ANA SƏHİFƏ / YAZARLAR

GECƏYARISI QƏTL

15991    |   2012-09-15 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Yağiş ara vermədən yağırdı. Sanki göydən suyu vedrə ilə yerə tökürdülər. Yağış yağır, ətrafda isə heç kimin səsi eşidilmirdi. Gecə yarısında yağışın bərk yağması onları təşfişə salmışdı. Çünki qətlə yetirdikləri Rüstəm kişini gözətçi otağından çıxarıb, kanalın üstündəki körpüyə tərəf aparmaq istəyirdilər. Ancaq buna bir o qədər də ürək eləmirdilər. Çünki qorxurdular ki, kimsə həmin vaxtı maşınla kəndə girər və onları görər...
   
   ...Leysanın ara verməməsi Cəfəri daha da həyəcanlandırdı. O, gecənin qaranlığında üzünü Əhmədə çevirib dilləndi:
   
   - Bu gorbagor olmuşun meyitini kanalın üstündəki körpüyə ata bilsək, ağır cinayəti törətməyimizin izini itirərik.
   
   Cəfər qorxa-qorxa dedi:
   
   - Belə olsa, çətin ki, meyiti körpünün üstünə apara bilək. Bu zəhrimar yağış imkan verir ki?! Səhərə az qalıb gərək səhər açılmamışa qədər meyiti körpünün üstünə qoyaq.
   
   Əhməd:
   
   - Deyəsən, yağış yavaş-yavaş kəsir. Bir azca da döz, hər şey lap yaxşı olacaq...
   
   Amma Cəfər dözə bilmirdi və əllərini qana batırdığına görə özünü qınayırdı. Bir anlıq fikirləşdi ki, tutulsalar bütün günahları Əhmədin üstünə atacaq. Çünki öldürdükləri adamın Əhmədlə ədavətləri vardı. Daha doğrusu, qətlə yetirdikləri Rüstəm kişi nə vaxtsa Əhmədin arvadına söz atıbmış, sataşıbmış və buna görə də Əhməd Rüstəm kişidən qisasını alırdı.
   
   ...Hər ikisi meyitin ayaqlarından və başından yapışıb birtəhər olsa da körpünün yanına gətirdi. Bir daha ətrafa göz gəzdirdilər və heç kimi görmədilər. Heç kimi görməyəndə Əhmədin avazımış rəngi bir qədər özünə gəldi. Sonra dili topuq vura-vura dedi:
   
   - İin...in...dən belə bizə bir şey olmaz. Bunu atdıq körpünün ortasına hər hansı maşın da gecə vaxtı gəlib keçəndə meyiti görməyəcək və onun üstündən keçib gedəcək......
   
   Cəfər:
   
   - Bu bəxt ki, bizdə var, çətin ki, sürücü meyiti görməsin...
   
   Əhməd dilxor halda Cəfərin üstünə çımxırdı:
   
   - Ağzını xeyirliyə aç, görmürsən ki, qapqaranlıqdır. Qaranlıqda da sürücü çox şeyi görmür. Noulsun ki, maşının faraları işıq verir...
   
   
   
   ***
   
   Uzaqdan gələn maşının sürücüsü körpünün üstündə bir qaraltı gördü. Bəlkə də bərk gəlsəydi, bu qaraltını görməyəcəkdi. Bir az da yaxınlaşanda hiss elədi ki, bu adi bir qaraltı deyil. Yolun ortasına atılmış yekə bir şeydi. O dəqiqə maşını saxlayıb, yerə düşdü. Amma yerə düşəndə bir o qədər də qorxmadı. Elə ki, həmin yekə qaraltıya doğru addımladı, işığın altında gördü ki, bu insan meyitidir, uzadıblar körpünün ortasına. Həmin an sürücü Aydın barmağını dişlədi:
   
   - Gör, bir alçaqlar nə iş görüblər! İzi itirmək üçün meyiti körpünün üstünə atıblar. Nə yaxşı yuxulu olmamışam, yoxsa onun üstündən keçib getmişdim...
   
   Amma meyiti görəndən sonra Aydın bərk qorxdu. Diqqətlə öldürülmüş adamın sifətinə baxdı. Maşını bir az da yaxına sürüb işıqları onun üstünə saldı. Gördü ki, bu yaxınlıqdakı tikintidə gözətçi işləyən Rüstəm kişiyə oxşayır. Meyitin hər yanı al qana batmışdı. Bu da onunla bağlı idi ki, onu öldürənlər yazığa çoxsaylı bıçaq zərbəsi vurmuşdular.
   
   ...Havalanmış vəziyyətdə olan Aydın maşını yavaş-yavaş geriyə verdi. Sonra dönüb üzü kəndə sarı hərəkət etdi. Özünü tələsik halda evlərinə çatdırdı və qohum-əqrəbasını yuxudan oyatdı. Dedi ki, gözətçi Rüstəmi öldürüblər və yolun ortasına qoyublar. Bir balaca diqqətli olmasaydım, meyitin üstündən keçmişdim və sonra da mənim yaxamdan yapışacaqdılar ki, Rüstəm kişini sən maşınla vurub öldürmüsən.
   
   Aydının atası Qurban kişi dedi ki, ay oğul, nə sakit-sakit durmusan, tez milisə zəng elə. Aydın evdən milisə zəng elədi və öldürülmüş adam barəsində onlara məlumat verdi. Məlumat verəndə də əlləri yenə əsirdi. Çünki növbətçi milis nəfəri ondan hər şeyi dəqiqliyinə qədər soruşurdu. Soruşurdu ki, öldürülən kimdir, adı nədir, soyadı nədir və hansı kənddə, nə vaxt qətlə yetirilib. Aydın səsi titrəyə-titrəyə növbətçi milisin bütün suallarına cavab verdi. Sonra da əsəbləşdi ki, indi cinayətkarı qoyub, milislər məni cək-çevirə salacaq. Gərək heç bu barədə bir söz deməyəydim.
   
   Atası Qurban kişi oğlunun əsəbləşdiyini görüb, dilləndi:
   
   - Ay oğul, düz eləmisən, heç elə də insafsızlıq olarmı?! Meyiti yolun ortasında görəsən və bunun barədə milisə deməyəsən. Deməzdin, kimlərsə səni satardı və hər şeyi sənin boynuna atardılar. Sən öz borcundan çıxdın və hadisə barədə milisə məlumat verdin. Yaxşı da elədin.
   
   Atasının sözlərindən sonra Aydın bir qədər toxdadı, amma içindəki nigarançılıq hələ də səngiməmişdi...
   
   
   
   ***
   
   ...Aləm bir-birinə dəymişdi. Səhər açılmamışdan milisin, prokurorluğun əməkdaşları hamısı hadisə yerinə gəlmişdi. Meyitə baxış zamanı həm milis rəisi, həm də prokuror bərk təəccüblənmişdi. Təəccüblənmişdilər ki, 35 bıçaq zərbəsi vurulan Rüstəm kişini qətlə yetirəndən sonra yolun ortasına atan cinayətkarlar izi itirmək istəyiblər...
   
   Bir neçə gün ərzində qətllə bağlı müxtəlif versiyalar irəli sürüldü. Şübhəli şəxs qismində iki qardaş - Nəcəf və Eldar həbsə alındı. Onların həbsə alınmağı bununla bağlı idi ki, əvəllər qətlə yetirilən Rüstəm kişi ilə onların arasında mübahisə olmuşdu. Mübahisə də elə bir şey deyildi. Sadəcə olaraq, örüşdə heyvanları otararkən onlar arasında mübahisə düşmüşdü. Heç dava da olmamışdı. Bir-birlərinə acıqları tutmuşdu və sonra da hər kəs öz işinin dalınca getmişdi. Elə bu mübahisəyə görə də hər iki qardaşı şübhəli şəxs qismində saxlamışdılar...
   
   
   
   ***
   
   Prokuror Zeynalov və milis rəisi Dadaşov istintaqın tez başa çatmasına çalışırdı və hər şeyi də iki qardaşın üstünə atırdılar. Guya cinayəti törədən bu iki qardaşdır. Amma məhkəmə istintaqı zamanı iki qardaşın cinayəti törətmələri sübuta yetirilmirdi. Elə ona görə də milis rəisi ilə prokuror hakim Məmməd Kərimovdan bərk narazı idilər. Onlar deyirdilər ki, biz hər şeyi dəqiq aydınlaşdırmışıq, sübutlar tapmışıq, ancaq hakim bizim dediklərimizlə razılaşmır, məhkəmə istintaqında hər şeyi alt-üst eləyir. Elə məhkəmə prosesində də hakimlə prokurorluğun nümayəndəsi arasında tez-tez mübahisə düşürdü.
   
   Hakim Kərimov prokurorluğun nümayəndəsinə dedi:
   
   - Sizin rəhbərlik etdiyiniz istintaq materiallarında heç bir sübut yoxdu. Bu yazıqların günahı nədir ki, tutub salmısınız türməyə. Axı keçən dəfə mən dedim ki, ekspertizanın rəyi gəlmədən heç bir qərar qəbul eləmək olmaz. Hətta ekspertin rəyi gələndən sonra siz deyirsiniz ki, günahkar iki qardaşdır.
   
   Prokurorluğun nümayəndəsi:
   
   - Bizim sübutlarımız çox şey deyir. Amma sadəcə olaraq, siz müttəhimi müdafiə eləyirsiniz.
   
   Hakim:
   
   - Mən müttəhimi müdafiə eləmirəm, haqq-ədaləti qoruyuram. Bu da ekspertin rəyi. Orda yazılıb ki, məhrumun dırnaqlarının arasındakı tük o qardaşlardan heç birininki deyilmiş. Bəs buna nə sözünüz?
   
   - Noulsun ki, onların tükü deyil. Ola bilsin o tükü dəyişdirsinlər.
   
   Hakim prokurorluğun nümayəndəsinin sözlərinə güldü:
   
   - Uşaq-uşaq danışmayın. Əgər ortalıqda sübut yoxsa, mən heç cürə bu iki qardaşa cəza verə bilmərəm.
   
   Prokurorluğun nümayəndəsi əsəbi halda dilləndi:
   
   - Möhtərəm hakim, siz həmişə belə adamların hüququnu qoruyursunuz. Milis rəisi də deyir cinayəti Eldar və Nəcəf törədib, prokuror da. Siz də iki ayağınızı bir başmağa dirəyib bildirirsiniz ki, onların günahı yoxdu.
   
   Hakim səbrini basa bilməyib dedi:
   
   - Mən hər şeyi fakt və sübutla deyirəm və ədalətsiz də iş görə bilmərəm.
   
   Prokurorluğun nümayəndəsi bir qədər də qəzəbləndi:
   
   - Siz özbaşına deyilsiniz. Unutmayın ki, dəvədən böyük fil var. Onlar sizi yerində otuzdurar və onda bilərsiniz ki, milis rəisinin, prokurorun gücü nə qədərdir.
   
   Hakim Kərimov bir qədər dərindən nəfəs saldı, sonra da diqqətlə prokurorluğun nümayəndəsinin gözlərinin içinə baxıb: "Mən Allahdan başqa heç kimdən qorxmuram və ömrüm boyu da ədalətsiz qərar çıxarmamışam" - dedi.
   
   Prokurorluğun nümayəndəsi:
   
   - İndi görərsən, bir azdan nələr baş verəcək...
   
   
   
   ***
   
   ...Raykomun birinci katibi hakimin bu cür ədazılığına və prosesi uzatmağına görə lap özündən çıxmışdı. Ona görə də köməkçiyə tapşırdı ki, təcili prokuroru, hakimi və rəisi onun yanına çağırsın. Köməkçi də bir-bir həmin vəzifəli şəxslərə məlumat verdi və bir neçə dəqiqədən sonra prokuror da, milis rəisi də, hakim də birinci katibin yanına gəldilər.
   
   Katib otaqda var-gəl edirdi. Heç birinin salamını almadan hakimə hücum elədi:
   
   - Sənin əlindən mən kabinetdə otura bilmirəm. Bilmirəm kimə arxayınsan. Niyə cinayətkarı müdafiə edirsən və prosesi uzadırsan?
   
   Hakim:
   
   - Yoldaş Əhmədov, mən heç bir cinayətkarı müdafiə eləmirəm, haqq-ədaləti qoruyuram və buna görə də qürur duyuram.
   
   Katib:
   
   - Necə haqq-ədaləti müdafiə eləyirsən ki, səndən prokuror da, rəis də şikayət eləyir. Hələ öldürülən adamın qohum-əqrəbası o yer qalmayıb ki, səndən yazmasın. Balam, bu adamlara cəzanı ver, qurtarsın, getsin da. Gündə sekadan mənə zəng eləyirlər. Deyirlər ki, rayonda bir hakimlə də bacara bilmirsən.
   
   Hakim:
   
   - Yoldaş katib, mən deyirəm ki, sübut gətirsinlər, faktları ortaya qoysunlar, mən də cəza təyin edim. Sübutlar isə yoxdu, ekspertiza rəyi isə saxlanılan adamların həmin şəxsi öldürmədiyini təsdiq edir. Belə olduğu halda mən hansı cəzanı təyin edə bilərəm. Bir də həmin şəxslərə ədalətsiz hökm çıxarsam, sabah, birisigün buna görə birinci mənim partiya məsələmi qoyacaqsınız və sonra da partiyadan azad edəcəksiniz.
   
   Hakimin bu sözlərindən sonra birinci katib bir qədər yumşaldı və sonra da qaşlarını çatıb dedi:
   
   - Mən bilmirəm, tezliklə bu məsələni bitir getsin. Rayonun yüz .dərdi var, bilmirəm onlarla məşğul olum, yoxsa sizin işinizlə...
   
   ...Hər üçü katibin kabinetindən çıxıb getdi. Sabahı günü yenidən məhkəmə prosesi başladı. Bu dəfə prosesdə prokuror Zeynalov özü də iştirak eləyirdi. Fikirləşirdi ki, birinci katibin hərbə-zorbasından sonra hakim Kərimov hökm çıxaracaq və saxlanılan şəxslərə cəza təyin edəcəkdir. Əgər cəza təyin edilsəydi, bununla da törədilmiş ağır cinayət hadisəsi açılacaqdı və prokurorun, rəisin çiynindən ağır yük götürüləcəkdi.
   
   Amma hakim Kərimov prosesdə tamamilə başqa bir addımlar atdı. Dörd saat çəkən məhkəmə istintaqında sonda hakim çıxardığı hökmü oxudu: "...Eldar və Nəcəf Həsənovlar qətlə yetirilmiş Rüstəm Əliyevin ölümündə təqsirkar olmadığı üçün azadlığa buraxılsın"...
   
   Bu sözləri eşidəndə prokurorun başından sanki bir qazan qaynar su töküldü. Br müddət soyuq tər onu basdı. Qulağına və gözlərinə inanmırdı. Amma hakim artıq hökmü oxumuşdu və hər şey də bitmişdi. Bircə onu dedi ki, səndən yuxarılara protest verəcəyəm. Bax onda görərsən ki, başın nə qədər ağrayacaq.
   
   Onun sözləri hakimin qulağına girmirdi. Hakim bu hökmü çıxaranda özün o qədər rahat və sakit hiss edirdi ki, elə bil Allahın yanındaydı. Ədalətli hökm çıxardığına görə məhkəmə zalında da onu alqışladılar. Hətta zərərçəkmiş adamın qohumları da deyirdilər ki, prokuror günahsız yerə bu iki qardaşa cəza təyin elətdirmək istəyir. Bizə kiminsə cəza alması yox, atamızın düşməni lazımdır. O düşmən tapılmırsa, günah hakimdə deyil, prokurorda və milis rəisindədir.
   
   Hakim Kərimovun çıxardığı hökm yuxarı instansiyalarda da təsdiqini tapdı. Prokurorun protesti qəbul olunsa da, aparılan təkrar yoxlamalar və istintaq hərəkətləri göstərdi ki, iki qardaşın həmin cinayətdə heç bir əli və heç bir izi yoxdu...
   
   Hakim yavaş-yavaş otağına sarı gedirdi. Kabinetinə keçdi və kreslonun arxasında əyləşdi. Bu vaxtı ona Ali Məhkəmədən zəng gəldi:
   
   - Kərimov, sənin çıxardığın hökm çox ədalətlidir. Buna görə çox saq ol!..
   
   ...Hakim Kərimov pəncərədən bayıra baxdı. Bayırda isə möhkəm yağış yağırdı. Kimi yağışdan qorunmaq üçün başına çətir tutur, kimi qaçıb dalda yerə girmək istəyirdi. Bir xeyli pəncərədən yağan yağışa baxdı. Yağış yağdıqca içi və ruhu dincəlir, qəlbində bir rahatlıq tapırdı. Belə yağışlar çox yağacaqdı, belə günlər çox olacaqdı, amma heç vaxt belə ağır anlar olmayacaqdı. Çünki o çıxardığı ədalətli hökmlə həm birinci katibə, həm prokurora, həm də milis rəisinə qalib gəlmişdi. Daha doğrusu, haqq-ədalət və Allah sevgisi hər şeydən üstün idi. Bayırda isə yağış hələ də yağırdı...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK