warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb Adalet.az | Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

11433    |   2016-03-28 11:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış Azərbaycan yazıçısı, akademik Kamal Abdullanın Rusiyanın məşhur "Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən "Platon, deyəsən, xəstələnib...” ("Plаton, каjеtsya, заbolel...”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - "Qızıl Delviq”ə layiq görülüb.

Adalet.az-a verilən məlumata görə, Rusiyada geniş oxucu kütləsinin və ədəbi cameənin diqqətini çəkən bu kitab intellektual nəsrin inkişafına verdiyi töhfələrə görə dəyərləndirilib.

Martın 23-də müəllif Kamal Abdullaya təqdim olunan mükafat "Literaturnaya qazeta”nın ilk baş redaktoru, klassik rus şairi Anton Delviqin adını daşıyır.

"Müasir nəsr” nominasiyasında qalib olan Kamal Abdulla bununla Azərbaycan ədəbiyyatına ilk dəfə "Qızıl Delviq” mükafatını qazandırıb.

Qeyd edək ki, bu, akademik Kamal Abdullanın ikinci beynəlxalq mükafatıdır. 2015-ci ildə yazıçının İtaliyada nəşr olunan "Yarımçıq əlyazma” romanı bu ölkənin məşhur Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə də layiq görülmüşdü.




İmza:
SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK