hacklink Adalet.az | BU DÜNYADAN QƏDİR KÖÇDÜ Adalet.az | BU DÜNYADAN QƏDİR KÖÇDÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BU DÜNYADAN QƏDİR KÖÇDÜ

40241    |   2015-12-19 09:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Dostum, qardaşım Aqil Abbas ötən ikinci gün səhər-səhər zəng edib, "Axşam Qədir Rüstəmovun (oxucularım bağışlasın, mən mərhum sənət çinarımızın soyadında "ov" şəkilçisini həzm edə bilmirəm, bu səbəblə onu Qədir Rüstəm kimi yad edəcəyəm) anadan olmasının 80-ci illiyidir. Muğam Mərkəzində tədbir var. Fatma xanımı da götürüb gələrsən" dedi. Düzünü deyim həm çox sevindim, həm kədərləndim. Sevindim ona görə ki, bu Ulu Çinarımızla bağlı qədirşünaslıq nümunəsi nümayiş etdirilirdi. Kədərləndim ona görə ki, işğal altındakı müqəddəs torpaqlarımızı xilas etdiyimizdə, ulu babalarımızın ruhlarının sevincdən nərə çəkdiyi anlarda Ağdamda, Şuşada, Xankəndində, Əsgəranda, Kəlbəcərdə, Qubadlıda, Laçında, Füzulidə və digər oylaqlarımızda "sona bülbüllər"ə canlı qulaq asa bilməyəcəyik.
Şagirdliyimdə, yəni 1960-cı illərdə kəndimizdə cəmisi beş-on dənə radio olardı, onların da altı-yeddisi məhəllə dükanlarında idi. Kəndimiz Araz çayının sahilində, İrəvana 29, Qarxun kəndinə isə 3 kilometrlik məsafədə idi, bu səbəblə Azərbaycan Radiosuna həmişə qulaq asa bilirdik. Dükanda yığışan kənd ağsaqqalları xüsusi ilə axşam çağı efirə buraxılan muğamat saatına işləri olmazsa mütləq gəlib qulaq asardılar. Mən də işlərim olmayanda həm günorta çağı, həm də axşam vaxtlarında Azərbaycan Radiosunun verilişlərini dinləyərdim. O vaxtlar daha çox mərhum Rübabə Muradlı (ova), Səxavət Məmmədli (ov) və Qədir Rüstəm-i səslərindən tanıyır, sevərəq qulaq asırdım. Onlarla bağlı proqram efirdə olduğu vaxt işim də olsa mütləq axıra kimi dinləyər, sonra işimin ardınca gedərdim. Günlər ayları, aylar illəri qovaladı və müəllim oldum, sonra tələbəlik illəri və TRT Azərbaycan Türkcəsi Verilişləri Redaksiyasının rəhbərliyi vəzifələrində işlədiyimdə Azərbaycan mədəniyyətini və sənətini daha yaxından tanımaq xoşbəxtliyini daddım. Öz milli mədəniyyətimizə, soy-kökümüzə olan məhəbbətim daha da artdı. Şagirdlik və tələbəlik illərimdə mütaliə etdiyim ədəbiyyatlar, atamdan və anamdan miras kimi aldığım millətçilik duyğularının Turan ideyasına çevrilməsinə səbəb oldu. Lakin mənim Turançılıq əqidəm, milyonlarla Türkçü kimi, ancaq vahid Türk mədəniyyəti ilə bağlıdır və siyasi mənada deyildir. Mərhum milli şairimiz Hüseyn Cavid bunu çox gözəl ifadə edib;
"Turana qılıncdan daha kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"
Mərhum milli dəyərimiz Qədir Rüstəm, Türk Dünyasının bir milli simvolu idi. O "sona bülbüllər"lə əbədiyyətə kimi də simvol kimi qalacaqdı. Mərhum Sənət Çinarımız-ın 80-ci illiyinə həsr olunan tədbirin gerçəkləşməsində çıxışçılar üç qurumun adını çəkdilər; Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Muğam Mərkəzi və Xan Şuşinski Fondu. Mən hər üç quruma da, onların idarəçilərinə də, tədbirin gerçəkləşməsində əməyi keçən hər bir şəxsə özüm və ailəm adından, bütövlükdə də millətim və əqidəm adından təşəkkürlərimi, minnətdarlığımı bildirirəm.
Tədbirdə çıxış edən Aqil Abbas xülasə olaraq dedi ki, "Qədirin səsi Tanrının səsidi, o səs Qədirə Tanrının lütfüdür. Ona o səsi verib ki, biz gözəllik nədir başa düşək..." Dinimizə görə də Tanrı, insanı yaratdıqdan sonra özünü müqəddəs hədisdə öyüb və şərəfli yaratdığı insana özündəki müəyyən xüsusiyyətlərdən pay verib. Aqil bəy çox şeylər demişdi, ancaq mən onun söylədiklərini ikicə cümlə ilə yığcam şəkildə çatdırmaq istədim.
Mənə görə demirəm, ancaq bütün tariximiz və mədəniyyətimizin keçdiyi yol sübut edir ki, biz Tanrının əsgərləriyik, onun ordusuyuq. Kaşqarlı Mahmudun möhtəşəm əsəri Divanı Lüğatit Türkdə də Ulu Tanrının biz Türklərlə bağlı buyruqları dilə gətirilərək qeyd edilib.
Qədir Rüstəm, Ulu Tanrının özünə ordu yaratdığı əziz və şanlı millətimin görkəmli bir nümayəndəsi idi. Tanrı onu bizlərdən çox sevdiyinə görə tezliklə alıb yanına apardı. Məkanı cənnət olsun. Xan Şuşinskiləri, Üzeyir Hacıbəyliləri, Qədir Rüstəm kimi şah əsərləri yetirən millət böyükdür, uludur, əyilməzdir. Bu fikrimlə şərik olanlara salam olsun.
Ayıların işğalçılıq uğrunda ayağa durub məntiqini itirdiyi və əsəblərimizi tarım çəkdiyi bir zamanda belə bir tədbirin təşkili, əsəblərimizin nisbətən sakitləşməsinə də səbəb oldu. Onun təşkilatçılarına səmimi qəlbdən təkrar-təkrar təşəkkürlər.
Qədir sevərlərin qədrini Ulu Tanrımız, Türkün Tanrısı bilsin.





YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK