hacklink Adalet.az | ADAM KİMİ SEVMƏK... Adalet.az | ADAM KİMİ SEVMƏK... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADAM KİMİ SEVMƏK...

Bütün dərdlərin xilas yolu

19573    |   2012-07-28 08:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəhərin Qurd qapısı tərəfindən olan guşələrindən birində əyləşmişik. Söhbətimiz heç də təzə deyil. Yəni biz nə vaxt qarşılaşırıqsa, nə vaxt baş-başa qalırıqsa, onda mütləq həmin mövzunu yenidən ortaya gətirirk. Əslində bu mövzu nə bizim aramızdan, nə də içimizdən heç vaxt uzaqda olmur. Həmişə bizimlədi və biz də onun yarasının sağalmasına imkan vermirik. Və bu bizim özümüzün özümüzə bəlkə də ən böyük təzyiqimiz, ən böyük zülmlərimizdən biridi. Çünki bu mövzu az qala 30 ilə yaxındı ki, istənilən səviyyədə, istənilən yerdə bu və ya digər formada danışılır, çözülür, buna münasibətlər bildirilir. Amma...
   
   Amma əslində bu mövzu təkcə danışmaq üçün deyil... bu mövzu heç da bir araya gəlmək üçün, bir-birimizin iç dünyasına işıq salmaq üçün, üz tutub getmək üçün deyil. Əslində elə bu mövzu bizim özümüzdü, həyatımızdı, işimizdi, gücümüzdü. Daha çox da biz elə həm də bu mövzunun özüyük. Bax, bu qəribə, bəlkə də anlaşılmaz və yaxud qəbuledilməz bir təqdimatın içərisində oturub özünü yox, mövzusunu hər dəfə təzələyən və hər dəfə də mövzusu ilə birlikdə özü qocalan, ahıllaşan bizlər yenə baş-başayıq və yenə də həmin mövzudu süfrəmizin şəkəri də, noğulu da, istiotu da, duzu da. ümumiyyətlə bütün nemətlər bu mövzunun içərsindədi və bu mövzunun da adı Vətəndi - Qarabağdı, Xocavəndi, Füzulidi, Şuşadı, Ağdamdı, Laçındı, Zəngilandı, Qubadlıdı, Kəlbəcərdi, Xocalıdı... bütövlükdə bizi göynədən torpaqdı. Bizi həm var edən, həm də varlığımızı əlimizdən alan yurd nisgilidi...
   
   Mənə elə gəlir ki, bu söhbətin, bu mövzunun ətrafında özlərini unudan üç kişinin yaşı o qədər də çox deyil. Çünki onlar daha çox 1988-ci ildən bu günə qədər olan zamanı çözürlər, hadisələri xatırlayırlar, bu zaman kəsiyinin içərisində olurlar... bu zaman kəsiyinə anbaan, saatbasaat qiymət verirlər... anbaan, saatbasaat o zamanın içində doğulurlar, yaşayırlar və hətta bəzən də ölürlər. Özü də ruhən tərk edirlər bu dünyanı...
   
   Bax, bu təsvir etməyə çalışdığım həmin o guşənin içindəki donan zaman əslində o üç kişinin də yaddaşında işığa çevrilir, buz əridir, ruh təzələyir, ümid ocağı yandırır. Kənardan bu süfrəni, onun ətrafındakı insanları seyr etmək və burada gedən söhbətləri dinləmək bəlkə də bu günün adamlarına, bu günün uşaqlarına gülünc görünə bilər. Hətta ironik bir şəkildə bir-birlərinə pıçıldaya bilərlər:
   
   - Yenə həmin adamlar, yenə həmin məkan, yenə torpaq, yenə Qarabağ.... Bu adamların deyəsən başqa bir işi, başqa bir mövzusu yoxdu. Yəqin yaşlaşıblar. Ona görə də belə sakit yerdə şənlənmək əvəzinə xatirələrini çözüb keçmişi bu günə calamağa çalışır və əslində də heç nə edə bilmirlər...
   
   Bəli, üç nəfər əyləşmişik və üçümüzün də mövzusu elə həmin o köhnə dərdimiz, köhnə yaramız və bir də o köhnə dərdə, köhnə yaraya tapmaq istədiyimiz yeni yanaşma, yeni dərman, yeni müalicə üsulu...bir sözlə, köhnəyə yeni nəfəs gətirmək arzusu. Amma neyləyək ki, bu arzu hələ ki, heç nəyi dəyişmək gücündə deyil.
   
   Hər dəfə o, istər dövlət səviyyəsində, istər özəl imkanları daxilində torpaqla, Qarabağla bağlı görülən işləri, çəkilən filmləri, yayımlanan verilişləri nöqtəbənöqtə şərh edir, ona münasibət bildirir, onu hadisələrin içində olan bir şəxs kimi oddan, alovdan qorxmadan, mövqeyinin zərbə altına düşəcəyini gözə önünə gətirmədən çılpaq bir gerçəklik kimi ortaya qoyur. Özü də elə şövqlə, elə ehtirasla, elə coşquyla xırdalayır, açıqlayır ki, razılaşmaya bilmirsən. Çünki onun məntiqi o qədər güclüdür ki, o səni öz təsiri altında saxlaya bilir. Təbii ki, şəxsiyyəti ilə məntiqi rahatca bir-biri ilə anlaşan dostumuz öz dostlarının da, öz tərəf müqabillərinin də yaradıcılığını, fəaliyyətini ən azı işgüzarlığını qiymətləndirməyi bacarır və onları da özünün dinləmək bacarığı ilə yanında saxlayır, özünə dəstək kimi, anlayışlı birisi kimi görür. Kəsəsi o, yerində olan adamdı və hər şeyi də idarə etməyi bacarır. Məhz həmin gün də onun təşəbbüsü ilə şəhərimzin Qurd qapısı tərəifndə olan güşəsində oturub bizim əbədi və əzəli mövzumuzu şərh edirdik... yenə Qarabağdan danışırdıq... yenə torpaqdan danışırdıq... yenə Xocavənddən danışırdıq. Və mən də bütün bunların içərisində hər şeyin gec-tez yaxşı olacağına inana-inana duyğularımı könül vərəqimə köçürürəm.
   
   
   
   yenə yorğun, kədərli
   
   yenə gözü yaşlıyam...
   
   bu əhvalı da gərək
   
   gün uzunu daşıyam-
   
   özümlə...
   
   
   
   yenə məqam üzücü,
   
   yenə çevrəm darısqal...
   
   istəsəm də dilucu
   
   deyə bilmirəm gəl, qal!-
   
   özümlə...
   
   
   
   yenə günahlarımı
   
   didirəm, darıyıram...
   
   bilmirəm ki, bu anlar
   
   nəyəsə yarıyıram?-
   
   sözümlə...
   
   
   
   yenə həsrət güc gəlib
   
   qəmi qəmə hörmüşəm...
   
   sənsiz necə kövrəlib
   
   mən - özümü görmüşəm!-
   
   gözümlə...
   
   
   
   ***
   
   Bəli, biz Qarabağdan danışırıq... artıq işğalından 20 il ötmüş Şuşadan danışırıq... 20 il həsrətini içimizdə daşıdığımız Xocavənddən danışırıq. Və yadımıza düşür ki, qarşıdan növbəti 20 illik gəlir - Ağdamın işğalının 20 illiyi, Füzulinin işğalının 20 illiyi, Cəbrayılın işğalının 20 illiyi... Eh, çox qəribə xalqıq. Dərdimizin, kədərimizin yaşını hesablayırıq. Qələbəmiz barəsində ancaq xəyal qururuq. O da ilğıma bənzəyən bir xəyal. Nə vaxt gerçəkləşəcək? Bu sual zamana möhtacdır, yəni onu zaman bilir. Daha doğrusu, o qələbə gününün tarixi yalnız tanrıya bəllidi. Biz isə itirdiyimiz yerlərin itən gününü yaddaşımızda saxlamışıq, onu təqvimə yazmışıq və o itən günü anımlarla qeyd edib, bir az dərdimizdən danışıb, bir az nisgilimizdən kövrəlib boynubükük qərənfilləri Şəhidlər Xiyabanında, bizi ittiham edən baş daşları qarşısında belimizi büküb düzməklə sanki dərddən bir az uzaqlaşırıq. Sanki həmin günün vəzifəsini yerinə yetirmiş oluruq. Maraqlıdı, elə deyil? Ayın, daha doğrusu, ilin tək bircə günü həmin o itən gün üçün bir araya gəlirik. Amma onda da hamımız gəlmirik. Çünki hamımızın ayrı-ayrılıqda yetərincə problemlərimiz, yetərincə itirdiklərimiz, yetərincə arzusunda olduqlarımız var. Və biz də o itən günə həmin o yetərincə olanların içərisindən qopub gələ bilmirik. Buna gücümüzmü çatmır?- bilmirəm, buna təşəbbüskarlığımız yoxdu?- deyə bilmirəm, Ümumiyyətlə bu nədisə sanki elə bizim üçündü, elə bizim boyumuza biçilib. Biz də həmin o itən günün acısını ellikcə yox, el üçün yox, olsa-olsa özümüz üçün kədər, nisgil hopmuş ürəyimizlə, gözlərimizlə yada salıb yola veririk.
   
   Bu günlərdə rəsmi bir tədbirdə qəribə bir söz eşitdim. Rəsim gündə, rəsmi adamın dilindən eşitdiyim bu söz, açıq etiraf edim ki, rəsmi bir şəkildə mənə təsir etdi, yaxamdan tutub silkələdi. Heç gözləmədiyim halda rəsmi bir gündə, rəsmi bir dildə deyildi ki, hardadı Qarabağın ziyalıları? Hardadı Qarabağdan seçilmiş millət vəkilləri? Niyə onları Qarabağla bağlı tədbirlərin önündə, özü də hamısını bir yerdə görə bilmirik? Axı bu insanlar seçilmişlərdi, ziyalısı da, millət vəkili də!!! Onlar seçənlərin önündə, yanında olmalıdılar, onlar münasibət bildirməlidilər. Təəssüf...
   
   Doğrudan da rəsmi bir dildən eşitdiyim bu sözlər çılpaq bir gerçəklik idi. Və neyləmək olar ki, biz beləyik və bizim belə olduğumuzu təkcə biz özümüz yox, elə hamı bilir ki, biz beləyik. Bax elə biz üç dost da, üç kişi də, üç qarabağl da müzakirə etdiyimiz mövzunun içində o qədər suallar gördük, o qədər suallarla qarşılaşdıq ki, az qala fikirlərimiz yüz yerə şaxələndi. Əslində isə biz şaxələnən fikrin bir kəsişmə nöqtəsini, bir ortaq məxrəcini tapmağa çalışırdıq, amma alınmadı. Çünki mövzu o qədər böyük və geniş, münasibətlər o qədər fərqli və pərakəndə idi ki, onun hər birini ayrı-ayrılıqda götürüb çözsək belə, yenə parçalanma baş verəcəkdi. Ona görə də biz bu günlərdə Mətbuat Şurasında təqdimatı keçirilən "Ruhum Qarabağlıdı!" filminin işıqlı tərəfini daha çox qabartmağa və o işığa qoşulub daha böyük işıqlara doğru getməyə üstünlük veririk. Çünki bir yerdə dayananda süstlük yaranır. Süstlük də özü özlüyündə insanı içindən çökdürür. Nə yazıqlar olsun ki, bu məmləkətdə süstləşmiş, laqeydləşmiş bəndələr də az deyil. Hətta süstləşmiş kürsülər də var. Bu bir gerçəklik...
   
   Bəli, telekanalların yayımlarında, daha doğrusu, təqdimatında Azərbaycanın istənilən guşəsi göz oxşayır, könül açır. Ancaq bu gözümüzü, könlümüzü sevindirən gözəlliyin yarımçıqlığı, bütöv olmaması təkcə bütövlük arzusunda olanları deyil, o bütövlüyün parçalandığı gündən onun acısını yaşayanları daha çox mütəəssir edir. Ona görə ki, yayın bu od püskürən havası nələri, haraları itirdiyimizi bizə bir daha xatırladır və biz yenidən xatirə danışmağa, yenidən bulaq başlarını, ormanları, şəlalələri, dağ çaylarını sadalamağa başlayırıq.... Təsəllidi!.. Gücümüz buna çatır. Mən isə şeir yazıram:
   
   
   
   batan gəmi kimiyəm
   
   gözün nəmi kimiyəm
   
   Allah, qəmin kimiyəm?-
   
   bilmirəm...
   
   
   
   günüm günə calanmır
   
   ruhum yanmır, qalanmır
   
   niyə dönmür, qalammır-
   
   bilmirəm...
   
   
   
   selbələnmiş ağacam
   
   yoluna hey baxacam
   
   qəmdən necə çıxacam?-
   
   bilmirəm...
   
   
   
   ***
   
   Deyəsən dolaşıq fikirlərlə, təzələnən dərdlərlə, qaysağını qopardığım yaralarla yordum sizi. Havanın istisi bir yandan, səhərin bürküsü o biri tərəfdən, üstəlik də mənim kədər hopmuş fikirlərim əhvalı bir az da korlayır, durumu bir az da ağırlaşdırır. Bunu özüm də hiss edirəm. Ona görə də onsuz da sıxıcı olan durumdan çıxmaq üçün hərə bir cür təşəbbüs göstərir. Mən də bu təşəbbüslərdən birinə əl uzadıram. İstəiyrmə ki, indii yazacaqlarım bizi bir az nostalgiyadan qoparıb ayırsın, bir az özümüzə, daha doğrusu, özəl sevgimizə qayıdaq. Çünki müdriklərin dediyi "dünyanı gözəllik xilas edəcək" oforizminin içərisində gözəlliyn əksi olan sevgi də var. Deməli, dünyanı həm də sevgi xilas edəcək. Təbii ki, biz Adam kimi, biz Məcnun kimi, biz Kərəm kimi, biz özümüz kim sevə bilsək. Amma neynəmək olar ki, bu gün Adam kimi, Məcnun kimi, Kərəm kimi sevənlər yaman azalıb. Lakin şükr etməli bir məqam qalıb. Bir az çılpaq desəm, and içməyə bir yer qalıb. Bu and yerimiz də elə bizim kimi, yəni özümüz kimi sevməyimizdi.
   
   Təəccüblənməyin, əgər təəccüblənirsinizsə, onda mən adam kimi sizin qarşınızda etiraf edə bilərəm ki, mən özüm kimi, özüm bacardığım kimi sevirəm. Bu sizi razı salsa da, salmasa da. Və düşünürəm ki, lap elə bu günün özündə, bu dəqiqələrin içərisidə mən adam kimi öz sevgimi ifadə edə bilirəmsə, düşünə bilirəmsə, deməli, bu sevgi var!!! Bir az da xırdalasam, mən varamsa, mənim sevgim də var. Özü də real sevgi! Nağıl sevgisi, kitab sevgisi yox, konkret həyat sevgisi. Hətta bu günlərdə ağlıma gəldi və yazdım:
   
   
   
   məndən bir az uzaq dayan
   
   uzaqdan sevmək öyrənim...
   
   qar-qışın oğlan çağında-
   
   sazaqdan sevmək öyrənim...
   
   
   
   kipriyində bz bağlayım
   
   kiprik çaldıqca ağlayım
   
   səni yaz kimi saxlayım-
   
   bu yazdan sevmək öyrənim...
   
   
   
   yanağı xalı lalə tək
   
   məndən hər cürə halə çək
   
   lap sinəmi şumlayıb ək-
   
   bu nazdan sevmək öyrənim...
   
   
   
   gör sözü başladım hardan
   
   bir dilək dilədim yardan
   
   sən - sinəni əzən taradan-
   
   mən sazdan sevmək öyrənim!
   
   
   
   Hə, gördünüz də bütün dərdlərin bir dərmanı var - o da sevgidi!!! Bu mənada yurd acısını da. torpaq itgisini də sevgi ilə müalicə etmək, sevgiilə qaytarmaq, sevgi ilə xilas etmək mümkündü. Qarabağ uğrunda şəhidliyi sevə-sevə qəbul etmək, qazilik yolunu sevə-sevə qəğul etmək yeganə xilasımızdı. Bax, mən də, süfrələri başında əyləşdiyim dostlarım Eyvazla, Bəxtiyarla bütün söhbətimizin mayasında daxili yanmanın, içdən gələn istəyi əsas görürük, əsas götürürük. Bizim üçün hər şeydə gerçəkçi olmaq, içdən gələni reallaşdırmaq yolunda çəkinməmək, usanmamaq əas şərtdi. Biz belə yaşayırıq, belə də sevirik- Adam kimi, Məcnun kimi, Kərəm kimi, özümüz kimi!


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK