ANA SƏHİFƏ / YAZARLAR

Günahkarın günahsızlığı

Yaxud elə-belə bir yazı

11846    |   2016-03-04 17:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim düşüncəmə və hətta belə demək mümkünsə inancıma görə, həyatı mənalı edən şərtlərdən biri də qarşılıqlı anlaşma, qarşılıqlı diqqət və səmimiyyətdi. Yəni insan bir varlıq olmaq etibarı ilə qarşısındakına anlayış göstərirsə, hətta sevmədiyi insana belə etika xatirinə normal yanaşmağı bacarırsa, bu həm böyüklükdü, həm də özünün kimliyini büruzə vermək, göstərmək. Çox təəssüf ki, bugünkü cəmiyyətdə o qədər mizan-tərəzi pozulub ki, azacıq maddi durumu diqqət çəkən birisi özünün əxlaqını da, insanlığını da tamam unudur və qarşısındakına loru dildə desəm, yuxarıdan aşağı elə baxır ki, heç dəvə də nalbəndə elə baxmayıb və baxmaz da!!!

Amma başqasından cibindəki beş manatı ilə fərqlənən insan siyahısında adı gedən adamcığaz isə min dəfələrlə özündən dəyərli, özündən şəxsiyyətli, özündən dünya görüşlünü, əxlaqlını tapdalayıb üstündən keçmək istəyir. Çünki onu havalandıran həmin o beş manatdı. Cibindəki düşüb itsə, o, bütünlüklə yumuşaq desək, həşəratın səviyyəsinə enəcək. Bir az da yumuşaq desək, o qədər cildlərə, maskalara bürünəcək ki, onun kimliyi, nəliyi belə heç kim üçün maraq doğurmayacaq. Çünki o, özü öz taleyini müəyyənləşdirib qərarını veribdi. Ona görə də anlayışlı, diqqətli, səmimi olmaq normaları da elə normal insanlar üçün müəyyənləşib, yazılıbdı. Bax mən də bu adi, həm də normaya çevrilən şərtlərin içərisində yaşamağın həyatı necə mənalı etdiyini zaman-zaman müşahidə etmişəm və görmüşəm ki, məhz anlayışlı adamların arasında özümü nə qədər rahat və nə qədər də güvənli hiss edirəm. Çünki çevrəmdəki ürəyimcə olan adamlar, insanlardı. Və sizlərin də belə bir çevrədə, belə bir nöqtədə olmağınızı təbii ki, öz ürəyimin ölçüləri ilə dəyərləndirib bir az da sizə yaxınlaşmağa həmişə cəhd etmişəm. Lakin...

Bəli, biz nədənsə hər hansı bir durumu, nöqsanı qiymətləndirmək, ona münasibəti ifadə etmək istəyəndə daha çox zamanı qınayırıq, zamanı ittiham edirik. Və hətta özümüzdən bir qarğış da icad etmişik. Əsəblərimizi cilovlaya bilməyəndə deyirik "zəmanəniz dağılsın!". Amma heç, nə özümüz özümüzə, nə zəmanə bizə sual vermir ki, axı niyə, mənim günahım nədi? Təbii ki, bu məqamda hardansa ağlıma şeytanın balası ilə söhbəti gəlib düşür. Amma bu da mənə haqq vermir ki, zəmanəni qınayım. Ən azından ona görə ki, bu zəmanənin ən kiçik, heç mikroskop altında görünməyən hissəciklərindən biri də Mənəm, Sənsən, Odu! Deməli, zəmanəyə aid günahlarda bizim də payımız var. Ya biz yerimizdə deyilik, ya da yerimiz bizdə deyil. Ona görə də istənilən ittihamı səsləndirəndə onun parametrlərini götür-qoy etmək, ölçüb-biçmək lazımdır ki, sonra dizinə-başına döyməyəsən, sonrakı peşmançılığı yaşamayasan...

Təbii ki, bax bütün bu dediklərim, ifadə etdiklərim mənim yazımın əsas qayəsini, yəni anlayışa və diqqətə aid düşüncələrimi təqdim etmək üçündür. Bir növü bu körpüdən keçib həmin o dediyim mövzuya tərəf getmək istəyimdi. Mövzuya tərəf gedən yolu açmaq isə o qədər də asan deyil. Çünki mövzunun adı - yəni anlayış və səmimiyyətin özü həm də mənim fikirlərimin, düşüncələrimin o mahiyyətini, o ruhunu ifadə etməli, onu bütünlüklə açıb göstərməlidi, ona xidmət etməlidi. Birmənalı şəkildə mənim iç dünyamla çöl dünyam, mövcudluğumla yaşamım bütün parametrləri ilə sərgilənməlidi. Oxucu görməlidi, duymalıdı, hətta əli ilə toxunub hiss etməlidi ki, yazılanla yazan bir bütövlükdü, bir tamlıqdı. Sadəcə biri yazır, biri də yazılanı özündə daşıyır...

Hə, bütün bu qarmaqarışıq, bir az da pafos hopmuş fikirlərin içərisində mən anlayışla səmimiyyətə söykənib etiraf etmək istəyirəm ki, sözün bütün mənalarında özümü duyğulara, xüsusilə sənə aid olan duyğulara elə kökləmişəm ki, o duyğuları məndən, o kökdən qoparsalar, mən də olmayacam. Çünki köklənmək kökün özünün tələbidi. Deməli, mən sadəcə köklənməmişəm, həm də kökün özünə çevrilmişəm. Ona görə də:


Üfürərək bu külün

Qorunu od edirəm...

Mən bir dəli sevgini -

Özümə ad edirəm...


Sənli günlərim yazdı

Ürəyim səndən yazdı...

Hər gün görüşmək azdı -

Mən bundan dad edirəm...


Şəkillərə baxıram

Gözümə an yığıram...

Gedib hara çıxıram -

Nələri yad edirəm?!


Qəm taxtını devirib

Canı qəmdən sivirib...

Bir salavat çevirib -

Ruhumu şad edirəm!..


***

Hə, qarşıda bir neçə gün qalıb. İstəsəniz barmaqsayı da deyə bilərəm. İstəməsəniz adını çəkərəm. Yəni bütün hallarda mövzu həmin o günün güclü cinsə nə qədər önəmli olduğunu xatırlatmaq mahiyyətini daşıyır. Mən hiss etdirmək istəyirəm ki, qarşıda qalan bu bir neçə gün əslində bizlərin, yəni güclü cinsin toparlanmasına bir fürsətdi, götür-qoy etmək üçün bir zaman kəsiyidi. Və biz də bu fürsətdən, bu zaman kəsiyindən təbii ki, təkcə istəyimizə görə yox, həm də imkanımıza görə yararlanmalıyıq. Çünki bu gün istəyi ilə imkanı üst-üstə düşən güclü cinsin nümayəndələri yetərsay təşkil etmir və boyundan yuxarı da atlanıb onurğasını sındırmaq o qədər də yaxşı hal deyil. Ən yaxşısı elə cibinə və boyuna görə hərəkət etməkdi. Onda olanı, gerçəyi qəbul edəcəklər...

Uzun müddətdir ki, öz-özümə çək-çevir edirəm. Yəni ələyib ələkdən keçirməyə çalışıram. Mən hardasa müəyyən mənada qardaş Türkiyədə Analar günü adını, təqdimatını və yaxud formatını qəbul etmək istəyirəm. Lakin digər xanımları, xüsusilə qız çocuqları düşünəndə bir az tərəddüd edirəm. Ona görə 8 Mart təqdimatını müəyyən qədər uğurlu sayıram. Lakin bunun hər ikisinin içərisində mənə həm doğma gələn, həm də qəbul etmədiyim ayrı-ayrı nüanslar da var. Belə ki, Analar günü ifadəsi çox uğurlu tapıntıdı. Amma onun bir günə sığışdırılması mənə görə doğru deyil. Çünki düşünən, anlayışlı, diqqətli olan istənilən insanın anasız günü yoxdu və kiminsə anasız gününün olmasını heç arzu etmirəm. Hətta dünyasını dəyişən analarımız da ruhən hər gün bizimlə bir yerdədi. 8 Martın da günlərin içində fərqlənməsi uğurludu. Ancaq o günün mənə çatmayan bir tərəfi də sırf qadınlar günü kimi təqdim olunmasıdı. Məni doğru qəbul edin, bizim qız cocuqlarımız bəs nə olsun? Məgər bu bayramdan, bu gündən onlara pay düşmür?

Bax, bütün bunları düşünə-düşünə bir qərar qəbul etmək, bir ortaq məxrəcə gəlmək mənə nə qədər çətin olsa da, hətta bilgisayar yazarımızla mövzu barədə mübahisə etsək belə, mən özlüyümdə bu günü Zərif Cinsin günü kimi qəbul edirəm. Kim mənimlə razılaşır və yaxud da razılaşmır, canı sağ olsun. Əsas odur ki, mən necə duyuram, necə düşünürəm məsələnin mahiyyətinə də o cür münasibətimi ifadə edirəm. Demək istəyirəm ki, dünyanı təkcə gözəllik yox, həm də zərif cinsin güclü cinsə olan ölçüsüz sevigisi xilas edəcəkdi. Bu elə bir sevgidi ki, mənə görə o, yerin cazibə qüvvəsindən dəfələrlə artıqdı. Və bu bütün ölçüləri aşıb keçən sevgi sözü də qanadlandırır... istedadı da üzə çıxarır... qaranlıq dünyaya işıq da saçır... Hətta:


Ürəyimdə sən hamıdan üstəsən

Bu ürəkdən öz payını istə sən!

Daldalanmaq, ya qorunmaq istəsən -

Kirpiyimin çətirinə gəl, sığın!..


Gözlərinlə say ləçəyin tər gülün

Dodağınla dodağımın dər gülün...

Sən oxşamaq istədiyin hər gülün -

Çəkinmədən ətirinə gəl sığın!


Diqqət yetir bu səsə, bu sədaya

Od salmısan ürək adlı odaya!

Təkcə sənə aid olan adaya -

Əbülfətin xətirinə gəl, sığın!


***

Heç kim günahdan sığortalanmayıb, heç kim də günahlarını yumaq üçün öz sığortasını təqdim etmək gücündə deyil. Üstəlik də günahsızlıq anlayışı yalnız bir ünvana aiddi. Ona görə də o ünvanın verdiyi, bağışladığı və yaxud da alnımıza yazdığı hər nədisə biz sənli-mənli onu öz duyğularımızla, öz düşüncəmizlə və nəhayət öz əxlaqımızla cilalayıb elə yaşamalı, elə təqdim etməliyik ki, ondan bir başqası zərər görməsin. Yəni bizim mövcudluğumuz başqa bir kimsəninsə mövcudluğunu sual altına salmasın. Elə bu yerdə çox sevdiyim bir filmimizi, "Bəyin oğurlanması" filmini xatırlayıram. Orada çox işıqlı, çox oturuşmuş, sözün bütün mənalarında Azərbaycan tamaşaçısının, kinosunun və teatrının yaddaşına yazılmış rəhmətlik Yaşar Nurinin bir frazası tez-tez yaddaşımda təzələnir. Etiraf edim ki, bu çox uğurlu bir tapıntı, uğurlu bir deyimdi. Ssenari müəllifi fikrin alt qatını tamaşaçıya çatdırmaq üçün onu çox dəqiq tapıbdı. Qız atası İsrafilin rolunu canlandıran Yaşar Nuri deyir: "Siz deyən xoşbəxt ailə gələcəyin başqa bir xoşbəxt ailəsini dağıda bilər".

Bax, bu prizmadan baxanda şəxsən mən az qala bütün özümü dərk etdiyim zaman kəsiyini bir-birinə vururam, altını üstünə çevirirəm. Harda kimin xoş anına, xoş saatına mane ola biləcək hansısa bir hərəkətimi, bir addımımı tapıb ortaya çıxarmaq istəyirəm. Şükürlər olsun ki, (bu özünü reklama görə oxucudan üzr istəyirəm - Ə.M.) belə bir halla qarşılaşmıram. Deməli, hələ ki, nə özüm, nə duyğularım, nə hərəkətlərim kiminsə xoşbəxt bugününə, gələcəyinə kölgə salmır, mane olmur. Əksinə, mənə içimin pıçıldadığına görə duyğularım, sevgi etiraflarım, kimlərinsə azacıq da olsa çırağına neft tökür, onun daha gur, daha alovlu yanıb işıq saçmasına yardımçı olur. Bu da onu göstərir ki, ürəyinin, dilinin, gözünün dediyini, istədiyini olduğu kimi ürəyinlə, gözünlə, dilinlə səsləndirib etiraf etməlisən. Və həyatın ən böyük ədaləti və ən böyük gerçəyi də məhz bu etirafdan keçir. Özü də o ana qədər ki, onu etiraf edənlə, o etirafı qəbul edən bir nöqtədə anlaşır, bir nöqtədə vahidləşir, eyniləşir. Çünki:


Günahlandırmaq,

günahkar saymaq

sonra da

için-için

ürəyin

qabığını soymaq

hər işdən

asan...

amma

özünü

güzgüdə görmək

özünü

özünlə

bərabər bölmək

günahkarla

ittihamçını

qarşılaşdırıb

gerçəyi bilmək -

asandan da asandı

təbii ki,

istək

içdən olsa!

ay məni

kipriyindən asan

hansıdı

daha asan...


Hə, yazının əvvəlində də, ortasında da, sonunda da yəqin hiss etdiniz, hər şey, hər məqam sevgini önə çəkirdi. Diqqəti, duyğuları, anlayışı qabardırdı. Deməli, bu da onu göstərir ki, bu yazı dolayısı ilə sevənlər üçün Analar gününü, sevənlər gününü və nəhayət ananı, sevgini, bütün xanımları özündə birləşdirən zərif cinsin gününü diqqətə təqdim etməyə yönəlmişdi. Mən içimdən gələn bir istəklə o günü qabartmağa çalışdım və istədim ki, bu yazı obrazlı desək, sözlə, duyğuyla varlı olan qarşı cinsin bayram təbriki kimi qarşılansın, oxunsun. Və zərif cins də burdakı müəyyən kədərli, müəyyən incik notları diqqətə almasın. Ən azından ona görə ki, istər bayram, istər də digər günlərdə biz hamımız bu zamanın içindəyik. Və bu zaman bizim boyumuza biçildiyi kimi, bizi də öz boynuna biçibdi. Biz ondan ən yaxşı halda bir iynə boyu uzaqlaşa bilərik. Qalan bütün hallarda biz elə hamımız sevginin xidmətindəyik, sevginin qulluğundayıq. Axı bizi yaşadan odu!


Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK