“Ukraynanın ədalətli sülhə, təhlükəsizliyə və öz gələcəyinə haqqı vardır”
“Sosial şəbəkələrdə ABŞ-Rusiya "dizel sövdələşməsi"ni İkinci Dünya Müharibəsi ərəfəsində imzalanmış Almaniya-SSRİ sazişi ilə müqayisə edənlərin sayı çoxalıb. Yanaşma belədir ki, dünya yenə də tarixdəki təhlükəli paralelləri görməzlikdən gəlir. Mahiyyət budur: 1939-cu ildə Hitler və Stalin Polşanın bölünməsinə yol açan müqavilə imzaladılar. Avropa diktatorların digər ölkələrin taleyini xırda pula çevirəndə məsələnin necə bitdiyini artıq görmüşdü”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
“Bu gün Ukrayna yenə də öz varlığı, torpağı, azadlığı və gələcəyi uğrunda mübarizə aparır. Və yenə də düşündürücü mesajlar səslənir: bəşəriyyət, həqiqətənmi İkinci Dünya Müharibəsinin dərslərindən nəticə çıxarmayıb? Əlbəttə, D.Tramp və V.Putinin Hitler və Stalinlə müqayisəsi amansız bir siyasi qiymətləndirmədir. Lakin əsas sual dəyişməz olaraq qalır: Bir ölkənin taleyi onun razılığı olmadan danışıqlar masası arxasında həll olunursa, həqiqi sülhə nail olmaq mümkündürmü? Ukrayna kiçik ölkə, başqalarının bölə biləcəyi ərazi deyildir. Mübariz ukraynalılar azadlığından imtina etməsi əmr edilə biləcək bir xalq deyil. Sülh təslim olmaq demək olmamalıdır. Tarix təkrar edilməməlidir. Ukraynanın ədalətli sülhə, təhlükəsizliyə və öz gələcəyinə haqqı vardır. 1939-cu ilin dərslərindən nəticə çıxarmayanlar bunu anlamalıdır.Yeri gəlmişkən, Avropa İttifaqının xarici siyasət üzrə Ali komissarı K.Kallas dünən ABŞ vasitəçilərini Ukraynaya təslimçi "sülh" təzyiqinə görə kəskin tənqid edib və bildirib ki, Avropa birmənalı şəkildə Ukraynanın yanındadır. O, Rusiyanın dünya üçün böyük bir təhlükə olduğunu və Ukraynaya hərbi yardımların davamlı artırılacağını da deyib”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Oktyabr 2026 10:50
“Bakı və Ankara birgə güc nümayişini davam etdirməlidirlər...”
22 Oktyabr 2026 10:30
“Türkiyə-Azərbayacan prezidentlərinin telefon danışığı əlaqələrin inkişafına mühüm töhfə verir”
22 Oktyabr 2026 10:23
Günay Əfəndiyeva: "İşbirliyimizi daha da gücləndirməliyik"
22 Oktyabr 2026 10:21
Putin bunun əvəzinə Trampla Çində görüşmək istəyir - Politoloq
22 Oktyabr 2026 10:13
“Cəmiyyətin taleyinə biganə yanaşmamalıyıq...”
22 Oktyabr 2026 08:20
“Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir”
21 Oktyabr 2026 23:00
Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar - FOTO
21 Oktyabr 2026 20:04


Bakı -°C

