hacklink Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 3 Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 3 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 3

21596    |   2011-12-24 06:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu nurani dünya, pirani dünya
   
   Əzəldən meyvəli bir bağa bənzər
   
   Bəşərin qocaman, sərt ağacında
   
   Hər insan bir gülə, yarpağa bənzər".
   
    Şəhriyar
   
   
   
   Şəhriyarın dediyi kimi bu nur üzlü və qoca dünyada insana yaşamaq zövqünü bəxş edən dəyərlər vardır və mənə görə Bakı da onlardan biridir. Azərbaycanda ona "əyri, köndələn Bakı" desələr də, bir atasözümüzdə deyildiyi kimi, bacası əyri olsa da tüstüsünü düz çıxarır.
   
   Kəndləri, şəhərləri, ölkələri gözəl eliyən ən önəmli ünsür oranın insanlarıdır. Bakını da gözəlləşdirən, bu şəhərin daha istiqanlı, daha səmimi və daha gözəl olmasını təmin edən də, ona gözəl dəyərlər bəxş edən mərd, qədirbilən, səmimi insanlarıdır. Böyük qardaşım Yavuz Bülənd Bakilərin dediyi kimi, siz ona bir salam yollasanız, əvəzində ordan min salam gələr. Bakını qənirsiz eliyən də bu dəyərlərdir.
   
   Ağacların yaşıl donunu çıxarıb qış yuxusuna yatmaq üçün soyunduğu oktyabr ayının axırlarına sarı Bakı özgə bir gözəlliyə bürünür. Bakıya gəldiyimizin dördüncü günüdür. İctimai Tv-Radio şirkətinin sədr müavini Elman Qədirli bəylə görüşə getdim, bir digər müavin olan əziz dostum Rafiq Bəy də gəldi, oturub dərdləşdik. Günortadan sonra da Fatmanı Əzizə xanımdan təhvil aldım və Elman Bəyin evinin qonağı olduq. Hörmətli həyat yoldaşı Nailə Xanım, istəkli qızı Günel, oğlu Pərvin Bəy və gəlini bizi qapıda qarşıladılar. Nəvəsi Həsən kişi isə ortalığı vəlvələyə verirdi. Oturub doyunca söhbət etdik. Pərvin Bəy də, həmkarımızdır. Mənim ədalət qəzetində çap olunan məqalələrimi oxuduğunu, özünə görə maraqlı olduğunu deyəndən sonra sual üstünə suallar verməyə başladı. Jurnalist nə təhər olur bəyəmə! Həddən artıq təlimli, hörmətcilliyi ilə yanaşı beynindəki sualların da cavabını tapmağa cəhd edən, biliyə, məlumata həsrət bir insan kimi hər şeyi öyrənmək istəyir.
   
   Azərbaycan toplumunun kütləvi şəkildə mədəniyyətə vurğun olmasının təsiri onun simasında özünü bütün yönləriylə göstərir. Bu toplum ona görə əli Bəy Hüseynzadələri yetirdi və onun kimi şəxsiyyətlər yoxdan bir cümhuriyyət yaratdılar.
   
   Hər mövzuda söhbət edirik və imperializmin üfunətli simasının hər əsrdə ayrı bir çalarla insanlığın qarşısına çıxdığını irəli sürürəm və son əsrlərdə daha çox insanların inamı üstündə oyun oynadıqlarını deyirəm. Pərvin Bəy o saat, "Siz bir məqalənizdə Vəhhabiliyin ingilislərin əsəri olduğunu yazmısınız, bundan əminsinizə" deyə sual verdikdə, əziz dostum Elman Bəy mənə kömək olur. "A bala, Seyfəddin Bəy araşdırmaçıdır, o dayaqsız-nəsiz hər hansı bir fikri irəli sürməz, deməli sağlam mənbələrə söykənir ki, o cür yazır" deyir. Ona təşəkkür edirəm. İngilislərin xüsusilə 18-ci əsrdən sonra bizə qarşı etdikləri rəftar və bizim onlara dostanə yaxınlaşmağımıza baxmayaraq onların bizə qarşı nəyin hesabınasa daim düşmənçilik növqteyi nəzərindən çıxış etdiklərini, daha düzü dostluq donuna bürünüb düşmənçilik etdiklərini, 1815-ci illərdə Azərbaycana da işğal üçün gəldiklərini, Şəhidlər Xiyabanının biraz alt tərəfində o vaxt buraları işğala gəlib Azərbaycanlı məmmətçiklərin güllələrini yeyib həlak olan ingilis hərbçiləri üçün bir abidə ucaldıldığını dedikdə heyrətlə üzümə baxır və bu abidədən xəbəri olmadığını deyir. Hardan biləcəkdi ki. İngiltərə hara, Bakı hara və ingilis əsgəri gəlib Azərbaycanda niyə həlak olsun, burada dədələrinin itmiş ala inəklərini axtarırdılar?! Mən də olsam bu söz qarşısında çaş-baş qalardım. Mən söhbətə davamla, ingilislərin on doqquzuncu əsrdə gəmi azı dişinə saldıqlarını və dünyanı özlərinə bağlı bir müstəmləkə imperiyası halına gətirmək üçün nə cür fəaliyyət göstərdiklərini, xalqları nə cür bir-birinə qırdırdıqlarını, İslam dinini yetmiş yerə bölmək üçün Britaniya Müstəmləkələr Nazirliyi adında bir nazirlik yaratdıqlarını və orda hansı elmi üsullarla işləyərək təbliğatlar hazırladıqlarını, o fəaliyyətlərini bugün də davam etdirdiklərini, indiki Vəhhabiliyin də onların əsəri olduğunu, Türk dünyası olaraq ayıq və sayıq olmamızın ən vacib məsələ olduğunu vurğulayınca; "haqlısınız" deyib məni təsdiqləyir.
   
   Azərbaycan, Sovetlər Birliyi vaxtında qapalı toplum olmasından asılı Azərbaycan gəncliyi bu cür məlumatlardan xəbər tuta bilməmişdir, çünki bu məsələlərlə bağlı ədəbiyyat buralara gəlməyib. Azərbaycan da müstəqilliyini təzəlikdə qazandığına görə bu boşluğu istənilən səviyyədə doldurmaq imkanını əldə edə bilməyibdir. Sovetlər Birliyi, bu gənc cümhuriyyətin başına o qədər problem yığıbdır ki, Azərbaycan hansıyla cəbəlləşsin..ə! Türkiyə hardasa yüz ilə yaxındır müstəqil cümhuriyyət olduğu halda bu boşluğu istənilən səviyyədə doldura bilib ki, Azərbaycan da doldursun?!
   
   Söhbət bu dəfə Türkiyə-Azərbaycan əlaqələrinə yönəlir və Pərvin Bəy, bir Azərbaycanlı kimi mövcud əlaqələrin daha irəli aparılmasından tərəf olduğunu vurğulayır. Yerdən göyə kimi haqlıdır. Mən də daha müşəxxəs bir nümunə kimi Türkiyənin Səsi Radiosu ilə İctimai-Tv-Radio qurumu arasında yaratdığımız və nəinki iki qurumun, iki dövlətin ortaq səsi olan Qorqud Ata radiosunun bu yolda göstəriləcək ən gözəl nümunə olduğunu söyləyirəm. Bugünkü Avaz-Tv ilə aparılan ortaq verilişin yolunu da bizim 2007-ci ildə imzalanmasına nail olduğumuz protokol açmayıb kiə!
   
   Düzdür, Pərvin Bəy haqlıdır. Həm Azərbaycanda həm də Türkiyədə bu iki qardaş dövlətin daha yaxın olmağını istəməyən bir Türk əlbətdə tapıla bilməz. Türkiyədə oxuyan Azərbaycanlı, Azərbaycanda oxuyan Türkiyəli tələbələr, bu get-gəllər, imzalanan sazişlər, birgə aparılan işlər, həyata keçirilən layihələr bu iki qardaş dövləti və xalqı irəliki illərdə bir-birinə daha da yaxınlaşdıracaqdır.
   
   Görüşüləsi o qədər dostlarımız vardır ki, məcburən Elman Bəydən icazə istəyib dururuq. Yoldaşım Fatma, Xanım hər bir küçədən keçdikcə heyrətini gizlədə bilmir. Biz 88-ci ildə gələndə Bakıda o qədər də dükan yoxdu, bir neçə dənə böyük mağaza vardı, üstəlik binalar da indiki kimi deyildi, şəhər nə qədər dəyişib ilahi, tanıya bilmirəm, deyir.
   
   Düz deyir, çünki binaların küçəyə tərəfdəki üzləri tamamilə xüsusi daşlarla gəlin kimi bəzənib. Azərbaycanlı daş ustaları traverten daşlarını, xalça kimi, gəlin cehizi kimi işləyiblər. Bu daş bəzəklər də Bakıya ayrı bir atmosfer qazandırıb. Sovet dövründən qalma binalar hələlik tamamilə aradan götürülməyib, onlarla yeniləri müqayisə edildikdə şəhərin irəliki vaxtlarda nə cür bir gözəlliyə bürünəcəyi aydın şəkildə təsəvvür edilə bilir.
   
   Axşam, düz doxsanıncı illərdən tanıdığım və ilk görüşümüzdə bir-birimizə ürəkdən isinişdiyimiz Göyçəli dostum Rəşid Süleymanovla görüşür onların qonağı oluruq. Daha əvvəlcə də telefonda görüşüb bu gün üçün vədləşmişdik. Rəşid Bəy, Türkiyədə çox gözəl bir mühitə malikdir və həddən artıq sevilir. Onunla görüşdüyüm neçə illərdir həmişə dara düşən birinin ona üz tutduğunun və Rəşid Bəyin də əlindən gələn köməkliyi göstərdiyinin dəfələrlə şahidi olmuşam. Həddən artıq əliaçıq, ürəyiaçıq, mərd və bir sözlə, Türkiyədə deyilən kimi adam kimi adamdır. Yunis İmrə deməli, dünyaya "könüllər yapmağa gəlmiş" bir oğuldur Rəşid. Mehriban həyat yoldaşı Sevinc xanım bizi üzündə güllər açaraq qarşılayır, istəkli qızları Ülviyə və oğulları Rəşad qaçaraq gəlirlər görüşüb hal-əhval tuturuq. Ülviyə, BDU-nun Hüquq Fakültəsində tələbədir, gələcəyin adlı-sanlı hüquqçularından biri olacağının siqnallarını indidən buraxır. Rəşad isə Türkiyə"də Orta Doğu Texnik Universitetində oxumaq arzusundadır. O universitetdə oxumaq hər oğlun hünəri deyil və Rəşad ondan savayı heç bir Universiteti nəzərə belə almır. Bu balalarla daha əvvəlcə də dəfələrlə söhbət eləmişdim, dünya görüşlərinə bələd idim, buna baxmayaraq söhbət başlayan kimi yenə məni çaş-baş salırlar. Maşallah o qədər yaxşı yetişiblər ki, düzünü deyim onlarla bir məsələ üstündə müzakirə edəndə sözləri ehtiyatla seçirəm, ikisi də cin kimidilər, nə qədər ağıllı və hazırlıqlı olduqları hər sözlərindən, qurduqları hər cümlədən aydın olur. Türkiyədə bu cür cavanlar və uşaqlar üçün "böyümüş də küçülmüş" deyirlər. Onların olaylara bu cür nəhəng bir zaviyədən baxdıqlarını görüb ürəkdən sevinirəm, çünki bunlar Azərbaycanın sabahını yaradacaqlar və Türk dünyasının birləşib basılmaz bir qüvvəyə çevrilməsinə nail olacaqlar. Tanrı bu balaların sayını artırsın və hamısının bəxtini yeyin eləsin. Sevinc xanım sürfəyə dəvət edir. Bizlər hamılıqca altı nəfər olsaq da Sevinc xanım on altı nəfərlik hazırlıq görüb və süfrədə quş südü çatışmır. Allah Rəşid Bəyin süfrəsini açıq, qazancını bol eləsin və balalarının öz arzularına çatması üçün rüsxət versin. Yeməkdən sonra gecə gec vaxta kimi söhbət edirik, Rəşid Bəy, "bizdə qalın, yerimiz genişdir" deyə təkid eləsə də saat üçə işləmiş təşəkkür ədirik və dururuq, aparıb bizi evimizə qoyub qayıdır.
   
   Evə daxil olsaq da yuxu tutmur. Pəncərələrdən Bakı gecələrini seyrə dalırıq. Hər yönün özünə məxsus füsunkar gözəlliyi sanki gözəllik müsabiqəsinə çıxıb. Hərdən yoldan ötən maşınların nəriltisi qulaqlarımıza qonaq olur. Bəli, Bakı, gecələri ayrı bir gözəlliyə bürünür. Zil qara asimanın çətrini, ulduzların göyün ən uzaq qatlarından vurduqları gözlər deşik-deşik edir; Bakının çılçıraqları da onlara qoşulur və qaranlıqlar qaçıb gizlənəcək deşik axtarır. Bakı gecələri belədir. Saatlarla söhbət edib bura ilk gəldiyimiz illəri, KKB məmurlarının bizi hər an izləmələrini, dostlarımızın mehribanlıqlarını, səmimiyyətlərini danışırıq. Kaş divarların imkanı olaydı o söhbətlərimizi yüz il saxlayaydı və o vaxtın Bakı gecələrinə ərmağan edəydi. əminəm ki, Bakının o andakı göylərinə ən böyük töyfə olardı və bilərdi ki, onun sevgisi ölümsüzdür.
   
   
   
   "Tovuzdan cilvə
   
   qaldırıf zülfüyün ədaları
   
   Tuşlayıf sinəmə
   
   vurma təmrənli cidaları
   
   Həzrəti pirin əlindən
   
   verdilər badələri
   
   İçmişəm od düşüf cana,
   
   sönməz yanar sevdiyim."
   
    Aşıq Şenlik


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK