Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ÜRƏYİMƏ YAĞAN YAĞIŞ Adalet.az | ÜRƏYİMƏ YAĞAN YAĞIŞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÜRƏYİMƏ YAĞAN YAĞIŞ

Heç dayanmağını istəmirəm

37480    |   2016-03-30 17:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə gündür hava canımı elə sıxır ki, özümə yer tapa bilmirəm. Düşünürəm ki, əgər mən bu boyda şəhərə sığışa bilmirəmsə, onda görəsən ümumiyyətlə sığışa bildiyim yer olacaqmı? Elə bilməyin ki, bu, özünü ölçüsüz, hamıdan, hər kəsdən daha gərəkli saymaq kimi bir şeydi. Yox, sadəcə rəhmətlik Nəsimi «mən bu cahana sığmazam» deyən bəlkə də elə mənim indi yaşadığım, indi keçirdiyim hissləri yaşayıb keçirir. Nə bilmək olar?!..

Belə götürəndə onsuz da insan həmişə çabalamaqda, nəyisə qurub yaratmaqda və yaxud du uçurub dağıtmaqdadı. Bu mənada harasa, nəyəsə sığmamaq hardasa bekarçılığın, avaraçılığın da göstəricisi kimi sayıla bilər. Təbii ki, bir qrup tərəfindən. Amma ağlı, dərrakəsi yerində olan bilir ki, insan daha çox hisslərini ram edə bilməyəndə, ürəyinin səsinə səs vermək imkanı olmayanda, təklənəndə, xatirələr ona güc gələndə, itirdiklərini düşünəndə və bir də özünü kimsəsiz sayanda daha çox sıxılır, daha çox özünə sığınır. Mən də bilmirəm yaşla bağlıdı, yoxsa içərisində olduğum həyatla, amma hər nədisə sıxılma baryerini artıq ötüb keçmişəm. Düzdür, o sərhəddi kimsə mənim üçün müəyyən etməyib. Amma mən öz-özümə hesabat verməyi bacardığımdan anlayıram ki, bu səddi, bu baryeri keçmişəm və yəqin ki, bu nə vaxtsa Tanrıya xoş gəlməyəcək. Üstəlik, çevrəmdəki adamları da usandıracaq, bezdirəcək… Və bütün bunları bildiyim halda sıxılmaya bilmirəm. Çünki…

Hə, üç-dörd gündür ki, Bakının havası adamlara zülm edir və bu zülm elə bil ki, yerdən göyə körpü olan yağışa çevrilib. Ona görə də üstümüzə səpələnir. Yolda da rizdə də, maşında da, evdə də, hər yerdə, hətta məzarda da fərq qoymur yağış, ələnir. Göylər bizim ona doğru yüksələn, ona gedib söykənən, ona bələnən nələrimiz varsa hamısını sıxır və suyunu yağışa çevirib qaytarır özümüzə. Özü də gah narın şəkildə, gah selləmə, gah da ki, doluya, qara çevirir…

Neçə gündür Bakıya yağış yağır və mən narın yağışın dəlisiyəm. Xoşlayıram narın yağışda gəzməyi. Üzü aşağı axıb boynuma daman yağışa elə rahatlıqla təslim oluram ki, sanki ruhumu yuyur. Və mən bu yuyulan ruhumun işığına burunub o yağışla həmsöhbət oluram, yağışın dilini anlayıram… Yağış məni başa düşür… Bilir ki, onu anlayıram, ona ürəyimi açıram… ona sirlərimi deyirəm. Və soruşuram ki:

Göyün xətrinə kim dəyib,

Kirimir, narın ağlayır.

Doğrudan, heç ağlayanlara fikir vermisiniz? Bir küncə çəkilib xısın-xısın kipriyini, yanaqlarını göz yaşına bələyən adamlara fikir vermisiniz? Söhbət onların yaşından getmir. O uşaq da ola bilər, dəliqanlı da, yaşlı da. Söhbət onların ağlamağından gedir. Mən şəhid balasının, əl boyda uşağın yas mağarı küncündə necə səssiz ağladığını dəfələrlə müşahidə etmişəm… Mən söhbət edə-edə suallarımı cavablandıran şəhid bacısının, şəhid nişanlısının, şəhid anasının axan göz yaşlarına da baxa-baxa donmuşam… Mən öz anamın hələ Qarabağda nakam qardaşının başdaşını qucaqlayıb heç nə demədən o daşı sığallaya-sığallaya ağladığını da izləmişəm. Bax, bunlar və yaxud da qəlbinə toxunduğum qızımın öz otağına çəkilib üzünü gizlədərək yalnız çiyinlərinin təpənişindən necə incikliyinin göz yaşına çevrildiyini də görmüşəm. Və onların hər birinin arxasında diqqət, ürək durduğunu unutmaq lazım deyil. Ancaq göyün canlı şəkildə tərənnüm edilməsi, təqdim olunması və kiminsə onun xətrinə dəyməsi milyonların, yağışın özü kimi çox orijinal, çox ürəyə yatımlıdı. Üstəlik…

Bir tənha qoca ağlayır,

Kəsənə oxşamır yağış…

Hə, gördünüzmü göy üzü necə tənha qocaya bənzədi. Və o tənha qocanın ömrü yağışa çevrildi. Narın-narın ələndi onu tənha qoyanların üstünə. Və elə ələnə-ələnə də onu tənha qoyanları sorğu-suala çəkdi. Həmin suallar da cavablarla birlikdə yenə bürünüb göz yaşına süzüldü üzü aşağı. Çünki o cavablar özü ilə bir xəcalət hissini də, bir haqqı etiraf etməyi də ortaya çıxarmışdı. Və günahkar olanlar haqqın önündə için-için, narın-narın ağlayırdılar…

Hə, elə bu yerdəcə öncə söylədiyim, yəni özümə aid etdiyim fikrə qayıdıram və görürəm ki:

Xatirələr pərən-pərən

Bu yağış qəfil başlayıb.

Görürsünüzmü, hansısa bir hərəkət, hansısa bir söz, hansısa bir toxunuş xatirələrə qaytarır səni, məni, bizi. Və biz o xatirələrin narın yağışına düşürük. Pərən-pərən olmuş buludlar kimi göy üzünə səpələnmiş xatirələrimiz əslində içimizdə bir himə bənd yağışdı. Və indi yağan bu narın yağış həmin o xatirələri təzədən dirildir, təzədən canlandırır, təzədən yaşadır və bizimlə üzbəüz qoyur. Biz də…

Narın yağış çətin kəsər,

Yolçu qərib, səsləyən kim?

Doğrudan da hələ körpə yaşlarımda böyüklərimdən eşitmişdim ki, narın yağış uzun çəkir, uzun ömürlü olur. Və hətta mənə belə demişdilər ki, narın yağış yol adamını bəzən hövsələdəndə də çıxarır. Çünki o nə yolunu davam etdirə bilir, nə də yoldan qalır. Ona görə də yol boyu onu izləyən yağışa bəzən etiraz edir. Bax, mən də bu şəhərdə bir qəriblik yaşadığım üçün bu narın yağışın çətin kəsəcəyini bilsəm də, amma onun damlaları altında gəzməyi bir rahatlıq hesab edirəm. İslanmaqdan, üstəlik islanmış paltarlarla evə dönəndə qarşılaşacağım baxışlardan bu məqamda heç kim məni çəkindirə bilməz. Axı:

Ya bəxt, günəşli səhərə

Bu yağış nə gətirəcək?

Bəli, hər kəs açılan səhərdən nə isə gözləyir. Xüsusilə yağışın yuyub təmizlədiyi, par-par parıldayan göy qurşağının altından keçəndə içimdəkilərin çin olacağına dəli kimi inanırsan. Və elə bilirsən ki, məhz o göy qurşağı sənin üçündü, sənə görədi. Və sən də mütləq onun altından keçib göydən sənə gələn, sənə hədiyyə olan, sənin payına düşən o xoşbəxtliyə qovuşacaqsan. Təbii ki, burda bir sadəlöhvlük var. Amma istək istəkdi də. Mən də bəxtimin üzünə bu yağışın bir nur çiləyəcəyinə ümidliyəm, inamlıyam. Çünki:

Torpaq əsir, məzar qərib,

Yağdıqca içim dağılır.

Deməli, mənim ümidim o narın yağışın altında mütləq göyərəcək. Göyərməyə də bilməz. Çünki əsir torpağı, daman məzarı biz xilas etməliyik. Narın yağış da torpaq adamları bilir, yəqin ki, fikrimi təsdiq edərlər, əkiləni bitirmək üçündü… səpiləni göyərtmək üçündü. Elə bu ümidlə də altında gəzdiyim narın yağışın kəsməsini istəmirəm…

… Və bu yazımı Bakıda yağan yağışın içindəki sıxıntını yuyub apardığını sizə təqdim etdiyim Sona Vəliyevanın «Narın yağış» şeirinin fonunda əməlli-başlı hiss etdim. Və bir də hiss etdim ki, o yağış hələ də üstümə yağır məni göyrətmək üçün.


Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK