ANA SƏHİFƏ / YAZARLAR

YAŞANANDA GÖZƏL OLAN…

Sevgini yaşamağa çalışın

34739    |   2016-02-19 18:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyat yaşayanda gözəl olur. Bunu mən demirəm və yaxud da bunu kiminsə sözü kimi təkrarlamıram. Sadəcə, özümün arxada qalan günlərimə, aylarıma, illərimə baxıb gəldiyim qənaət budu. Nəticə etibarı ilə arxada qalan 57 ilə qədəm qoymuş illərimin gözəl həftələrini, günlərini xatırlayıram. Toplum halında aylarını, illərini yox. Baxıb görürəm ki, həmin o həftə, həmin o gün ürəyimlə birlikdə olduğum məqamdı… ürəyimin istədiyi məqamdı… ürəyimin istədikləri və ürəyimi istəyənlərin mənə bağışladıqlarıdı. Və mən də həmin o həftənin, günün içərisində Tanrıya daha yaxın olmuşam, yerə daha çox üz söykəmişəm… Torpağı, daşı, gülü, çiçəyi, oxuyan quşların səsini, uçan durnaların qatarını… bir sözlə, xəzəldən tutmuş gözələ qədər hər şeyi sevmişəm, hər şeyi özümə doğma bilmişəm. Və onların hər birinin bətnində özümü görüb, özümə rahat bir insan kimi həsəd aparmışam. Hətta məşhur bir mahnıda deyilən o fikir də gəlib ağlımdan keçib. Yəqin hiss etdiniz hansı fikri deyirəm. Sizi çətinə salmamaq üçün xatırladım:

- Dünyanın xoşbəxti mənəm dünyada!..

Hə, əvvəldə dedim ki, həyat yaşananda gözəl olur. Amma yaşamaq da həyatın tələblərinə cavab verəndə, ona uyğunlaşanda, onunla üst-üstə düşəndə, ən azı onunla paralelləşəndə gözəlləşir. Təəssüf ki, bu nə sənin, nə mənim, nə də elə həyatın özünün birbaşa şərti, tələbi, istəyi deyil. Burda hər şey həm ayrı-ayrıdı, həm də kompleksdi. Rəhmətlik Nüsrət Kəsəmənlinin təbirincə desək, «nişan üçün iki şey istədilər, məndə isə biri vardı, biri yox». İndi özünüz də mənimlə razılaşarsınız ki, siz də, mən də həyatın istəyini özümüzdə tapanda, toparlayanda həyatın istəyi dəyişir. Çünki burda zaman sürəti var. Ha eləyib özümüzü ələ alana kimi, o istəyin mahiyyətinə varana kimi qatar ötüb gedir. Yeni istək çıxır ortaya. Bax, bu mənada həyatla üst-üstə düşmək, paralelləşmək çox zor bir işdi və hər adama da nəsib olmur. Mən də ona görə yaşadığım illərin içərisindən bəxtimə düşən, yaşadığım həftəni, günü seçib, sayıb üst-üstə yığanda həm təəssüflənmişəm, həm şükür etmişəm. Çünki bütün bu yaşananların içərisində seçilən, yaşanan nəsə var, nələrsə var və müqayisədə bunu dəyərləndirmək, qiymətləndirəmk lazımdır. Yeri gəlmişkən, xatirimdə qalmış bir ibrətamiz məsəl var. Onu elə burdaca sizə də demək istəyirəm. Həmin məsələ görə, çox müdrik bir insan digərlərinin həyat sevgisini artırmaq üçün təklif edir ki, şəhər əhli meydanda sıraya düzülsün. Ön cərgədə varlılar, ikinci cərgədə kasıblar, üçüncü cərgədə əlillər, dördüncü cərgədə zəlillər. Və sonra hər kəs özündən arxadakına dönüb baxsın. Onda varlı kasıba baxıb şükür edəcək… kasıb əlilə baxıb şükür edəcək… əlil zəlilə baxıb şükür edəcək…

Yəqin ki, bu müdrik kəlamın içini gördünüz, işığını gördünüz və mənim həmin o barmaqsayı həftələr, günlər üçün şükür etdiyimə iradınız qalmadı. İşdi, qalsa da mən sizdən incimirəm. Çünki hərənin öz parametri var. Və deməli, mən bir insan, bir varlıq olaraq həyatın nəbzini bu cür tutmuşam və o döyünən nəbz də mənə söylədiyim sayılı günləri, həftələri yaşadır. Mən də yaşadıqlarımın içərisində duyğularımı kökləməyə, fikirlərimi ifadə etməyə və sözü misraya çevirməyə çalışmışam - heç kimə, heç kəsə etiraz etmədən, üsyan etmədən. Amma içimdə çəkdiyimin ləzzətini ala-ala.


Oyun oynayır fələk

Oynasın xoş günümə.

Dərddən doyunca içib -

Olmuş sərxoş günümə!


Günü-gündən saralır

Ağ yazı da qaralır…

Kimin yeri daralır -

Gəlsin bu boş günümə.


Mən yaşayan qədərin

Görən yoxdu betərin…

Çəkmə gülüm, kədəri -

Gətir, sən qoş günümə!..


***

Bugünlərdə bir neçə üzüntülü hadisənin şahidi oldum. Və bu hadisələr qanımdan, canımdan gəlib keçdiyinə görə, bunun ağrı-acısı məni içimdə çox göynətdi. Hətta az qala içimi alt-üst etdi. Özümü təklənmiş, meydanda əliyalın qalmış bəndə kimi hiss etdim. Təbii ki, əksər hisslər, duyğular müəyyən mənada ötəri olur. Bu da zamanın sürəti ilə bağlı olan məsələdi. Üstəlik, burda bir gerçəklik də var. O da yaraların sağalmasıdı, daha doğrusu, qaysaq bağlamasıdı. Yara var ki, öz-özünü sağaldır, yara var ki, bunu diqqət, ülfət sağaldır, yara var ki, ona həkim müdaxiləsi lazımdı ki, sağalsın. Yara da var ki, o, zamanın iynə-sancağının altındadı. Yəni sağalması zaman məsələsidi. Bu mənada mənim içimdəki vətəndə vətənsizlik yarası sonuncuya aiddi. Yəni bu yara hər gün qan verir, hər gün sızıldayır. Xüsusilə faciələrin, işğal günlərin bəlli tarixi qapımı döyəndə. Məsələn, mən doğulduğum bölgənin Qaradağlı faciəsi. Mən havasını, suyunu daddığım, udduğum Xocalı qətliamı… Deməli, o yaralar mənim, sənin əlinlə sarınmayana qədər… o şəhid qanları tökülən torpaq mənim, sənin nəfəsinlə isinməyənə qədər bu yaraların sağalmasından danışmaq doğru deyil. Kim də desə, hətta sübut etməyə çalışsa ki, Xocalı dərdi, Qaradağlı yarası sağalıb, mən ona inana bilmərəm. Bu mümkünsüz bir işdi. Nə isə…

Hə, yaşadığım həmin o üzüntülü anlar məni həyatın nə qədər soyuqqanlı olduğuna da diqqət yetirməyə məcbur etdi. Baxıb gördüm ki, bir ucdan boşalıb dolan bu dünyada hissisiz, nişanəsiz nə qədər Allah bəndələri olub və var. Bundan sonra da olacaq. Bu Allah bəndələri köçüb gedəndə arxalarınca boylananların, saç yolub göz yaşı axıdanların, ya da içdən gələn bir «ah» çəkib təəssüf edənlərin olmaması görəsən nəyə işarədi? Görəsən bu nə deməkdi? Ümumiyyətlə, belə hallarla barışmaq və yaxud belə hallardan nələri öyrənmək gərəkdi? Dəfələrlə bu sualları verirəm özümg və dəfələrlə də susuram. Sükut güc gəlir mənə. Baxıb görürəm ki, burda verə biləcəyim heç bir cavab sualı tam əhatə etmir, sual yarımçıq qalır, cavab yarımçıq olur. Elə bil ki, yetişməmiş meyvəni dərirsən, dişləyirsən. Boğazından keçmir. Məhz mən indi gəldiyim nəticəyə görə, izsiz, nişanəsiz köçüb getmək hardasa bu həyatın zorla boğazından keçirdiyi yetişməmiş meyvədi. Neyləyək ki, biz həyatın bu qərarı önündə çox gücsüzük. Hətta səsimizi çıxarmağın özü belə heç nəyi dəyişmir, heç nəyə təsir etmir. Ona görə də susuruq. Təsəllimiz susmaq olur…

Hə, bəzən susmaq qızıldı, deyirlər. Bəzən isə gücsüzlük və yaxud da etiraf. Mən həyatın bu anında susmağı həyata tabe olmağın işarəsi kimi qəbul edirəm. Ona görə də çevrəmdəkiləri ən azından olduqları kimi qalmalarını və həyatla çəkişmələrdə qalib görmək istəyirəm. Təbii ki, bu mənim istəyimdi. Onların gücünün buna yetib-yetməməyi isə başqa bir mövzudu. İndiki anda isə mənim üçün o sızıltının içərisində də bir ümid axtarmaq, bir ümidə söykənmək gücünün mövcudluğudu. Elə həmin o ümidin işığında da bu misraları dilə gətirmək yəqin ki, sizin də ürəyinizcə olar.


Bu çiçək indi açıb

Hələ tərdi, hələ tər…

Üstündən arı uçub -

Zər qalıbdı, hələ zər!..


Ömrümün bu anında

Dərddi duran yanımda…

Qan donubdu canımda -

Tərdi daman, hələ tər!..


Köklə hicran tarını

Sovur saçın qarını…

Bu həsrətin barını -

Hələ oxşa, hələ dər!..


***

Hər bir insan, təbii ki, söhbət normal insandan gedir, düşünmək qabiliyyətinə malikdi. Və düşünməyi bacaranda müəyyən vəziyyətlərdən çıxış yolu tapa bilir. Bax, bu mənada istər sovet dönəmində, istər işğalın başladığı gündən bu günə qədər qarşılaşdığım hər bir məqam dostların, güvəndiyim insanların, xüsusilə ürək sirdaşlarımın tövsiyələri, yardımları mənim çıxış yolu tapmağımda əsas stimulum, əsas təkanverici gücüm olubdu. Mən onlara söykənib addım atmışam. Görmüşəm ki, o söykəndiklərim, o dayaqlar məni ayaqda saxlayırlar, məni yıxılmağa qoymurlar. Lakin zaman-zaman həm gördüyün, həm öyrəndiklərin öz təsrini də adama yükləyir. Bax, bu da müəyyən mənada dayaqları, səni ayaqda saxlayanları bir az yükdən azad edir, bir az onların sənə yönələn, daha doğrusu, mənə yönələn gücünü, diqqətini özündə saxlamağa imkan verir. Deməli, bax, bu aspektdən yanaşanda, onda görürəm ki, çevrəm məni daha güclü edir. Çevrəmdən kənarda yalnız tək qalmıram, həm də güc itirirəm. Bu yerdə itkinin nə olduğunu canında, qanında hiss edən bir Allah bəndəsi kimi bir sızıltı da yaşayıram. Bunsuz mümkün deyil. Çünki itkidən söhbət düşəndə gözlərimin önündə şəhid doğmalarım, dünyanı vaxtsız tərk etmiş can qardaşlarım – Vahid Əlifoğlu, Vaqif Cəfərli, eləcə də Ələsgər, Rafiq və daha kimlər, kimlər gəlib dayanır. Onda bir daha anlayıram ki, bəlkə də Tanrı məni onların ruhunu sevindirmək üçün onlardan bir az da artıq yaşadır. Hər halda, bu qənaətin Tanrının mənə lütfüdüsə, bunu xoşbəxtlik kimi qiymətləndirməyə candan, qandan hazıram!..

İndi bütün yazı boyu həyatı sağdan, soldan, altdan, üstdən nə qədər vərəqləməyə, çevirməyə çalışsam da hiss edirəm ki, heç nə dəyişmir. Necə deyərlər, bu yazı həyatın bir tükünü də tərpətmir. Az qala çaxçaxın baş ağrıtması kimi bir işlə məşğulam. Dəyirman öz bildiyini edir. Mən də elə dəyirmanın acığına ürəyimdəki ən isti sözü, ən böyük istəyi bütün səsimlə, bütün gücümlə bilgisayara, kağıza köçürürəm. İstəyirəm ki, həyatla mübarizədə, qarşılaşmada nə qədər kiçik olsam da, içimin, yəni ürəyimin böyüklüyü o kiçikliyi üstələsin, o kiçikliyi görünməz etsin. Axı mən bu həyatı və Allahın mənə verdiklərini o böyük ürəklə sevmişəm və sevirəm. Ona görə də hətta şeirlərimin birində yazmışam ki, bəlkə də Allah məni hər kəsə, Sev! – demək üçün göndərib. Mən də dərdimi də, sevincimi də, həsrətimi də, vüsalımı da, göz yaşımı da, gülüşümü də sevə-sevə misralara çevirirəm. Bilirəm ki, bu yanaşma məni təklənməkdən, tək qalmaqdan xilas edəcək. Ən azından bu hiss mənim yanımda olacaq. Həmişə onun əlini çiynimdə his edəcəm… həmişə onun kölgəsini başımın üstündə görəcəm. Elə indi oxuyacağınız şeirdə dediklərimin əksini bəlkə də daha uyğun biləcəksiniz, ona daha çox inanacaqsınız və:


Yorulmuşam, yorğunam

Üstümdün ötür bir il…

Mümkünsə sən cəzamın -

Üstündən götür bir il!..


Nəfəsim son nöqtədə

Yükdü mənə nöqtə də!..

Bu enmədə, çökmədə -

Ümid tək gətir bir il!..


Qarşıma yerimişdin

Yoluma yol sərmişdin…

Mənə möhlət vermişdin -

Bu da son – bitir bir il!..


Hə, mən sizə, yəni dəyərli oxucularıma sadəcə öz missiyamı yerinə yetirərək SEVin! - deyirəm. Çünki sevəndə yaşayırsınız. Həyat da yaşayanda gözəl olur!


Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK