ANA SƏHİFƏ / YAZARLAR

DÜNYANIN ƏN YAXŞI ADAMI

Faiq QİSMƏTOĞLU

46405    |   2015-07-30 17:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilmirəm, onun mayası halallıqdan yoğrulubmu, içdiyi su, yediyi çörək təmizdirmi, udduğu hava safdırmı? Bəlkə elə buna görə də Əjdər kişinin oğlu Daşdəmir çoxlarından fərqlənir. Bulaq suyu qədər təmiz, göy üzü qədər şəffaf olan bu insanın o qədər böyük ürəyi var ki, o böyük ürəkdən dostlarına, tanışlarına, onu sevənlərə həmişə işıq, nur paylanıb.

İnsan bu qədər sadə olarmı, bu qədər təvazökarlıq edərmi? Hamıya əl tutar, kasıb canıyla çoxunun xeyir-şərinə yarıyar, ancaq bir dəfə dilinə gətirməz ki, mən filankəsə belə kömək elədim. Sadəcə olaraq susar və çöhrəsində nur yaranar. Ağ saçları ona bir gözəllik gətirir. Amma zarafat deyil, Daşdəmir bizim gözümüzün qabağında, bizim qarşımızda bu saçları ağardıb. Bəzilərinin saçı ağaranda ürəyinə qəm düşür, deyir ki, saçım ağardı. Amma Daşdəmir heç özü də bilmədi ki, bu saçı nə vaxt ağardı və niyə ağardı?!

Daşdəmir Əjdəroğlunun 50 yaşı tamam olub. Başım o qədər qarışıq oldu ki, zamanında onu təbrik edə bilmədim. Amma gec də olsa ürəyimdə dolub qalan səmimi sözlərimi və duyğularımı ona çatdırmaq istəyirəm. Çünki bu sözlər mənim qəlbimi, ürəyimi dəlib deşir. Yubileydən xeyli vaxt keçsə də gecikmiş olan bu yazını bilgisayara diktə edirəm.

Və gözümün qabağına 1990-cı ilin 26 iyulu gəlir. Həmin günü Aqil Abbas, Babək Yusifoğlu, Lətif Süleymanlı, Rəşid Hüseynov, Daşdəmir Əjdəroğlu və digərləri ilə biz "Ədalət"in ilk nömrəsini hazırlamışıq. İlk nömrənin sevinci indiyə qədər yadımdan çıxmır. Həmin günü sanki biz lotereyada "Volqa" udmuşduq. Sevincimizdən ağlayırdıq. Rəşidlə Daşdəmirin əlləri "qoryaçiy sex" deyilən yerdə biləyə qədər qapqara olmuşdu. Amma bu bizə o qədər şirin və doğma gəlirdi ki, hər şeyi unutdururdu. Çünki həmin günü "Ədalət" dünyaya gəlmişdi...…

Daşdəmir Əjdəroğlu ilə uzun müddət "Ədalət"də bir yerdə külüng vurmuşuq. Heç kimə bənzəməyən xasiyyəti, səmimiyyəti ilə həmişə seçilib. Nə kimdənsə bir şey umub, nə də pay istəyib. Kimə yaxşılıq eləyibsə, təmənnasız edib. Çünki Daşdəmir İsmayıllının Basqal kəndində Əjdər kişinin ocağında dünyaya göz açıb. O ocaq isə həmişə halallığa, təmizliyə və saflığa söykənib. Daşdəmirgildə nənəsi rəhmətə gedəndə Məhəmmədəli Mustafa ilə olmuşam. Onda da deyəsən yasa gecikmişdik, Daşdəmir evdə yox idi. Amma Əjdər kişi və Daşdəmirin rəhmətlik anası əldən-ayaqdan gedirdilər. Az qala gözlərinin yağını bizə yedirtmək istəyirdilər. İki daşın arasında süfrə açdılar, isti xörək bişirdilər və stolun üstə qoydular. Zorla bizi yedirib-içirdilər, sonra da yola saldılar.

Bax, Daşdəmir belə bir ocaqda, belə bir evdə böyüyüb boya-başa çatıb. "Azərbaycan" nəşriyyatında çoxlu jurnalistlər çalışır. Lakin Daşdəmir kimi təmiz, saf və insanlara təmənnasız yaxşılıq edən adamları barmaqla saymaq olar. Daha doğrusu, Daşdəmir dünyanın ən yaxşı adamıdır. Kimsəsizlər, arxasızlar, iş tapa bilməyənlər Daşdəmiri axtarıb və Daşdəmir də onların qabağına düşüb redaksiyalarda işə düzəldib. Düzdür, eləsi var Daşdəmirin zəhmətini itirib. Haqq-əməyini unudub, amma Daşdəmir elə cılız və hər sözü böyüdən adam deyil. Biri də onu başa düşməyəndə o çox səbirlə və soyuqqanlı halda deyir, mən əlimdən gələni elədim, özü bilər, bir də Allahı.

İstedadına, zəhmətkeşliyinə və təmizliyinə söz ola bilməz. Bizim qəzetdən sonra uzun müddətdir "Azərbaycan" qəzetində məsul katibin müavini vəzifəsində çalışır. Gözəl yazıları, publisist məqalələri ilə özünün çoxsaylı oxucularını həmişə sevindirib və sevindirir. Bir də görürsən ki, 4-cü mərtəbədə Daşdəmir kiminləsə söhbət eləyir, o dəqiqə dalağım sancır ki, həmin adam çətinə düşüb. Heç kim kömək eləyə bilməyib və Daşdəmiri axtarıb tapıb. Və Daşdəmir də ona bir yol göstərir...

O, çətin günün, ağır günün və sıxıntılı anların dostudur. Ən çətin anlarımda, ən sıxıntılı məqamlarımda Daşdəmiri yanımda görmüşəm. Elə oldu ki, altı ayda iki dəfə ağır cərrahiyyə əməliyyatı keçirdim. Hər iki əməliyyatdan sonra Daşdəmir Araz Süleymanovla bazarlıq eləyib evimə gəlmişdi. Mən də onu qınadım ki, sən kasıb adamsan, nə olub iki daşın arasında xərcə düşüb bazarlıq eləmisən. Elə quru ayağınla gəlib ziyarət eləyəydin bəsim idi.

Daşdəmir Əjdəroğlu tək mənim deyil, çox dostların yaxşı və ağır günündə yanında olub. Bir dəfə salam verdiyi adamlar ona toy dəvətnaməsi verəndə bizim kimi qanı qaralmayıb, qaşları da düyünlənməyib. Sifətində təbəssüm yaranıb və hardan olsa pul tapıb həmin adamın toy məclisində iştirak edib.

Bəlkə də bu nəşriyyatda Daşdəmir qədər dostu olan adam yoxdur. Çünki Daşdəmir Əjdəroğlu yazımızın əvvəlində qeyd elədiyimiz kimi, özü boyda bir gün işığıdır, dünya boyda bir aləmdir. Və həmişə də onun qəlbindən, ürəyindən süzülən işıq, ətrafdakıların yolunu işıqlandırıb.

Allah-Təala Daşdəmir Əjdəroğlunu çox istəyir, belə ki, prezident İlham Əliyevin sərəncamı ilə üç il bundan əvvəl jurnalistlər üçün tikilən binadan ona da üçotaqlı mənzil verilib. Elə bu Daşdəmirin böyük ürəyinin, bulaq kimi dupduru olmasının bəhrəsidir. Daşdəmir öz mükafatını Allah-Təala və cənab prezident tərəfindən alıb. Bircə o evdə bir şey çatmır. Onu da mənim qardaşım Daşdəmir Əjdəroğlu çox yaxşı bilir. O da olandan sonra o evin, o ocağın nuru daha da güclü olacaq...





İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK