hacklink Adalet.az | HƏMRƏYLİK GÜNÜNÜN DÜŞÜNDÜRDÜKLƏRİ - 1 Adalet.az | HƏMRƏYLİK GÜNÜNÜN DÜŞÜNDÜRDÜKLƏRİ - 1 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏMRƏYLİK GÜNÜNÜN DÜŞÜNDÜRDÜKLƏRİ - 1

58032    |   2012-12-29 01:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan əqidəsinə könül verən əziz və mehriban dostlar, bəri başdan hamınızı hörmətlə və məhəbbətlə salamlayıram, Həmrəylik gününüzü və Yeni ilinizi bir az gec də olsa təbrik edirəm.

Miladi bir ili yola salıb digərini qarşıladığımız bu günlərdə müdafiə etdiyimiz müqəddəs Azərbaycanımızın diasporunun indiki vəziyyətini həm Güney, həm də Qüzey ilə bağlı fikirlərimi siz oxucularla bölüşmək istədim. Bəri başdan deyim ki, bu yazımda Azərbaycan dövlətçiliyini, onun hakimiyyətini qəti olaraq tənqid etmək fikrində deyiləm, ancaq mənə görə həqiqət bildiyim bəzi fikirləri yüksək səslə sadalamaq istədim.

Azərbaycan davası, ulu babalarımızın bir-biriylə vuruşması səbəbiylə həddən artıq mürəkkəb hala gəlib və yetim bir əqidə olub. Mənə görə bu yolda qalib gəlməyin yolu elmi əsaslara söykənməkdir, ağıl və məntiq yolunu izləməkdir, əgər bunlara əməl etməsək heç nəyə nail ola bilməyəcəyik.

Həm öz tariximiz, həm də dünya tarixi bir əqidə uğrunda aparılan mübarizələrin nə cür, hansı şəraitdə və kimlərlə nailiyyətə çatdırıldığını gözlər qabağına sərən minlərlə sənəd və hadisələrlə doludur. Xüsusilə öz tariximiz yaxşı öyrənilməli və hadisələrdən dərslər götürərək çağdaş fikirlər və strategiyalara əsaslanan fəaliyyətlər yeridilməlidir.

Azərbaycan 19-cu əsrdə ikiyə bölündü, bölünən vətən təkrar bölündü. Bölünən vətən bu dəfə işğala məruz qaldı, etnik təmizliklə, sürgünlərlə üzləşdi, Xocalı kimi bir soyqırımla sarsıldı. Bölünən vətənin ikinci hissəsi isə gözdən iraq düşdü, asimilyasiyanın ən dəhşətlisinə məruz qaldı, hələ də qalır.

Azərbaycanın xaricində yaşayan və ona könül verən bizlər əgər doğrudan da əqidəmizə ürəkdən inanırıqsa, xalqımızın bölünmüşlüyü və torpaqlarımızın işğalı barədə bir iş görmək istəyiriksə, tarixi həqiqətlərdən və hadisələrdən dərslər götürməli, əsla hissiyyata qapılmamalı və beş, on, əlli, yüz illik strategiyaları mənimsəyib iş görməliyik. Bəzi dostlar deyə bilər ki, "Xaricdə yaşayan bizlər dövlətik kiə" Bəli, biz dövlət səviyyəsində bir gücə malik deyilik, ancaq müqəddəs bir əqidənin daşıyıcılarıyıq, sıravi əsgərləriyik. İrəli sürdüyüm plan və layihəni fikirləşib araya gətirməyə, onunla bağlı fəaliyyətləri yeritməyə qadir olan ideoloqlarımız, mütəfəkkirlərimiz, ziyalılarımız, strategiyaları həyata keçirə biləcək püxtələşmiş kadrlarımız yoxdursa, əvvəl başda bu məsələni həll etməliyik, sonra işə başlamalıyıq. Bu dava nə uşaq oyuncağı, nə də həvəskarların çiyinlərində götürə biləcəkləri ağırlıqda bir məsuliyyətdir! Onun çəkisi çox ağırdır.

Azərbaycanın müstəqilliyini qazanmasından üzübəri, Azərbaycanın xaricində bu yolda götürülən addımlar, yeridilən fəaliyyətlər təəssüflər olsun ki, yüksək səslə şüar söyləmək, plansız-proqramsız fəaliyyətlər səviyəsindən xilas ola bilmədi. Məsələnin ürək ağrıdan özgə bir cəhəti isə, təşkilatçılıq strategiyasından xəbəri olmayanlar, bu məsləkin çəkisinin ağırlığını başa düşməyənlər, müəyyən qüvvələrin oyunlarını əvvəlcədən görə bilmədilər və xaricdəki təşkilatların bölünməsinə, parçalanmasına səbəb oldular. DAK buna ən gözəl misaldır.

Azərbaycan, hər şeydən qabaq, şükür Allaha müstəqil bir dövlətdir və qürur mənbəyimizdir. Xüsusilə Azərbaycandan kənarda yaşayan və Azərbaycan əqidəsinə könül vermiş kəslər, xüsusilə də biz türkiyəlilər, 1990-cı illərdən əvvəlki hisslərlə və fikirlərlə Azərbaycan məsələsinə yaxınlaşa bilmərik. Azərbaycanın daxili və xarici işlərinə barmaq uzatmağın həm Türkiyə-Azərbaycan əlaqələrinə, həm də Azərbaycan davasına zərəri toxunar, buna haqqımız da, salahiyyətimiz də yoxdur. Azərbaycan xalqının siyasi tərcihinə qarışmaq, onların siyasi tərcihini bəyənməmək, daxildə və xaricdə olan Azərbaycan vətəndaşlarına təsir göstərmək cəhdinə düşmək, Azərbaycan vətəndaşı olmayan kəslərin də, qeyri-hökümət təşkilatlarının da haqqı ola bilməz, olmamalıdır.

Bundan hərəkətlə iki hissəyə böldüyüm yazımda bu məsələ üstündə dayanmaq istəyirəm. Bu gün Azərbaycan davası tarixi və siyasi hadisələrin bir alın yazısı kimi gətirib qabağımıza qoyduğu həddən artıq mürəkkəb və çətin bir problemdir və o Güney, Qüzey Azərbaycan şəklində qarşımızda dayanmaqdadır.

QÜZEY AZƏRBAYCAN DAVASI

Bizlər Türkiyə vətəndaşları olaraq 1990-cı ildən əvvəl bu əqidəyə könül verdik, o uğurda mübarizələr yeritdik. 1918-ci ildə qurulsa da, imperialist ruslar tərəfindən işğala məruz qalan dövlətimiz, yetmiş il sonra mərhum dövlət və siyasət xadimi əbülfəz Elçibəyin rəhbərliyində birləşən və əsarət zəncirini parçalayan xalqımızın böyük səyi və mübarizəsi ilə öz müstəqilliyini təkrar qazandı və dünyanın müstəqil dövlətlər ailəsində özünə layiq olan məkana yerləşdi. Ondan sonra Elçibəyin öz əlilə təhvil verdiyi dövlətçilik açarını mərhum prezident Heydər əliyev götürərək Azərbaycanı qardaş qırğınından xilas etdi və o müqəddəs torpaqlara bir daha rus çəkməsinin dəyməməsi üçün Azərbaycanın üzünü Türkiyə üstündən qərbə yönəltdi, dünya miqyasında layihələr gerçəkləşdirdi. Azərbaycan dövlətini quran Məmməd Əmin Rəsulzadə də, Elçibəy də, Heydər Əliyev də Azərbaycanın Türk tarixinə bəxş etdiyi fenomen şəxsiyyətlərimizdir, dövlət xadimlərimizdir, Ulu Tanrı məkanlarını cənnət eləsin.

Bəli, bugün Azərbaycan Cümhuriyyətinin üz-üzə dayandığı və bizlərin də özünə kömək ola biləcəyimiz, daha düzü, olmamız labüd olan iki böyük problemi vardır. Birincisi, işğal altındakı torpaqlar məsələsi ilə qaçqın və köçkün problemi, digəri isə Xocalı Soyqırımının uluslar arası sahədə tanıdılması, bu yolda fəaliyyət göstərilməsidir. Bu iki mövzu, Azərbaycanın xaricində yaşayan və Azərbaycan əqidəsini mənimsəmiş hər bir şəxsin xüsusilə fəaliyyət göstərəcəyi sahələrdir.

Bu iki problem üçün Azərbaycandan xaricdə yaradılan dərnəklər və federasiyalar həm öz aralarında əl-ələ verməli, həm də Türkiyə vətəndaşlarının Türkiyə xaricində qurduqları sivil toplum (QHT) qurumları ilə birlikdə hərəkət edərək bu məsələlər üstündə işləməli, sözün həqiqi mənasında diaspor fəaliyyəti yeritməlidir. Bu mövzuların da dünya ictimaiyyətinə çatdırılacağı yerlər nə Azərbaycandır, nə də Türkiyədir. Bu iki qardaş cümhuriyyət daxilində Azərbaycan və ya Türkiyənin diasporunu yaratmaq cəhdinə yönəlmək gülməli çıxar və bu yolda işləmək isə əbəs bir iş olardı. Onsuz da hər iki dövlətin vətəndaşları, digər qardaş dövlətin diasporu mənasında deyildirmiə!

Mənə görə bu məsələnin bir digər yönü də, Azərbaycanın xaricində yaradılan Azərbaycan dərnəklərinin işlərinə də Azərbaycan dövlətinin qarışmaması və onların üzvlərinə, bu məsələnin fəallarına hakimiyyət-müxalifət güzgüsündən yanaşmamasıdır. Bununla da Azərbaycan Dövlətinə ağıl vermək kimi bir niyyətim də yoxdur. Ancaq bu yolda ömrünü vermiş bir insanın təcrübəsini dilə gətirmək niyyətindəyəm, ayrı bir fikrim yoxdur. Təəssüflər olsun ki, xaricdə, xüsusilə də iki mininci illərə yaxın vaxtlardan üzübəri yaradılan, daha düzü yaratdırılan dərnəklərin tamamına yaxını Azərbaycan hakimiyyəti tərəfindən və özlərinin müəyyən etdikləri şəxslər tərəfindən qurulan, adı olub özü olmayan mövhum cəmiyyətlərdir. Bu cür bir fikirlə də Azərbaycanın mövcud iki mühüm problemini dünya ictimaiyyətinə çatdırmaq qeyri-mümkündür. Təqribən iyirmi ilə yaxın bir vaxtdır tutulan yol və gəlinən nöqtə irəli sürdüyümüz fikri təsdiqləyir. Vaxtlı-vaxtında dövlət tərəfindən təşkil edilən tədbirlər də yandırılan kətyan kollarının alovuna oxşayır, birdən gözə dəyib sonra itib-batır, sərf edilən əməklər də, xərclənən pullar da hədər olub gedir. Bu sözlərimdən də, Azərbaycan hakimiyyətini tənqid edirəm mənası çıxarılmamalıdır; çünki bunlar həqiqətdir və mən də Azərbaycanı ürəkdən sevən biri, ona ürəyi yanan bir oğlu kimi bunları dilə gətirməyə məcburam. Mənim nə hakimiyyət, nə də müxalifəti dəstəkləmək kimi bir fikrim heç vaxt olmayıb, indən belə də olmayacaqdır, mənim üçün birinci və əlçatmaz yerdə Azərbaycan dövlətçiliyi dayanır. Əgər Türk dünyası arasında körpü olan bu dövlət güclənib qüdrətlənərsə Türk dünyasının mədəni və digər sahələrdə vahidləşməsi, əlbir olması mümkün ola bilər. Azərbaycan dövləti, Azərbaycan əqidəsinə könül vermiş şəxslərə hakimiyyət-müxalifət nöqteyi-nəzərindən yaxınlaşmamalıdır. Üzləşdiyi və sadaladığım iki çətin problemin dünya ictimaiyyətinə çatdırılmasında layiqli şəxsləri və fəal dərnəkləri ön plana çəkməli, o cəmiyyətlərin idarə heyətinə, hakimiyyətə müxalif belə olsalar yetkin və fəal şəxslərin seçilməyindən nəinki narazı olmaq, onlara qarşı çıxmaq, hətta onları təşviq edərək bu müqəddəs əqidə yolunda işləmələrinə imkan yaratmalıdır. Böyük dövlətlərin özgə irqlərdən olanları və digər dövlətlərin vətəndaşlarını, xüsusilə 18-ci əsrdən üzübəri öz mənafeləri yolunda nə cür işlətdikləri, onlardan istifadə etdikləri, hətta əlinə silah verib özləri üçün vuruşdurduqları, dünən yaranan İraq və Liviya hadisələrində olduğu kimi gözümüzün qabağındadır.

Bir digər məsələ isə Türkiyədə yaradılan Azərbaycan dərnəkləridir. Bu dərnəklər və federasiya daha indən belə öz fəaliyyətlərini mədəni sahədə yeritməli, enerjisini bu sahələrdə xərcləməlidir. Ancaq bu cəmiyyətlər və federasiya mədəni sahədə fəaliyyət yeritmək əvəzinə tamamilə bəzilərini məmnun etmək üçün əlləşir və enerjiləri də hədər olub gedir. Sadəcə olaraq ilin müəyyən vaxtlarında bir jurnal və ya bir neçə səhifəlik qəzet buraxıb, "görürsünüzmü mən bu boyda iş görürəm, mənə maddi-mənəvi kömək edin" düşüncəsindən hərəkət edənlərlə arzuladığımız mənada diaspor fəaliyyəti yeridə bilmərik. Bəyənmədiyimiz erməni təşkilatlarının və aktivistlərinin nə cür işlədiyi göz qabağındadır. Atalar deyib, dostun dili acı olar.

Hamıya hörmət və məhəbbətlə.
Seyfəddin Altaylı, Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK