Vətənin hər qarış torpağı, suyu, havası insan üçün çox əzizdir. Adam var ki, uzun illər qürbətdə yaşayaraq bir ovuc vətən torpağına həsrət qalır...g
Yadıma yaxın qohumlarımdan birinin qərib yurdda yaşayan doğmalarından danışdığı əhvalat düşür. Həmin qərib yurdda yaşayan insan Şura hökuməti hakimiyyətə gələndən sonra Azərbaycandan qaçaq düşüb və gedəndə özü ilə birgə bir ovuc torpaq aparıb.
Təbii ki, həmin adam qərib yerdə ailə qurur, oğul-uşaq sahibi olur, qocalır və günlərin bir günündə bu dünyadan köçməli olur. Həmin vaxt övladlarına vəsiyyət eləyir ki, mən rəhmətə gedəndə qəbrimin içinə vətəndən gətirdiyim torpağı tökərsiniz. O torpaqdan bir az da gözümə səpələyərsiniz. Yəni mənim heç vaxt gözüm doğma yurdun torpağından doymayıb. Qərib yurdda yaşayan adam rəhmətə gedəndə əzizləri onun vəsiyyətini yerinə yetirir və bir ovuc torpağı məzarına səpələyir. Bu o deməkdir ki, bir ovuc torpaqdan rəhmətə gedən adamın ruhu dincəlir və sakit olur.
Əlbəttə, vətən çox şirin varlıqdır. Vətənin şirin varlığından çoxları doymayıb. İnsanlar var ki, bir tikə çörək, adi şəraiti üçün başqa məmləkətlərə üz tutur. Bunu tapanda sevinir, tapmayanda qəm dəryasına qərq olur. Amma elə insanlar da var ki, bu vətəndən başqa ölkəyə gedəndə orda elə bir ad-san, xətir-hörmət qazanır ki, ona yerli camaat belə qibtə ilə baxır. Yəni qərib məmləkətdən gələn bu insan ağlının, zəkasının və zəhmətinin hesabına qısa zaman kəsiyində böyük işlərə, yüksəlişə imza atır. Bu imzanı atmaqla o həm özünü ucaldır, həm də vətənini bir daha qərib yerdə tanıtdırır. İnsan o vaxt özünü güclü və qüvvətli hiss eləyir ki, əməllərini və arzularını gerəçəkləşdirə bilir.
Bu gün müxtəlif məmləkətlərdə Azərbaycanı təmsil eləyən, onun nüfuzunu daha da ucaldan çoxlu sayda tanınmış ziyalılar, biznesmenlər və iş adamları var. İnanın, onların hər hansı daşı daş üstə qoyması, xeyirxah bir addım atması, savab bir iş görməsi ilk növbədə doğma vətəndə yaşayan insanların daha çox sevincinə səbəb olur. Belə insanlardan biri də Füzuli rayonunun Bala Bəhmənli kəndində ziyalı ailəsində boya-başa çatan və özünün qeyri-adi əməksevərliyi, zəhmətsevərliyi ilə başqalarından seçilən Əsəd Əsədovdur. O Əsəd ki, müəllim ailəsində dünyaya göz açıb, halal zəhmətin, haqq işin nə olduğunu gözləri ilə görüb. Görüb ki, atası bir müəllim olaraq həmişə insanların savadlanması, maariflənməsi və ən nəhayət cəmiyyətdə dəyərli şəxsiyyət kimi yetişməsi üçün uzun illər saç ağardıb. Təbii ki, belə bir ziyalı ailəsindən çıxan insan öncə vətənini, onun torpağını, dağlarını, ormanlarını daha çox sevməli idi. Elə Əsəd müəllim də məhz belə bir yol tutaraq daha böyük arzuları uğrunda mübarizə aparıb. Zamanında çoxlu kitablar oxuyub, ziyalı insanlarla ünsiyyətdə olub və onların işıqlı cəhətlərini öz daxili dünyasına hopdurub. Zaman-zaman bu işıq, bu nur daha da böyüyüb və inkişaf edib.
İndi Əsəd Əsədov xeyli vaxtdır ki, Qırğızıstanda yaşayır və işləyir. Ora getdiyi ilk gündən Azərbaycan-Türk adını hər şeydən üstün tutub. Aydındır ki, qərib bir ölkədə böyük layihələri həyata keçirmək, biznes qurmaq və Azərbaycanı təmsil eləmək o qədər də asan deyil. İlk növbədə bu uğurları, bu addımları gözü götürməyən xəbis insanlar olur. Amma işıqlı və ziyalı adamları heç bir qara qüvvə tutduğu yoldan və əməldən geri döndərə bilməz. Əsəd müəllim də Qırğızıstanda yaşadığı uzun illər ərzində ordakı azərbaycanlılarla sıx əlaqə yarada bilib. Azərbaycan mədəniyyətinin, tarixinin və incəsənətinin yüksək səviyyələrdə təbliğ olunmasında böyük işlər görüb.
İlk növbədə Qırğızıstanda Azərbaycan diasporunun formalaşması üçün lazımi addımlar atıb. Keçirilən hər bir tədbirdə, hər bir görüşdə azərbaycanlıların qarşılaşdığı problemlər öyrənilib və bu çətinliklərin həll edilməsinə çalışılıb. Əsəd Əsədov Qırğızıstanda heç vaxt özü haqqında fikirləşməyib. Fikirləşib ki, mən bu məmləkətdə bir iş görürəmsə, ilk növbədə Azərbaycanın adını və qürurunu uca tutmalıyam. Elə həmişə də bu adı uca tutaraq böyük işlərə təkan verib. İlk növbədə Qırğızıstanda Azərbaycan məktəblərinə Azərbaycan dili dərsliklərinin çatdırılması üçün böyük əziyyətə qatlaşıb. Ordakı 4 saylı Kant məktəbinin bütün kitablarını Əsəd müəllim Azərbaycandan həmin təhsil ocağına göndərib. Yəni azərbaycanlıların öz doğma dilinə, tarixinə və mədəniyyətinə orta məktəblərdə yiyələnmələri üçün bu addım atılıb. Əsəd müəllim Qırğızıstanda məskunlaşan azərbaycanlıların çoxu ilə əlaqələr qura bilib. Bu əlaqələr də ondan ibarətdir ki, azərbaycanlıların xeyir-şərində və çətin günlərində heç bir problem yaşanmasın. Düzdür, elə bir insan yoxdur ki, onun çətin anları, ağır məqamları olmasın. Özü də qərib ölkədə bu çətinliklə rastlaşanda imkansız və kasıb adamların gözü böyüyür və problemləri içərisində bəzən başını itirir. Bax, belə məqamlarda sözün əsl mənasında Əsəd Əsədov azərbaycanlıların köməyinə çata bilib.
O, təkcə bu problemlərin həlli ilə kifayətlənməyib, digər azərbaycanlıları da vətəndən uzaqda yaşayan imkansız insanlara kömək əli uzatmağa səsləyib. Onun səsinə imkanlı adamlar da qoşulublar və çətin gündə olan həmyerlilərinə əl tutublar. Qırğızıstanda yaşayan azərbaycanlılar bu gün Əsəd Əsədovla bir həmyerli, bir məsləkdaş kimi qürur duyurlar. Qürur duyurlar ki, Əsəd Əsədov Qırğızıstan Yüngül Atletika Üzrə Federasiyasının prezidenti, Milli Olimpia Komitəsinin üzvüdür. İdmana böyük həvəsi olan bu insanın həmin federasiyaya rəhbər vəzifəyə təyin olunması təsadüfi deyil. Ən azından ona görə ki, Əsəd müəllimi bu gün Qırğızıstanın dövlət başçısından tutmuş ictimai-siyasi xadimlərinə qədər çoxları tanıyır. Bir azərbaycanlı olaraq ölkəmizi şərəflə və qürurla təmsil etdiyinə görə, onun xətrini qırğızlar da çox istəyir. Aydındır ki, bu münasibətlər təsadüfən yaranmayıb və bu münasibətlərin yaranması üçün uzun illərin gərgin əməyi və zəhməti olub.
Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Həmin günlərdə Qırğızıstanda yaşayan azərbaycanlılar bir-birinə bir addım da yaxınlaşır. Onlar bir-birinə sevgilərini, istəklərini və məhəbbətlərini həmin günlər bir daha ifadə eləyirlər. Qərib yerdə bu isti münasibətlərin yaranmasına isə əsas səbəbkar məhz Əsəd Əsədov kimi dəyərli, vətənpərvər və xalqını sevən ziyalılardı. Əsəd müəllim deyir ki, Qırğızıstanda yaşayan hər bir azərbaycanlı mənim üçün doğma və əzizdir. Onların eləsi var ki, özlərinə yaxşı həyat qurub, gün ağlayıb. Amma elələri də var ki, bu gün çətinliklər içərisində və problemlər məngənəsində sıxılır. Biz belə insanları arayıb-axtarır, tapır və onlara arxa dururuq. Vətəndən qəribdə yaşayan insanı sevindirməkdən gözəl nə ola bilər?! Elə yeni il qabağı da bu qəbildən olan insanlarla görüşlər keçirir, onlara maddi və mənəvi dəstək oluruq. Bəzən insanın maddi dəstəyə ehtiyacı olmur. Amma onun bir diqqətə, bir qayğıya və bir xoş sözə böyük ehtiyacı var. Özü də qərib yerdə olanda bunları daha dərindən hiss eləyirsən. Bizim millətin ən gözəl xüsusiyyətlərindən biri çörək itirməməkdi. Biz burda qırğızların çörəyini yeyirik, suyunu içirik və havasını uduruq. Bunu da elə edirik ki, bir halallıq olsun. Bu halallığa görə də qırğızlar bizim milləti və bizim xalqı başqalarından daha çox istəyirlər.
Əsəd Əsədov dəfələrlə dünya azərbaycanlılarının qurultayına nümayəndə seçilib. Təbii ki, nümayəndə seçilmək olar, lap elə başqa yüksək ada da layiq olmaq mümkündür. Amma sadəcə olaraq, bu adı doğrultmaq, bu adı qorumaq hər oğulun, hər insanın işi deyil. Əsəd müəllim isə bir azərbaycanlı, bir türk olaraq həmişə öz əməli ilə hər şeyi təsdiq edib. Təsdiq edib ki, o, qərib yerdə yaşayan həmyerlilərini bir yerə yığıb sevindirməyi bacarır. O təsdiq edib ki, ağac bar gətirəndə başını aşağı əydiyi kimi, o da həmişə sadə olub. Bu sadəliyinə görə də Qırğızıstanda yaşayan azərbaycanlılar onu yaddan çıxartmır və unutmurlar.
Bir fakt da maraqlıdır ki, Əsəd müəllim anadan olduğu Füzuli rayonunun Bala Bəhmənli kəndində atasının xatirəsinə İ.Əsədov Fondu yaradıb. Bu fond kəndə məktəbinə dəfələrlə maddi və mənəvi dayaq olub. Üstəlik də fondun hesabına Bala Bəhmənli kəndində Tarix Diyarşünaslıq muzeyi açılıb. Həmin muzeyin araya-ərsəyə gətirilməsində Əsəd müəllimin əvəzsiz xidmətləri var. Yaxın vaxtlarda artıq bu muzeyə dövlət statusu verilib. İndi muzeyin demək olar ki, yüzlərlə eksponatı var. Ən qədim dövrə məxsus eksponatlardan tutmuş müasir dövrü əks etdirən tapıntılara qədər hamısı muzeydə əks olunub. Muzeyə isə Əsəd müəllimin qardaşı Elçin Əsədov rəhbərlik eləyir.
Vətəndən uzaqlarda yaşamaq çətindir. Amma vətəndən uzaqda yaşayıb-yaradanda bu daha gözəl, daha şirin və daha möhtəşəm olur. Çünki vətəndən uzaqda da həmyerlilərimiz tərəfindən Azərbaycan tarixinin yeni səhifələri yazılır. Həmin o yeni səhifələr qürurla, namusla, fəxrlə yazılanda daha yadda qalan olur və əbədi qalır. Bu mənada Əsəd Əsədov kimi tanınmış ziyalılar da Azərbaycana və onun tarixinə öz töhfələrini verirlər. Bu işıqlı yol, bu nurlu aləm təbii ki, millətin qüruru və şərəfi deməkdir.
Azərbaycanlı adını qərib yerdə qorumaq və yaşatmaq çox böyük işdir. Həmin işin öhdəsindən isə ziyalı insanlar bacarıqla gəlir və məmləkətimizin adını bir boyda, bir addımda ucaldırlar. Qoy Azərbaycan həmişə ucalığa doğru, qələbəyə doğru və işığa doğru addımlasın.