ANA SƏHİFƏ / YAZARLAR

DƏDƏLƏR DEYİB EEE…

Deyilən söz yadigardı

39021    |   2016-02-12 16:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən ağzıgöyçəklər dinc durmur. Oturduqları yerdə də oturub qalmırlar. Özləri öz içlərini sağa-sola vərəqləyib bir də görürsən ki, nəyisə tapıb qoydular ortaya və başladılar qulp qoymağa, şəbədə qoşmağa, yə da münəccimlik etməyə. Vallah, belə məqamda bilmirəm əsəbləşim, yoxsa qoşulub onlara mən də fal açım. Ona görə də düşdüyüm bu çıxılmaz durumdan yaxamı bir kənara çəkmək üçün variantlar, vasitələr axtarıram. Bax, belə məqamda köməyimə dədə sözləri, yəni atalar sözləri çatır. Doğrudur, ataların dediyinin bir qismi artıq boyatlaşıb. Elə burdaca yerinə düşməsə də deyim ki, boyat aşın, yəni plovun dadı tamam fərqlidi. Heç özünüzü iştahlandırmayın, bunu sözgəlişi dedim…

Bəli, bir qism atalar sözü boyatlaşdığından hərdən ya yerinə düşmür, ya da zamanla düz gəlmir. Ona görə ya məcbur olub onu redaktə edirsən, ya da yanından keçib özün istəyinə, şəraitə və yerinə görə bir dədə sözü icad edirsən. Bu da nə cür alına, ömrü nə qədər çəkər bunu öncədən demək mümkün deyil. Nə isə…

Deməli, dədə sözlərinin birində deyilir ki, axşamın xeyirindən sabahın şəri daha yaxşıdı. Mən bunu ha çək-çevir etdim, ha sola-sağa vərəqlədim, indiki elmi-texniki tərəqqinin sürəti ilə uyğunlaşdıra bilmədim. Doğrudu, o sözü deyən atanı başa düşürəm. Onun zamanında gecələr indiki kimi işığa, nura qərq olmamışdı. Hər tərəf qalmış bir ay işığının umuduna. Bəzən ay da yatıb qalırdı, olurdu zülmət qaranlıq. Və belə bir zülmətdə xeyir bir iş görmək, xeyir tapmaq təbii ki, qaranlıq otaqda qara pişiyi axtarmaq kimi bir şey idi. Ona görə də həmin ata baş sındırıb və məsləhət görüb ki, yaxşısı budur, işləri sabah, yəni gün işığında görək. Və bu fikrində ounun haqlı olduğu zamınında öz təsdiqini tapdı. İndi zaman o atanın zamanı deyil. O, atını minib çıxıb getdi, öz zamanı ilə birlikdə…

Bu yazını yazmağa özümü kökləyəndə iş elə gətirdi ki, redaksiyamıza təşrif buyurmuş bir para adamlarla, içi ziyalı qarışıq qonaqlarla həmsöhbət oldum. Baxıb gördüm ki, redaksiyaya qonaq gəlmiş bu adamların hərəsinin özünə görə bir ata sözünə uyğunluğu var. Çünki bu adamlar hərəkətləri ilə, danışıqları ilə həmin o sözləri az qala qışqıra-qışqıra mənə çatdırırdılar. Mən də öz-özümə ürəyimdə səbrli olmağı və bunun sonunu gözləməyi qərarlaşdırırdım. Yəni dişimlə səbrimi sıxıb gözləyirdim ki, axıra kimi üfürülmüş şar təki partlamayım. Şükürlər olsun ki, dözüb dura bildim, partlamadım. Amma onlar gedəndən sonra Yasamal qəbiristanlığına açılan pəncərəmin önündə dayanıb öncə salavat çevirirəm, sonra öz-özümə pıçıldayıram ki, «səbrlə halva bişər ey qora səndən». Onun ardınca «bəndənə şükür, İlahi» deyirəm və nəhayət, bu sözlərin müəllifi olan böyük yazarlarımızın xatirəsi önündə bir dəqiqəlik sükut edirəm. Məhz həmin sükut anında mənə elə gəlir ki, mən və mənim kimi düşünənlər bu cəmiyyətdə ya düzgün yaşamırıq, ya da yerimizdə deyilik. Çünki biz bütün həyatımız boyu bir havaya köklənmişik, bir havaya oynamışıq. Amma indi havalar da çoxalıb, çoxlu havaya oynayanlar da. Deməli, bir atalar sözu var ey, yəqin xatırlayırsınız. Dədələr deyib ki, «bildirçinin bəyliyi darı sovuluncadı». Təəssüf ki, indi dünyada növbəli əkin sistemi önə keçdiyindən bildirçinlərin bəyliyi də öz ömrünü uzadıbdı. Yerdə qalıb bir məqam. O da ibarətdi ya bizim bütün havalara öynamağı öyrənməyimiz, ya da durduğumuz yerdən geri çəkilmək!..

Hə, söylədiyim fikirlərin nəbzinə uyğun olaraq içimdəki misraları dilə gətirməyin məqamı olduğunu təxmin edirəm. Çünki pəncərə önündə dayanıb düşündüklərim, gəldiyim nəticə mənə həyatın həm dərsidi, həm də yükü. Bu dərs yükünün altında hələ nə qədər qalacağımı, hələ onu nə qədər daşıyacağımı isə zaman göstərəcək. Ona görə də…


Mən belə qəm görməmişdim

Onu da çəkdirdin mənə…

Göydən bulud dərməmişdim -

Onu da çökdürdün mənə!..


Əlimdə vaxtın əsası

Qıldın çox həsrət qəzası…

Dolmadan əsəb kasası -

Onu da tökdürdün mənə…


Bir filin yükün çəkirdim

Ürəyimə qor əkirdim…

Ümidə yuva tikirdim -

Onu da sökdürdün mənə!..

***

Hər dəfə özümlə həmsöhbət imkanı olmaq fürsətimi tapa bilmirəm. Daha doğrusu, tapmaq istəyirəm. Amma bu fürsət sürüşüb əlimdən çıxır, sudan çıxmış balıq kimi. Və mən də rəhmətlik Mirzə Babayev kəpənəyin ardınca baxdığı kimi əlimdə izi qalan həmin o sürüşüb getmiş fürsəti sadəcə arxadan izləməli oluram. Doğurdur, bu bir az üzücü, ağırlıq gətirən izləmə prosesidi, amma neyləyək ki, mənim də gücüm, imkanım ona çatır. Yəni oturub arxadan kədərli, həm də ümidsiz bir halda izləmək…

Bəzən dostlar, yaxınlar məni bu ümidsizliyə, bu kədərlə qol-boyun olmağa görə qınayırlar. Amma inanmırlar ki, mən özüm arayıb-axtardığım, özüm öz iç dünyama sakin etdiyim bu kədəri, qəmi elə özüm qədər çox istəyirəm. Çünki mənim kədərim, qəmim mənə hamıdan doğmadı və məni hamıdan da yaxşı anlayır. Zənnimcə ən xoşbəxt insan haqqında düşünəndə və bununla bağlı müəyyən kriteriyaları, ölçüləri göz önünə gətirəndə, orda dərdin, qəmin, kədərin sahibinə nə qədər doğma və nə qədər anlayışlı olduğunu xüsusi qeyd etmək lazımdı. Çünki həmin o qarşılıqlı anlaşma insanı ətrafa, cəmiyyətə həm yaxşı təqdim edir, həm də tanıdır və təbliğ edir. Kənardan baxan, müşahidələr aparan görür ki, insanın içindəki dağ onun xəyalındakı dağın eyni olmaqla yanaşı, həm də onun bir növü özünü gözə təpmədən bir kənarda saxlada bilmək gücüdü. Fikrimi bir az da açıqlasam, onda belə məlum olar ki, içi dərdlə, özü də doğma dərdlə dolu olan adam son dərəcə təmkinli, sakit və bir az da kənara çəkilib dayanmağı bacaran adamdı…

Hə, mən özümlə həmsöhbət olmaq istəyimin arxasında bir məqsəd göyərdirəm, onun qol-budaq olmasına çalışıram. İstəyirəm ki, özümə verəcəyim sualların özümdən gələcək cavabalarını kədərimdən, qəmimdən başqa kimsə eşitməsin. Düşünməyin ki, bu nəyisə, nələrisə gizlətmək amacıdı. Xeyr, bu sadəcə özümün özümü yaxından tanımağım və əvvəldən formalaşan nələrinsə yeni formatını özümə həzm etdirmək, hopdurmaq istəyidi. İstəmirəm ki, özüm özümdən uzaq düşüm, özüm özümdən geridə qalım. Axı yazımın birinci hissəsində sürətdən, yəni elmi-texniki tərəqqinin nailiyyətlərindən söz açmışdım. Vurğulamışdım ki, bəzi dədə sözlərimiz artıq öz atlarını minib çıxıb gediblər. Çünki onlar zamanına uyğun gəlmirlər. Bax mən də zamanıma uyğun gəlməmək təhlükəsini yaşamamaq üçün özüm özümlə həmsöhbət olmağa fürsət axtarıram. Yəqin ki, nə vaxtsa bu söhbəti etmək bizə nəsib olar. Elə bu yerdəcə bir dədə sözünü də xatırladım. Daha doğrusu, iki dədə sözü dilimin ucuna gəlib. Doğrudu, onlar bir-birini inkar edirlər, amma… Amma dədələr deyib ki, «bu günün işini sabaha saxlama». Və bunun ardınca başqa bir dədə də özünəməxsus təmkinlə vurğulayıb ki, «gec olsun, güc olsun». İndi bu iki fikrin, bu iki məntiqin düz tən ortasında dayanıb öz-özümə pıçıldayıram:

Dalğanın

sahilə

atdığı su

nəfəsi titrəyən,

qanadları heysiz,

yaralı qu…

və bir də

ürəyi

qəm yüklü

gözləri nəmli

fikri qarışıq

bu -

yəni

qarşında

dayananda

görmədiyin

Əbülfət!

eyni hissləri

paylaşırıq

adı da

nakam məhəbbət!..

***

Apardığım müşahidələr məndə belə bir fikir formalaşdırır ki, insan yaşlaşdıqca daha çox dünənə tərəf boylanır. Az qala iki əliylə, dişiylə, dırnağıyla dünəni tutub saxlamaq və yaxud da onu özüylə götürüb aparmaq istəyir. Təbii ki, bu mümkünsüzdü. Sadəcə, burda mümkün olan bir şey var, o da xatirə bağlamasıdı, xatirə boğçasıdı. Onu götürmək, onu aparmaq, onu son mənzilə çatdırmaq müəyyən gündə insanlara nəsib olur. O insanlara ki, onların stressləri az, zəkaları iti, dünyaya baxışları bütövdü. Yəni nə dədələr demiş, hər atılan daşın dalınca yüyürmürlər, nə də mövqelərini heç vaxt «gönü suya verənlər» kimi əldən vermirlər. Necə doğulublar, necə cəmiyyətə adaptasiya olublar, o cür də qalmaq üçün bəzən son güclərinə qədər istifadə edirlər. Amma burda bir həqiqət də var ki, o da həmin o dözümün, o iradənin sarsılmazlığıdı, onun mayasıdı. Məhz halal maya insana sözün dürüst mənasında özünü bir ölçüdə, bir biçidə, bir bütövlükdə tanıtmaq, təqdim etmək imkanı verir. Yəni buqələmun olmur.

Bunu mən sözgəlişi yazmıram. Çünki dediyim o müşahidələr mənə insan sifətlərini insanı bir predmet kimi öyrənməyə imkan veribdi. İlk baxışdan normal görünən və o cür də özünü təqdim edən sifət adi bir ağcaqanad sancmasından elə hallara düşür ki, onda həmin o sifət özünü ifşa edir, soyunub lüt-üryan qalır qarşında. Sən də köhnə zamanların adamları demişkən, qalırsan maddım-maddım baxa-baxa. İnana bilmirsən ki, bir anın içərisində dəyişən sifət kim imiş? Nə imiş? Və ümumiyyətlə, bu kimliyin, bu nə olanın arxasında nələr dayanıbmış. Sözümün canı ondadı ki, bugünlərdə bir söhbətin qulaq şahidi oldum. Danışan adamın fikirləri məni ildırım kimi vurdu. Gözaltı onun bu keyfiyyətini necə qoruyub, pərdələyib saxlaya bildiyini düşünməyə, harasa bir yerə yozmağa çalışdım. Amma alınmadı. Çünki az qala bütün söhbəti boyu özünün içindəki yaramazlıqları dilinə gətirən bu adamcığazın kənardan niyə bu qədər yanımlı, diqqətli, zəhmətkeş, daha nə bilim ağsaqqal kimi göründüyü özü-özlüyündə başa aça bilmədiyim sual idi. Lap sadə və obrazlı desəm, sual elə o adamın özü boyda idi. Sanki yanaşı dayanmışdılar. İkisi də bir boyda, bir buxunda!..

Hə, mən elə bu məqamda da atalar sözlərinə üz tuta bilərəm. «Taylı tayını tapar»dan tutmuş, «qapaq diyirlənib qazanı tapar»a qədər. Amma bunların heç birinə üz tutmuram, heç birini də xatırlatmaq istəmirəm. Çünki bu anın içərisində mən özümü tapdalanmış bir durumda hiss edirəm. Ona görə də ataların nəyi necə deməyinin fərqinə varmıram. Elə o adamdan yox, hətta onun səsindən də bir xeyli uzaqlaşmaq istəyirəm. Necə deyərlər, səsin, ünün çata bilməyəcəyi bir məsafədə dayanıb o adamın özü boyda olan sualı boğub öldürmək üçün. Mənə elə gəlir ki, o sualı boğub öldürsən, o adam da mənim üçün ölmüş olacaq. Ola bilsin ki, bu, sərsəm bir düşüncədi, məsələyə yalnış yanaşmadı. Amma hər nədisə, mən indi onu yenidən qabartmaq istəmirəm. Qoy olduğu yerdə də qalsın. Mən isə…

Bəli, bu yazım içimdə doğulanda adqoydu keçirmişdim. O adı indi dilimə gətirmək istəyirəm:

- Dədələr deyib eee…

Allah yaxşı dədələrə rəhmət eləsin. Yaxşı ki, deyiblər və yəqin ki, məndən sonra da kimsə, nə vaxtsa dədə sözünə üz tutası olsa, o da mütləq yazacaq ki, dədələr deyib eee!.. Məhz həmin məqama köklənib mən də sənə və sizə deyirəm. Eşidin, oxuyun və yadızında saxlayın, əgər imkanınız varsa…


Sən qor doldurdun, gülüm

Kədərin yatağına…

Bu qordan işıq düşdü -

Qədərin otağına!..


Şaxələndin, yayıldın

Vaxtı böldün, ayırdın

Özünü yad sayırdın -

Çevrildin ortağına!


Xəyalımda yaşardın

İnadınla daş yardın!

Sən bu işi bacardın -

Su səpdin oddağına!..


Bəli, düşünürəm ki, mən də dədələrə borcluyam. Ən azından bu yazıya görə…


Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK