hər bir şəxsinə öz milli mənsubiyyət şüurunu aşılamaqdır.
Milli şairimiz, milli ziyalımız Cəfər Cabbarlı,

"Bir gözəl görsəniz göylər elindən,
Öpün dalğalanan ipək telindən,
Od yurdunun yavruları dilindən,
Turan ellərinə salam söyləyin."

deyərək milli əqidəsini intizarla bu şəkildə dilə gətirib. Bugün artıq aylı-ulduzlu bayrağımız Azərbaycan səmalarında azad və müstəqil şəkildə dalğalanmaqdadır və əbədiyyətə kimi dalğalanacaqdır. "Od yurdunun yavruları" Türk ölkələrinə sadəcə olaraq gəzməyə getmir, oralarda təhsil alır, onlarla dostluq körpüləri yaradır, vampir ruhlu imperialistlərin qan gölünə çevirmək üçün hər dona girdiyi bir zamanda dünyaya sülh göyərçinlərini yollayır, sülh diliylə danışır.
Bu günləri görmənin həsrətini çəkənlər vardı. Təəssüüf ki onların cismani bədənlərinin ömrü tez qurtardı, ancaq ruhları hələ də intizardadır. Çünki Turan ideyası kamil mənada yarana bilməyib.

"Yüz paralık kurşunla gidər hayat dediyin
Tanrı yolu uzaktır; erkən kalk sıkı giyin
Yazık, bütün ömrüncə o kadar özlədiyin
Güzəl Kızıləlmana varmadan öləcəksin

Nihal Atsız

Turan qatarı artıq öz yolunda əmin addımlarla hədəfə, Qızıl Almaya doğru yeriməkdədir. Bəşəriyyətin özlədiyi sülh və əmin-amanlıq ancaq o hədəfə çatılınca yaranacaq, məzlum insanlıq zalımların caynağından xilas olacaqdır.
.



YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK