ANA SƏHİFƏ / YAZARLAR

GÖYDƏN GƏLƏN ADAMLAR

Əbülfət MƏDƏTOĞLU

457556    |   2015-07-31 18:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Diqqətin fərqli təqdimatı

… Artıq mətbuat günü bizdən bir işıq məsafəsi geridə qaldı. Yəni ay da dəyişdi, gün də. Və biz bu uzaqlaşan tarixə istər-istəməz hərəmiz öz bucağımız altında baxırıq. Kimi sevinglə, kimi həsədlə, kimi də kədərlə. Amma mən şəxsən həmin o günü bir az düşüncəli, bir az ağrılı xatırlayıram. İstəməsəm də içimdə qalan o ağrı məni həqiqətən incidir. Bilirsiniz niyə?

Ola bilsin ki, kimlərsə fərqli düşünür. Belə qərar verə bilərlər ki, tədbirlərə dəvət, mükafat və s. olmadığından incikəm. Amma yox, gerçək budur ki, dostlarım, xüsusilə, sözə, mətbuata diqqətli olan dostların laqeydliyi məni incitdi. Zaman-zaman mən onları həmişə yanımda, içimdə görmüşəm. Və öyrəşmişəm ki, onlar bütün bu illər boyu məni həmişə Mətbuat günündə təbrik ediblər, telefonum susmayıb. Hər kəs xoş arzusunu bildirib, hətta bir az yekə çıxsa da deyim ki, məni mətbuatda olmağımla qərur duyduğunu söyləyənlər də olub… Bax, bu vərdiş, bu gözlənti bu ilki Mətbuat günündə demək olar ki, cəmi bir-iki zənglə yekunlaşdı. Həmin dostlara ,xüsusilə Mərdan bəyə sonsuz təşəkkürlərimi çatdırıram…

Dostlar elə bilməsin ki, giley edirəm. Yox, sadəcə söz adamının nədən sındığını xatırladıram. Axı biz daha çox diqqətsizlikdən qırılırıq, ağrıyırıq. Düşünürəm ki, bir telefon zəngi nə çox vaxt aparmır, nə də çox baha başa gəlmir. Bu sadəcə ürək sevindirir. Gəlin bu sevinci bir-birimizə çox görməyək. Axı bu dünya çoxlarının dediyi kimi beş gündür, onun da neçəsi nəyə düşür, bir Allah bilir!..

Hə, deməli, söz diqqətdən düşdü. Mövzu diqqət oldu. Və mən də elə həmin o günlərdə özümün də,ailəmin də, doğmalarımın da diqqətində olan bir məqamın ipucundan yapışdım. Təsəvvür edin ki, bütün həyatım boyu ağrı-acıyla, problemlərlə təkbaşına vuruşub böyütdüyün övladın xoş gününü yaşamaq nə deməkdi. Onun iştirakçısı olmaq, onun şahidinə çevrilmək insana hansı zövqu, hansı xoş anları bəxş edir. Yəqin ki, bunu təsəvvür edirsiniz. Ən azından hər bir oxucu həm də faktiki olaraq bir ailə deməkdir, bir ailənin təmsilçisi deməkdir. Bax, bu mənada mən ailəmizin bir üzvünün həmin o xoş anları necə yaşadığını, ağrı-acını necə unutduğunu, problemləri bir anda necə gözünün ən dərin qatlarından silib atdığını müşahidə edəndə Tanrıdan gələn sevincin gücünə, kəramətinə inandım və baş əydim. Gördüm ki, Allah sevindirəndə bəndə ən azından çiçək kimi açılır. Onun içi üzündə-gözündə görünür. Bax, mən bu sevinci hər kəsə, bilgisayaran yazarından tutmuş oxucuya qədər hamıya arzu edirəm. Çünki həmin sevinci Allah verir. Allah isə hər şey deməkdir. Qoy hər şeyin ən gözəli hamımızın olsun.

Bax, o sevgiylə də bu misraları sizə ünvanlayıram.

Xoşbəxtlik tökülür baxışlarından,

Baxıram üzünə – ürəyim gülür!

İslanıb sevincin yağışlarından –

Yağıram gözümə, ürəyim gülür.

Səsində od-alov, səsində işıq,

Üstümə çilənir ondan bir qaşıq

Sevinc görməmişdim belə qarışıq –

Axıram izinə, ürəyim gülür.

Sən halal haqqını dadırsan indi,

Kədəri bir küncə atırsan indi.

Dünyada ən xoşbəxt qadınsan indi –

Baxıram üzünə, ürəyim gülür!

***

Bəli, bütün hallarda insanı yaşadan məqsəd, məramla yanaşı həm də diqqətdir. İstər ailədə olsun, istər çalışdığın kollektivdə, sənin yerin görünürsə, səni axtarırlarsa, sən yada düşürsənsə, deməli, yaşayırsan. Çünki ayaq üstə olub min ilin ölüsü kimi unudulanları o qədər görmüşəm ki!..

Hə, mən bütün məqamlarda diqqətin vacibliyini yazmışam, demişəm və bu .gün də təkrarlayıram. Burada bir qəbahət də görmürəm. Ən azından ona görə ki, həyatımda həmişə nə qazanmışamsa mənə göstərilən diqqətin bəhrəsi olubdur. Onu dostlar da göstərib, tanşlar da, təsadüfi adamlar da, elə siz oxucular da. Bu gün də evimdə çox qiymətli hədiyyə saxlayıram. Düz altı il öncə, yəni 50 yaşımın tamamında üzünü heç vaxt görmədiyim, sadəcə telefonda bir-iki dəfə səsini eşitdiyim bir oxucum məni təbrik etdi, daha doğrusu, cavan bir oğlan redaksiyaya zəng vurub mənə bir hədiyyənin çatacağını söylədi. Görüşdük və o, bildirdi ki, özünü təqdim etməyən bir nəfər, daha doğrusu bir xanım bu hədiyyəni sizin 50 yaşınıza hədiyyə edibdir. Doğrusu, bu gün də adını bilmədiyim və mənim üçün sirli qalan həmin oxucu təkcə o diqqəti ilə mənə bütün yazdıqlarımın bir növü mükafatını verdi. Anladım və həm də sevindim ki, heç olmasa yazdıqlarım bir ürəyə yol tapa bilib. Demək, papağı günə yandırmamışam və indi gecəqondu evimin ən mötəbər yerində dayanmış həmin o şahə qalxmış at büstü mənim bir növü həyat kredoma çevrilib. Bu at həm də mənim üçün yaxşı günlərə, eləcə də həmin günlərin yaxşı yazılarına doğru gedən yolumun ümidi, müradıdır!..

Deməli, biz bir-birimizə diqqət göstərəndə həm insanlıq missiyamızı yerinə yetirmiş oluruq, həm də o diqqətlə daha uğurlu, daha inamlı addımlar atırıq, yolumuzdan sapmırıq, məqsədimizdən yayınmırıq. Bu da o deməkdir ki, biz sabahı kədərli notlarda kökləmirik. İçimizdə həmişə işıq oluruq. Əks halda, qaranlıq bizi boğar, bizi zülmət özünə doğru çəkər və biz onda ümidsizləşərik. Bax, mənim həmin o ümidsiz anlarımda yazdığım şeirdə olduğu kimi.

Məni kim ağlayacaq,

Özüm olmayan vaxt?!

Ayaqda saxlayacaq –

Dözüm olmayan vaxtı?!

Dərd çoxdu qısılmağa,

Yerd yoxdu asılmağa.

Gəlirsən qızınmağa

Közüm olmayan vaxtı.

Bir ümid bəsləyərsən,

Dünəni səsləyərsən.

Dinləmək istəyərsən,

Sözüm olmayan vaxtı…

***

Biz hər birimiz ayrı-ayrılıqda bir yolun yolçusuyuq. Toplum halında o yolun adın ömür yoludu. Və ən maraqlısı budur ki, hamının keçdiyi o yolun standart, necə deyərlər bir qəlibdə ölçüsü yoxdur. O yol beş il də, on beş il də, yüz il də ola bilir. Və nəhayət, sonuncu dayanacaq və düşmək məqamı. Pafoslu desəm, yazıya nöqtə. Yəni yola «dur» işarəsi. Amma bir qəribəlik də var. Beş ili, on ili yüz il kimi də yaşamaq olur. Yüz ili beş il, on il kimi də. Amma bir məqam da var ki, cəmi-cümlətani barmaq sayı yaşanan ömrü yüzilliklərə də calayan var. Bunlar Allahın ən sevimli bəndələri və əbədi yaşamaq haqqını qazananlardı. Məsələn, Nəsimi, Nizami, Füzuli, Sabir, Cavid, Səməd Vurğun, Müşfiq, Üzeyiir bəy və başqaları. Lap elə mənim gözümün önündə görüb səhnədə izlədiyim Maestro Niyazi! Yəni bu adamlar Allahın göydən göndərdiyi və biz insanları daha da kamilləşdirmək üçün gələnlər idilər. Gəldilər, işlərini gördülər və bir də qayıdıb getdilər gəldikləri ünvana. Bax, indi özünüz fikirləşin, bunu elə bu yaşımda mən dərk edirəmsə, onda niyə ən azından özümə, qarşımdakına hörmət etməyim, ona diqqət göstərməyim? Axı, mən gerçək faktları sadaladım, göydən gələn adamların adını çəkdim. Bunları siz də bilirsiniz. Məndən xoşunuz gəlməyə bilər, hətta yazımı da oxumaya bilərsiniz, amma özünüzün özünüzə qarşı çıxmağa haqqınız yoxdur. Siz barı özünüz özünüzə diqqət yetirin. Onda kimliyinizi biləcəksiniz. Elə ki, kimliyinizi bildiniz, mütləq başqalarına da, elə mənim özümə də diqqət yetirəcəksiniz. Və…

Hə, bax bütün bunlar baş verəndə həmin o dediyim ömür yolumuz bir az maraqlı, bir az işıqlı, bir az ümidverici olacaq. Biləcəyik ki, bu yolu elə-belə günü, ayı başa vurmaq üçün ötüb getmirik, bu yola iz salırıq. Və bu izləri görənlər bizi xatırlayacaq. Ola bilsin, hətta kimsə bizim üçün ağlayacaq da…

Çək qapını astaca,

Bağla, səssiz-səmirsiz…

Deyim elə burdaca –

Ağla, səssiz-səmirsiz…

Bu dəlisov-dinci də

Sən incidə-incidə,

Ürəyinin küncündə

Saxla səssiz-səmirsiz!

Nə qurmuşuq, uçurma,

Hər baharda puçurla…

Misralarım pıçılda –

«Ah»la, səssiz-səmirsiz…

Hə, bütün bu yazdıqlarım, dediklərim yayın bu cırhacırında sizi hövsələdən çıxarsa ya özünüzü sərin bir yerə çatdırın, ya da bir bardaq buz kimi su tapıb çəkin başınıza. Mən isə bilgisayar yazarımızın istidən pörtmüş üz-gözünə baxa-baxa yazıya yarımçıq nöqtə qoyuram, çunki söhbət diqqətdən gedir. Onun görkəmi artıq mənə diqqəti xatırladır. Əməl etməsəm, deməli, yazdıqlarıma özüm də inanmıram.




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK