hacklink Adalet.az | SƏN ELƏ BAXDIN Kİ... Adalet.az | SƏN ELƏ BAXDIN Kİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏN ELƏ BAXDIN Kİ...

18561    |   2012-06-09 08:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənə qalsa, kimsəyə imkan vermərəm şairləri tərifləsin. Çünki Yer üzünün ən insafsızı onlardı. Qoymurlar sakitləşib oturasan. Elə ki, həyəcanlı fikirləri başından uzaqlaşdırıb bir qədər toxdaqlıq tapırsangbircə misraları kifayətdi hər şey alt-üst olsun...g
   
    İnanmıram, elə bir adam ola ki, ömründə ən azı dörd-beş dəfə yerin tərpəndiyini hiss eləməsin. Mənsə, Yer üzünün əməlli-başlı silkələnməyindən, yelləncək kimi yellənməyindən danışmaq istəyirəm. Bəlkə də çox şeylərə bənd olmaz, əhəmiyyət verməzdik, seçilmiş misraların giziltisi canımızdan keçməsəydi. Dan yerinin gözqamaşdıran qızartısını, ulduzlu göylərdə süzən Ayın soyuq işığını, gül ləçəyindəki şehi, yağışın laylasını, yarpaqların pıçıltısını, dənizin uğultusunu, şimşəyin zülməti qılınclayan parıltısını, quşların nəğməsini, göylərin yerdəkiləri titrədən nərəsini hamı görür, eşidir... Bəs, gözlərdə, baxışlarda görünənləri, gizlənənləri, dilsiz-ağızsız deyilənləri necə, hamı görə, anlaya, duya bilirmi?! Gözlər təkcə qəlbinmi aynasıdı?! Baxışların dil olub dilləndiyini, səssiz-səmirsiz nələri anlatdığını görə, eşidə bilsəydik...ömrümüz bu qədər qaralara, göylərə bələnməzdi.
   
    Gözlərlə dediyimizi kimsə anlamayanda dilimiz də söz tutmur, anlatmaq istədiklərimiz ürəyimizə yüklənir...
   
   
   
   ***
   
   Ağıl sahiblərindən biri deyib ki, dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur. "Qəlbimizlə işıqlandırdığımız sahə" yəqin elə ürək genişliyimizin işıqla ölçülməsi deməkdi. Bu ölçü nə qədərdi, görəsən?! Fiziklərə görə, işıq hər şeydən sürətlidi, təkcə zaman bilmədən geriyə və qabağa uçan xəyallarımızdan başqa. Qəlbimizin işıqlandırdığı yerlərin kölgəliyi yoxdu, deyəsən. Nəfəs dərməyə, sərinləməyə məkanı yoxdu. Dincələ bilmir, rahatlıq tapmır ürəyimiz. Nə qədər ki, döyünür, işığı da o qədər yol gedir...
   
    Əgər bütün ürəklər işıqlandırmağı bacarmırsa? Yan-yörəmizdə çoxları işıqlı dünyamıza öz qaranlıq ürəyinin kor gözləriynən baxırsa? Nə qədər istəsən də, işıq salmaq olmur belələrinin iç dünyasına. Bir də ayılırsan ki, öz dünyan qaralmağa, işığını itirməyə başlayıb. Bundan o yana artıq bir ömrün faciəsi başlayır...
   
    Bu dünyada gözlərimizlə işıqlandırdığımız hissələr də var, axı. Bu hissə haradan başlayıb, harada bitir? Bir baxışdan o biri baxışa qədərdimi o zülmətsiz hissə? Yoxsa, bizi anlayanların, sükutumuzun harayını eşidənlərin duyğularınacandı? Hər nədisə, öz Günəşi olan, bu Günəşnən də nurlanan, isinən bir aləmdi...
   
   
   
   ***
   
   Sən sirr saxladığını güman elə. Amma sifətindəki bir cüt aynadan heç nəyi gizlədə bilməzsən. Düz ürəyinə tuşlanıb. Aldada bilmir. Sevgi də, nifrət də, qorxu da, qibtə də açıq-aşkar yazılıb, çəkilib orada. Gözlərə aldansan, özünü yalanlardan qorumuş olarsan. Gözün baxa-baxa sevginin üstünə gedərsən, ölümü ayaqlayarsan, bir könül ziyarətiyçin varından-yoxundan keçərsən...
   
    Baxışların da istisi, soyuğu var. Bir xoş baxışdan qışın buzu, şaxtası əriyər. Bir soyuq baxışdan yayın istisində qəlbin donar, dişin-dişinə dəyər...
   
   Gözlərimiz olmasaydı, qəlbimizə işıq düşməzdi, qaranlıq qalardı könül dünyamız.
   
   Gözlərimiz yol çəkir, uzaq məsafələri qısaldıb intizarın belini qırır. Uzaqda olanlarımızın gələcəyindən, həsrətimizin bitəcəyindən xəbər verir. Gedənimiz gəlməyəndə yollara dikilməkdən nisgil qonur baxışlarımıza. Hərdən mənə elə gəlir ki, gözlərin ən böyük işi elə yollara dikilmək, kimisə, nəyisə gözləməkdi...
   
   Gözlərimiz tərəzi də ola bilir çox zaman. Əyrini-düzü, yaxşını-yamanı çəkə bilir. Femidanı ruhumuza bələdçi seçsək, bu ölçü-biçidə tərəzinin gözü haqqın ağırlığına əyilər...
   
   Ovçuluğu da var gözlərimizin. "Qurbanı" ancaq sevdiklərimizdi. "İlk ovu"nu itirəndə nuru azalır, işığı öləziyir. Hələ gözlərimizə tor da gələ bilir. Əzizlərimizin yolunu gözləməkdən dünyanı tor içində görməyə başlayırıq...
   
   Gözlərimizin təmənnası, pay ummağı da yox deyil. Bir gözəlin gözündən, şirin baxışından könül istəyini ala da bilir. "Gözüm gözmü görüb gözündən gözəl?" deyən şairin heyranlıq və bəxtəvərliyini hər gözü görən anlaya bilməz...
   
   
   
   ***
   
   
   
   Bir baxış da var. Üzü o yana olanın, bir də geri dönməyəcəyini bilənin son baxışı...
   
   Bilməm niyə getdin, niyə döndün, niyə baxdın...
   
   Bu parçadakı göynərtini anlamaqçın sinənə Cavidin ürəyini qoymalısan. Qulaqlarında Mehdi Məmmədov səsinin yanğısını hiss eləməlisən. Mən belə ağrı, belə könül fəryadı tanımamışam indiyəcən. Bundan sonrasına da ümidim yoxdu. Arxada İblis qəhqəhəsi, qabaqda göz bozardan bomboz səhra. Elə bir səhra ki, nöqtə boyda qaraltı bir dünyalıq səadətə tən gələr...
   
    Bayaqdan bəri bütün gözləri, baxışları da elə buna görə incələyirdim. Bax, o son baxışın odsuz-ocaqsız yandırmasından danışmaq istəyirəm. Kim idi o gedən? Niyə gedirdi, ürəyini arxada qoyub hara gedirdi? Günahı nəydi? Kim aparırdı, hara aparırdı? Günahı vardımı, varsa da, birdəfəlik getməsinə nədən ola biləcək qədər dəhşətliydimi? Bəs, arxasınca sürünən kimdi? Kimdi o dünyası qaralan, bu boyda Kainatı nöqtəyəcən saymayan? Kimdisə, dözümlüdü biçarə. Mənciyəz o Səsin, o Baxışın arxasınca dünyanın o başınacan gedərəm. Özü də ayaqyalın, başıaçıq...
   
   
   
   ***
   
   
   
   Bu şair də günümüzdə bir baxışın oduna düşüb. Ömrünün bu kövrək, sızıltılı çağında baş-ayaq olub könül dünyası. Necə baxıbsa, əməllicə çaşdırıb adamı. Şairlikdən filosofluğa atıb, filosofluqdan şairliyə...Yazının əvvəlində də elə buna görə şairləri tərifləməməyə çağırırdım hamını. Öz çəkdikləri bəs deyil, oxucuları da duyğu selinə atırlar ki, buyur, nə qədər əl-qol atırsan at. Biz də öz çəkdiklərimizi də şeirdəkilərin üstünə gəlib ikiqat zülmə qatlaşırıq. Özümə qalsa, Tofiq Hüseynin mənə bu yazını yazdıran şeirindən danışdıqca danışaram. Ancaq istəyirəm şeiri hamı oxusun və heç kəs bir də heç bir şairi tərifləməsin...
   
   
   
   Ağaclar yanında ağacmı idim?
   
   Sanki şaftalıya, əriyə baxdın.
   
   Sonra kim yolundan saxladı səni
   
    Sən niyə çevrilib geriyə baxdın?
   
   
   
   Sən geri çevrilib baxana qədər
   
   Mən öz kədərimlə, dərdimlə təkdim.
   
   Bəlkə ağac olub yarpaqlayacaq
   
   Daş olub divara hörüləcəkdim.
   
   
   
   De, hansı duyğuyla çevrildin geri?
   
   Kövrək hisslərimi duyana qurban!
   
    Bircə an yolundan saxladı səni
   
    Səni yoxdan edən o ana qurban.
   
   
   
    Bir anda içini-çölünü danıb
   
    İnsan öz-özüylə döyüşə bilir.
   
    İlahi, bu dünya necə dünyadı
   
    Onu bircə baxış dəyişə bilir.


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK