deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Əbədi ezamiyyət"ə gedənlərə... Adalet.az | "Əbədi ezamiyyət"ə gedənlərə... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Əbədi ezamiyyət"ə gedənlərə...

11847    |   2016-02-06 09:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev Fondunun film-abidəsi
Onlar Parisə şərəfli bir missiyanı yerinə yetirmək üçün getmişdilər. Müsəlman Şərqində ilk dəfə qurulan Azərbaycan Demokratik Cümhuriyyətini dünya ictimaiyyətinə, tanıtmaq, imzamızı böyük dövlətlərin sırasına yazmaq onlara həvalə olunmuşdu.
Onlar bütün çətinliklərə rəğmən bu çətin missiyanı şərəflə yerinə yetirdilər. Lakin 1919-cu ildə Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin üzvləri canları qədər sevdikləri Azərbaycana geri dönə bilmədilər, ömürlərini ezamiyyətə göndərildikləri ölkədə başa vurmalı oldular.
Maraqlı layihələri ilə diqqət çəkən Bakı Media Mərkəzinin növbəti filmi məhz 1919-cu ildə Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin üzvləri barədədir.
Ötən həftə ictimaiyyətə təqdim olunan və böyük rəğbətlə qarşılanan "Əbədi ezamiyyət" filminin ssenari müəllifi, tanınmış jurnalist Müsəllim Həsənov "Ədalət"in qonağıdır.

- Söhbətə lap əvvəldən - sizin ssenarini yazmaq təklifini almağınızdan başlayaq...
- Ssenari yazmaq təklifi deyəndə... Gözəl günlərin birində çalışdığım Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bildirdi ki, belə bir ideya var, sənədli film çəkməliyik. Bilirsən ki, bu vaxta qədər tarixi mövzularda televiziya kanallarında pis-yaxşı bəzi işlərim olub, belə mövzulara marağım böyükdü. Ona görə də dərhal razılaşdım. Və iş prosesində aydın oldu ki, bu ideyanın müəllifi bizim gözəl tədqiqatçı və tanınmış diplomat Ramiz Abutalıbovdur. O, Heydər Əliyev Fonduna müraciət edib ki, Parisdə torpağa tapşırılan tanınmış soydaşlarımızın taleyinə həsr olunmuş sənədli film və kitab-albomun hazırlanması yaxşı olardı. Başqa ölkələrdə belə nümunələr var. Heydər Əliyev Fondu isə bilirsən ki, tariximizlə, mədəniyyətimizlə, dünənimizlə, bu günümüzlə bağlı layihələrə heç vaxt biganə qalmır. Bu dəfə də belə olub, dərhal bu ideya dəstəklənib. Və ideyanın reallaşdırılması yeni və innovativ bir şirkət olan Bakı Media Mərkəzinə həvalə edilib. Filmin baş prodüseri olmağı isə Arzu xanım Əliyeva öz üzərinə götürüb. Xatırladım ki, Arzu xanımın prodüserliyi ilə Bakı Media Mərkəzi ötən il "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli film də hazırlayıb və həmin film dünyanın 26 ölkəsində nümayiş olunub. Bütün bunlar yeni layihənin məsuliyyətli iş olmasından xəbər verirdi. Yəni Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin taleyi barədə sənədli film üçün ssenari yazmaq nə qədər qürurverici olsa da, bundan qat-qat çox məsuliyyət demək olduğunu anlayırdım. Xüsusən ona görə ki, layihə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilirdi. Bu amil isə məsuliyyəti birə on qat artırır. Yəni ssenari üzərində iş belə bir şəraitdə gedib.
- Təsəvvür edirəm... Bəs siz nədən başladınız?
- Moskvaya, Ramiz Abutalıbova zəng vurmaqdan...
- Niyə?
- Ramiz müəllim Moskvada yaşayır axı... Dedim Ramiz müəllim, biz işə başlamaq istəyirik, sizin xeyir-duanız lazımdır, görüşüb məsləhətləşmək istəyirəm, necə görüşək, harda görüşək? Bir neçə gün sonra Ramiz müəllim Bakıya gəldi, görüşdük, müzakirələr apardıq. Sonra mən Tbilisi arxivində işləməyə getdim... Sonra Moskva, sonra Sankt-Peterburq, nəhayət, Paris...
- Azərbaycan arxivlərində də sənədlər olmalıdı, məncə...
- Hə, üzr istəyirəm, yerli arxivlər yadımdan çıxmışdı. Bakıdakı arxivlərdə təxminən 800 səhifədən çox sənədin foto şəklini çəkmişəm.
- Foto-şəkil nə üçün?
- Mən arxiv sənədləri ilə belə işləyirəm. Sənədin foto şəklini çəkirəm, sonra kompüterdə oxuyuram. Belə daha asan olur, arxivdə az vaxt itirirəm. Düzdür, məsələn, Tbilisi arxivində belə işləməyə icazə vermirlər. Sənə lazım olan sənədlərin səhifəsini göstərirsən, özləri, necə deyərlər, "skan" edib verirlər və buna görə arxivə müəyyən məbləğdə pul ödəyirsən.
- Beləcə arxiv sənədləri üzərində işlədiniz və sonda ssenari yazıldı...
- Yox, arxiv sənədləri ilə işlə paralel rejissorlarla daim müzakirələrimiz olurdu. Yeri gəlmişkən, filmin quruluşçu rejissorları gənc və istedadlı rejissorlardır - Vüqar İslamzadə və Fariz Əhmədov. Təkcə müzakirə yox, hərdən mübahisə də edirdik. Və sonda bu müzakirə və mübahisələri Bakı Media Mərkəzinin direktoru Orman Əliyevin kabinetində çözməli olurduq. Xoşbəxtlikdən direktorumuz olduqca səbirli adamdır. Hamını səbrlə dinləyib sonda kompromis variant təklif edə bilir.
- Deyəsən, həmişə belə olur... Rejissorla ssenarist arasında fikir ayrılığı...
- Yox, mən buna fikir ayrılığı deməzdim. Sadəcə mənim bəxtimə düşən bu rejissorlar cavan və istedadlı gənclərdir. Onlar ilk gündən dedilər ki, filmdə kadrarxası mətnə uyğun bədii səhnələr çəkmək istəyirik. Dünyanın hər yerində müasir sənədli filmi bu stildə işləyirlər. Bizdə də bu stildə işləməyə cəhdlər göstərilib, amma çox vaxt uğursuz olub, süni alınıb. Mən də narahat idim ki, bədii çəkilişlər təbii alınmayacaq. Mübahisəmiz bununla bağlı idi. Onlar məni inandırdılar ki, hər şey yaxşı olacaq. Düzü, ilk səhnələr çəkilincə şübhələrim qalırdı...
- Ramiz müəllim çəkiliş proseslərində də iştirak edirdimi?
- Bu layihənin ən böyük xeyri o oldu ki, Ramiz Abutalıbov kimi bir ziyalı ilə yaxından tanış olmaq, yol-yoldaşlığı etmək imkanı qazandım. İsti yay günlərində Parisin qəbiristanlıqlarını bizimlə gəzdi, göstərdi. Maraqlı tarixçələr danışdı. Təkcə film üçün yox, elə tarix üçün danışdı: həyat hekayətləri, sovet diplomatlarının həyatından maraqlı əhvalatlar və s.
- Əslində bu film Azərbaycanın müstəqillik tarixinin öyrənilməsi baxımından çox vacib bir işdir...
- Şübhəsiz. Film 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə gedən heyət çox böyük zəhmət hesabına, təxminən bir illik mübarizə və mücadilədən sonra uğur qazanıb. Paris Sülh Konfransı Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb. Bizim nümayəndə heyətindən də qabaq Parisə Şimali Qafqaz xalqlarının təsis etdiyi Dağlılar Respublikasının nümayəndə heyəti getmişdi. Amma onların müstəqilliyi tanınmadı və dağlı xalqların müstəqilliyi bu günə qədər də muxtar respublika səviyyəsindən irəli gedə bilməyib. Yəqin ki, Azərbaycanın müstəqilliyi de-fakto tanınmasaydı, bizi də belə bir tale gözləyə bilərdi... Biz nümayəndə heyətinin xidmətinə bu kontekstdən baxmağa çalışmışıq. Məlumdur ki, 70 illik sovet dövründə bu mövzuda danışmaq yasaq olub. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev prezident kimi Fransaya ilk rəsmi səfəri zamanı iş qrafikinin sıx olmasına baxmayaraq Paris yaxınlığındakı Sen-Klu məzarlığına gedərək Əlimərdan bəy Topçubaşovun və Ceyhun bəy Hacıbəylinin qəbirlərini ziyarət edib. Bundan sonra vaxtilə Parisdə dəfn edilmiş soydaşlarımızın itib-batmaqda olan qərib məzarları Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilib, bu qəbirlərə görə icarə haqqı ödənib ki, onlar ləğv edilməsin. İndi Əlimərdan bəyin qəbiri üstündə abidə ucaldılıb, Əkbər ağa Şeyxülislamovun qəbri, ümumiyyətlə, itmək üzrə olub. Ramiz müəllim onun qəbrinin yerini məzarlığın rəsmi sxemi əsasında müəyyən edib. Hazırda onun qəbri də səliqəyə salınıb, müasir üslubda mərmər başdaşı qoyulub. Digər qəbirlər də Azərbaycan dövlətinin dəstəyi ilə səliqəyə salınıb, demək olar ki, hamısının 30 illik icarə haqqı ödənib.
- Titrlərdən görünür ki, film üzərində böyük bir kollektiv çalışıb...
- Quruluşçu rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədov haqqında əvvəldə danışdım. Quruluşçu operatorlar Rəşad Nuriyev və Camal Atakişiyevin zəhməti və peşəkarlığı xüsusi qeyd olunmalıdır. Gənc bəstəkar Orxan Bağırov həm filmə musiqi yazıb, həm də səs rejissoru kimi çalışıb. Quruluşçu rəssam Şahin Həsənli öz işinə son dərəcə məsuliyyətlə yanaşıb. Təəssüf ki, hamının adını çəkə bilmirəm. Onu deyə bilərəm ki, sürücüdən tutmuş işıqçılara, assistentlərə, texniki heyətə və s. qədər hamı bu filmdə ürəkdən işləyib. Aktyorlara isə xüsusi təşəkkürlər düşür. Hamısı rejissor tapşırığını vicdanla yerinə yetirməyə çalışıb. Ona görə də az-çox uğurlu iş alınıbsa, bu işdə onların hər birinin bu və ya digər dərəcədə rolu olub. Hamısına təşəkkür edirəm.
Layihənin reallaşmasında yaxından iştirak edənlərdən biri də tanınmış rejissor Tahir Əliyevdir. Tahir uzun illərdir ki, xarici ölkələrdə mühacir həyatı yaşayan və orada torpağa tapşırılan soydaşlarımız haqqında araşdırmalar aparır, sənədli filmlər çəkir. Ona görə də bu layihəyə mövzunu bilən mütəxəssis kimi, məsləhətçi kimi cəlb olunmuşdu. Amma iş prosesində aydın oldu ki, Tahir həm də qəhrəmanlardan birinə - Məmməd Məhərrəmova çox oxşayır. Ona görə filmdə həm də əsas rollardan birini oynayıb. Fikrimcə, bu, Tahirdə əla alınıb.
Ssenari yazılandan sonra bir çox tarixçilərlə, mütəxəssislərlə müzakirə etmişik, təklif və rəylərini dinləmişik. Dəyərli məsləhətlərinə görə onların hamısına, o cümlədən tanınmış alim, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevə minnətdarlıq edirəm.
- "Əbədi ezamiyyət" filmi ilə yanaşı kitab-albom da işıq üzü görüb...
- Bizim layihənin adı "Qərib məzarlar"dır. Layihə çərçivəsində Fransada dəfn olunmuş soydaşlarımızın qərib məzarlarını itib-batmaqdan qorumaq, onları tanıtmaq üçün sənədli film çəkmək və kitab-albom nəşr etmək nəzərdə tutulurdu. Ona görə də "Əbədi ezamiyyət"lə yanaşı, "Qərib məzarlar. Fransa" adlı kitab-albom da buraxılıb. Bu, təkcə Parisə gedən nümayəndə heyəti haqqında deyil, XX əsrdə bu və ya digər səbəblər üzündən Azərbaycanı tərk edib Fransada mühacir həyatı yaşayan soydaşlarımız barədə ilk məlumat toplusudur. Sonda belə bir xeyirxah layihənin ərsəyə gəlməsi üçün verdiyi hərtərəfli dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq etməyi özümə borc bilirəm. Hesab edirəm ki, "Əbədi ezamiyyət" filmi və "Qərib məzarlar. Fransa" kitab-albomu Heydər Əliyev Fondunun cümhuriyyət qəhrəmanlarına ucaltdığı daha bir abidədir.
 


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK