ANA SƏHİFƏ / YAZARLAR

İnanım, inanmayım?

13802    |   2015-09-24 01:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada geniş tətbiq olunan ipoteka kreditlərinin dəyəri şəxsi vəsaitləri hesabına mənzil almağı planlaşdıran insanlara bir növ yardım vasitəsdir. Bəs ipoteka ilə ev almaq kimlərə sərf edir? Ümumiyyətlə, bu yolu etibarlı hesab edənlər varmı?
Bu il noyabr ayında qüvvəyə minən dəyişikliklərə əsasən, ipoteka kreditinin alınması üçün tələb olunan ilkin məbləğ alınan əmlakın qiymətinin 15%-dən 20%-ə qaldırılıb. Yəni, məsələn, 50 min manatlıq ev almaq istəyən müştəri indiyədək bu məbləğin 7,5 min manatını ödəyirdisə, artıq həmin məbləğ 10 min manata çatdırılıb.
Azərbaycanda dövlət xətti ilə 2 cür kredit verilir: adi və güzəştli. Adi ipoteka krediti illik 8 faizlə, 25 il müddətinə, güzəştli ipoteka isə illik 4 faizlə 30 ilə təqdim edilir. Maksimum məbləğ 50 min manat, ilkin ödəniş isə 30 faizdir.
Məncə indiki qeyri-stabil sistemdə bu etibarlı bir iş deyil, çünki adam bilmir sabah başına nələr gələcək. Kim zamin dura bilər ki, işlədiyi qurumda 15 il normal maaş ala biləcək?!. Söylənildiyi kimi, ipoteka ilə ev almaq heç də gənclərə yardım amacında deyil. Bu yolla ev götürməyin birmənalı şəkildə gənclərə sərf etmədiyini düşünürəm.
Təbii ki, bu barədə Milli Məclis səviyyəsində məsələ qaldırıldı və həlli təbii ki, müsbət olmalıdı. Çünki gənclər bizim gələcəyimizdir. Və gələcəyimizin sıxıntı, səfalət, evsizlik, şəraitsizlik içində yaşlanmasını, hətta evsizlik üzündən subay qalmalarını istəmirik.
Əlbəttə ki, kirayə mənzildə də qalmaq olar, lakin başqasının evinə görə illərlə pul ödəmək də arzuolunan hal deyil. Çünki bu pullar heç vaxt geri qayıtmır. İndi çox adam kirayə mənzildə yaşamaqdansa, uzun müddətli kreditlə ev almağa üstünlük verir. Bundan ötrü isə mənzilləri kreditlə almaq istəyənlərin mənzilin yerləşdiyi məkandan asılı olaraq ilkin ödəniş üçün 8-10 min manatı olmalıdır. Bəs Bakıda ipoteka ilə evi necə götürmək olar?
Prezident İlham Əliyev sosial ipotekanın həcminin artırılması və vəsaitlərin verilməsi mexanizminin təkmilləşdirilməsi barədə müvafiq qurumlara tapşırıqlar verib. Mərkəzi Bank və İpoteka Fondu ilə yanaşı, təkmilləşdirilməsi və əhatəsinin genişləndirilməsi məqsədi ilə yeni layihə hazırlayıb.
BAKU.WS-in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı yeni təkliflər paketində mənzilə ehtiyacı olan ailələrin problemlərinin həlli məqsədi ilə kredit faizlərinin aşağı salınması, aylıq ödəniş məbləğinin azadılması və ipotekanın regionlarda geniş tətbiqi əks olunub. Komitənin sədr müavini Sədaqət Qəhramanova bildirib ki, təkliflər hazırlanarkən beynəlxalq maliyyə-bank təşkilatlarının təcrübəsi və bu sahə üzrə tanınmış xarici ekspertlərin rəyləri nəzərə alınıb.
Sosial ipotekanın Amerika və Almaniya modelinin məqbul sayan Mərkəzi Bank isə həmin ölkələrin təcrübəsinə əsasən əldə edilmiş məlumatlar üzrə müxtəlif təhlillər aparıldığını bəyan edib. Bu modelə əsasən, ipoteka sisteminin davamlılığı üçün təkcə sosial yardımla kifayətlənmək məqsədəuyğun hesab edilmir. Sosial ipotekanın mənbələri dövlətin maliyyə resursları ilə yanaşı, digər əlavə mənbələr hesabına formalaşır. Maliyyələşmə mənbələri kimi qiymətli kağızlardan, kredit və qrantlardan, həmçinin Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin səhm və istiqrazlarından da istifadə oluna bilər. Əhalinin öz yığmaları hesabına ipoteka kreditləri əldə etməsi, bank olmayan kredit təşkilatlarının bu prosesə cəlb olunması məsələsi də nəzərdən keçirilir. Bu mənbələr hesabına ipoteka rezervlərinin ən azı 2-3 dəfə artması mümkündür.
Bundan başqa, dövlətin ayırdığı maliyyə vəsaitləri hesabına ipoteka bazarı iştirakçılarının tələblərini tamamilə ödəmək mümkün olmadığından alternativ variantların tətbiqi də istisna edilmir. Adi ipoteka kreditləşməsinin genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması zəruridir. Yeni strategiya çərçivəsində əhalinin öz yığmaları hesabına birbaşa ipoteka ilə mənzil alınması da məqsədəuyğun hesab olunur. Bu, Almaniyanın tikinti-əmanət bankları modeli təcrübəsinə əsaslanır.
Sosial ipoteka kreditlərinin verilməsinə baxmayaraq, ehtiyacı olan minlərlə ailənin mənzil ehtiyacını həll etmək mümkün olmur. İpoteka kreditlərini ödəməyə gənc ailələrin əksəriyyətinin imkanı çatmır, orta aylıq əməkhaqqı həcmində maaş yalnız onların aylıq istehlak xərclərinə kifayət edir. Buna görə də ipoteka kreditləri üçün aylıq ödənilən məbləğdən 2-3 dəfə aşağı həcmdə ödənişlə mümkün olan sosial evlər layihəsinin rellaşdırmaqla on minlərlə insanın mənzil problemini həll etmək mümkündür.
Sosial evlər layihəsində dövlət birbaşa investor kimi çıxış edir və evlər mühüm proqram çərçivəsində tikilir. Bu zaman tikinti-quraşdırma və təmir xərcləri özəl şirkətlərlə nisbətdə iki dəfə ucuz başa gəlir və mənzillərin dəyəri real bazar qiymətindən xeyli aşağı olur. Məsələn, 75 kvadratmetrlik təmirli mənzilin dəyəri 30-35 min manat təşkil edir. Həmin qiymətə uyğun 20-25 illik ödəmə cədvəli tərtib olunur. Nəticədə aylıq 100-150 manat ödəməklə insanların mənzil təminatı həll edilir.
Sosialyönümlü xalq evlərinin tikintisi gündəmə gəldi. Milli Məclisdə bu istiqamətdə müzakirələr aparılır. Bəs bu evləri necə əldə etmək mümkün olacaq və hansı şərtlə gənclər bu evə sahib ola biləcək?
Evi olmayan gənclərə nəzərinə. Ayda 60 manat ödəməklə 60 kvadratmetrlik ev almaq mümkün olacaq. Bununla bağlı Mənzil Məcəlləsində sosialyönümlü evlərin tikintisi nəzərdə tutulub. Millət vəkili Hadi Rəcəbli belə deyir:
"Əslində belə başa düşülməlidir ki, dövlət bu evi onlara bağışlayır həmin adamlara. Amma simvolik olaraq oradakı insan faizsiz kredit ödəyir. Faktiki olaraq bu bağışlamağın bir növüdür. Bu baxımdan belə bir addımın da atılması gündəmdə var. Bu bizim dövlətimizin başçısının bir istəyidir. Bu da zaman zaman həyata keçirilir və keçiriləcək də".
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sosialyönümlü ev fürsətindən faydalana bilmələri üçün gənc ailələrə iş təklif oluna biləcəyini də deyir...
"Onlar nigaha girən zaman birinə mütləq iş verilsin ki, bununlada sosial durumu ağır olan gənc ailəyə faizsiz uzun müddətli ipoteka krediti verək. Bu ona oxşayacaq ki, belə ailə kirayə haqqı verəcək, amma 25 ildən sonra ödədiyi kirayə haqqına görə ev ona qalacaq. Bax bu cür sosilayönümlü evlərdir. Bu dünyada mövcuddur və ailənin möhkəmlənməsinə təsir edəcək. Əlbəttə bunun üçün maliyyə dəstəyi olmalıdır. Yəni ilkin ödənişi bank ödəməlidir onda bunu da banka dövlət ödəmlidir.Bu barədə düşünürük".
İqtisatçı ekspert Vüqar Bayramlı bu addımı müsbət qiymətləndirir:
"Hesablamalarımız göstərir ki, gənc ailə ayda 60 manat ödəməklə 2 otaqlı ümumi sahəsi elə 50-60 kvadrat sahə olan mənzilə sahib ola bilər. Bu zaman bunu məhz 20 il müddətində ödəmək imkanı əldə etmiş olacaq. Artıq 20 ildən sonra mənzil sahibi mənzilin mülkiyyətçisinə çevrilməklə sonradan satmaq imkanınad malik olacaq. Bütü hallarda isə həmin şəxs il boyu bu evdə qalmaq hüquqi olacaq".
Layihənin digər bir üstünlüyü isə sosialyönümlü evə sahib olmaq istəyən gənclərdən iş yerindən arayışın tələb olunmayacağı ilə bağlıdır. Vüqar Bayramlı bunundan gənclərin işini dahada asanlaşdırdığını bildirir:
"Aylıq ödəniş 60 manat olduğu üçün vətəndaş iş yerindən arayış təqdim etmədən belə sosial mənzilə sahib ola biləcək. Buda imkan verəcək ki, vətəndaş sosial mənzilə sahib olan zamanıda hətta iş yerindən arayış almadan bu evə sahib çıxır. Bunun elə məhz xalq evinin adlanmasında əsəs odur ki, əhalınin az təminatlı gənc ailələr üçün nəzərdə tutulur. Yalnız o, gənc ailələrə veriləcək".
İqtisadçı düşünür ki, sosialyönümlü xalq evlərinin tikilməsi dövlət büdcəsinə əlavə yük olmayacaq:
"İl ərzində 1-ci mərhələdə dövlət büdcəsindən təxminən 300 milyon manat vəsait ayrılmaqla bu layihəni həyat keçirməklə mümkün olacaq. Buda imkan verəcək ki, dövlət sosial mənzil fondunun formalaşmasını həyata keçirsin və sosial mənzillərin inşası reallaşsın. Və buda öz qiymətinə vətəndaşa təklif olunacaq". Gözəl arzudu!!! İndilikdə isə ipoteka kreditiylə məbləği məsələn, 27.200 manat olan evin dövr ərzində cəmi ödənişləri 62.980 manat olacaq. 32.000 manatlıq evin ödəniş başa çatdıqda cəmi ödənişlər 60.000 manat olacaq. Yəni, məsələn 25 yaşında gənc evlənmək istəyir. Ev almaq həvəsinə düşmüş gənc yeməyib, içməyib 25 il kredit və dəyərinin iki qatını ödəməlidi. Bu sıxıntılar bitəndə onun 50 yaşı olacaq. "Oh, nə yaxşı bitdi kreditim!" deməmiş, Allah gecindən versin, əcəl kəsdi başının üstünü?!. Onda nəyə lazım olacaq bu sıxıntılı ömür... Amma yuxarıda söylənilən fikirlər həyata keçərsə, o zaman həqiqətən gənclərə kömək ola bilər. Gənclərin gec yaşlarına qədər evlənə bilməmək problemini də həll etmiş olar.
Qurban Bayramı münasibətilə bir tikinti müəssisəsinin mənzillərdə endirim kampaniyası elan etdiyini duydum. Tikinti gedən sahələrdə çəkilmiş hasarlara "Mülk Allaha məxsusdur" yazısını oxuduqda isə müəssisə rəhbərinin əsl Allah adamı olduğuna şübhəm qalmadı. Təəssüf ki, hər düşündüyümüz anladığımız kimi, hər görünən göründüyü kimi deyil...




YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK