ANA SƏHİFƏ / YAZARLAR

QİYAMƏTDƏN BİR GÜN ƏVVƏL, BİR GÜN SONRA

Axirətdə görüşənədək...

66269    |   2012-12-22 01:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hə, bu da qiyamətə bir gün qalmış... bu da aylardan bəri söz-söhbəti bitib-tükənməyən 21 dekabrın astanası...bu da "Azərbaycan" nəşriyyatı və bu da mən...

Deməli, nəşriyyatın 1-ci mərtəbəsində bir alababat yeməkxana var, oturmuşuq orda. Qiyamətə bir gün qalmış dostumuz Etibar Cəbrayıloğlunun düz 9 gün əvvəl tamam olmuş 45 yaşını imkanımıza və şəraitimizə uyğun qeyd edirik. Təbii ki, qələm adamlarının süfrəsi meysiz-məzəsiz olmur. Biz də Etibar Cəbrayıloğlunun şərəfinə dediyimiz ən xoş sözləri acı içkilərə qatıb nuş edirik. Havanın verdiyi imkan və qarşıdan guya gələcəyi gözlənilən qiyamət bizi əməlli-başlı kökləyib. Necə deyərlər, araq su kimi gedir. Zarafat deyil, bir gün sonra qiyamət qopacaq. Biz dostumuz Etibarın xatirinə ürəyimizdə olan sözlərin ən azı 99 faizini deməliyik. İkincisi də gərək namərd olmayaq, bacardığımız qədər içək ki, bu dünyada araq ehtiyatı o qədər də çox qalmasın. Çünki qiyamətdə onun həsrətini çəkəcəyik.

Bax, elə bu iki səbəbdən də Allahın verdiyi təamlarla Etibarın tərifini göyə qaldırmışıq. O da gah bizə baxır, gah süfrəyə baxır, gah söylədiyimiz 21 dekabr həyəcanının yaratdığı muhiti gözdən keçirir və elə arada-bərədə deyir:

- Dostlar, bənd olmayın, boş şeydir. Özüm bu yaxınlarda əlaqə saxlamışam, heç nə olası deyil.

Etibarın bu açıqlaması nəfəsimizi bir az da genəldir. Deməli, bir arağa da ehtiyac qalır. Amma bu məqamda məclisdəkilər yüz qramlıq rumkalarını ovuclarının altında gizlədirlər. Bu da o deməkdir ki, yəni biz "pəs". Hə, bir də o deməkdir ki, biz hələ iş dalınca gedəcəyik... Bunu da anlayışla qarşılayırıq. Durub ayrılmaq istəyəndə özümdən asılı olmadan deyirəm:

- İnşallah, ya qiyamətdə, ya da axirətdə görüşərik!..

Otağa qayıdıram. Mobil telefonuma zəng gəlir. Hal əhli olan dostlardan biri "nə var, nə yox" deyə birbaşa mətləbə keçir:

- Müəllim, sən bilərsən, 21-də nə olacaq?

Mən də həm nuş etdiyimiz arağın gücünə, həm də Etibarın etibarlı mənbədən verdiyi məlumata istinad edib deyirəm ki:

- Narahat olma, ya qiyamət olacaq, ya da axirət. Sən başını sal aşağı, işinlə məşğul ol. Çünki mənə də belə məsləhət görüblər. Mən də dost məsləhətini sənə rəva bilirəm.

Hiss edirəm ki, gülümsəyir. Elə gülümsəyən səsiylə də zarafatından qalmır:

- Müəllim, deyəsən vəziyyət babatdı.

- Yox, tam babat deyil, amma alababatdı, hazırlaşırıq babat etməyə...

Bu zəngi də yola verirəm və öz-özümə fikirləşirəm ki, deyilən və guya gələcəyi güman edilən həmin o qiyamətlə bağlı gör indi nə qədər insan təlaş keçirir... gör indi kimlərin içində nə qədər qarışıq fikirlər çaş-baş qalıb. Bu yerdə istər-istəməz bir anlıq həyatın şirinliyini düşünürsən. Əgər fikir vermisinizsə, insan həyatın şirinliyini daha çox qəbiristanlıqda düşünür. Məzarın başında dayananda həyat sənin üçün daha şirin gəlir. Elə ki, qəbiristanlığı tərk etdin, ondan sonra həyat da yadından çıxır, hətta Allah bəndəsi olduğun da...

Deməli, qiyamətə bir gün qalıb. Mən də yazı-pozunu atıb bir kənara bir-bir dosta-tanışa zəng vurub hal-əhval tuturam, necə deyərlər, onların hazırlıq durumunu öyrənmək istəyirəm. Kiminin səsində təlaş var, kiminin səsində tərəddüd, kiminin də ki, dünya vecinə deyil. O dünya vecinə olmayanlar da iki qrupa bölünüblər. Bəziləri Allahdan başqa Allah tanımırlar və sidq ürəkdən bilirlər ki, dünyanı yaradan da, onun sahibi də Tanrıdı və onun şəriki yoxdu. O böyük Yaradan öz yaratdığını hansısa bir bəndənin sayıqlaması ilə dağıdan deyil. İkinci qrup isə Araz aşığından, Kür topuğundan olanlardı. Onlar üçün dünyanın dağılıb-dağılmaması heç nəyi dəyişmir. Çünki möhkəm hazırlıq görüblər və düşünürlər ki, onlar əl çatmaz, güc yetməz imkanlara malikdilər...

Hə, nə isə... Belə bir məqamda telefonuma yenə zəng gəlir. Bu da Flora xanımdı. Bacım, Flora Xəlilzadə! Yenə özünəməxsus şəkildə mənim yazılarıma münasibətini bildirdikdən sonra böyük bir ərklə deyir ki:

- Əbülfət, səni asacam. Bax, deyirəm, eşit, bil, əgər yazılarında orfoqrafiya qaydalarına əməl etməsən gözümə görünmə. Bil ki, səni vallah asacam!

Mən onun səmimiyyətinə də, ərkinə də inanıram. Ona görə də günahımı etiraf edib söz verirəm ki, qiyamətdən sonra yazdıqlarımın heç birində misraları kiçik hərflərlə başlamayacam.

Amma qiyamətin astanasında öncə yazdığım bir şeiri elə yazdığım kimi də təqdim edirəm.

qədim yazılar kimi

mən oxuna bilmirəm

əlimi uzadıram

mən toxuna bilmirəm-

özümə...

ən qəti addımlarla

lal sükuta bürünür

lay divar adamlar da

ilğım kimi görünür-

gözümə...

uçub gəlir durmadan

ürəyim şan, dərd - arı

aramızı vurmadan

gülümsəyə o barı-

üzümə...

***

Bəli, qiyamətin astanasında evdəkilərin də narahatçılığını əməlli-başlı hiss etdim. Hətta evin xanımı dedi ki, heç belə narahat olmazdım, əgər telekanallarda tez-tez bu məsələni qabartmasaydılar. Başa düşmək olmur ki, bu verilişlərin müəllifləri adamlara nəyi diktə etmək istəyir. Doğrudanmı, təhlükə var? Yoxsa hər şey uydurmadı, şoudu...

Mən də başa düşdüyüm şəkildə onu fikrindən yayındırmaq, televiziyaların mənasız verilişlərinə baxmamaq barədə əməlli-başlı çıxış edirəm. Hətta mənim bu çıxışım balaca qızımın da xoşuna gəldi və anasına iradını bildirdi:

- Görürsən, atam da deyir ki, dünya dağılmayacaq!

Əla, heç olmasa uşağı inandıra bildim. Deməli, çıxışım çox möhtəşəm olub. Kaş imkan verəydilər, bu çıxışı canlı yayımda edəydim. Heç olmasa bir 50-60 adamı inandırardım. O 50-60 adamın da hər biri öz ətrafındakı 50-60 adama deyərdi ki, bəs televizorda dedilər ki, dünya dağılmayacaq, gedək yeyib-içib iş-gücümüzlə məşğul olaq. Heyf deyil, adamın içində inam ola, adamın işi-gücü ola! Ümumiyyətlə, adam Adam ola! Məncə dünyada ən böyük var-dövlət, mülk elə Adam olmaqdı. Adam olandan sonra hər şeyi qazanmaq asan olur.

Qonşularımızın hamısı qapılarını çəkib örtüblər. Heç kim qapı-bacada görünmür. Doğrudur, əvvəllər də elə çox görünən deyildilər. İndi isə lap görünməz olublar. Bir tərəfdən havaların soyuqluğu, o biri tərəfdən də deyəsən qiyamət məsələsi onları yuvalarına çəkilməyə məcbur edib. Hətta telefon zəngində də hiss edirsən ki, çox narahatdılar. Düzü, mən onların indiki durumunu düşünə-düşünə ağlımdan keçirirəm ki, görəsən, işdi-şaətdi həmin o qiyamət deyilən olsa, mən yenə onlarla qonşu olacam? Yenə onlarla üz-üzə gələcəm? Əgər doğrudan qiyamətdə də qarşılaşacağıqsa, mənim vəziyyətim lap ağır olacaq. Çünki bu adamlar ayrı tövür adamlardı. Onların bir məqsədi var: daha çox qazanmaq, daha çox yığmaq, daha çox öz içinə çəkilmək və daha az gözə görünmək. Şeytana lənət olsun, yadımdan çıxmışdı, bir qonşum var, adına doktor deyirəm. Allah kömək olmuş hər işi bacarır. Əlindən qaçan da, uçan da qurtara bilmir, civə kimidir. Bircə onun üçün bu dünyanın dağılmaq məsələsi Bakı küləyinə bənzəmək kimi bir şeydi. Hətta mənə dedi ki:

- Müəllim, Bakıda külək bərk əsəndə, dənizdə qasırğa olanda hansı hissləri keçirirsənsə, elə bu qiyamət söhbətində də həmin məsələni o cür təsəvvür elə. Yəni burax başını, küləkdi, əsib dayanacaq. Bu xəbərin də bir gün ömrü qalıb. Sonra ayrı xəbərlər çıxacaq, ona hazırlaş...

Hə, doğrudan da bütün xəbərlərin ömrü ünvanına çatana qədərdi.

Ondan sonra boyatlaşır, bir azdan sonra da lap yaddan çıxır, unudulur. Necə ki, bu qiyamət söhbətinin də unudulacağı gün uzaqda deyil. Amma mənim əlimin altında bir şeir var. Düşünürəm ki, indi onun məqamıdı. Bilmək olmaz, sonra yaddan çıxar...

cırıb at son məktubu

heç nə sona qalmasın

həsrətdən varis olmaz-

könlüm ona qalmasın...

çiliklənsin əlində

şüşə könlüm ovulsun

barsız oldu, barsız da

öz içində sovulsun...

baxışların əritsin

xatirələr toplusun

yaşanmayan bir sevgi

torpaqlara hopulsun!

cırıb at hər nə varsa

qoy aparsın küləklər

son nəğməsin oxusun

qovuşmayan ürəklər...

Hə, qiyaməti təsəvvür etmək fikrindən çox uzağam. Ona görə də bu məsələnin üstündən keçirəm və qəti olaraq bəyan edirəm ki, Allahın izni ilə "qiyamətdən", yəni 21 dekabrdan bir gün sonra da elə yenə "qiyamətdən" bir gün əvvəl də gördüyüm işlərlə məşğul olacam. Yəni dostların çevrəsində gördüyüm işlər, yazdığım yazılar, ailə, uşaq və sairə. Digər tərəfdən mən yenə şeirlərimi yazacam, sevdiklərimi daha artıq sevəcəm, sevmədiklərimi ən azı insan kimi adi baxışla dəyərləndirəcəm və ən vacibi Allaha bağlılığımı, dualarımı bir az da çox, bir az da şövqlə dilə gətirəcəm.

Təbii ki, hər bir insanın həyat yolu, düşüncələri, qayğıları, istəkləri var. Mən də öz yolumla, öz qayğılarımın, öz istəklərimin ardınca gedəcəm. Getdiyim yolu sən də tanıyırsan, sən də bilirsən. O yolda sən də mənim yanımdasan. Mənimlə olan, mənimlə gedən ürək hara getdiyini, niyə getdiyini çox gözəl bilir. O yolun bir adı var: Söz yolu, Sevgi yolu!

Yol-yoldaşım, üzümü sənə tuturam və deyirəm. Özü də indi deyəcəyimi neçə il öncə əllərimi göyə açıb demişəm:

Allahım, əlimi açıram sənə

dərddən uzaq olaq, kədərdən qaçaq

bütün gecələri iş avandlığı,

bütün səhərləri xeyirlə açaq!

Bu duanın ardınca yenə sənə üz tuturam və yenə pıçıldayıram, ancaq sənin üçün:

gecəni yarıb gedir

gedir işığa doğru

qanım artıqlıq edir

axır qaşığa doğru...

telləri tumarlanır

gözləri xumarlanır

ürəyi qubarlanır

baxır aşığa doğru...

ilğımdan kimdi doyan

məni mənim tək duyan

işıqlı yerdə dayan

çağır, işığa doğru!

... Bəli, yazımın bu sonuncu bölümü qiyamətdən bir gün sonra, ya da axirətdə görüşəndə söhbətimizin mövzusu olacaq. Odur ki, bu hissəni unutmayın, bu hissəni yadınızda saxlayın və necə deyərlər, axirətdə görüşənədək!

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK