hacklink Adalet.az | SURİYANIN YADA SALDIQLARI Adalet.az | SURİYANIN YADA SALDIQLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SURİYANIN YADA SALDIQLARI

20965    |   2012-08-25 11:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İslam dünyası on üçüncü əsrdəndir itirə-itirə gəlir və mənə görə bu siyasətini davam etdirsə axıra kimi də başı bəlalardan, ölkələri qalmaqallardan xilas ola bilməyəcəkdi.
   
   Deyəcəksiniz ki, on üçüncü əsrin axırlarında Osmanlı Dövləti yarandı və altı yüz il dünyada hökmranlıq elədi, onlar müsəlman deyildi?! Düzdür, Osmanlı İmperiyası dünyanın ən möhtəşəm imperiyalarının başında dayanır və düz 371 il dünyada yeganə onun sözü ötüb, bir başına zirvədə qalıb. Osmanlı Dövlətini o vaxtlar zirvədə saxlayan, Sak, Hun, Göytürk, Səlcuqlu və digər imperiyalardan süzülə-süzülə, cilalana-cilalana gəlmiş Türk dövlət gələnəyinin öz özülü üstündə yüksəlməsi və ancaq özündən qidalanması, qərbin bütpərəstlikdən bəhrələnən materialist və müstəmləkəçi xilqətiylə murdarlanmamasıydı. Elm və texnoloji ixtira etmək Osmanlı Dövlətinin də ən böyük nöqsanı idi. Qanuni Sultan Süleymanın dünyasını dəyişməsindən, yəni 16-cı əsrdən sonra dövlətin geriləməyə başlamasının ən böyük amillərindən biri, daha düzü başda gedəni dövlətin elm və texnoloji ixtira etməkdən üz döndərərək özgələrinin ixtiralarını satın almasıydı. Qonşuda toplar atılır, ancaq Osmanlı diskinmirdi. Üç qitəyə hakim olan, dünyada sözünün üstündə söz deyəni olmayan o boyda nəhəng imperiya yarandıqdan yeddi əsr sonra ömrünü elmə və texnolojiyə laqeydliyi ucbatından tapşırıb getdi. Gedərkən də ayağının çəkildiyi torpaqlarda onun buraxdığı boşluğu dolduran imperiya siyasəti güdən dövlətlər və xalqlar fitnə toxumları əkdilər. Osmanlı Dövlətinin əli Balkanlardan çəkiləndən bəri o torpaqlarda ardıcıl qırğınlar gedir, etnik təmizliklər aparılır və aparılacaqdı. Afrika qitəsinə gedən qərblilər isə oralarda yaşayan insanları nəinki kölə gözündə görmək, onları insana oxyayan və ancaq onlara müti olacan varlıqlar kimi qəbul etdilər. Onların bu fikirləri hələ də dəyişməyib. Bugün dünyanı özünün müstəmləkəsi gözündə görən ABŞ-ın da, qaradərililərin də insan olduğu çox qısa bir müddət qabaq qəbul edilmişdir.
   
   Afrika qitəsinin mənə görə bəlkə də ən yazıq xalqı da, ən bədbəxt xalqı da ərəblərdir, çünki onlar Tanrının özlərinə bəxş etdiyi lütflərin ülviliyini başa düşə bilmədilər. Böyük peygəmbərlərin məhz niyə ərəb dünyasından və ya ona yaxın yerlərdən çıxdığına baxsaq nə demək istədiyim başa düşülər. Ulu Peyğəmbərimiz Hz. Məhəmməd "ərəb məndəndir, ancaq mən ərəb deyiləm" hədisini elə-belə söz olsun deyə deməmişdi. O cür mübarək bir insanın başına nə oyunlar açıldı tarixdə yazılıbdır. Onun başına həmin oyunları açanlar da ərəblərdi, daha düzü öz qohumlarıydı. Yalnızca öz maddi maraqlarına görə Tanrının bəşəriyyətə yolladığı iki cahanın da ən şərəfli və möhtərəm şəxsiyyətini təhqir üçün əllərindən nə gəldisə onu etdilər, axırda da Məkkədən Mədinəyə sürgün elədilər. Hz. əli kimi Allahın "aslanım" dediyi şəxsiyyəti zəhərli xəncərlə vurub qətlə yetirdilər. Onu vuran da ərəbdi. Oğlu Hz. Həsənə zəhər verən, digər oğlu Hz. Hüseyni Kərbəla deyilən yerdə qəddarcasına şəhid edənlər də ağzı oruclu ərəblərdi. Hz. Hüseynə orda arxa duran isə bizdik, yəni türklərdi.
   
   Bəli, bugün İslam dünyası deyilən bir güc vardır, ancaq o sadəcə olaraq bir addan ibarətdir. Xıristian dünyasının fikrinə görə isə İslam dünyası yalnızca Türk dünyasından, onun da başında dayanan Türkiyə Cümhuriyyətindən ibarətdir. Onların düşüncəsinə görə Türkiyə Cümhuriyyəti Allah eləməmiş məhv olarsa artıq müsəlman dünyası deyilən bir formal güc də qalmaz. Ərəb dünyasına nəzər salsaq görərik ki, xüsusilə Afrika qitəsində olanlar 18-ci əsrdən bəri İngiltərənin, təqribən yüz ilə yaxındır Amerika-İngiltərə cütlüyünün müstəmləkəsinə çevrilib. Amerikanın bəzi ərəb ölkələrindəki nəhəng bazalarına baxdıqda nə demək istədiyim daha yaxşı başa düşülər. 93-cü ildən bəridir İraqda Amerika və İngiltərənin, digər Avropalı qansoranları yanlarına alaraq nələr etdiklərini birbəbir gördük.
   
   Eşikdən baxdıqda guya ki, İngiltərə ilə ABŞ, İsraili ərəb dünyasına qarşı qoruyur, ancaq əslində İsrail onların Orta Şərqdəki jandarmasıdır. İsrail haqlı olaraq özünü qorumaq üçün onlara söykənib o güclər adına jandarmalıq edir. Onlar da guya İsraili qorumaq hesabına, əslində isə öz maddi maraqlarına görə o bölgədə şeytanın da ağlına gələ bilməyəcək oyunlara əl atıb hər cürə qırğın və dəhşəti yaradırlar. ABŞ, Sovetlər Birliyinə qarşı indi adına "əl-Qaidə" deyilən təşkilatı yaratdı və ondan çox gözəl istifadə etdi, hələ də edir. 11 sentyabr hadisələrinin yaranması və sonrasında dünya siyasət arenasında baş verənlər işğalçı yürüşlərin ibtidası idi. İndi "əl-Qaidənin" əkiz tayına çevrilən Müsəlman Qardaşlar təşkilatını Həsən əl Bənna İngiltərənin həyata keçirdiyi insan xilqətinə yaraşmayan hadisələrdən təsirlənərək yaratmışdı. Həsən əl Bənnanın, İslam dünyasını oyandırmaq, özünə qaytarmaq, birləşdirmək və böyük bir güc halına gətirmək məqsədiylə 1924-cü ildə yaratdığı Müsəlman Qardaşlar təşkilatı təəssüf ki, indi Amerika-İngiltərə cütlüyünün maşasına çevrilib.
   
   Bəs neçə müddətdir dünyanın imperialist siyasətçilərinin dilinə dolanan Suriya hara gedir? Böyük Orta Şərq Layihəsini həyata keçirmək üçün öncə Səddamı, sonra Hüsnü Mübarəki, sonra Qəddafini məhv edənlər nə vaxtdan bəridir Suriyanı də qan gölünə döndəriblər və öz arzularına çatana kimi də bu qandan-qadadan əl çəkməyəcəklər. Suriyada demokratiyanın nəfəsi də çəkilmir, bu düzdür. Bəs Hafiz Əsədin vaxtında vardı ki!? Demokratiyanın həvvarisi kəsilənlər Hafiz Əsəd PKK-nı bəsləyərkən, onun quldurbaşını ölkəsində saxlayarkən niyə səslərini kəsmişdilərə? Bəşər Əsəd də dədəsi Hafiz kimi qanlı qatilin biridir. Neçə müddətdir Suriyada həlak edilənlərin əksəriyyəti xüsusilə türkmənlərin yaşadıqları bölgələrdə öz qanlarına qəltan edilir.
   
   Ərəb dünyasında qanlı terror hadisələrinin yaranmasından bəri beynimi didən fikirlər vardır. İraqda dörd milyon Türkmən yaşayır, dörd milyon yarım isə yəhudi dinini mənimsəmiş kürd. Səddamın taxtı çevriləndən sonra Kürdlərə dövlət yaratmaq üçün Amerika-İngiltərə-İsrail üçlüyü hər cürə oyunbazlığa əl atdı, atır. PKK kimi bir terror təşkilatını maliyyələşdirənlər də məlumdur. İngiltərənin 1875-ci ildəki baş naziri William Evart Qladstone avam məclisində kürsüyə çıxıb əlindəki "Qurani-Kərim"i göstərərək, "Bu kitab türklərin əlində olduğu müddətcə onlar bəşəriyyətə xəstəlik yayacaqlar. Bu kitab məhv edilməli və türklər də Orta Asiyaya qovulmalıdır" deyərkən, tanınmış casusları Lawrensin 1918-ci illərdə, onun davamçısı olan baş nazir Tony Blairin də 1993-cü illərdə ərəb yarımadasında həyata keçirdiklərinin yolunu açmamışdı?!
   
   Həə, bir vaxtlar rumlar qərbin göz qırpmasıyla Qıbrıs adasında Makariosun rəhbərliyində adada yaşayan türkləri qırıb soyqırım törətdiyində Fələstin Azadlıq Təşkilatının rəhbəri Yasər Ərəfat Makariosa teleqram vurub, "Ortaq düşmənimizə qarşı qələbə çaldınız, sizi səmimi qəlbdən təbrik edirəm" demişdi (Fələstin üçün özünü didənlərə ithaf olunur).
   
   Ərəb eyni ərəbdir. İki cahan sərvəri Hz. Məhəmməd Peyğəmbərə, onun övladına, yaxın dostlarına zülm edənlər də, ciyərparəsi Hz. Hüseyni Kərbəlaya qorumaq üçün dəvət edib sonra qətlə yetirənlər də, ərəb yarımadasını işğalçı ingilislər və fransızlara qarşı qoruyan ön səngərlərdəki Türk hərbçilərini 1918-ci ildə İngiltərədən aldıqları qızıllar hesabına arxadan gülləbaran edənlər də həmin ərəblərdi. Yəni köhnə hamam köhnə tasdır, sadəcə olaraq kisəçilər dəyişib.g Əgər bu gün ərəb dünyasının başına bu bəlalar gəlirsə, öz əməlləridir qarşılarına çıxıb. Atalar yalan yerə deməyib, nə doğrasan aşına o çıxar qaşığına...g
   
   Mənə görə Hz. Hüseyni Kərbəlada şəhid edən ərəblərlə, türkmənləri qətlə yetirən nə Səddamın, nə Hafiz Əsədin, nə də oğlu Bəşər Əsədin fərqi vardır.
   
   Ərəb eyni ərəbdir, ancaq biz türklər onların bizlərə etdiklərindən dərs götürmüşük, ya yox?! Cavab veriləsi əsas sual da budur.
   
   Tarix, öz milli mənlik şüurunu dərk etmiş insanlar üçün ən kamil fikirlər yığcamı, ən böyük təcrübələr meydanıdır.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK