Adalet.az | URUDU SEVDİRƏN İŞIQ Adalet.az | URUDU SEVDİRƏN İŞIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

URUDU SEVDİRƏN İŞIQ

Onun adı Floradı

40466    |   2015-08-29 09:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Zamanın sürətinə əsəbləşirəm. Hətta imkanım olsa bu əsəbi topa, tüfəngə çevirib zamana tuşlayaram. Amma neyləyim ki, ən böyük hakim Zamandı - söz də ondadı, səlahiyyət də!!! Mən isə olsa-olsa ən yaxşı halda bu zamanın havasını duyan, ifasını dinləyən və bir də ona qarşı əl-qol atmaq istəyi ilə yaşayan bir Allah bəndəsiyəm. Ona görə də gücüm daha çox özümə, qələmimə və bir də ürəyimə çatır. Sonda həmin o güc özümü qələmə təslim edir, ürək də qələmin dəftəri, kitabı kimi öz pıçıltısını təkrar özünə köçürür. Bu yazılanı isə həmin o ürəyin çevrəsində olanlar, onu duyanlar, onu anlayanlar və nəhayət onun yanğısına yananlar oxuya bilirlər. Necə ki...
Onu lap çoxdan tanıyıram, az qala tələbəlik illərindən. Onda da elə bu cür idi - səmimi, mehriban, hər kəsə qarşı diqqətli və bir az da hamıdan çox sözün üstündə əsən... Onu oxumaq və bir də ona nəyisə oxutmaq çox qəribə nüanslardı. Amma neyləyim ki, mən oxumağı və oxutmağı onun parametrləri ilə uyğunlaşdıra bilmişdim. Necə deyərlər, ipin ucunu tapmışdım. Bilirdim ki, bu xanım yazını oxuyanda öncə adına fikir verir, diqqət yetirir, sonra səhifələyir. Gözünün ucu ilə abzaslara baxır. Və o gözucu baxdığı məqamlarda nəsə diqqətini çəkdisə, deməli, o yazının bəxti gətirdi. Başlayacaq onu oxumağa. Oxuyub qurtarana kimi də əlindəki qələmlə ya yazının kənarındakı ağ yerə nə isə işarə qoyacaq, ya da ki, stolunun üstündəki vərəqə nə isə qeyd edəcək. Sonra əlini uzadacaq telefona. Tanıdı-tanımadı müəllifə öz münasibətini bildirəcək. Yazıya görə təşəkkür edəcək......
Bir də o, imzasını özünə doğmalaşdırdığı və həmin imzalardan təzə nə isə gözlədiyi üçün o imza sahibinin yazısını oxuyacaq. Necə deyərlər, vay ondadı ki, gözlədiyini tapmasın, axtardığını görməsin. Onda əlini telefona uzadacaq. Bir böyük ərklə, bir böyük ürəklə içində olanları, ürəyindən keçənləri telefonun o biri başına çatdıracaq... Mən bunları həyatımda dəfələrlə görmüşəm, eşitmişəm. Ona görə də bu fikirləri bilgisayara diqtə edəndə heç bir narahatlıq hissi keçirmirəm. Axı adam bildiyini, gördüyünü yazanda daxilən rahat olur. Bax, mən də indi beləyəm. Çünki ONDAN yazıram! Mənə sözü, publisistikanı, şeiri, mətbuatı sevdirən Bacımdan! Üstəlik mənim ruh bacım mənə Urudu da sevdirib. Onun Urudlu günləri mənim yaddaşıma köçüb. Hərdən elə bilirəm ki, mən də o kənddə doğulmuşam, mən də o bulaqların suyundan içmişəm. Mən də o təndirin fətirindən, o kirkirənin qovudundan dadmışam... Kəklikotu çayından, özü də samovarın dibində oturub doyunca içmişəm. Elə burdaca kiçik bir haşiyə çıxım. Mən hərdən "qan çəkir" ifadəsinə, "torpaq çəkir" deyiminə yaman çox inanıram və bunu öz həyatımdan çıxış edərək deyirəm. Özüm Dağlıq Qarabağda doğulsam da, anam Dərələyəzdən - qanında-canında, südündə mənə doğulduğu o torpaq, ordakı qohum-əqrəba sevgisini gətirmişdi... O yerlər həmişə mənə həm uzaqda yaşayan əzizlərim kimi, həm də həmişə ağrı-acının, didərginliyin, yurdsuzluğun canlı şahidləri kimi doğma olubdu. Görünür bu, həmin o torpaq, qan çəkmək deyimini mənə hopdurub, və mən faciələr yaşamış bir elin, bir elatın bütün taleyini oxuya-oxuya, öyrənə-öyrənə və nəhayət özüm də həmin o prosesdən keçərək o yurdun söz-sənət adamlarını özümə bir köynək yaxın bilmişəm. Hər halda bunun üçün yəqin ki, məni qınamazlar. Çünki böyük söz, böyük ürək harda yazılmağından, harda döyünməyindən asılı olmayaraq elə böyükdü. Bax, mənim bacımın ürəyi kimi!.. Və onun misralarındakı bu gerçəyin özü kimi:

Bülbül idim, gülzarım yox,
Öz tayım yox, öz yarım yox.
Vətənimdə məzarım yox,
Mən də belə bir qəribəm.

Bir dəfə telefonuma zəng vurdu. Özünəməxsus səsi ilə, kövrəkliyi ilə məni danladı. Mənim "Bəxtəvər ipəkqurdları, Ölür evinin içində" misraları ilə başlayan şeirimi oxuyub ağladığını və hətta:
- Əbülfət, çəkil bir kənara ancaq şeir yaz, özü də belə şeirlər! - dedi. Və sonra da mənim durumumu özü qiymətləndirib əlavə etdi:
- İndi kimdi şeirlə yaşayan... Şeir indi çörək deyil axı... Evə çörək gətirmir axı! - dedi.
Bəli, mənim bacım nə yazırsa və nədən yazırsa, ona ürəyini, duyğlarını hopdurur. Onun publisistikası başdan-başa səmimiyyətin rəngləridi. Mənə elə gəlir ki, Flora Xəlilzadə səmimiyyət rəssamıdı. Yazdığını oxucuya sözlə təqdim edir. Amma diqqətli oxucu o sözün arxasında tabloları da görür. Özü də Flora Xəlilzadə ancaq ürəyinin dediyini, ancaq duyğularının tələbat hissini ortaya qoyduğu ünvanı oxucu qarşısına çıxarır. O hamıdan yazmır, o hər şeydən yazmır. Amma o hamını və hər şeyi yazısında ifadə edir, oxucuya çatdırır. Kitab rəfində bacımın mənə bağışladığı və bir-birindən dəyərli avtoqrafları ilə zəngin kitabları var. O, özünü daha çox publisist sayır. Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Cavidin, Səməd Vurğunun dəlisi olan bacım bu gün Ramiz Qusarçaylını da sevə-sevə oxuyur. Ümumiyyətlə, onun diqqətindən söz, misra yayınmır. Üstəlik, mənim bacım həm də insan sərrafıdı. Adamları, xüsusilə yazı adamlarını sözlərindən tanıyır, o sözlərlə o müəlliflərin içlərini görür, əxlaqlarını dəyərləndirir. Mən dəfələrlə etdiyimiz söhbətlərdə onun həyatsevərliyinin, dərdə müqavimət göstərmək məharətinin qarşısında susmuşam. Çünki mən onun iç dünyasının necə alovlandığını, daxilən necə qorrandığını və tüstünü də öz içində boğub saxladığını, heç kimin qarşısında sınmadığını bilirəm və bu keyfiyyətlərinə görə onu bir az da çox istəyirəm. Onda bir xanım qüruru var... onda bir Azərbaycan xanımının dəyanəti, dözümü var... onda ailəyə olan azad və bugünlə səsləşən, amma mentalitetləri tapdalamayan çox geniş bir yanaşma, hətta mən deyərdim gözəl bir aura var. Bu hər kəsdə yoxdu, bunu hər kəs özündə formalaşdıra bilmir. Amma Flora Xəlilzadə özü öz üzərində işləyə-işləyə həm də ətrafındakıları buna vadar edir. Onun çevrəsindəkilər onunla yanaşı durmaq üçün öz üzərlərində işləyirlər. Bax, böyüklük budur! Bax, öyrətmək üsülu burdan keçir!..
Bəli, 1955-ci ildə Urudda doğulan Flora Xəlilzadə indi ömrünün 60-cı ilini Bakıda xəyalındakı Urudla, ətrafındakı doğmalarla qeyd edir. Mən bu qənaətdəyəm ki, bacımın ad günündən bir-iki gün sonra işıq üzü görən bu yazı gecikmiş təbrik sayıla bilər. Amma bir şey var ki, mən ona ünvanladığım bu beş-üç cümləni onun tanıdığı ürəyin diqtəsi ilə yazıram və əminəm ki, ürəyimin sözünü və səsini bacım qəbul edəcək. Çünki bu söz və bu səs ona indi dayandığı ucalığın fonunda Urudda 100 yaşı qeyd etmək istəyini çatdırır, arzusunu ifadə edir. Əminəm ki, Flora Xəlilzadənin sözlərindən tutub gəzdiyim, gördüyüm Urudda onunla yanaşı addımlayan doğmalardan biri də mən olacam. Ad günün mübarək, Bacım!
... Və bir də sənin oğlun Bəhruza yazdığın məktubdakı yolu birlikdə keçəcəyik:

Ümidim də, pənahım da bilirsən,
Yurdum boyda çiliklənmiş şüşədi.
Qəlbdən gələn ahımı da bilirsən,
O ellərə gedən yolum Şuşadı!



 


YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK