nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | EH, VAXT VARDI BİR TÜRK ƏSGƏRİ BEŞ FRANSIZ ƏSGƏRİNƏ BƏRABƏR İDİ Adalet.az | EH, VAXT VARDI BİR TÜRK ƏSGƏRİ BEŞ FRANSIZ ƏSGƏRİNƏ BƏRABƏR İDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

EH, VAXT VARDI BİR TÜRK ƏSGƏRİ BEŞ FRANSIZ ƏSGƏRİNƏ BƏRABƏR İDİ

Aqil ABBAS

58529    |   2016-03-14 18:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu sözü elə-belə adam deməyib ey, Napoleon deyib. XIX əsrin əvvəllərinin ən böyük işğalçısı. Türklərin döyüşdə şücaətini görüb deyib.

Parisdə bir terror aktı törədildi, 11 fransız öldürüldü. Faciə idi, biz də qınadıq. Day dünyada dövlət başçısı qalmadı, başbakan qalmadı, bakan qalmadı, töküldülər Parisə. Qol-qola tutdular, etiraz yürüşü keçirtdilər, terroru qınadılar. Varlının yasında ağız-ağıza verib ağlaşanlar kimi ağlaşdılar. Dünya televiziyaları canlı yayımlar yapdılar, ölənlərin biri, üçü, yeddisi, qırxı, bilmirəm onlarda cümə axşamları var, ya yox…

20 iyul 2015-ci il. Şanlı Urfa, Suruc. Gənclərin təşkil etdiyi mitinqdə terror. 34 nəfər ölür, 103 nəfər yaralanır.

10 oktyabr 2015-ci il. Ankara, Dəmiryol vağzalı. Barış mitinqi, terror. 103 nəfər ölür, 48 nəfəri ağır olmaqla 238 nəfər yaralanır.

12 yanvar 2016-cı il. Sultan Ahmet meydanı. Terror. 11 nəfər ölür, 15 nəfər yaralanır.

17 fevral 2016-cı il. Ankara. Terror. 28 nəfər ölür, 61 nəfər yaralanır.

13 mart 2016-cı il. Ankara, Qızılay meydanı. Terror. 37 nəfər ölür, 15-i ağır olmaqla 125 nəfər yaralanır.

Biz adətən böyük terror hadisələrini xatırlatdıq.

Amma dünya dövlətlərinin başçıları, başbakanları, bakanları tökülüb nə Ankaraya gəldilər, nə İstanbula gəldilər, nə də Parisdəki kimi qol-qola girib terrora qarşı etiraz yürüşü keçirmədilər.

Dövlət başçıları və başbakanlar adından teleqrama vurub başsağlığı verənlər oldu. Yəqin ki, onların da çoxunu protokol qaydasında cümhurbaşkanlarının və ya başbakanların mətbuat sözçüləri yazıb göndəriblər.

Budurmu dünyanın ədaləti, Gizir?!

Bəli, vaxt vardı bir türk əsgəri beş fransız əsgərinə bərabər idi.

Görəsən indi neçə yüz türk bir fransız qiymətindədi?!

P.S. 11 sentyabr 2001-ci il. Nyu-Yorkda terror. Yadımdan çıxıb, deyəsən 300 nəfər həlak olmuşdu. ABŞ əfi ilan kimi qalxdı quyruğunun üstünə Əfqanıstanı darmadağın elədi. İraqı darmadağın elədi. ABŞ və Avropa Liviyanı darmadağın elədilər, Tunisi darmadağın elədilər, Suriyanı darmadağın elədilər! Yəmən də darmadağın olmaqdadı!

Təxmini hesablamalara görə, 300 nəfərə görə 3 milyondan çox müsəlman qətlə yetirildi, bəlkə də daha çox, 20 milyondan da artıq müsəlman evindən-obasından, ölkəsindən didərgin.

Növbəti hədəf Türkiyəmi?!

Nə qədər deyərlər, kendinə gəl Türk oğlu, sən kendinə gələndə böyük olursun!

Türk oğlu nə vaxt kendinə gələcək görən?

Bir daha Ankarada baş verən terror hadisəsi ilə bağlı şəhid olanların ailələrinə, əqrəbalarına və bütün Türk xalqına başsağlığı verir, şəhidlərə Uca Tanrıdan rəhmət, yaralılara acil şəfa diləyirik.

Tanrı Türkü qorusun!

Amma deyəsən day Tanrı da dualarımızı eşitmir. Bəlkə belə deyək: TÜRK TÜRKÜ QORUSUN! VƏ TÜRK HƏM DƏ TANRINI QORUSUN! Çünki fironların sayı artıb və Tanrıya day ox atmırlar ey, füze atırlar. Özü də atom başlıqlı füze!




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK