Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SONDA ÇALINANIN GÜCÜ... Adalet.az | SONDA ÇALINANIN GÜCÜ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SONDA ÇALINANIN GÜCÜ...

21392    |   2012-05-26 07:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəyə çatmır ki,...On il tapdadığın yoldan, cığırdan ayaq izlərini bir anda silir, yeddi yaşından titrək əllərinlə açdığın qapıları üzünə bağlayır, sağında-solunda əyləşənlərin sözünə-söhbətinə, gülüşlərinə, pıçıltılarına biryolluq həsrət qoyur. Daha nə qaldı?!... Deyəndə ki, adını şənlik, əyləncə qoyduğumuz şeylərin çoxu duyğularımızı yaralamaq, ürəyimizi ağrıtmaqçındı, yerbəyerdən üstümə gəlirlər: " Sən də hər şeydə kədər axtarırsan. Görəsən, ürəyini açan bir şey olacaq sənin?!..."
   
   Nə deyirəm. Mübahisəyə nə halım var, nə həvəsim. Heç tutarlı səbəblərim də yoxdu. Siz hər qırx beş dəqiqənin əvvəlində də, sonunda da qulağınızı dələn cingiltinin sonuncu dəfə səslənməsinə şənlik deməyinizdə olun, mən də tərsliyimə salıb bildiklərimi yazmağımda...
   
   Hər kəs öz həqiqətinə inanır.
   
   Bundan artığı heç lazım da deyil...
   
   ***
   
   İlk zəngi xatırlamıram. Yəqin anam geyindirib yola salınca, atam da məktəb yolunu səbirli-səbirli başa vurunca çalınıb bitibmiş o zəng...Dərsin axırında səslənəndə hamımız heyrətlə müəllimin üzünə baxmışdıq. Hələ bilmirdik ki, bu ilk dərsin başa çatması, tənəffüsün başlanması deməkdi. Zəng çalınan kimi müəllimi gözləmədən basabas sala-sala sinifdən çıxmağı öyrənməyimizə cəmi üç-dörd gün bəs eləyəcəkdi...
   
   Evimiz məktəbə yaxın olsa da, kəndin o başındakılar nədi, qonşu kəndlərdən gələnlərdən də gec çatardım məktəbə. (O vərdişim hələ başımdadı). Çox vaxt zəng sədaları altında, əksər hallarda müəllimlə dabanbasma sinfə qədəm qoyardım. İbtidai sinifləri deyə bilmərəm ( gör, ömrümüzün nə qədər hissəsi yaddan çıxır), yuxarı siniflərdə ədəbiyyat, Azərbaycan dili, tarix, coğrafiya dərslərindən başqa bütün fənlər darıxdırıb məni.( Bir də "İctimaiyyət" və "Astronomiya" dərsləri maraqlıydı). Ancaq "nümunəvi şagird" etiketi qəlibə salmışdı bir-iki nəfərimizi. Sərbəstliyimizi əlimizdən almışdı. Bu adı həmişəlik qoruyub saxlamaqçın bütün dərsləri yaxşı oxumağa məhkum idik. Heç bütün müəllimlərin də aurası xoş deyildi. Bax, o anlarda xilaskarımız olurdu o cingiltili səs. Sanki otağın havası da dəyişirdi, nəfəsimiz genişlənirdi...
   
   Məktəbimiz zamanına görə rayonun ən yaxşı təhsil ocaqlarından sayılırdı. Həm binanın görkəminə, həm də dərslərin keyfiyyətinə görə seçilirdi. Deyilənlərə görə, İkinci Dünya müharibəsinin başlamasından iki il əvvəl istifadəyə verilmişdi. İşıqlı, sirli-sehrli otaqları vardı. Ancaq bu otaqlarda axıracan dərs keçmək bizə qismət olmadı. Sinif otaqları azlıq elədiyinə görə, həyətin sol tərəfində iki əlavə otaq tikdilər. Və yeddinci sinifdən başlayaraq ta məktəbi bitirənədək bu otaqların birində dərs keçməli olduq...
   
   Əslində elə bir fərqi olmasa da, əsas binada oxuyanlara qibtə edirdik. Arxadakı bağçaya açılan iri, geniş pəncərələri hələ də yuxuma girir. Bu pəncərələrdən həmişə dərsi izah edən müəllimlərin, cavab verən, yazı taxtasında məsələ-misal həll edən şagirdlərin səsləri eşidilərdi. Üzünü görməsək də, dərs oxumayıb danlananları bu səslərdən ayırd edib, yazıq görkəmini göz önünə gətirərdik...Müəllimlər otağının qapısı azacıq aralananda içəri elə baxardıq ki, sanki orada oturanlar gündə neçə dəfə gördüyümüz adamlar deyillər...
   
   ***
   
   Yarısı qamışdan, yarısı taxtadan çəpərlənmiş həyətin sol tərəfində iki laylı taxta darvaza vardı. Bizim dərs keçdiyimiz, məktəbdən çox adi kənd evinə bənzəyən tikilinin damından qalxan Günəş hər səhər bu darvazadan girənlərin gözünü qamaşdırırdı. Ancaq qonşu kəndlərdən gələn uşaqlar burdan keçərdilər məktəbin həyətinə. Bizsə, həmişə kiçik pələddən girərdik. Cəmi iki-üç dəfə arxın suyu daşıb yolu kəsəndə biz də o möhtəşəm darvazadan elm məbədinə daxıl olmuşduq. Sözlərimdə zərrə qədər ironiya yoxdu...
   
   Bu yaşımadək oxuduğum məktəbdən doğma, isti məkan tanımıram...
   
   Zəng vurulan kimi, əsas binanın uşaqları zalın hər iki ucundakı geniş və hündür qapıdan hay-küylə həyətə tökülüşərdilər. Bu anlarda şagirdlərin səsi kəndin hər tərəfindən eşidilərdi...
   
   Son zəng həmin səslərdən ayırdı bizi...
   
   Hər dəfə zəng vurulanda o qapıdan səs-küylə, itələşə-itələşə bayıra qaçan uşaqların ardınca nisbətən sakit, özlərini ağır aparan yuxarı sinif oğlanları da həyətə çıxırdılar. Ala gözlərini sinfimizin pəncərələrindən çəkməyən, baxışlarıyla, Əli Kərim demişkən, bütün Kainatı sahmana salan birisi də olurdu aralarında...
   
   Son zəng Onu da apardı...
   
   Həmişəlik...
   
   ***
   
   Biz yeddinci sinifdə oxuyanda on bir illik təhsil ləğv olundu. Həmin il onbirincilərlə birlikdə onuncular da məktəbi bitirdilər. İki buraxılış sinfinə bir yerdə "Son zəng" keçirildi. Ömrümdə o son zəngdən möhtəşəmini, kədərlisini görməmişəm mən. Sonrakı son zənglərin heç biri ona bənzəmədi...
   
   Yaxşı ki, bənzəmədi...
   
   Bənzəyə də bilməzdi...
   
   Təkrar yoxdu bu dünyada. Olanlar olur və bitir. Bir də olmayacaq, bir də yaşanmayacaq...Və yaxşı ki, zamanın təkərini geri döndərmək mümkün deyil. Yoxsa, çox şeyin dadı qaçardı...
   
   Yaxşı ki, bizim sinfin "Son zəng"i olmadı. Heç venetka da düzəltdirmədilər bizə. Bunlarsız da heç zaman unudulmayacaq xatirələrim var o günlərlə bağlı. İmtahanlara buraxıldığımız son dərs günündə... heç evə getmək istəmirdik. Sanki nəsə gözləyirdik. Axı, on illik birgəliyimiz heç nəsiz sona çata bilməzdi. Yadda qalası nəsə olmalıydı. Nəsə eləməli, nəsə deməliydilər. Amma...olmadı. Heç yana tərpənmədiyimizi görən dərs hissə müdiri səbəbini bu günədək anlamadığım bir tövrnən bizə acıqlandı: "Nə istəyirsiz bizdən? Niyə çıxıb getmirsiz?..." Bu sözləri deyib qaşqabağını tökdü, iti addımlarla zala girdi. Mənə elə gəldi ki, bu iri cüssəli adam içindəki ağrını boğmaqçın, kövrəldiyini gizlətməkçin belə deyib cəld bizdən uzaqlaşdı. Daha nə gözləyəcəkdik?! Biz də dağılışıb evimizə getdik...
   
   ***
   
   Niyə belə oldu? Bizi nədən belə soyuq yola saldılar?!
   
   Səbəbini hələ bilmirəm...
   
   Elə şeylər var ki, cavabı elə cavabsızlığındadı...
   
   İndi deyirəm, bəlkə elə bu yaxşıydı. Kimsə mətn yazacaqdı, kimlərsə kitabları, qəzet-jurnalları ələk-vələk eləyib ən təsirli, ən hüznlü cümlələri, şeirləri seçib əzbərləyəcəkdi. Sonra da söyləyib bağrımızın başını sökəcəkdi...Yəqin musiqiçilər də dəvət olunacaqdı. O ağırlıqda ürəknən necə qol götürüb oynamaq olardı?! Yox, yaxşısı elə budu. Bizi incik yola saldılar...
   
   Ancaq... sevgimizi azalda bilmədilər.
   
   On illik birgəliyə son qoya biləcək o məşum zəng bizlərdən ötrü çalınmadı.
   
   Nə yaxşı oldu... Deməli, biz ayrılmadıq, çünki sonda çalınanı eşitmədik...
   
   Bundan da inciməyə dəyməz. Hər şey sonuncudan başlanır. İndi isə dişinlə dodağını möhkəm-möhkəm sıx və gözlərini kimsəyə göstərməməkçin düz on il əvvəl ilk dəfə gəldiyin yolla son dəfə evə qayıt. Evdə xəlvət guşə tapmaq asandı. Lap bağın-bağçanın bir küncünə də çəkilə bilərsən. Dəm ver gözlərinə. Kim görəcək səni? Görürlər, görsünlər. Uşaqlıq deyilən o boyda dünyanı itirmək asan gəlir, yoxsa?! Əsl ömür elə bu idi. Bundan sonra yaşayacaqlarımız hamısı onun təkrarı olacaq. Sönük, dadsız, ağıl dediyimiz qılafa bürünmüş təkrarı. Nə heyran olacaq, nə heyrətlənəcək, nə də təəccüblənəcəyik innən belə.
   
   Daha yuxularda da uçmayacağıq...
   
   Qanadlarımız sinif otaqlarında, lələklərimiz kitab-dəftərlərin arasında qaldı bir yolluq...
   
   ***
   
   Son zəng "Vağzalı"ya oxşayır bir az da. Ayrılıq, həsrət, kədər tutumuynan. Bu havaya oynayanın ayağından daş asılır elə bil; götürüb-qoya bilmir. Dünənki o balaca qızcığazı-isti yuvasından perikib yad ocağa pənah aparanı nələrin gözlədiyini bilməyənlərin qol götürüb oynaması da çarəsizlikdən, özünü aldatmaqdan başqa bir şey deyil...
   
   Sonda çalınanın gücünə bax...
   
   Gör nələri alır səndən...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-17
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK