ANA SƏHİFƏ / YAZARLAR

SAXTAKARLIQLA SƏNƏTİN KƏSİŞƏN YOLU

BABƏK YUSİFOĞLU

66814    |   2015-06-29 17:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanlar nə qədər təcrübə qazanırlarsa qazansınlar, nə qədər çox informasiyaya malik olurlarsa olsunlar, elmin hansı dərəcəsinə yüksəlirlərsə yüksəlsinlər… yenə də zaman-zaman təəccüb içərisində qalmağa, yaşadıqları mühitdə təkrar–təkrar heyrətlənməyə məhkumdurlar.

Əslində bütün bunlar insan oğlunun bacarığının, istedadının nə qədər tükənməz, nəhayətsiz olmasına sübutudur. Və bu, elə bir nəhayətsizlikdi ki, şedevr əsərlərin, dahiliyə çatmış yaradıcı şəxslərin varlığı belə müəyyən məqamlarda aciz görünür. İndi hər kəsin təəccüb qalacağı bir şəxsin haqqında söz açacağam. Yaradıcılığı ilə qeyri-adiliklərə imza atan bir rəssamdan. O rəssamdan ki, çəkdiyi qiymətli əsərlərə görə onu həbs edib türməyə salmışlar. Elə qəribəliyinə görə də insanlar bu sənətkarı sevib-cevməyəcəklərinə bir qərar verə bilməyiblər. Hətta sözün əsl mənasında onu rəssam hesab etməyənlər də az deyil…

Yəqin bilmədiniz söhbət kimdən gedir. Çünki həmin yaradıcı adam bir çoxlarını heyrət içərisində buraxsa da rəssam kimi çox da məşhurluq qazanmayıb.

Mən Volfqanq Beltrakkidən bəhs edirəm...

*****

(Əvvəli qəzetin 23 iyun sayında)

                                                 

                                                           İŞƏ BAŞLANILDI

O əvvəlcə yaradıcılıq koloritinə daha yaxından bələd olduğu rəssamlardan başladı. Əslində ilkin mərhələ üçün onların sayı o qədər də az deyildi. Orijinalların eynilərini yaratmaqdan başqa onların silsilə əsərləri sırasına yenilərini də əlavə etmək mümkün idi.

Düşündükləri iş gzlənildiyindən də yaxşı alındı. Rəsm azarkeşləri, kolleksionerlər tanınmış rəssamların – Jorj Brakın, Maks Ernestin, Henrix Kampendoxun, Fernan Lejenin... ötən əsrin ekspressionist "iş”lərinə çox böyük maraq göstərdilər.

Bioqraflar yazırlar ki, 1985-1988-ci illər arasında Beltrakki Tamara Lempitski və Ernest Vilhelm Nayın təxminən 15 əsərinin saxtasını yaradaraq yaxından tanıdığı qalereyaçıya satış üçün təqdim etmişdi ki, bunun da nəticəsində kifayət qədər ciddi pullar qazanmışdı. Əlbəttə, yaradıcılıqlarıyla ötən əsrin əvvələrində böyük şöhrət qazanmış bu sənətkarların "əsərləri” laqeyd qarşılana bilməzdi.

İlk uğurlardan sonra cütlük işlərin daha çevik və inandırıcı olması üçün onlara əlavə dəstəyin gərək olduğunun da fərqinə vardılar. Özü də onlar elə adamlar olmalıydı ki, həm bu cür işlərdən çox yaxşı anlasın, həm də sirrin açılmamasıı üçün son dərəcə etibarlı olsunlar.

Çox çətin və ciddilik tələb edən bu məsələnin də öhdəsindənn müvəffəqiyyətlə gəldilər. Volfqanq yaxından tanıdığı Otto Şulte- Kellunqxausu, arvadı Helena isə öz bacısı Jannetta Suzannanı bu işə qoşdular. Otto əsasən şəkillərin yerdən-yerə daşınmasını, qazanılmış milyonların İcveçərədə, Andorrada açılmış bank hesablarına köçürülməsini həyata keçirirdi və onun bu sahədəki ustalığına söz ola bilməzdi.


                                      DAHA KİMLƏR HƏDƏFƏ ÇEVRİLDİ?..

Artıq hər şey daha yaxşıydı. Əsərlər son dərəcə peşəkarlıqla çəkildiyindən, orjinaldan heç nəyilə fərqlənmədiyinndən Avropanın rəsm bazarı heç nədən şübhələnmədən artıq "falsifikator”u səmimiyyətlə qəbul etmişdi. Və pullar da durmadan gəlirdi. Yeganə çətinlik yalnız Volfqanq Beltrakkinin əsərləri hazırlaması idi.

Rəsm bazarında "at oynadan” qrupsa getdikcə işlərini böyütməkdəydi. Qurbana çevrilən müəlliflərin sayı da durmadan artırdı. Fernan Leje, Raul Düfi, Maks Pexşteyn, Avqust Make, Andre Deren, Kes van Donqen, Oton Friez, Andre Lot, Albert Qlez, Jan Metsenje, Moisey Kislinq... kimi tanınmış ekspressionistlərin, sürrealistlərin, kubistlərin… əsərləri Beltrakkinin fırçasıyla təkrar işlənərək ciddi qiymətlərlə müştərilərin önünə çıxırdı. Gəlirin böyüklüyünü təsəvvür etmək üçün onu demək kifayətdir ki, Henrix Kampendonkun adından təqdim edilən "Atlarla qırmızı şəkil” əsəri 2006-cı ildə 2,8 milyon avroya satılmışdı...

Hətta Kölnün, Berlinin, Nyu-Yorkun, Londonun, Parisin və Cenevrənin elit auksion mərkəzləri, rəsm qalereyaları Beltrakkinin "əsərləri”nin nümayiş edildiyi yerə çevirilmişdilər. Bu inanılmaz bir iş idi. Əsərlər elə ustalıqla çəkilirdi ki, bu yerlərdə çalışanlarıınn hamısı peşəkarlardan ibarət olsa da kimsə bu əsərlərin orijinal olmadığnın, başqa birisi tərəfindən işləndiyinin fərqinə belə varmamışdı.

Beltrakkilər isə bu illər ərzində artıq bank hesablarında ciddi miqdarda pulu, müxtəlif şəhərlərdə villaları, yaxtaları, bahalı maşınları... olan bir ailəyə çevirilmişdilər. Amma...


                                                     AH, BU TƏSADÜFLƏR…

Amma hər şey adi bir prosedürlə alt-üst oldu. Bir qədər əvvəl bəhs etdiyim Henrix Kampendokun "Göy atlı"seriyasından olan "Atlarla qırmızı şəkil” adıyla satılan əsəri alan müştəri tablonun hərtərəfli ekspertizasını tələb etdi. Artıq bu, Beltrakkilər üçün əməllərinin sonunun çatdığı demək idi.

Sənətşünaslar heç bir qənaət hasil edə bilməslər də kətan üzərindəki rənglərdən götürülən nümunələrdən ekspertiza aydınlaşdırdı ki, tablonun boyasının 1914-cü ilə aid olduğu göstərilsə də əslində onun istehsalına 1930-cu illərdən sonra başlanılmışdır. Artıq kələfin ucu ortalıqdaydı. Və bu faktdan sonra gedən analizlər saxtalaşdırmanı daha detallı şəkildə ortaya qoydu. Və məhkəmə araşdırılması başlandı…

Çox qısa zaman içərisində Avropada Beltrakkinin "işi” inanılmaz şəkildə məşhurlaşdı. İndi hər kəs həmin şəkillərdən danışır, orjinalın, yoxsa Beltrakkinin yaratdıqlarının daha yaxşı olduğunun müzakirəsini aparırdı. Ən qəribəsi də bu idi ki, bir çoxları rəssamın istedadı qarşısında şlyapalarını çıxarmağa hazır idi. Çünki uzun müddət sənətşünaslardan, kolleksionerlərdən kimsə şəkillərin əsl müəllifinə aid olmadığını təyin edə bilməmişdi. Hətta mütəxəssilər belə. Çünki onlar elə ustalıqla, elə peşəkarlıqla çəkilmişdi ki, şübhələnməyə cüzi bir yer də qalmamışdı. Beləcə incəsənət bazarında uzun illər – nə az, nə çox 35 ildən artıq bir zaman ərzində Beltrakkinin əl işləri – başqalarının adına olsa belə əl-əl gəzmişdi. Bu fakt idi və bunu danmaq mümkün deyildi.

Təsəvvür edin, ilk olaraq 1.8 milyon avroya, sonra 2.3 miyon dollara, 2006-cı illdə isə Paris qalereyasından 7 milyon dollara satılan Maks Ernestin "The Forest” ("Meşə”) əsərini Volfqanq Beltrakki elə ustalıqla yaratmışdı ki, məşhur rəssamın dul arvadı xanım Ernest həmin şəkli görərkən demişdi ki, "bu, onun ərinin çəkdiyi bütün şəkillərin ən gözəlidir”. Deyilənlər Beltrakkinin istedadının qiyməti deyildimi?.. Onu dahi adlandıranlar doğru düşünmürdülərmi?..


                                                          MƏHKƏMƏ… TÜRMƏ…

Amma buna baxmayaraq məhkəmə araşdırmaları uzun müddət – iki aydan çox sürdü və onlar haqqında həbs qərarı verildi. Volfqanq Beltrakki 6, Otto Şulte-Kellinqhauz 5, rəssamın həyat yoldaşı Helena Beltrakki 4 il həbsə məhkum oldular. Rəssamın baldızı da cəzadan kənarda qalmadı, bu məsələdə ən az əli olduğu üçün ona 1 il 9 ay icbari iş kəsildi.

Lakin məhkəmədə ən diqqət çəkən məqamlar da oldu ki, bunlar da ictimaiyyət arasında müzakirə mövzularına çevrildi. Və əslində onları da tam əsassız, məntiqsiz saymaq olmazdı. Volfqanq Beltrakkinin məhkəmə prosesindəki çıxışı həqiqətən də çoxlarını düşünnməyə məcbur buraxdı. O bir çox məsələlərə toxunmuşdu.

"Razılaşın ki, bütün tablolar heç də pis deyil... Burada pul tamamilə vacib olmayıb. Bütün bunlar dəhşətli dərəcədə xoşuma gəlirdi, çünki mənim üçün hər şey incəsənət idi.

...Öz süjetlərimi çəkmək mənim xoşuma gəlirdi və onlar elə də pis satılmırdı. Lakin başqa rəssamların çəkmədikləri əsərləri yaratmaq daha maraqlıydı... İstənilən filarmoniya orkestri yalnız hansısa bəstəkarın əsərini ifa edir. Lakin mən qarşıma məqsəd qoymuşdum ki, həmin bəstəkarın yeni bir əsərini yaradım...

…Heç vaxt kimsə mənə nəsə sifariş verməyib. Mən özüm çəkmişəm, ona görə ki, bunu çox istəmişəm.. Bilərəkdən qarşıma məqsəd qoymamışam ki, saxta şəkillər yaradıım. Əslində bu istedadımı mən çox-çox əvvəllər hiss etmişdim, amma etiraf edim ki, mən ondan yüngülcəsinə yararlandım. Və uzun illər ərzində bu, belə alındı.

...Bəziləri üçün sən cinayətkarsan, başqaları üçünsə rəssam. Bu məni təəccübləndirmir. Bəli, hüquqi nöqteyi-nəzərindən cinayət törətmişəm. Və verilən cəza hardasa ədalətlidir. Çünki həqiqətən də mən əsərləri saxtalaşdırmışam. Özü də o qədər uzun müddət ərzində ki, hətta düşünməək belə qorxuncdur... Amma mən qəlbən özümü cinayətkar hesab etmirəm. Məhkəmə istintaqı zamanı – ötən bu 14 ay ərzində mən həqiqi cinayətkarları orada gördüm: qatilləri, azyaşlı uşaqlara təcavüz edənləri, resedevistləri. Lakin mən heç vaxt kimsəyə hücum etməmişəm, heç kimi qarət etməmişəm, oğurluq etməmişəm...”


                                                                 AZADLIQDA

Türmədə yatdığı müddətdə də Beltrakki yaradıcılığından əl çəkmədi, amma bu dəfə yalnız öz orijinal əsərlərni yaradırdı. Özü də bu işlə məşğul olmasına icazəni ona türmə həyatındakı nümunəvi davranaşılarına görə vermişdilər. Və məhz belə cəhətinə görə də onu vaxtıından bir il tez azadlığa buraxdılar.

Əslində səs-küylü məhkəmə prosesi, bu fonda rəssamın üzə çıxan istedadı Beltrakkiyə inanlmaz populyarlıq qazandırmışdı. İnsanlar vaxtıyla laqeyd münasibət bəslədiklərii, hətta görməzdən gəldikləri bir sənətkarın əsl qabiliyyətindən xəbər tutmuşdular. Azadlığa çıxdıqdan sonra rəssamın əsərləri, xüsusən də türmədə çəkdiyi tabloları ictimaiyyətin inanılmaz marağına səbəb olmuşdu. Jurnalistlər bu qəribə rəssamın fəaliyyətinin gündəmdən düşməsinə imkan vermirdilər. Onun məşhurluğunun üzərinə məşhurluq gəlmişdi. Hətta bir qədər sonra haqqında filmlər də çəkildi.

Və 65 yaşını ötmüş Volfqanq Fişer-Beltrakki indi də fəal şəkildə yaradıcılığını sürdürür. Həyatını sənətdən kənarda təsəvvür belə edə bilmir. Çünki o özünü saxtakar deyil, əsl sənət adamı kimi görür…

[email protected]

babekyusifoglu.blogspot.com






İmza:

YAZARIN ARXİVİ

2015-05-21 : NƏFS
2015-05-05 : ÖLÜM UÇURUMU
2015-05-04 : ÖLÜM UÇURUMU
2015-04-28 : ÖLÜM UÇURUMU
2015-01-08 : KİM QAZANACAQ?
2014-12-03 : ALINACAQMI?..
2014-04-02 : Nəfs...
2014-03-04 : MÖCÜZƏ ADAM...
2014-02-25 : MÖCÜZƏ ADAM...
2014-01-28 : NÖQTƏ, TİRE...
2014-01-23 : ZÜHUR OLACAQMI?
2014-01-14 : NÖQTƏ, TİRE...
2013-12-26 : QARAGÜNLÜ...
2013-12-04 : FAKSANƏ
2013-07-31 : BEYNƏLXALQ...
2013-07-25 : XİLASIN YOLU...
2013-07-04 : KÖRPÜ BƏY
2013-05-22 : "İQRUŞKALAR"...
2013-01-17 : NƏ GÜNAHDI?..
2012-12-20 : QAZ ZƏRBƏSİ...
2012-12-18 : "BUZ QATİL"
2012-12-11 : "BUZ QATİL"
2012-11-27 : PAPAYA SUALLAR...
2012-11-06 : QRAF "ÖLÜM"
2012-10-30 : QRAF "ÖLÜM"
2012-10-23 : QRAF "ÖLÜM"
2012-09-27 : YALANIN ÖMRÜ...
2012-08-07 : "OKEAN ADAM"...
2012-07-31 : "OKEAN ADAM"...
2012-07-24 : "OKEAN ADAM"...
2012-07-17 : "UÇAN" TOP
2012-07-12 : ŞAFTALI BAYRAMI
2012-05-31 : BLEF
2012-05-05 : TUVALU HƏDƏSİ
2012-04-25 : İFTİRA GÜNÜ
2012-04-17 : XAÇ
2012-03-29 : YALAN MAŞINI...
2012-03-20 : TABUTÇU
2012-03-13 : TABUTÇU
2012-03-06 : TABUTÇU
2012-02-10 : BƏYAZ DƏHŞƏT
2012-02-02 : ƏKS-SƏDA...
2012-01-11 : YALAN MAŞINI
2011-12-31 : ƏJDAHA İLİNDƏ
2011-12-28 : MANYAKLIQ
2011-12-27 : BƏNZƏRİMİZ
2011-12-20 : FENOMEN TƏZAHÜR
2011-12-13 : FENOMEN TƏZAHÜR
2011-11-24 : TƏZYİQ
2011-11-04 : ULAŞMA
2011-10-04 : 666
2011-09-29 : HƏDƏ-QORXU...
2011-09-13 : RITSAR YAZIÇI
2011-09-06 : RITSAR YAZIÇI
2011-08-02 : XANIM ADI VAR
2011-07-26 : XANIM ADIVAR
2011-05-25 : SİRR
2011-04-19 : DAHİ QUMARBAZ
2011-03-15 : "UÇAN"... ADAM
2011-03-10 : SENSASİYA
2011-02-23 : ŞANTAJ
2011-01-25 : SAMURAYLAR
2010-10-12 : "QARA ZANBAQ"
2010-07-17 : MƏZƏN OLSUN...
2010-06-22 : MƏBƏD
2010-05-22 : MƏHŞƏR GÜNÜ
2009-07-25 : İLAN OLMAQ...
2009-05-23 : FƏRASƏT
2009-05-09 : STRESS
2009-05-02 : GORSUZ ADAM...
SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK