ANA SƏHİFƏ / YAZARLAR

SƏBƏBKARIN QATILMADIĞI AD GÜNÜ

60884    |   2013-01-11 10:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəhid Sənana və onun atası Hacı Əkbərə əl boyda bir məktub

Azərbaycan aşıq ədəbiyyatında özünəməxsus yeri olan Aşıq Alının gözəl qoşmalarından birində deyilir ki, "kimlərə qaldı dünya...". Əslində çox məntiqli və cavabı gün kimi aydın olan bir sualdı. Bax elə ən dəhşəti də odur ki, heç kimə qalmayan bu dünyada insan övladı nədənsə hərdən yaxşı əməllərdən yayınır, xeyirxahlıqdan yan keçir. Necə deyərlər, özü üçün yaşayır, özü üçün gün-güzəran qurur. Nə torpaq yadına düşür, nə vətən, nə də bu torpaqdan bəhrələndiyi nemətlər...

Bir məşhur fikir də var. Həmin fikirdə də deyilir ki, "ya şəhid ol, ya qazi". Üstəlik onu da deyiblər ki, "torpaq uğrunda ölən varsa, Vətəndir!". Bəli, bu cür deyimlərin, müdrik ifadələrin sayını xeyli artırmaq olar. Amma indi xatirələrinə daldığım, çöhrəsi gözümün önündən getməyən, necə deyərlər, bığ yeri yenicə tərləmiş Sənanın mənalı baxışları məni özümdən alıb aparıb, qayıdıram o günlərə. O günlər əslində hamımızın gördüyü, hamımızın içərisində olduğumuz günlər idi. O günlər həm də Qarabağda, Ağdamda yerin-göyün qovuşduğu, mərmilərin dolu kimi yağdığı, insanların vahimə, xof içərisində günləri başa vurduğu bir ömür kəsiyi, bir zaman parçası idi...

Sənanın atası Əkbər müəllimi Ağdamda hamı yaxşı tanıyırdı, elə indi də tanıyır. Artıq ona Əkbər müəllim yox, bəzən Hacı Əkbər də deyillər. Öz tələbələri ilə birldikə silaha sarılmış, səngər görmüş, barıt qoxusunu ciyərlərinə çəkmiş Əkbər müəllimi Ağdamda həm də bir döyüşçü, bir komandir kimi hər kəs tanıyıb, çox istəyibdi. Çünki o, döyüşçülərindən, silahdaşlarından bir addım da olsun geridə dayanmayıb. Atılan güllələr, partlayan mərmilər onun yuxusunu qaçırtsa da, gərginliyini artırsa da, o, dözüb, nümunə göstərib və öz dözümüylə övladları yaşında olan əsgərlərin ümid yerinə, dayaq yerinə çevrilib. Özü də təkcə müəllim kimi yox, döyüşçü kimi yox, komandir kimi yox, həm də şəhid atası kimi...

Mən 10 il bundan öncə "Ədalət" qəzetində Sənan Əkbər oğlu Rüstəmov barəsində kövrək bir yazı yazmışdım. Onda Azərbaycanın cəsur döyüşçülərindən biri, şəhidliyi hər şeydən uca tutan, cəsarəti, dəliqanlılığı ilə düşmən səngərini bir anda alt-üst edən Sənanın 30 yaşını qeyd edirdik. Amma Sənan ad günündə iştirak etmirdi. İndi də Sənanın 40 yaşını qeyd edirik. Sənan yenə ad günündə iştirak etmir. Elə bilməyin ki, o, harasa yaxın-uzaq ellərə üz tutub, qazanc dalınca gedib və yaxud da hardasa təhsil alır. Xeyr, Sənan çoxlarımızın bacarmadığı bir işin qulpundan yapışdı. Bu işin adı silaha sarılmaq, torpaq uğrunda döyüşmək, düşmən bağrı dəlmək idi. Təbii ki, bütün döyüşlər həm də ölüm-itim, qan-qada deməkdir. Öldürdüyün kimi, ölməyi də bacarmalısan döyüşdə. Çünki sən öldürəndə torpağın, millətin namusunu ləkədən təmizləyirsən... Şəhidlik yolunu seçirsən... öləndə də döyüşə-döyüşə sinəni gülləyə tuş edib haqqa qovuşursan... səni arxadan vurmurlar, səni qorxub qaçanda vurmurlar... sən öz döyüşkənliyinlə, öz qəhrəmanlığınla həmin anda şəhidlik haqqını qazanırsan, şəhidlik zirvəsinə yüksəlirsən. Deməli, ölümə qalib gəlirsən!!!

Sənan Əkbər oğlu Rüstəmov torpaq uğrunda şəhidliyi 19 yaşında qəbul etdi. Ağdamda onun şəhid olduğu günü xatırlamayan bir kimsə yadıma düşmür. Mənə elə gəlir ki, digər şəhidlərimiz kimi, Sənan Əkbər oğlunun səngərdə göstərdiyi qəhrəmanlıq onun tabutuna sarılmağa imkan vermədi. Çünki 19 yaşlı Sənan Azərbaycan bayrağına bükülmüşdü. Onu qucaqlamaq yox, onu baş üzərinə qaldırmaq lazım idi. Məhz Sənanı da döyüş dostları, silahdaşları, Ağdam camaatı başı üzərində apardı son mənzilə. Mənə elə gəlir ki, şəhidliyin ən yaddaqalan bu törəni yalnız Ağdama, Şuşaya, Füzuliyə, Xocavəndə, Xankəndinə, bir sözlə, işğal altında olan torpaqlarımıza qələbə bayrağı sancılanda bir daha yaşanacaq. Çünki onda da hər kəs başı üzərində bayraq görəcək, hər kəs əlində bayraq aparacaq!..

Bəli, bu gün bizimlə Sənanın arasında böyük bir zaman kəsiyi var. O, bu zaman kəsiyini cismən keçib gələ bilmir. O, özünün 40 yaşının qeyd olunmasında və bu mərasimə qatılanların arasında olan yerində əyləşə bilmir?! Bəlkə yanılıram? Bəlkə o, bizim hamımızdan əvvəl əyləşib öz məclisində... Axı şəhidlər ölmür! Axı şəhidlərin yeri Tanrı dərgahıdı!

Hə, Əkbər müəllim! Hə, Hacı Əkbər, başını dik tut! Çünki ad günündə cismani varlığını görmədiyin, məclisin ona aid yerində əyləşdiyini seyr edə bilmədiyin Sənan əslində o məclisdəki hər kəsin qəlbindədi. Üstəlik, onun ruhu o məclisə gələnlərlə, onu xatırlayanlarla öz təmasını qurub... Odur ki, möhkəm ol! Sən onsuz da dağ vüqarlı, dağ dözümlü Əkbər müəllimsən. Özü də hamımızın Əkbər müəllimi. Hamımızın Əkbər müəllimi olan sənin oğlun Sənan da elə bizim hamımızın ciyərparasıdı. Biz hamımız onun 40 yaşının üstünə hələ neçə yüz illərin gələcəyini və hər yubileydə də xatırlanacağını çox gözəl bilirik. Ruhu şad olsun! Vətən sağ olsun!

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK