Amma Dilişin oğlu Eldarıngöbəyi heç də yer bellənən yerdə kəsilməmişdi. Onun anadan olduğu gün nə vaxtidi heç çoxları dəqiq də bilmirdi. Düzdür, bəzi tay-tuşları onun qış ayında gözaçdığını deyirdilər, ancaq bu da bir o qədər dəqiq deyildi. Ona görə qışayında anadan olduğunu deyirdilər ki, zalım oğlu, bir dəfə belə qarlı-çovğunluhavada əyninə palto geyinməzdi. Dilişinoğlu Eldarın nə paltosu vardı, nə uzunboğaz çəkməsi vardı, nə də qulaqlı papağıvardı. Bəlkə də bunların hamısı var idi, amma sadəcə olaraq, o özünü soyuqhavaya elə öyrəşdirmişdi ki, ən şaxtalı və qarlı günlərdə belə köynəkləgəzirdi. Köynək də elə-belə köynək deyildi. Çox qalın və isti bir köynəyidi...
Çoxları soruşanda ki, ay Eldar, niyə əyninə bu qışın oğlan çağındapalto geymirsən? O, belə cavab verərdi: "Mənim bu köynəyim yüz paltoyadəyər. İnanmırsınız, gəlin əlinizi vurun görün, sizin paltonuz adamı istisaxlayır, yoxsa mənim qalın köynəyim".
Gəlib onun köynəyinə əl vurardılar və görərdilər ki, doğrudan da bu köynəkelə-belə köynək deyil. Çox qalındır və adam ona əl vuranda o qalınlığı vəistiliyi elə həmin an hiss eləyir.
Day bu hərəkətdən sonra heç kim Dilişin oğlu Eldara deməzdi ki, busoyuq qış günündə niyə əyninə palto geymirsən?! Onun iri gözləri, qara saçlarıvardı. Sifətində isə böyük bir xal çıxmışdı. Bu xal da elə-belə xal deyildi. Oqədər böyük xal idi ki, ona baxan kimi bilirdin ki, uzaqdan gələn Dilişin oğluEldardır. Kimsə bu eybəcərliyi və qüsuru bəlkə də gizləyərdi. Amma Dilişin oğluEldar heç vaxt sifətindəki o iri qara xalı gizlətməzdi. Əksinə fəxr eləyərdi ki, kənddə heç kimin sifətindəbu yekəlikdə xal yoxdur. Dilişin oğlu Eldarın çox yekə əli də vardı. Yumruğunudüyünləyib kiminsə üstünə qıjananda tay-tuşları ondan qorxar və çəkinərdilər.Onun düyünlənmiş yumruğu dəmir kimimöhkəmiydi. Əgər o yumruq kiməsə dəysəydi, çətin ki, həmin adam sağ qalaydı.Ona görə də kimsə Dilişin oğlu Eldarla zarafatlaşanda ondan yan keçir və buyumruğa tuş gəlmək istəməzdi...
... Üzü kəndin aşağı hissəsinə tərəf möhkəm-möhkəm irəliləyirdi. Yenədə biri soruşanda ki, ay Eldar, hara gedirsən?! O qətiyyən dinməz və heç nəyəəhəmiyyət vermədən addımlarınıyeyinlədərdi. Üzü aşağı getməkdə məqsədi dəli İzzətlə görüşmək idi. Çünkidəli İzzətlə onunku möhkəm tuturdu. Əvvəl-əvvəl zarafatlaşardılar, sonrada "çalağay" deyilən yerəgedər və orda bir-biri ilə süpürləşərdilər. Dilişin oğlu Eldar deyərdi ki, gərək Mərkəzlə, Nəsibidə bura gətirəydik. Çoxları bu adamları səy və dəli hesab eləyirdi. Çoxlarınınsəy və dəli hesab elədiyi bu adamlar isə heç nəyə əhəmiyyət verməyir və özdünyalarında idilər. Camaatın dəli adlandırdıqları bu dörd nəfərin hər biri çoxsakit, fağır və heç kimlə işi olmayan adamlarıydı.
... O, İzzətin şalvarının toqqasından möhkəm-möhkəm yapışdı və qılçınınarasına girib, onu başının üstünə qaldırdı, sonra da ehmalca arxasıüstə yerəqoydu. Amma istəsəydi, arxasıüstə İzzəti elə yerə çırpardı ki, onun canı daçıxardı. Çünki Dilişin oğlu Eldar həddindən artıq güclü idi və bədəni də poladkimi bərkiydi.
Bir dəfə tay-tuşları əsəbləşəndə əlindəki beli Dilişin oğlu Eldarınbelinə çırpır. Ancaq Dilişin oğlu Eldara heç bir şey olmur. Bel iki yerəbölünüb, düşür. Bundan sonra hamı deyir ki, Dilişin oğlu Eldara belə şeylər kareləməz. Onu ancaq güllə ilə vurmaq olar.Bir də Dilişin oğlu Eldarı kim idi, güllə ilə vuran?!
... Onların dördü də "çalağay"ıdan çıxıb dəmiryolunun üstüilə kəndin yuxarı hissəsinə getdilər. Kənardan baxanlar deyirdilər ki, yenə"dəlilər birləşib". Onları görən balaca uşaqlar isə dəmiryolun üstündəgedən bu dörd nəfərə daş tullayır və sonra da qaçırdılar. Qaçırdılar ki, birdənonlardan biri qəzəblənər və uşaqlarıyaxalayıb döyər. Ancaq onların heç biri buna əhəmiyyət verməz, dəmiryolun üstüilə beləcə sakit gedər, sonra da evlərinə dağılışardı.
Bir gün də Dilişin oğlu Eldar kəndin "şirəlik" deyilən yerində Mansurun oğlu İdrisləgörüşdü. Onları görənlər həmişə istəyirdilər ki, Dilişin oğlu Eldarı hövsələdənçıxarsınlar. Çünki o əsəbləşəndə heç nəyə məhəl qoymaz və o ki, var bərkdənqışqırardı. Ancaq heç kimə xəta toxundurmazdı. Bu dəfə də ona dedilər ki, sənİdrisdən möhkəm çəkinirsən. Əgər qorxmursansa, bu meydan, bu da şeytan. Güləşingörək, hansınız yıxacaqsınız?!
İdris:
- Eldar məndən çox güclüdür, onunla güləşmək istəmirəm.
İdris bu sözləri söyləyəndəEldar bir neçə dəfə boynunu o tərəf, bu tərəfə döndərdi. Yəni bu demək idi ki,gördünüz, İdris məndən qorxdu. İdris də qorxan oğlan deyildi. Gördü ki,tay-tuşlarının yanında pərt olur, dilləndi:
- Mən hazır!
Dilişin oğlu Eldar:
- Onda nəyə durmusan, gəl meydana!
Bir göz qırpımında hər ikisi ayaqqabılarını soyundu və bir-birinəgirişdi. İdrisin onun ayağındanyapışması və bir qədər yuxarıya qaldırması Dilişin oğlu Eldarı daha daqəzəbləndirdi. Cavan uşaqlarınsa bir ağızdan "Eldarı İdris aşıracaq"- deməsi ona daha da güc verdi. O, ayağını İdrisin əlindən çıxardı və İdrisinboynunu qoltuğunun arasına keçirdi. Onun boynunu necə sıxdısa, İdrisinqışqırtısı eşidildi. Amma qışqırtıyaqətiyyən əhəmiyyət vermədi. Ayaqlarını onun ayaqlarına dolaşdırıb İdrisiyerə çırpdı.
İdris:
- Allah, boynum sındı!
... Yerə yıxılandan sonra o ayağa qalxa bilmədi. Güləşə tamaşaedənlər elə bildilər ki, İdris zarafat eləyir və sadəcə olaraq, Eldarın əlindənqurtarmaq üçün belə deyir. Gördülər ki, yox, İdrisin çığırtısı daha bərkdəngəlir, ona görə də hamısı ona yaxınlaşdı.
Dilişin oğlu Eldar:
- A qardaş, sənə nə oldu?!
İdris:
- Heyvan oğlu, heyvan, boynumu sındırdın, tərpənə bilmirəm...
Bütün uşaqlar İdrisi dövrəyə almışdılar. Hətta xəbər atası Mansurkişiyə də çatdı. Evdəkilər də tökülüşüb "şirəliyə" gəldi və gördülərki, İdris arxasıüstə yerə yıxılıb, tərpənə bilmir...
Mansur kişi:
- Oğul, haranağrayır?
- Dədə boynumu tərpədə bilmirəm. Elə bilboynum qırılıb.
Mansur kişi yazıq-yazıq yerdə zarıyan bir oğluna baxdı, bir də göz yaşıaxıdan Dilişin oğlu Eldara. Xəbəri artıq kəndin həkimi də eşidib, hadisə yerinəgəlmişdi. Müayinə eləyəndə görmüşdü ki, İdrisin boynu qırılıb. Onu ağırvəziyyətdə elə birbaşa rayon mərkəzi xəstəxanasına apardılar. Orda da İdrisbir-iki gün qaldı, sonra da keçindi.
İdris öləndən sonra Dilişin oğluEldarı həbs elədilər, on il də iş verdilər. On ildən sonra Dilişin oğlu Eldar türmədən çıxıb kəndəqayıtdı. Kəndə qayıdan kimi də elə birinci gedib İdrisin qəbrini ziyarət elədi.Onun məzarı üstündə oturub hönkür-hönkür ağladı və sonra da öz-özünə dedi:
- İndi mən kənddə camaatın arasına çıxa bilmirəm. Kaş mənim boynumqırılaydı.
İdrisin uşaqları da böyümüşdü.Kənddə eşidəndə ki, Dilişin oğlu Eldar türmədən çıxıb, bu uşaqlar bərkqəzəblənmişdilər, hətta övladlarından biri demişdi ki, gedib bu gecə Dilişinoğlu Eldarı tüfənglə vurub öldürəcəm. Ancaqİdrisin atası Mansur kişi nəvəsini bir təhər sakitləşdirmiş və onu başasalmışdı ki, o, atanı qəsdən öldürməyib. Güləşiblər və təsadüfən də atanınboynu sınıb. Buna görə düşmənçilk eləməyə dəyməz...
Türmədən çıxandan sonra Dilişin oğlu Eldarın sifəti daha da qaralmışdı. Gözləri o qədərböyümüşdü ki, az qala elə indicə yerindən çıxacaqdı. Əlləri də çox pis günədüşmüşdü. O dəmir əlləri indi qəribə biryara basmışdı. Yara isə heç vaxt sağalmaq bilmirdi.
Dilişin oğlu Eldarsa istər-istəməz kəndə çıxmalı idi. Çünki o türmədəngələn kimi həyət-bacaya əl gəzdirir, əkin işlərini görür və bütün günü əlindəbel nəsə eləyərdi. Ən çox da kəndə çıxmağa ona görə məcbur olurdu ki, gedibqurultay deyilən kanaldan öz arxlarına su açsın və o su arxla onların həyətinəgəlsin. Bu suyu gətirmək üçün isə Dilişin oğlu Eldar kəndin 30-40 evininyanından keçməli idi.
... Beli çiyninə alardı və başını aşağı dikib gedərdi. Ancaq kəndinuşaqları eşidəndə ki, Dilişin oğlu Eldar gəlir, o dəqiqə onun qabağını kəsər vədaşa basardılar. Dilişin oğlu Eldar da o uşaqlara bir söz deməzdi. Onudaşa basan uşaqlar heç də İdrisinqohumları deyildi. Dilişin oğlu Eldarı daşa basanlar elə öz qohum-əqrəbası idi.Hətta içərilərindən bir dəcəli çıxıb ona deyərdi:
- Ay köpəkoğlu, yazıq İdrisin günahı nəyidi boynunu sındırdın vəbalalarını yetim qoydun?! İndi də arsız-arsız türmədən qayıdıb su gətirməyəgedirsən.
Bütün bunlara da o məhəl qoymaz, ağır günah elədiyini başa düşərdi. Hətta öz-özünəfikirləşirdi ki, İdrisin uşaqları onun qabağına çıxıb güllə ilə vursa belə, birsöz deməyəcək. Ancaq İdrisin uşaqları da heç onun qabağına çıxmırdı və ona birdaş da atmırdı. Sadəcə olaraq, İdrisin atası Mansur kişini görəndə o dünyanıgörüb qayıdırdı. Deyirdi kaş İdrisin atası Mansur kişi onun əlindəki beli alıbbaşına çırpsın və bununla da onların ürəyi soyusun.
... Dizini atıb yazıq bir görkəmaldı. Bir istədi, elə özünü İdrisgilin evinin yanından keçəndə atsın gələn maşının təkərinin altına. Bu biranlıq onun beynindən keçdi. Sürücü də heç nəyə məhəl qoymadı. Dilişin oğluEldar özünü maşının altına atdı, ammasürücü cəld tərpənib əyləci basdı. Maşın o dəqiqə dayandı. Sonra sürücü qapınıaçıb yerə düşdü və Dilişin oğlu Eldara dedi:
- Ay zalımoğlu, məni niyə qana salırsan. Ölmək istəyirsən get, özünü atqurultaya, öl! Yoxsa sənə görə gedibtürmədə yatmalıyam. Birini bədbəxt elədin, indi də məni yaman günə qoymaq istəyirsən...
Dilişin oğlu Eldar sürücüyə heç bir şey demədi. Oturub Mansur kişininevinin yanında hönkür-hönkür ağladı. Həmin an Dilişin oğlu Eldarın gözündədünya balaca qoz boyda idi. Və Allahdan özünəÖlüm arzulayırdı. Arzulayırdı ki, elə bu qapının yaxınlığında ölsün,İdrisin dədəsi Mansur kişinin ürəyi soyusun.
...Hönkür-hönkür ağladı və axırda da üzüstə yıxılıb yerdə qaldı. Onudaşa basan uşaqlar elə bildilər ki, Eldar nəsə biclik eləyir və uşaqlarlaməzələnir. Amma yoldan keçən Qaraj kişi gördü ki, Dilişin oğlu Eldar heç klimləməzələnmir və onun ağzı köpüklənib. Tez ona yaxınlaşdı və Dilişin oğlu Eldarınqolunu əlinə alıb, baş barmağını onunnəbzinə qoydu. Hiss etdi ki, artıq Dilişin oğlu Eldarın nəbzi vurmur və gözləridə bərələ qalıb...
FAİQ QİSMƏTOĞLU