MART OVQATI

ƏBÜLFƏT MƏDƏTOĞLU
59005 | 2016-03-11 18:41

Xalqın yaddaş tarixçəsinəbaş vuranda elə qəribə nüanslarla, qəribə məqamlarla qarşılaşıram ki, necə deyərlər,əlim üzümdə qalır, təəccüb, heyrət məni bürüyür. Elə o təəccübün, heyrətin içərisindəiçimdən bir sual gəlib keçir:

- Bu qədər zəngin,bu qədər böyük diapazonlu inci yatırımı olan bir xalqın nədən başı həmişə dərddəolub? Niyə bu boyda müdrikliyə malik bir xalq həmişə tör-töküntülərin təsiri altınadüşüb? onların sözüylə, barmağının işarəsi ilə oturub-durubdu?..

Düzünü deyim ki,heç cür anlaya bilmirəm və bunu kiminsə anladığına da artıq içimdə bir şübhə var.Ona görə ki, hər şey göz önündədi, hər şey kitab kimi vərəqlənir. Baxıb görürsənki, torpağının altı-üstü yaşam üçün zəngin… insanları bir-birindən yaraşıqlı, bir-birindəncəngavər, bir-birindən gözəl… havası, suyu can dərmanı… barı-bərəkəti təkcə qidayox, həm də bir enerji mənbəyi… Bax, bütün bunlar hamıya məlumdu. Üstəlik, minilliklərinsöz yatırımı, şeir, musiqi, folklor, təbabət, astronomiya, daha nələr, nələr… hamısıbu xalqın canında, qanında yaddaşında və tarixində. Amma parçalanan hissə-hissəqoparılan yenə bu xalq, yenə onun torpaqları. Niyə? Az qala böyük Səməd Vurğununo məşhur misrasını bağıra-bağıra söyləmək istəyirəm:

Niyə şeirimizin başqəhrəmanı

Gah İrandan gəlir,gah da Turandan,

Bəs mənim ölkəmin varlığı hanı?..

Hə, deməli, mən bu kiçik girişi bir fikrin təsiri ilə içimdən keçirdim.O da içərisində olduğumuz yazın ilk ayıyla,yəni martla bağlıdır. Görün zaman-zaman sınayıb, ələyib, süzgəcdən keçirib sonranecə mükəmməl və bütün parametrləri ilə təsdiq olunan bir kəlam söyləyib atalar:

- MART ÇIXDI, DƏRD ÇIXDI!!!

Doğrudan da qışın bütün ağrı-acısı insana özünün son zərbəsini yazın ilkgünlərinə qədər vurmağa çalışır. Adamıelə sıxır ki, tıncıxırsan. Güzəran barəsində də bu sıxıntı yaşanır. Çünki qış ehtiyat azuqənikor dəyirman kimi elə üyüdür ki, heç adamın ruhu da incimir. İndi özünüz fkir verin.Həm maddi, həm də mənəvi cəhətdən bu yığcam fikir görün nələri özündə ifadə edəbilmişdi. Bax, bu fikrin müəllifi bu xalqın özüdü. Deməli, hər sözüylə zamanı təqdim etmək, təqdir etmək və həm də qabaqlamaqimkanı var xalqın. Belə olan halda baş ağrılarından (burda söhbət xəstəlikdən getmir– Ə.M.) qurtulmaq üçün də bir çaba göstərmək, bir həmrəylik, bir yekdillik ortaya qoymaq görəsən çoxmu çətindi?Mənə elə gəlir ki, o fikri, o nöqtəni tapmaq hamının istəyi olsa, bəlkə də alınar.Amma neyləyim ki, bizdə fərqli düşünüb, fərqli məntiqi ortaya qoymağın yaxşı tərəfindən önə keçən bir xoş olmayan tərəfi dəvar. Oda hər kəsin öz fikrini önə keçirmək istəyidi.Necə deyərlər, hamı, elə içi mən qarışıq sözün müəllifi olmaq, sözünü göyərtməkistəyi ilə alışıb yanır. Və hamı istəyir ki, o, içindəki məni ilə öndə dayansın.Seçilsin yox ha, öndə dayansın!!!

Bax, zənnimcə bəlaburasındadı. Daha doğrusu, bəlalarımızın kökü burdadı. Bunu tarix də sübut edibxanlarımızın, bəylərimizin timsalında. Bunu xalq şairlərimiz də əsərlərində kəskinşəkildə ortaya qoyublar. Amma…

Bəli, indi martıntən yarısına bir neçə gün qalıb. Amma mən hələ dərdin çıxmadığı bu martda şahidiolduğum bir hadisəni unuda bilmirəm. O da 8 mart gününə təsadüf etdi. Deməli, danüzünün dodağına təbəssüm qonmamış evdən çıxıb üzü şəhərə tərəf gedirdim. Yuxum ərşəçəkildiyindən yata bilməmişdim. Saata baxdım. Rəqəmlər 4:10-u göstərirdi. «Şamaxinka»dairəsi deyilən yerə yaxınlaşanda heyrətimdən donub qaldım. Cavan bir xanım küçəsüpürürdü. Özü də səhərin belə bir vaxtında, özü də 8 mart günü. Bir az kənardamüştəri gözləyən taksilər dayanmışdı. Sürücülər öz əxlaqlarına uyğun bir şəkildə təkcə danışıb gülmürdülər, həm də çəkdikləri siqareti,çırtladıqları tumu ətrafa dağıdırdılar. Həminqadın sürücülərin dayandığı ərazini ikinci dəfə də süpürəndə çevrilib onlara çoxbir sərt nəzərlərlə baxdım və keçib getdim…

Bu mənzərə mənimüçün,yumuşaq desəm, tərs bir sillə idi. Bir-birimizə göstərdiyimiz bu münasibət, bir-birimizə ayırdığımız bu diqqət heç bir ölçüyəsığmırdı və mənim sürücülərə irad tutmağım da heç nəyi dəyişmədi. Deməli, elə,belə də olmalıymış. Və mən ordan ayrılıb gedəndə bu münasibətində nə vaxtsa içimizdən bir dərd kimi çıxacağına özümü kökləmək istədim, amma alınmadı.Elə bu yazını yazdığım ana qədər də o küçə süpürən xanımın sərtbaxışları və bir də o taksi sürücülərininarsız hərəkətləri gözümün önündən çəkilib getmir. Vəmən içimə yüklənmiş bu məqamı əritmək istəsəm də alınmır. Elə bilirəm ki, sizlərdə bu anın şahidi olsaydınız, elə mənim kimi düşünərdiniz. Mən isə…

O anı misralara çevirməyəçalışdım. İstədim ki, sızıltılarıma bir balaca təsəlli verim.

Səkkiz mart günü

hamıdan

erkən

yuxudan oyanıb

küçə süpürən

gənc qadın,

mənim

təbrikimi alıb

soyuq baxışla

kirpik ucunda

yaşla

süpürgənin

ucunda

atdın

zibil qutusuna…

anladım ki, sən

özgəsindən

gələn

bu təbriki

aparmaq istəmirsən

yatılı qoyub gəldiyin

qızcığazın

qayğısız yuxusuna…

***

Hər dəfə mart ayınınmüəyyən cizgiləri məni arxaya, doğulduğum kəndə daha çox çəkib aparır. Yəni digəraylardan fərqli olaraq martda doğulduğum həmin o dağ kəndində həyat mənə sanki sehirlənmişkimi görünürdü. Elə bilirdim ki, bu ayın çərşənbələri, bu ayın qadınlar günü, Novruz bayramı xüsusi bir yanaşmayla, xüsusi birsifarişlə biçilib martın boyuna. Yəni digər aylarda mənim üçün o qədər da maraqdoğuran hansısa bir bayramın, istirahətin, yadda qalan tarixin olduğunu xatırlayabilmirəm. Heç onda da rəsmi bayramların içərisində yalnız 1 mayı maraqla gözləmişdim.Amma mart ayı bütün ailəmizə, bütün kəndimizə xüsusibir həvəs gətirirdi. Ona görə də ağlım kəsəndən martayını içimdə, hər kəsdən gizli birşəkildə gözləmək, ona doğru gedən günlərin hesabını çəkmək mənim içimdə əməlli-başlıhəm marağa, həm də sevgiyə çevrilmişdi. Ola bilsin ki, mənim kimi düşünən çoxlarıolub və elə bu gün də var. Amma yenə etiraf edirəm ki, mən o dağ kəndində mart ayınıhəmişə səbirsizliklə gözləmişdim. İndi isə…

Hər bir evdə, ailədəolduğu kimi, mənim də ocağımda mart qayğıları yaşanır. Təbii ki, ailə üzvləri, nəvələrartdıqca o qayğılar da çoxalır, o istəklər də artır. Ona görə də indi o uşaqlıqillərinin istəyini hamıdan gizlətməyə, dilə gətirməməyə, büruzə verməməyə çalışıram.Elə özüm öz içimdə xatirələrlə baş-başa qalmağa, həyatın gerçəklikləri ilə barışmağaçalışıram. Bir də ki, burda başqa bir çıxış yolu da görmürəm. Ən azından hələ ortaməktəb illərindən çoxlarımızın əzbər bildiyi misralara görə.

Bayram oldu heç bilmirəmneyləyim…

Ola bilsin ki, yazdıqlarım,fikirlərim hansısa oxucunun ürəyincəolmasın və yaxud da məni indiki durumla barışmamaqda ittiham etsin. Mən bunlarınhamısını qəbul edirəm. Çünki hər kəs öz fikrində haqlıdır. Sadəcə, gözümün görüb,ağlımın kəsdiyi gerçəklik odur ki, bu anda, bu durumun içində bir bayram ovqatınıkökləmək, yaşamaq mənə çox çətindi. Özü də sözlə, qələmlə, fikirlə oynayan birinəçətin olan başqalarına yəqin ki, qat-qat dözülməzdi. Nə isə…

Özümü bütün bu dedikləriminiçindən çəkib çıxarmaq, yəni qoparıb ayırmaq nə qədər çətin olsa da, mən sözün gücünəsöykənərək istəyimə nail oldum. Çıxdım bu mart qayğılarının içərisindən və bu işdədə köməyimə çatan təbii ki, maddiyatdan daha çox mənəviyyat oldu. O mənəviyyatında, o ruhun da dadı, şirəsi, odu, alovu, suyu, havası, bir sözlə, nəyi varsa hamısısevgidi, sevgidən keçir. Elə busevgiylə də mən öncə sənə, sonra hamıya üz tuturam və deyirəm ki:


Baxışınla xətirimə dəyirsən,

Azaldıqca müqavimətgücüm də!

Sol tərəfim quruyubdudeyirsən,

Demək mən də quruyuramiçində!..


Düşüncələr asılıbdıyaxamdan

Çözülməyən suallardıduz yüküm…

Necə çıxım mən buqara çuxamdan-

Dərd payım var –hər günümə bir büküm…


Ütüldükcə, qovrulduqcazamanım

Şırım açır dırnaqlarısinəmdə…

Mən bir hava limanıyam,inanın-

Yaşayıram mənə enişedəndə!..


Hər halına sevinirəmbu ömrün

Qorxunc deyil – təklənməyim,təkliyim…

Ləpələnsin, bulanmasınsu ömrüm-

Suçəkən tək ay,canıma çəkdiyim!..


***

Çox vaxt həmsöhbətolduğum, dərdləşdiyim ən yaxın dostlarımla bir məsələni müzakirə edirik. O da bizimləhəmyaşıd olan insanların tale, bəxt yazılarıdı. Yəni biz elə bir nəsli təmsil edirikki, bu nəsil əslində içində göyərdib böyütdüyü, güvəndiyi, ümid bağladığı çox arzulardan,çox istəklərdən uzaq düşdü və yaxud da onlara doğru addım ata bilmədi. Və bu nəslinən böyük istəklərindən biri də qarşısına qoyduğu məqsədin sonda heç nəyə çevrilməsi,gərəksiz olması kimi bir acını yaşamaq oldu. Cümlə bir az qəliz olsa da, amma onunsöykəndiyi həqiqət və reallıq var. Şəxsən biz tələbəlik illərimizdə Dövlət Universitetinibitirib haralarda çalışacağımızı, nələr qurub yaradacağımızı elə gözəl bir şəkildəxəyal etmişdik ki, sonda onlar heç xəyal da olmadılar və başlanan ictimai-siyasihadisələr bizim o istəklərimizin, arzularımızın üstünəsoyuq su çilədi. Gəncliyimiz o burulğanların içərisindəkeçdi. Əl-qol atdıq, çapaladıq,yurd-yuva itirdik, maddi-mənəvi sıxıntılarımız bizi bir küncə sıxdı və xalqımızınqazandığı müstəqilliyin içərisində biz ilk illər yenidən xəyallar qurmağa, yenidənözümüz üçün layihələr çızmağa can atdıq. Təəssüf ki, bir çoxumuzun buna dözümü,gücü çatmadı… Bir çoxumuzun maddi durumu bizi sındırdı, susdurdu… Bir qismimiz dəbu axının içərisində itib batdıq. Ona görə də yaşadığımız keçid dövrü bizi ancaqxəyallarımızın keçidində buraxıb getdi. Ona görə də dünən və bu gün arasında özümüzüaxtara-axtara qalmışıq. Hələ ki, tapa bilmirik.Nə isə…

Hə, onu demək istəyirəmki, bütün zamanların yazdığı və yazılmamış qanunları var. Kim bu qanunları öyrənə bilirsə, kim bu qanunlarlayaşamağı bacırırsa, onun heç bir günlə, həftəylə, lap elə ayla, illə problemi olmur.Çünki özü bəlli parametrlərlə özünü elə kökləiyr ki, sanki onun içərisində doğulub.Mən o adamlara sadəcə baxıb keçirəm. Nə qibtə etmirəm, nə də qınamıram. Çünki onlarhəyatın nəbzini belə tutublar, həyatı belə görürlər və belə də yaşayırlır. O ki,qaldı bizə, yəni sənə, mənə, bizim kimi düşünənlərə, onda ən yaxşısı elə bir-birimizəsöykənib bir-birimizi duya-duya, bir-birimizə stimul verək, özümüz özümüzə enerjimənbəyinə çevrilək. Və bizim uğurlarımız da, itkilərimiz də faciəyə çevrilməsin.Mart çıxsa da, çıxmasa da! Və:


Dən üyüdən daş kimi

Kirpik ütən yaş kimi,

Qəfil gələn qış kimi-

Ələyirsən ömrümü…


Baxar gözlü kor gəzib,

Kül içində qor gəzib,

Tor hördürüb, tor gəzib –

Bələyirsən ömrümü…


Gəlib çatdım bu yaşa

Bəxtlə, qəmlə baş-başa…

Görüm, sən qurda-quşa -

Diləyirsən ömrümü!..

Bəli, mənə elə gəlir ki, necə yaşamağımdan, ümumiyyətlə necə yaşamağımızdanasılı olmayaraq, ümidimiz olan sevgini, diqqəti qorumağa çalışmalıyıq. Çünki o, hər şeyə qalib gəlmək gücündədi!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV