hacklink Adalet.az | "BİRƏ DÜŞÜB DÜŞMƏNLƏRİN KÜRKÜNƏ"... Adalet.az | "BİRƏ DÜŞÜB DÜŞMƏNLƏRİN KÜRKÜNƏ"... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"BİRƏ DÜŞÜB DÜŞMƏNLƏRİN KÜRKÜNƏ"...

12549    |   2016-04-09 09:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprelin ilk dörd günü bütün Azərbaycan üçün tarixə yazılan, ürəkləri, duyğuları yerindən oynadan günlər oldu. Mən tanıdığım, müşahidə etdiyim adamların hər birinin simasında, gözlərində Şuşaya, Xankəndiyə, Qarabağag gedirik!" - kimi sözləri oxudum. Ordumuzun doğulduğum yurdu - Füzulini, kəndimizin yaxınlığındakı Lələtəpə yüksəkliyini alması xəbərini eşidəndə isə, otaqda özümə yer tapa bilmirdim, elə bil havasızlıqdaydım, bayıra qaçmaq, qışqırmaq, ağlamaq istəyirdim. Bir əlim telefonda, gözüm internet səhifələrində, əlim işə yatmır, nə etdiyimi, nə edəcəyimi bilmirdim. Hamıya zəng vurmaq, muştuluqlamaq istəyirdim. Yaxınlarım da mənə zəng vururdu. Ordumuzun şücaəti, Ali Baş Komandanın çıxışı, müdafiə nazirimizin qətiyyəti - hər şey məni qələbəyə elə kökləmişdi ki, ağlamadan, sevinc göz yaşlarısız danışa bilmirdim.
Vətən, torpaq, valideyin sevgisi, birini dəlicəsinə sevmək - bu sevgilər hamıda var. Bizdə hazırkı anda yalnız bir sevgi var ki, o da Qarabağ sevgisidi. Torpaq itkisi böyük dərddir. Bir türk insanı torpağa bağlıdır, onun uğrunda ölməyə belə hazırdır. Yetər ki, torpağı işğal altında qalmasın. Bizim də damarımızda türk qanı axır, bəs nə üçün torpaqlarımızı itirdik, Qarabağda döyüşü uduzduq? Çünki bunu bir sıra obyektiv və subyektiv səbəbləri var. Daxili, xarici amillər Qarabağın itirilməsinə səbəb oldu. Az qala dünya ilə savaşırıq və dünya bizi başa düşə bilmir, hamı bizi haqsız, erməniləri haqlı olaraq qəbul edirdi. Üstəlik, qonşularımızın bizə olan münasibətini nəzərə alsaq, onda vəziyyət daha açıq şəkildə ortaya çıxır. Amma müharibə hələ qabaqdadır. Son günlər müşahidə etdiyimiz, xüsusən gənclərimizdə olan vətənpərvərlik ruhu bunu sübut etdi ki, türk oyananda qarşısında dayanmaq asan olmur.
İndi dünyanın gözü Qarabağda baş verən döyüşlərə yönəlib. Gərək, bölgədə hansısa "xoşagəlməyən" hadisələr baş versin ki, ondan sonra Qarabağ məsələsi gündəmə gəlsin. Amerika, Avropa, Rusiya və beynəlxalq təşkilatlar bəyanatlar verərək, cəbhədə baş verənləri narahatçılıqla qarşılayırlar. Amma biz illərdi, hətta əsrlərdi narahatıq xain qonşularımızın etdiklərindən.
Şair-publisist Zöhrab Əmirxanlı deyir ki: "Mən bu vaxtacan "zombi", "manyak", "manqurt" saydığım, "Qarabağı bunlarla alacağıqmı" sualı ilə özümü yeyib-tökdüyüm üçün bütün cavanlardan və yeniyetmələrdən dönə-dönə üzr istəyirəm!!!". Bəli, hər bir gəncimizin, hər bir vətəndaşımızın içində bir aslan yatırmış. Hətta Albert Einstein deyib ki, türk əsgəri cəsurdur, Ana Vətənini sevər və onun üçün gərəkirsə, çəkinmədən canını fəda edər. Açığı bu qədərini də gözləmirdim. Gözünü qırpmadan ölümün üstünə gedən oğullarımızdan tutmuş tələbə gənclərimizə qədər hər kəs Vətənin müdafiəsində iştirak etməyə hazırdı. Bu çox qürurvericidir. Çoxlu şəhidlərimizin olması nəinki onları fikrindən daşındırır, əksinə daha da mübariz edir. Bu, düşmənin azğınlığından, həyasızlığından cana doymuş millətimin səsi, hərəkəti, cavabıdır. Əmin olduq ki, ruhumuz ölməyib. Mulman deyir ki, "Türk kimi ölümə gülərək baxan bir əri başqa heç bir xalqda tapa bilməzsiniz. Yalnız ona yaxşı bir komandir lazımdır". Çox şükür, biz də yaxşı komandan da var.
Şəhidlərimizin hər biri bir evin dirəyi, həm də bir elin dirəyi oğullardı. Məkanları Cənnət olsun! Ölümləri hər birimizi pərişan eləsə də, Vətən onların gücüylə azad olacaq. Başqa yolumuz yoxdur. Həm torpaqlarımızı müharibə yolu ilə azad etmək istəyirik, həm şəhid vermək istəmirik. Bu ikisi bir arada mümkün deyil. Müharibə sözü özlüyündə həm də ölüm deməkdir. Bu sözlər paralel addımlayır, birinin olub, digərinin olmaması mümkünsüzdür. Bu bir neçə gündə şəhid olanlarımızın həyat tarixçəsinə nəzər salın. Görün necə bacarıqlı, elmli, fiziki cəhətdən də gözəgəlimli oğullarımız şəhid oldu. Hamısı ləyaqətli oğullardı. Təkcə birini yazım - Füzuli torpağının yetirməsi, əsgərlərini qorumaq üçün düşmənin atdığı əl qumbarasının üstünə köksünü sıxaraq şəhid olan Elnur Əliyevin ölümü neçə əsgəri ölümdən xilas etdi. Müharibə ilə torpağı geri qazansaq da belə layiqli oğulları itirəcəyik, amma olsun! Çünki, "...Torpaq uğrunda ölən varsa, Vətəndir!"...
Ölkəmizin hər yerində tələbə gənclərin və sakinlərin "Qarabağ bizimidr, bizim olacaq!", "Şəhidlər ölməz, Vətən bölünməz", "Gəl de, gələk! Öl de, ölək!" və digər vətənpərvər ruhlu şüarlar səsləndirməsi insanların köksünü qürurla doldururdu. Yanaqlarına rəngli boya ilə Azərbaycan bayrağını çəkən qızlar və oğlanlar əllərində şüarlar yazılmış lövhələr tutmuşdular. Hər bir toplantıda Şəmistan Əlizamanlının insan ruhunu yerindən oynadan səsi yayılırdı... "Levitanımız" hərbi vətənpərvərlik ruhlu mahnılar ifa etdiyi zaman sanki yer yerdən oynayır... Üç rəngli milli bayrağımıza sarılmış çağırışçı gənclərin onun ifasının sədaları altında vətənpərvər ruhu coşub-daşır! Yeri gəlmişkən bunu deməyi də özümə borc bilirəm ki, bu səslə ta Yerevana kimi ordunu aparmaq olar. Amma təəssüf ki, bu şansdan istifadə olunmur. Ş.Əlizamanlı döyüş bölgəsinə gedir, amma bu qeyri-rəsmi, şəxsi təşəbbüsdü.
Ölkəmizdə bu günlər müharibə təlaşından əsər-əlamət yoxdur. Hər kəsdə ruh yüksəkliyi, döyüş əzmi var. Sanki atəşkəsi kimsə istəmir. Hamı qələbə arzulayır. Bu xalq illərin erməni həyasızlığının nəticələrindən cana doyub və səbirsizliklə qələbə sorağındadır.
Allah ordumuzu qorusun! Türk əsgəri oyanıb artıq.
Türk oyandısa, qarşısında duruş gətirmək asan olmaz. Təpədən-dırnağa türkçü Z.Yaqubun çağırışıyla bitirirəm yazımı:

Ayaz nədir, şaxta nədir, bürkü nə,
Nə qorxudar haqq yolunda türkü, nə?
Birə düşsün düşmənlərin kürkünə,
Dəniz kimi dalğalan, türk, çalxan, türk!
Döyüşən türk, oyanan türk, qalxan türk!



YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO