Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | POLKOVNİK... Adalet.az | POLKOVNİK... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

POLKOVNİK...

Qara Rəşidin başına ermənilər bir milyon dollar qoymuşdu

18212    |   2012-02-18 08:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Onda 1990-cı ilin ortaları idi və qəzetimiz də yenicə çıxmağa başlamışdı. Təbii ki, bizim qəzet böyük oxucu auditoriyası qazanmışdı. Zarafat deyil, 65 min tirajla çıxan qəzetin oxucusu da çoxuydu. Bir kəlmə yazan kimi o dəqiqə yerlərdə ondan xəbər tuturdular. Əlbəttə, oxucu tapmaq, onun qəlbini ələ almaq o qədər də asan deyildi. Gərək elə yazmalı idin ki, hər hansı qələmə aldığın mövzu oxucunun ürəyini tərpətməli və içini silkələməliydi...
   
   Belə bir dövrdə Azərbaycanda vəziyyət heç də yaxşı deyildi. Yəni ermənilər tez-tez bizim kəndlərə hücum eləyir, yaşayış məntəqələrini yandırır və hətta bəzi insanları əsir götürürdülər. Amma bu o demək deyildi ki, elə bizimkilər də əlini-əlinin üstünə qoyub oturmuşdu. Düzdür, ermənilərin indi olduğu kimi o vaxtı da çox güclü arxası, havadarı vardı. Onlara "qorxma" deyənlər olmasaydı, cəsarət edib bizim torpaqlarımıza bir addım belə ayaq basa bilməzdilər. Ən azından ona görə ki, onlar çox vaxt bu addımı atanda mərd insanlarla üzləşir və paylarını alırdılar.
   
   Dünyanın belə bir vaxtında Cəbrayıl rayonunda vəziyyət mürəkkəb idi. O qədər mürəkkəb idi ki, ermənilər bir an olsun belə bu torpaqdan gözlərini çəkmək istəmir və fürsət axtarırdılar ki, hansısa kəndi, hansısa yaşayış məntəqəsini ələ keçirsinlər. Belə məqamlarda həmişə irəli duran igid oğullar, qeyrətli insanlar olub. Həmin dövrdə də Cəbrayıl rayonunda polis şöbəsinin rəisi Rəşid Məmmədov idi. O Rəşid Məmmədov ki, Cəbrayıla gələndən sonra ermənilərə qan uddurmağa başladı. Yəni ermənilərin dədəsinə od qoydu. Düzdür, onların ağzında şirə yeri qalmışdı. Elə bu şirəyə də aldanıb tez-tez Cəbrayılın kəndlərinə hücum eləyirdilər. Rəşid Məmmədovsa rayona gəldiyi ilk gündən hər şeyi başqa cür qurmuşdu. Kimin cürəti nə idi ki, hər hansı hücum zamanı erməninin qabağından çəkinsin, baş girləsin və aradan çıxmağa can atsın. Rəşid Məmmədov elə bir sistem qurmuşdu ki, az bir müddətdə ermənilərin bütün cəbhə boyu mövqeyləri atəşə tutulurdu. O atəşə ki, onun altından ermənilər çox vaxt salamat çıxa bilmir, ağır itkilər verir və ən nəhayət torpaqlarını itirməyə başlayırdılar. Rəşid Məmmədovun başçılığı ilə keçirilən əməliyyat zamanı Cəbrayılla qonşu olan Xocavənd (Hadrut) rayonunun 14 kəndi ermənilərin əlindən alınmışdı. Elə ən çox da ermənilərə təsir eləyən o idi ki, Cəbrayılın torpaqlarına göz tikdiyi zaman öz torpaqlarını itirmişdilər. Bu isə onlara çox ağır gəlirdi. Eşidəndən də ki, bütün əməliyyata polis rəisi Qara Rəşid rəhbərlik edir, onda daha da əsəbləşiblər. Deyiblər ki, o Rəşid olsun, biz də erməni, görsün, onun başına nə oyun açacağıq. Düzdür, ermənilər Qara Rəşidin başına elə bir oyun aça bilmədilər, amma onun başı üçün bir milyon dollar ayırdılar...
   
   ... Səhər işə gələndə baş redaktorumuz Aqil Abbas dedi ki, Cəbrayıla gedib, polis rəisi Rəşid Məmmədovla görüşəcəksən. Bilirəm, onsuz da sənin ürəyin həmişə o yerlərə can atır. Mən də sənin ürək döyüntünü hiss edib, bu tapşırığı sənə həvalə edirəm...
   
   ... Onda havalar soyumuşdu. Ara-bir də qar atırdı. Axşamı qatarla Füzuliyə yola düşdüm. Səhər qatar Bəhmənliyə çatanda qatardan düşüb evimizə gəldim. Rəhmətlik anamla hal-əhval tutdum və sonra da dedim ki, tələsirəm, Cəbrayıla getməliyəm. Anamsa kövrəlmiş halda dilləndi:
   
   - Ay oğul, orda hər gün güllə atılır. Gedərsən səni də vurarlar.
   
   Təbii ki, anamın bu həyəcanını başa düşürdüm. O məndən qorxurdu, amma buna baxmayaraq, səhər-səhər yaxın bir dostumla Cəbrayıla getdim. Rayon mərkəzində polis şöbəsinin qabağında maşını saxlayıb, rəisi soruşdum. Dedilər ki, rəisin başı çox qarışıqdır. Üstəlik Bakıdan da qonağı var. Mən də xahiş elədim ki, Rəşid müəllimə deyin ki, məni Aqil Abbas göndərib, onunla görüşməliyəm. Bir neçə dəqiqədən sonra növbətçi yanıma gəldi və dedi ki, Rəşid müəllim sizi gözləyir.
   
   Onunla görüşəndə çox qəribə hisslər keçirdim. Fikirləşdim ki, ermənilər heç də hər adamın başına bir milyon dollar qoymazlar. Ayağa qalxıb mənimlə köhnə tanışlar kimi görüşdü:
   
   - Xoş gəlmisiniz, - dedi - Aqil Abbas necədi? Görürsən də göydən od yağır. Ermənilər ac canavara dönüblər. Cavabını verməsək yerlərində oturmazlar...
   
   Yanında tanımadığım bir adam da vardı. Hər ikisinin qabağına bir stəkan çay qoymuşdular. Düyməni basıb, növbətçiyə dedi ki, bir stəkan da çay gətirin. Növbətçi bir stəkan da çay gətirdi, mən içmək istəmədim. Rəşid müəllimin təkidindən sonra bir qurtum aldım, sonra da stəkanı nəlbəkiyə qoydum. Rəşid müəllim dedi ki, qonağı yola salıb, səngərə gedəcəm. Bu sözləri deyəndən sonra diqqətlə mənim gözlərimə baxdı:
   
   - İstəsən səni də apararam, - dedi.
   
   - Əlbəttə, sizinlə məmuniyyətlə səngərə gedərəm.
   
   Rəşid müəllim məndən üzr istəyib, qonağa tərəf irəlilədi. Dedi ki, siz bir dəqiqə gözləyin, qonağı ötürüb gəlirəm. Bir neçə dəqiqə keçməmişdi, o qonağı yola salandan sonra yenidən kabinetə qayıtdı və telefonla göstəriş verdi ki, maşınını hazırlasınlar və silahları da gətirsinlər. Bir dənə də əlavə avtomat müxbirə verərsiniz - deyə dəstəyin o biri başında əmri gözləyən əməkdaşa göstəriş verdi.
   
   Həyətə düşəndə bayırda qar daha da möhkəm yağmağa başlamışdı. Sonra Rəşid müəllim mənə sarı dönüb, dilləndi:
   
   - Heç soruşmadım, səhər-səhər çörək yemisənmi?
   
   - Yemişəm...
   
   - Amma yeyən adama oxşamırsan. Gəl, bir tikə çörək kəsək sonra yuxarı kəndlərə qalxarıq...
   
   O, həyətdəki qonaq otağındakı xidmətçilərə göstəriş verdi. Bir göz qırpımında səhər yeməyi hazır oldu. Stolun üstünə yağ, qaymaq, bal düzüldü və isti çay da gətirildi. Dedi ki, utanma, çörək ye. Sözün düzü, mən özümü bir qədər yaxşı hiss eləmirdim. Daha doğrusu, onun mehribanlığından və səmimiyyətindən sıxılan kimi olmuşdum. Hiss eləyirdim ki, o, özü çörək yeyib, sadəcə olaraq məni yedirtmək istəyir. Təndir çörəyindən kəsib mənə sarı uzatdı. Bizim pendirin, qaymağın dadı sizinki kimidir. Ye, gör necə ləzzətlidir?
   
   ... Hər şey çox gözəl idi. Bir tikə çörək də, bir stəkan çay da, camış qaymağı da, amma mənim ürəyim səngərə doğru atlanırdı. Rəşid müəllim özünəməxsus səmimiyyətlə ayağa qalxdı və dedi.
   
   - Bilirəm ki, mənim dostum Aqil Abbasın yanından gələn oğlan ürəkli olmalıdır. Çünki Aqil Abbas özü ürəkli adamdı və ətrafına da ürəkli oğlanlar yığıb. Əgər ürəkli oğlanlar olmasanız, belə cəsarətli qəzet buraxa bilməssiniz. Və sən də ürəkli oğlansan ki gəlib bura çıxmısan. Hər müxbirin işi deyil, Cəbrayıla gəlib, səngərə getməyi arzulasın...
   
   ... Onun xidməti maşınına əyləşdik. Özünün də silahı vardı, sürücünün də, mənim də. Ehtiyatda olan zabit olduğuma görə silahla davranmağı yaxşı bilirdim. Bu Rəşid müəllim də gözündən qaçmamışdı. Ermənilərlə qonşu mövqeyə çatanda qarşı tərəfdən atəş səsi eşidildi. Rəşid müəllim dedi ki, başladılar, amma qorxub eləmə...
   
   Maşından düşüb, əlimizdə avtomat mövqe tutduq. Atışma bir neçə saat davam elədi. Qar yağdığına görə, uzandığımız yer çox soyuq idi. Təbii ki, mənim əynimdə palto vardı və o palto da qarqarışıq palçığa batmışdı. Rəşid müəllim yanındakı polislərə göstəriş verdi və bizə atəş açılan mövqe 10-15 dəqiqədən sonra susduruldu. Amma yenə başqa səmtdən atəş açmağa başladılar. Bu dəfə də Rəşid müəllim öz ağayanalığı və mərdliyi ilə seçildi. Dedi ki, mən heç nədən qorxmuram. Bircə ondan qorxuram ki, sənə güllə dəyər...
   
   Düz gözlərimin içinə baxdı. Amma deyəsən, bir qədər qorxmuşdum. Bunu Rəşid müəllim də hiss eləyirdi. Hər tərəfdən güllələr yağış kimi yağanda bundan xilas olmaq o qədər də asan deyil. Bunun üçün ən azından müharibə qayda-qanunlarına alışmalısan. Yavaş-yavaş buna alışırdım.
   
   Yenidən Rəşid müəllim mənə sarı çevrildi:
   
   - Elə bil qorxdun?
   
   - Yox, qorxmadım. Sadəcə ilk dəfə döyüşdə olduğuma görə bir az həyəcanlandım.
   
   - Qayıdarıq şəhərə, orda 100 qram tut arağı içərsən, hər şey ötüb keçər.
   
   - Mən içki içmirəm...
   
   - Necə ola bilər. Aqil Abbas kimi yeyib-içən adamın yanında işləyəsən, içki içməyəsən?
   
   - Nə bilim, vallah...
   
   ...Həmin günü düz iki saat Rəşid müəllimlə səngərdə olduq. Onun polis əməkdaşlarına verdiyi əmr bu gün də qulağımda səslənir. Kişi heç vaxt ölümdən qorxmaz. Onlar kimdir ki, biz bu dığaların qabağından qaçaq. Doğrudan da Rəşid müəllimin adı gələndə ermənilərin arasına vəlvələ düşürdü. Sanki hər hansı bir mərmi, hər hansı bir partlayıcı onların arasına düşüb, ölüm sancdığı kimi Rəşid müəllimin də adı gələndə onlar bir o qədər qorxu keçirirdilər...
   
   Rayon mərkəzinə qayıdanda artıq axşam düşmüşdü. Rəşid müəllim dedi ki, çörək yeməmiş səni buraxan deyiləm. Uşaqlara da demişəm ki, sənə paydan-pülüşdən qoysunlar. Çünki mən səngərdə gördüm ki, sən necə ürəkli oğlansan. Öz ölümümdən qorxmurdum, sənə dəyə biləcək güllədən qorxurdum. Şükür ilahiyə ki, sağ-salamat səni evinizə yola salıram...
   
   ...Yenə tapşırıq verdi ki, yemək hazırlasınlar. Budəfəki şam yeməyində yaxın silahdaşları da iştirak eləyirdi. Onlar ilk badəni Azərbaycanın böyüklüyü naminə qaldırdılar. Sonrakı badəni isə Aqil Abbasın və qəzetimizin əməkdaşlarının şərəfinə içdilər. Amma nə illah eləsələr də mən bir qurtum da araq içmədim. Təbii ki, Rəşid müəllim də araq içmədiyimi görüb heç bir şey demədi. Bircə onu dedi ki, içki içmirsə, məcbur eləmək lazım deyil. O ki, Bakıdan gəlib, bizimlə ağır döyüşdə iştirak eləyib, nəyə desən dəyər...
   
   ... Şam yeməyindən sonra Rəşid müəllim məni öz xidməti maşını ilə Füzuliyə, kəndimizə yola saldı. Yenə qar yağırdı. Axşam saat 2-də evimizə çatanda anam yuxudan ayağa qalxıb sevincək halda dilləndi:
   
   - Şükür Allaha, sağ-salamat qayıtmısan. Tay bir də səni cəbhəyə-məhbəyə getməyə qoymayacağam. Sənə bir şey olsa, mən neylərəm...
   
   Müharibənin ağır günlərində polkovnik Rəşid Məmmədovla tez-tez görüşürdüm. Bəzən ayda bir dəfə cəbhə bölgəsinə gedir, Füzulidə, Cəbrayılda olur və onların döyüşündə iştirak eləyirdim. Elə ki, yazılarım qəzet səhifəsinə çıxırdı, onda Rəşid müəllim deyirdi ki, bax, sənin bu yazıların yüz avtomatdan, yüz topdan daha güclüdür. Uşaqlar o yazıları oxuyanda elə bil ki, dünyanı onlara verirsən. Sən də dünyanı onlara verdiyinə görə, bu uşaqlar da, mən də səni çox istəyirik...
   
   Hər dəfə onunla görüşəndə sanki mənə qeyri-adi bir qüvvə, müsbət enerji və xoş aura gəlirdi. Elə bilirdim hansısa bir maraqlı teatra, kinoya və tamaşaya baxıram. Çünki müharibə elə bir şeydir ki, səni bir-birindən dəhşətli, qorxulu və vahiməli anlara aparır. Elə adam istəyir ki, hər dəfə hansısa bir maraqlı nəsə görsün. Mən də hər dəfə görüşəndə Rəşid müəllimdə hər adamda olmayan mərdliyi, dəyanəti, kişiliyi və səmimiyyəti hiss eləyirdim. Hiss eləyirdim ki, bu kişinin dünya boyda bir ürəyi var. Bu ürəyin içində bütöv bir Azərbaycan yerləşib. Bu ürəyin içində ermənilərə sonsuz qəzəb və nifrət var...
   
   ...Bir dəfə Füzulinin Divanalılar kəndindən ermənilər bir neçə qadını əsir götürürlər. Təbii ki, bu xəbəri polkovnik Rəşid Məmmədov da eşidir. Heç kimə bir söz demədən, silahsız-filansız sürücüsü ilə düz ermənilərin qərargahına gedib çıxır. Ermənilərin qərargah rəisi Rəşid müəllimi görəndə gözü böyüyür. Deyir ki, Rəşid kardaş, xoş gəlmisən, oturax, bir tikə çörək yeyək. Rəşid müəllim də deyir ki, sizin millətin çörəyi dizini üstündədir. Sizinlə çox çörək kəsmişik və hamısını da tapdalamısınız. Füzulidən qadınlar gətirmisiniz, sizə bir neçə saat vaxt verirəm, əgər qaytarmasanız, sizin yüz qadınınızı evinizdən aparacaqlar. Bilin ki, bu zarafat-zad deyil, bir ultimatumdur. Ermənilər yaxşı bilirdi ki, Rəşid müəllim nə deyirdi, onu da eləyirdi. Üç-dörd saatdan sonra onlar Füzulidən apardıqları qadınları bizimkilərə qaytarırlar və hər şey sakitçiliklə həll olunur.
   
   Ermənilər Qara Rəşidin başına bir milyon dollar qoymuşdular. Ancaq onu öldürə bilmədilər. Ona görə öldürə bilmədilər ki, Rəşid Məmmədovu öldürmək elə də asan deyildi. Amma illər keçdi, günlərin birində Rəşid müəllimi Cəbrayıldan rəislikdən çıxarıb, Ağdama, ordan da Lənkərana göndərdilər. Bax, ondan sonra nələr baş verdi, bir Allah bilir, bir də həmin anları yaşayan insanlar. O vaxtlar Cəbrayılda ermənilər bir qarış torpaq belə ala bilmədilər, əksinə onların 14 kəndini Qara Rəşid aldı. Banazuru aldı, Daşbaşını aldı...
   
   ...Günlərin birində isə başına bir milyon dollar ayrılmış polkovnik Rəşid Məmmədov müəmmalı avtomobil qəzasına düşərək dünyasını dəyişdi. Çox qəribə idi. Cəbhədə güllənin yağış kimi yağdığı vaxt ona bir şey olmadı, amma bir avtomobil qəzasında hər şey dəyişdi. Görünür, onun qədrini çoxları bilmədiyinə görə, Allah-Təala da onu götürüb öz dərgahına apardı. Bəndənin sevə bilmədiyi və qorumağı bacarmadığı insanları Allah-Təala həmişə öz dərgahına aparır. Öz dərgahına aparır ki, onun qədrini bəndələr bilmir, sevmir və sevmədiyinə görə də özü sevir...


YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK