ANA SƏHİFƏ / YAZARLAR

HAVASI ÜRƏYİ OYNADAN SÖZ

O hava mənim də ürəyimə düşdü

56893    |   2013-01-18 10:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər yeni kitabla tanış olanda illərdi ürəyimdə kök atmış yaddaşıma hakim kəsilmiş və dəfələrlə vurğuladığım bir fikri təkrar etməli oluram. Doğrudur, təkrarı həmişə yüksək qiymətləndiriblər. Amma mən bu təkrarı qiymət xatirinə yox, doğrudan-doğruya hər yeni kitabın yeni bir dünya olduğu qənaəti ilə dilə gətirirəm. Çünki yeni kitab oxucunun evinə gələn təzə bir qonaqdır...gyeni kitab yazarın ailə üzvünün say etibarı ilə yanaşı, həm də keyfiyyət etibarı ilə də böyüməsidi yeni kitab söz dünyasına açılan yeni bir pəncərədi...

Bax, bu mənada yeni söz, yeni kitab mənim üçün həmişə sevindirici hadisə, maraqlı görüş, tam yeni bir ünsiyyətdir. Həmin dediyim çalarları bu günlərdə şair dostum Kəramətin mənə bağışladığı yeni bir kitada da yenidən yaşadım. Daha doğrusu, mənə bağışlanın bu kitabı çox qısa bir zaman kəsiyində təkcə baxış süzgəcindən yox. Həm də iç dünyamdan keçirib "özümünküləşdirdim".

Müəllifi Nurafiz olan bu kitabın ilk səhifəsindən, yəni təqdimatdan və müxtəlif sözündən başlayaraq, sona qədər oxuyub başa çıxandan sonra öncə mənə elə gəldi ki, bu şeirləri əvvəl hardasa oxumuşam, hardasa bu şeirlərlə baş-başa qalmışam. Sonra bu doğmalığın arxasında dayanan tanışlığı mənə yenidən yaşadan hisslərin diqtəsi ilə anladım ki, mən Nurafizin şeirlərini daha çox mətbuatda izləmişəm. Etiraf edim ki, onun kitab halında, toplum şəkildə ilk dəfə gördüyüm və səmimi etiraf edim ki, ürəyimi oynadan şeirlərini çox bəyəndim, çox sevdim. Bu səmimi etirafın arxasında dayanan əsas məqam isə mövzuların, ifadə tərzinin, təqdimatın mənə çox doğma olması idi. Daha çox bizim nəslin yaradıcı üslubuna söykənən, xalq deyim tərzindən, klassik ədəbiyyatdan mayalanan şeirlər istər-istəməz bizim kimi "ötən illərdə qalan" yazarları özünə çəkir.

Əslində heç bir "izmə" dəxli olmayan bu şeirləri böyük hərflərlə yazılan, deyilən, qəbul olunan ədəbiyyatın bir nümunəsidir.

Kitabdakı hər bir şeir özü-özlüyündə yığcam, konkret bir fikrin poetik ifadəsi, təqdimatı olmaqla yanaşı, həm də bir musiqiyə köklənmiş ifadır.

Baxmazdım vara, yoxa,

Yaxamı verdim aha.

Demək, ölmüşəm daha,

Bağışla məni, Allah!

Bütün söz adamları bu və ya digər formada yerə, göyə üz tutur, Tanrıya əl açır, onun nuru altında öz işığını, öz şamını yandırır. Bu təmas əslində Allahın istedad bəxş etdiyi, fərqləndirdiyi söz adamlarını bir az da nurlu, bir az da işıqlı edir. Bu nur, bu işıq sözdən-sözə, dildən-dilə şölələnir və baxıb görürsən ki, bu işıq çəkib səni aparır. Bax elə Nurafizi apardığı kimi.

Yenə durnalar uçur,

Üzü Şuşaya sarı.

Göy üzü ola bilsəm,

Öpərdim bu rüzgarı.

Qələm adamı sözünü dünyaya gətirəndə ona ürəyinin şirəsini, səsini, hərarətini, çırpıntılarını hopdurur. Amma bu söz dünyaya gələnə qədər, həmin o söz adamının canında, qanında bir ana laylası, bir ana nəfəsi həmişə yaşayır və bu yaşam söz adamının ana qolları arasındakı sonsuz dünyanın cənnətində pərvazlandırır. Yəni bütün yazarlar daha çox anaya və Tanrıya, yerə və göyə üz tutur. Bu da təbiidir. Böyük Yaradanla insanı dünyaya gətirən arasındakı o İlahi bağlılıq istər-istəməz sözün qan damarından keçib gedir. Nurafiz yazır:

Bu dünyada anam vardı...

Daha burda nağıl bitdi.

Mən nağıla inanmazdım,

Nağıl kimi gəldi, getdi.

Çox səmimi və çox kövrək təəssüf. Elə həmin o səmimiyyətlə də Nurafiz sözün ona nə qədər doğma olduğunu da etiraf edir və yazır:

İçimdə doğmalaşdı,

Hər ağrım, acım sonda.

Söz oldu güvənc yerim,

Qardaşım, bacım sonda.

Həqiqətən insanın, xüsusilə söz adamının sığındığı iki danılmaz məkan var. Biri təkliyi, biri də onun içində çiçəkləyən sözü. Həmin təklikdə də həmin o söz yanında olur, o söz çiçəkləyəndə də o təklik onu tərk etmir. Ona görə də Nurafizin ümidi şam hesab etməsi çox anlayışla qarşılanır və inanırsan ki, bu etiraf həqiqətin özü qədər təbii və gözlə görülən, əllə duyulandı.

Nisgildən ev tikmişəm,

kilidi ay işığı.

Ümidi şam eylədim

kiridi ay işığı.

"Sözün dörd havası" kitabı öz bölgüsü ilə əslində məni bir az razı salmadı. Çünki bu bölgülərin hər biri bir-birinin içərisində idi... bir-birinin içindən keçib ürəyə doğru yol gəlirdi. Bax, bu anlam mənim şəxsi qənaətimdə, ola bilər ki, müəllif razılaşmasın. Ancaq sözlə yaşayan, sözlə işləyən hər kəs bilir ki, söz adamı bir anda bəzən fəsillərin dördünü də yaşayır. Təbii ki, bölgü aparmaq müəllifin öx ixtiyarındadı. Mən sadəcə öz içimdən keçəni dedim. Amma onu da xatırladım ki, söz üçün dünya həmişə dar olub. Bunu Nurafiz də təsdiqləyir.

Susmaqla iş düzəlsə,

Qayalar şah olardı.

Səbrin işi böyükdür,

Heyif ki, dünya dardı.

Və yaxud:

Diri gözlü "qırxım" çıxdı,

Gözlərimi bağlamayın.

Ölməyin də dadı yoxdu,

Daha məni ağlamayın.

Mən çox böyük maraqla mütaliə etdiyim "Sözün dörd havası" kitabında bircə havanı əvvəldən axıra kimi hiss etdim, yaşadım. O da oxuduğum şeirlərin sözü qiymətləndirən, sözə dəyər verən, söz üçün ölüb dirilən bir şairin qələmindən səslənən hava idi. Bu havanı yaratmaq, onu təqdim etmək, onu sevdirəmk zənnimcə Nurafizin şairlik istedadının göstəricisidi. Çox sevindim ki, bu havayla, bu havada ifadə edilən sözlərlə qovuşan ürəyim o havaya qol qaldıra bildi, rahatlıq tapdım, dincəldim və həm də sevindim. Özü də çox səmimiyyətlə bildirirəm ki, bu cür sevinmək oxucuya həmişə qismət olmur. Bəlkə də bir oxucu kimi qocalmışam, ona görə kövrək olmuşam? Bəlkə də bunun yaşa dəxli yoxdu. Amma hər halda, Nurafiz mənimlə şərik olar:

Özümü hamıdan gizli saxladım,

Bir adam bilirdim - o da ki, güzgü.

Qıvlasız nə yaman mənə oxşayır,

Yaman qocalmışam, ya da ki, güzgü.

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK